Strateji TƏHLİL



Yüklə 278,45 Kb.
Pdf görüntüsü
səhifə5/9
tarix12.10.2018
ölçüsü278,45 Kb.
#73731
1   2   3   4   5   6   7   8   9

STRATEJİ TƏHLİL | Say 1-2 (23-24) • 2018

22 

elan etməsini qərara aldı. Bununla əlaqədar olaraq, 1918-ci il mayın 25-

də  Zaqafqaziya  Seyminin  müsəlman  fraksiyasının  iclası  keçirildi.  İclasda 

Cənubi Qafqazda siyasi vəziyyətin dəyişməsi ilə əlaqədar rəsmi bəyanatda 

deyilirdi ki, Seymin gürcü fraksiyası Batumda gizli danışıqlar aparır və Gür-

cüstanın müstəqilliyini elan etməyə hazırlaşır. Mayın 25-də F.X.Xoyskinin 

sədrliyi  ilə  Seymin  müsəlman  fraksiyasının  axşam  iclası  keçirildi.  Seymin 

sədri və gürcü fraksiyasının üzvləri iclasa gələrək elan etdilər ki, Seymin 

sabahkı iclasında Zaqafqaziya Respublikasının ləğv olunması faktını təsdiq 

edəcəklər.

Azərbaycanda  yaranmış  çətin  vəziyyət  milli-demokratik  qüvvələri 

Seymdə azlıqda qalıb hadisələrin gedişini seyr etməkdənsə, qəti addım-

lar  atmağa  vadar  etdi.  Azərbaycan  özünün  din  və  dil  qardaşı  olan  Os-

manlı  Türkiyəsinin  yardımına  ümid  bəsləyirdi.  Osmanlı  dövlətinin  hərbi 

naziri Ənvər paşanın 29 yaşlı qardaşı Nuru paşanı 300 nəfər təlimatçı ilə 

Azərbaycana köməyə göndərməsi bu yardımın bünövrəsini qoydu [6, v.31-

33].

5. Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması

Mayın  26-da  Zaqafqaziya  Seyminin  sonuncu  iclası  keçirildi.  Gürcü 

nümayəndələri Seymdən çıxıb, Gürcüstanın müstəqilliyini elan etdilər. Gür-

cü  fraksiyası  Zaqafqaziya  Respublikasının  dağılmasının  bütün  günahını 

müsəlman fraksiyasının üzərinə yıxdı. Guya müsəlman fraksiyası türkpərəst 

mövqe  tutduğu  üçün  gürcülər  onlarla  bir  Seymdə  fəaliyyət  göstərə 

bilməzlər. Zaqafqaziya Seyminin üzvü Şəfi bəy Rüstəmbəyov gürcü fraksi-

yasının gətirdiyi bu arqumentləri qətiyyətlə rədd edərək qeyd edirdi: “He-

sab edirik ki, Zaqafqaziyanın birgə siyasi mövcudluğunun indiki mürəkkəb 

və məsuliyyətli anında ayrılmaq üçün tutarlı və obyektiv əsaslar yoxdur və 

burada gürcü nümayəndələri tərəfindən irəli sürülən amillər az inandırı-

cıdır”.  Mayın 27-də isə Seymin müsəlman fraksiyası yaranmış vəziyyətin 

ciddiliyini  nəzərə  alaraq  fövqəladə  iclas  çağırdı.  Uzun  müzakirələrdən 

sonra Müvəqqəti Milli Şura yaratmaq qərara alındı [6, v.8-12]. “Müsavat” 

partiyasının  təklifi  ilə  M.Ə.  Rəsulzadə  qiyabi  olaraq  (bu  vaxt  o,  Batum 

konfransında iştirak edirdi) Milli Şuranın sədri, H.Ağayev və M.Seyidov isə 

sədrin müavinləri seçildilər. Müxtəlif sahələrdə işlərə rəhbərlik etmək üçün 

Milli Şuranın 9 nəfərdən ibarət icraiyyə orqanı yaradıldı. Fətəli xan Xoyski 

İcraiyyə Komitəsinin sədri seçildi.     

1918-ci  il  mayın  28-də  Tiflisdə  Azərbaycan  Milli  Şurası  Azərbaycanın 

dövlət müstəqilliyi haqqında “İstiqlal bəyannaməsi”ni qəbul etdi [6, v.18, 

22, 26]. Milli Şuranın 24 səslə (iki nəfər – Sultan Məcid Qənizadə və Cəfər 

bəy Axundov bitərəf qaldı) qəbul etdiyi qərar və altı bənddən ibarət “İs-

tiqlal bəyannaməsi”, yaxud “Misaği-milli” (əqdnamə) Azərbaycan millətinin 

varlığını  bütün  dünyaya  bəyan  etdi.  Beləliklə,  Azərbaycan  dövlətçiliyi 

tarixində  ilk  Konstitusiya  aktı  –  “İstiqlal  bəyannaməsi”nin  qəbulu  ilə 




STRATEJİ TƏHLİL | Say 1-2 (23-24) • 2018

23

Azərbaycan dövlətçiliyi Xalq Cümhuriyyəti 

formasında  elan  olundu.  Bu  hüquqi  və 

siyasi  sənəddə  müstəqil  Azərbaycan 

dövlətinin yarandığı bəyan edilmiş, onun 

hakimiyyətinin  şamil  olunduğu  ərazinin 

hüdudları  müəyyənləşdirilmiş,  həmçinin 

dövlətin əsas fəaliyyət prinsipləri öz əksini 

tapmışdır.  “İstiqlal  bəyannaməsi”ndə 

demokratik  dövlətə  məxsus  atributla-

rın – hakimiyyətin xalqa mənsub olması, 

vətəndaşların  mülki  və  siyasi  hüquqla-

rının  təmsil  edilməsi,  bütün  xalqların  və 

hər bir kəsin milli, dini, sinfi, silki və cin-

si mənsubiyyətindən asılı olmayaraq azad inkişafı üçün şərait yaradılması, 

ən nəhayət, hakimiyyətin bölünməsi kimi prinsiplərin dövlət fəaliyyətinin 

əsası kimi bəyan edilməsi Azərbaycan xalqının suveren, demokratik, hüqu-

qi dövlət yaratmaq əzmində olduğunu bütün bəşəriyyətə nümayiş etdirdi. 

“İstiqlal bəyannaməsi” Azərbaycan millətinin millət-mədəniyyət statusun-

dan  tamamilə  başqa  siyasi-hüquqi  və  mənəvi-psixoloji  statusa  –  millət-

dövlət statusuna qədəm qoyduğunu göstərdi. Mayın 30-da Azərbaycanın 

öz müstəqilliyini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə ra-

dio-teleqrafla məlumat verildi. 

“İstiqlal bəyannaməsi”ni qəbul edən Milli Şura Azərbaycan hökumətini 

təşkil etməyi bitərəf Fətəli xan Xoyskiyə tapşırdı. İlk hökuməti “Müsavat”, 

Müsəlman  Sosialist  Bloku,  “Hümmət”,  “İttihad”  və  bitərəflərdən  ibarət  9 

nazir təmsil edirdi.

Cənubi Qafqazın özünü müstəqil elan etmiş üç dövləti – Azərbaycan, 

Gürcüstan  və  Ermənistanın  nümayəndələri  Batumda  Osmanlı  dövləti 

ilə  danışıqlar  apararaq  iyunun  4-də  ayrı-ayrılıqda  müqavilə  imzaladılar. 

Müqaviləni  Azərbaycan  tərəfindən  Milli  Şuranın  sədri  M.Ə.Rəsulzadə  və 

xarici işlər naziri M.H.Hacınski imzaladılar. Müqavilənin şərtləri Ermənistan 

və  Gürcüstan  üçün  çox  ağır  idi,  Azərbaycanla  Osmanlı  dövləti  arasında 

isə “daimi sülh və dostluq münasibətləri”ni bərqərar edirdi. Yeni yaranmış 

Azərbaycan hökumətinin xahişinə cavab olaraq, Osmanlı hökumətinin hərbi 

naziri Ənvər paşa ilk yardım kimi  Azərbaycana 2 milyon türk lirəsi həcmində 

kredit ayırmışdı, Azərbaycanda olan türk ordusunun ehtiyaclarına hər ay 50 

min lirə xərclənirdi. Bununla yanaşı, Ənvər paşa İstanbulda M.Ə.Rəsulzadə 

ilə görüşündə Azərbaycan milli ordusunun təşkil edilməsinin vacibliyini xü-

susi qeyd etmişdi.

1918-ci  il  iyulun  16-da  Azərbaycan  Milli  Şurasının  və  hökumətin 

Gəncəyə köçməsi ilə əlaqədar milli qüvvələr arasında mübarizə kəskinləşdi. 

Milli Şuradan kənarda qalan burjua-mülkədar dairələrinin məhdud dünya-

görüşlü mürtəce hissəsi Türkiyənin Azərbaycanda olan ordusunun başçısı 

Nuru paşanın vasitəsilə Milli Şuranı hakimiyyətdən uzaqlaşdırmağa cəhd 

“İstiqlal bəyannaməsi”ni qəbul 

edən Milli Şura Azərbaycan 

hökumətini təşkil etməyi 

bitərəf Fətəli xan Xoyskiyə 

tapşırdı. İlk hökuməti 

“Müsavat”, Müsəlman Sosialist 

Bloku, “Hümmət”, “İttihad” və 

bitərəflərdən ibarət 9 nazir 

təmsil edirdi.



Yüklə 278,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə