Strateji TƏHLİL



Yüklə 278,45 Kb.
Pdf görüntüsü
səhifə6/9
tarix12.10.2018
ölçüsü278,45 Kb.
#73731
1   2   3   4   5   6   7   8   9

STRATEJİ TƏHLİL | Say 1-2 (23-24) • 2018

24 

etdilər. Azərbaycanın Türkiyəyə ilhaq edilməsinin tərəfdarı olan bu dairələr 

Milli  Şuraya  qarşı  fəal  kampaniya  aparırdı.  Gəncədə  yerləşən  Qafqaz  İs-

lam Ordusu komandanlığı ilə milli qüvvələr arasında münasibətlər gərgin 

bir şəkil aldı. Nuru paşanın müstəqilliyini elan etmiş dövlətin daxili işlərinə 

qarışaraq F.X.Xoyskinin başçılıq etdiyi hökumətə etimadsızlıq göstərməsi 

siyasi böhranla nəticələndi. Mövcud siyasi böhranı aradan qaldırmaq üçün 

Azərbaycandakı türk qoşunları rəhbərliyi ilə Azərbaycan Milli Şurası  ara-

sında güzəştli bir qərar qəbul olundu: Milli Şura buraxılır, ali qanunverici və 

icraedici hakimiyyət Fətəli Xan Xoyski kabinetinin əlində cəmləşir [14, s.86]. 

İyun  böhranı  nəticəsində  fəaliyyətini  müvəqqəti  olaraq  dayandıran  Milli 

Şura öz tarixi missiyasını – Azərbaycanın dövlət müstəqilliyini çox çətin və 

mürəkkəb bir mərhələdə qoruyub saxlamaq vəzifəsini yerinə yetirdi. İyu-

nun 17-də axşam Gəncədə F.X.Xoyskinin rəhbərlik etdiyi ikinci hökumət 

təşkil edildi. İyunun 19-da Azərbaycanda yaranmış gərgin vəziyyəti nəzərə 

alaraq,  hökumət  bütün  Azərbaycan  ərazisində  hərbi  vəziyyət  elan  etdi. 

İyunun 26-da Azərbaycan Milli Ordusunun yaradılması haqqında fərman 

verdi [9, I c., s. 144]. Almanların Bakı neftinə xüsusi maraqları olduğundan 

Bakının tutulmasına mane olmaq məqsədilə onlar osmanlıların beşinci di-

viziyasının Gürcüstan dəmir yolu ilə Gəncəyə gəlməsini qadağan etdilər. 

Ona görə də Qafqaz diviziyası Mürsəl paşanın rəhbərliyi ilə Gümrü-Dilican-

Ağstafa yolunu döyüşlə keçməyə məcbur oldu. Azərbaycan əhalisi Osmanlı 

qoşunlarını böyük sevinclə qarşılayır və onların gəlişini bayram edirdilər. 

Osmanlıların beşinci piyada diviziyası və general Ə.Şıxlinskinin başçılıq 

etdiyi müsəlman milli korpusu əsasında Qafqaz İslam Ordusu təşkil edildi. 

Nuru paşanın rəhbərlik etdiyi bu orduya türklərdən və azərbaycanlılardan 

ibarət 15 min əsgər və zabit daxil idi.

Qafqaz İslam Ordusu vasitəsilə Azərbaycan hökuməti öz hakimiyyətini 

tezliklə yerlərdə yaya bildi, ucqarlarda dövlət orqanları yaratmağa başladı. 

Bakı Xalq Komissarları Sovetinin liderləri Azərbaycan Xalq Cümhuriyyətini 

(AXC)  bələkdə  ikən  boğmaq  üçün  yollar  arayırdılar.  Hələ  Gəncə  üzərinə 

yürüşə başlamazdan əvvəl Leninin tapşırığı ilə Şaumyan türk qoşunlarının 

Azərbaycana yolunu bağlamaq üçün Gürcüstan hökumətinin başçısı Jorda-

niyaya müraciət etdi. Şaumyan Jordaniyaya vəd edirdi ki, əgər Gürcüstan 

türk  qoşunlarını  öz  ərazisindən  Azərbaycana  buraxmasa,  Sovet  Rusiyası 

onun müstəqilliyini tanıyacaqdır.



6. Bakı Sovetinin Gəncə istiqamətində yürüşü

Azərbaycanın şərqində kommunist diktaturası yaradan Şaumyan Bakı 

Sovetinin  ixtiyarında  olan  18  min  döyüşçü  ilə  Cənubi  Qafqazdakı  mil-

li hərəkatı boğmaq üçün qəti hücuma başladı. Tamamilə erməni daşnak 

qüvvələrindən  təşkil  olunmuş  ordu  müsəlman  əhalisinə  qarşı  hər  cür 

amansızlığa yol verirdi.

İyunun  10-da  Bakı  Sovetinin  Gəncə  istiqamətində  yürüşləri  başlandı. 



STRATEJİ TƏHLİL | Say 1-2 (23-24) • 2018

25

İyunun 12-də Kürdəmiri işğal edən Bakı Soveti qüvvələri Göyçaya yaxınlaş-

dılar.  İki  həftədən  çox  davam  edən  qanlı  döyüşlər  Türkiyədən  göndərilən 

əlavə qüvvələrin və Azərbaycan könüllüləri hesabına Qafqaz İslam Ordusu-

nun  qələbəsi  ilə  nəticələndi.  Qafqaz  İslam  Ordusunun  Göyçay  ətrafındakı 

qələbəsi  Azərbaycanın  şərq  hissəsini,  o  cümlədən  Bakını  bolşevik-daşnak 

işğalından azad etmək uğrunda apardığı şərəfli mücadilədə dönüş nöqtəsi 

oldu.  Bu  döyüşlərdə  Bakı  Soveti  qoşunlarına  elə  ağır  zərbələr  vuruldu  ki, 

onlar bir daha özlərinə gələ bilmədilər. Qafqaz İslam Ordusu bolşevik-daş-

nak birləşmələrini darmadağın edərək Bakı istiqamətində azadlıq yürüşünə 

başladı. İyulun 20-də bu istiqamətdə mühüm strateji məntəqə olan Şamaxı 

şəhəri azad edildi. İyulun sonunda S.Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti 

istefa verməyə məcbur oldu. 1918-ci il avqustun 1-də Bakıda eser, menşevik 

və daşnaklardan ibarət “Sentrokaspi” diktaturası adlanan mürtəce bir qurum 

yaradıldı. İngilislərin Bakıya çağırılması da “Sentrokaspi” diktaturasını xilas 

edə bilmədi. Qafqaz İslam Ordusu sentyabrın 15-də Bakı üzərinə həlledici 

hücuma  başladı.  Şəhər  böyük  müqavimət  hesabına  alındı  və  Azərbaycan 

hökuməti  sentyabrın 17-də Bakı şəhərinə köçdü [11, s.106]. 1918-ci il mayın 

28-dən sonrakı dövrdə Azərbaycanın həyatında ikinci mühüm hadisə baş 

verdi: Bakı azad edildi və Azərbaycan hökuməti tam heyətdə əsl paytaxtda 

qərarlaşdı. Azərbaycan torpaqlarının azad olunmasında Qafqaz İslam Ordu-

su 4 min əsgər və zabit şəhid verdi [20, s. 414].    

Azərbaycanda  siyasi  hadisələrin  inkişafı  daxili  proseslərdən  daha 

çox  dünyanı  lərzəyə  gətirən  Birinci  Dünya  müharibəsinin  gedişindən  və 

nəticələrindən  asılı  idi.  İki  hərbi  qruplaşma  arasında  gedən  imperialist 

müharibəsində  Azərbaycan  öz  mənafeyi  baxımından  Osmanlı  dövlətinin 

qalib  gəlməsini  arzulayırdı.  Lakin  hadisələr  başqa  cür  cərəyan  edirdi. 

Türkiyə ilə Antanta dövlətləri arasında 1918-ci il 30 oktyabr tarixli Mudros 

müqaviləsinə  görə  məğlub  sayılan  Osmanlı  qüvvələri  Bakını  tərk  etməli, 

Antanta qüvvələri tərəfindən Bakının tutulmasına mane olmamalı, Zaqaf-

qaziya dəmir yolu üzərindəki nəzarət hüququnu Antantaya güzəştə getməli 

idi. İranın Ənzəli limanında yerləşən ingilis hərbi hissələri müttəfiqlər adın-

dan Bakını tutmalı idi. Ənzəliyə danışıqlar aparmaq üçün gələn Azərbaycan 

nümayəndə  heyəti  ingilis  hərbi  hissələrinin  komandanı  general  Tomso-

na  Azərbaycan  ərazisinə  daxil  olmazdan  əvvəl  AXC-ni  tanımaq  haqqın-

da  bəyanat  verilməsini  təklif  etdi.  Lakin  general  Tomson  bu  təklifi  rədd 

etdi və bildirdi ki, “Azərbaycan Respublikası türklərin intriqası nəticəsində 

yaranmışdır və xalq arasında heç bir dayağa malik deyildir. Bir halda ki, 

siz bunun əksini iddia edirsiniz, o halda hər şeyi yerində yoxlayıb, buna 

münasib də qərar verərik. Müttəfiqlər dağıtmaq üçün yox, qurmaq üçün 

gəliblər”. V.Tomson bəyanat verərək elan etdi ki, noyabrın 17-si səhər saat 

10-a qədər Bakı şəhəri Azərbaycan və türk ordularından təmizlənməlidir: 

Bakı və onun neft mədənləri ingilislərin nəzarəti altına keçəcəkdir, ölkənin 

qalan hissəsi isə Azərbaycan hökumətinin və ordusunun nəzarəti altında 

olacaqdır.  Azərbaycan  rəsmi  şəkildə  tanınmır,  lakin  İngiltərə,  Fransa  və 



Yüklə 278,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə