Strateji TƏHLİL



Yüklə 278,45 Kb.
Pdf görüntüsü
səhifə7/9
tarix12.10.2018
ölçüsü278,45 Kb.
#73731
1   2   3   4   5   6   7   8   9

STRATEJİ TƏHLİL | Say 1-2 (23-24) • 2018

26 

ABŞ nümayəndələri onun hökuməti ilə de-fakto əlaqə yaradacaqlar, bütün 

idarə və təşkilatlar bəzi dəyişikliklərlə fəaliyyət göstərəcəklər. General Tom-

son Bakının general-qubernatoru olacaq, ingilislər şəhər polisinə rəhbərlik 

edəcək, şəhər duması yenidən azad fəaliyyətə başlayacaq, Azərbaycan Paris 

Sülh Konfransında milli müqəddaratını təyinetmə prinsipi əsasında iştirak 

edəcək, L.Biçeraxov və onun dəstələri Britaniya ordusu ilə birlikdə Bakıya 

daxil olacaq və nəhayət, silahlı erməni dəstələri şəhərə buraxılmayacaqlar.

Azərbaycan  nümayəndə  heyətinin  Ənzəli  danışıqları  əhəmiyyətsiz  ol-

madı. Ən əsası ona görə ki, Azərbaycanın Paris Sülh Konfransında iştirak 

edəcəyi, Bakıya erməni hissələrinin daxil olmayacağı barədə general Tom-

son öz üzərinə öhdəliklər götürürdü.

Noyabrın  17-də  Tomsonun  hərbi  dəstələrinin  Bakıya  gəlişini  şəhər 

əhalisi eyni cür qarşılamadı. Rus və erməni milli şuralarının tərəfdarları se-

vinc içərisində idilər. Biçeraxov təyyarələrdən “Rusiya vətəndaşlarına” adlı 

intibahnamələr  səpir,  xristian  əhalisini  Bakının  “Ana  vətənə  qovuşması” 

münasibəti ilə təbrik edirdi. General Tomsonun da iki gün sonra yaydığı 

bəyannamə eyni ruhda idi. General Biçeraxov daha irəli gedərək qurama 

“Qafqaz-Xəzər” hökuməti yaratdı, Bakıda çevriliş təşkil etmək üçün geniş 

fəaliyyətə başladı. Bakıdakı erməni və rus milli şuraları A.Biçeraxovun gəlişi 

ilə bağlı belə bir şayiə yayırdılar ki, guya Azərbaycan deyilən dövlət yox-

dur, yalnız Rusiya vardır. Azərbaycan hakimiyyəti devrilməli və o, Biçeraxo-

vun başçılıq etdiyi Xəzəryanı hökumətlə əvəz edilməlidir. Milli Şura hazırkı 

fövqəladə şəraitdə Müəssislər Məclisinin çağırılmasının qeyri-mümkünlüyü 

ilə əlaqədar özünü parlamentə çevirməyi qərara aldı. Qanunların hazırlan-

ması üzərində işləyən müvafiq komissiyanın Azərbaycan parlamentinin ya-

radılması haqqında qanun layihəsi Milli Şura tərəfindən 1918-ci il noyabrın 

20-də qəbul edildi. 



7. Parlamentin təşkili

Noyabrın 16-da Milli Şura beş aylıq fasilədən sonra yenidən fəaliyyətə 

başladı. Azərbaycan hökuməti təhrikçi hücumlara baxmayaraq, dövlət qu-

ruculuğu  işini  davam  etdirir,  parlamentin  açılışına  hazırlaşırdı.  Parlament 

açılanadək onun funksiyasını Milli Şura yerinə yetirirdi. Parlamentin əsas 

özəyini keçmiş Milli Şuranın 44 üzvü təşkil edirdi. Daha 36 deputat isə keç-

miş  milli  komitələrin  xətti  ilə  şəhər  və  qəzalarda  seçilmişdi.  Azərbaycan 

parlamenti 120 deputatdan ibarət olmalı, milli tərkibə uyğun olaraq 80 yer 

azərbaycanlılara, 21 yer ermənilərə, 10 yer ruslara verilməli idi [19, s.146]. 

Yəhudi,  alman,  gürcü  və  polyak  icmasının  hərəsi  üçün  1  yer,  Həmkarlar 

İttifaqı Şurası və Neft Sənayeçiləri İttifaqı üçün 3 yer nəzərdə tutulmuş-

du. Respublika ərazisində yaşayan bütün xalqların və hər iki cinsdən olan 

vətəndaşların seçki hüququ təsbit edildi. Azərbaycan bütün Şərqdə qadın-

lara seçki hüququ verən ilk dövlət oldu.

1918-ci il dekabrın 7-də Azərbaycan parlamenti təntənəli iclasla açıldı. 



STRATEJİ TƏHLİL | Say 1-2 (23-24) • 2018

27

F.X.Xoyski hakimiyyəti parlamentə təhvil verdi. Ciddi müzakirələrdən sonra 

Türkiyədə danışıqlar aparan Ə.M.Topçubaşov parlamentin sədri, H.Ağayev 

sədrin birinci müavini, R.Vəkilov isə katib seçildilər. Parlamentin qarşısında 

duran mühüm vəzifələrdən biri yeni hökuməti təşkil etmək idi. Hökumətin 

təşkili  yenidən  F.X.Xoyskiyə  tapşırıldı.  Dekabrın  26-da  hökumətin  tərkibi 

elan edildi. Koalisyon hökumətin tərkibində 3 nəfər rus var idi, ermənilər 

isə onlara təklif olunan 2 nazir kürsüsündən imtina etdilər [15, s.86].

Yeni hökumətin təşkilindən iki gün sonra dekabrın 28-də müttəfiqlərin 

Bakıdakı nümayəndəsi general V.Tomson elan etdi ki, F.X.Xoyskinin başçılı-

ğı ilə yaradılmış Azərbaycan hökumətini yeganə qanuni hakimiyyət orqanı 

hesab edir. General V.Tomsonun rus Milli Şurasına Azərbaycan hökumətini 

tanımaq təklifi bu qurum tərəfindən qəbul edilmədi.      

Biçeraxovun  dəstəsinin  dövlət  çevrilişi  cəhdinin  üstü  açıldıqdan  son-

ra  Azərbaycan  hökumətinin  tələbi  ilə  general  V.Tomson  “Qafqaz-Xəzər” 

hökumətini qanundan kənar elan edib, 48 saat müddətində Bakıdan uzaq-

laşdırdı, daha sonra isə erməni hərbi hissələri tərk-silah edilib buraxıldı.

Beləliklə, 1918-ci ilin dekabrından etibarən ingilis komandanlığı Bakıda 

qoyulan  məhdudiyyətləri  tədricən  azaltmağa  başladı:  Azərbaycan  polisi, 

su nəqliyyatı və neft sənayesi, maliyyə idarələri, mətbuat üzərində nəzarət 

ləğv olundu. 1919-cu ilin aprelində Bakıda ingilis general-qubernatorluğu-

nun ləğvi ilə əlaqədar Gəncədə təşkil olunmuş ilk Azərbaycan alayı paytax-

ta daxil oldu və xalq onu təntənə ilə qarşıladı.

8. Milli hökumətin xarici siyasəti

1919-cu  ilin  aprelindən  başlayaraq  ingilislər  Paris  Sülh  Konfransının 

şərtlərinə uyğun olaraq Qafqazı tərk etməyə başladılar və bu proses av-

qustun  ortalarında  başa  çatdı.  Azərbaycan  hökuməti  ingilis  müdaxiləsi 

qarşısında nəinki öz varlığını qoruya bildi, həm də ingilis komandanlığını 

şəhərin idarəçiliyindən uzaqlaşdırmağa nail oldu. Lakin ingilislərin Bakını 

tərk etməsi, bir tərəfdən, Azərbaycanın müstəqilliyini möhkəmləndirdisə, 

digər  tərəfdən,  Sovet  Rusiyasının  keçmiş  imperiyanı  əvvəlki  sərhədlər 

çərçivəsində  bərpa  etmək  istəyini  sürətləndirdi.  Qafqazda  yaranmış 

müstəqil dövlətlər arasında mövcud olan ziddiyyətlər, ilk növbədə ərazi-

sərhəd məsələlərindəki ziddiyyətlər xarici təhlükəni reallaşdırırdı.

1919-cu  il  aprelin  25-də  Tiflisdə  Azərbaycan,  Dağıstan,  Gürcüstan  və 

Ermənistan nümayəndələrinin iştirakı ilə Qafqaz konfransı işə başladı. Kon-

fransda siyasi, iqtisadi və maliyyə məsələləri, eləcə də sərhəd problemləri 

müzakirə olundu. Konfransın gedişində bu ölkələr arasında ərazi-sərhəd 

məsələləri ilə bağlı kəskin ziddiyyətlərin mövcud olması məlum oldu. Keç-

miş çar generalı Denikinin könüllü ordusunun Dağıstana hücumu ilə kon-

frans öz işini dayandırmağa məcbur oldu.

“Vahid və bölünməz Rusiya” sərhədlərini bərpa etmək iddiasında olan 

Denikin 1919-cu ilin yazında Dağıstan Dağlılar Respublikasına soxularaq 




Yüklə 278,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə