Strateji TƏHLİL



Yüklə 278,45 Kb.
Pdf görüntüsü
səhifə8/9
tarix12.10.2018
ölçüsü278,45 Kb.
#73731
1   2   3   4   5   6   7   8   9

STRATEJİ TƏHLİL | Say 1-2 (23-24) • 2018

28 

Dərbəndi işğal etdi. Çar generalının Azərbaycana təcavüzkar niyyətdə ol-

duğu aşkara çıxdı. Parlamentin fövqəladə iclasında qəbul olunmuş qərara 

əsasən sərhədlərin təhlükəsizliyini təmin etmək məqsədilə Dövlət Müdafiə 

Komitəsi yaradıldı və bütün hakimiyyət onun ixtiyarına keçdi.

Denikin  təhlükəsi  Gürcüstanı  da  ciddi  narahat  etdiyindən  iyunun  16-

da  Gürcüstanla  Azərbaycan  arasında  hərbi  müdafiə  paktı  imzalandı  [19, 

s.249]27.  Bu  pakta  görə,  Azərbaycan  və  Gürcüstanın  istiqlaliyyətinə  və 

ərazi bütövlüyünə hər hansı dövlət tərəfindən təcavüz olunduğu təqdirdə 

onlar bir-birinə hərbi yardım göstərməli idilər. Üç il müddətinə bağlanan 

hərbi pakta Ermənistan iki həftə ərzində qoşula bilərdi. Lakin Ermənistan 

Denikinlə gizli müqavilə imzalamağı daha üstün tutdu. Hərbi pakta görə, 

Azərbaycan Gürcüstandan 12 kiçik top, 12 dağ topu, 24 pulemyot, 3 min 

beşaçılan tüfəng, 211 qılınc, 795 nizə və s. hərbi ləvazimat aldı.

Birinci Dünya müharibəsi 1918-ci ilin noyabrında başa çatsa da, onun 

nəticələrini  reallaşdırmaq  uzun  bir  vaxt  tələb  edirdi.  Qalib  dövlətlər 

müharibədən sonrakı dünyanın vacib məsələlərini həll etmək üçün Parisdə 

beynəlxalq sülh konfransının çağırılmasına qərar verdilər.

Azərbaycan parlamenti Paris Sülh Konfransında iştirak etmək üçün tam 

səlahiyyətli və geniş hüquqlara malik nümayəndə heyəti göndərmək haq-

qında  qərar  qəbul  etdi.  Nümayəndə  heyətinə  rəhbərlik  parlamentin  sədri 

Ə.M.Topçubaşova  tapşırıldı.  Azərbaycan  nümayəndə  heyətinin  Paris  Sülh 

Konfransında  iştirak  etməkdə  əsas  məqsədi  dünya  dövlətləri  tərəfindən 

AXC-nin tanınmasına nail olmaq idi. Konfransda iştirak etmək üçün 1919-

cu ilin yanvarından icazə gözləyən Azərbaycan nümayəndə heyəti üç aylıq 

gərgin  diplomatik-siyasi  mübarizədən  sonra  ingilislərin  köməyi  ilə  mayın 

əvvəllərində Parisə gedib çıxa bildi. Mayın 28-də Azərbaycan nümayəndə 

heyətini ABŞ prezidenti V.Vilson qəbul etdi. Vilsona təqdim edilmiş memo-

randumda Azərbaycan Respublikasının yaranma tarixi, onun bir ildə azadlıq 

yolunda verdiyi qurbanlardan bəhs olunurdu. Memorandumda göstərilirdi 

ki, bu mübarizədə Azərbaycanın iki şəhəri və 500 kəndi dağıdılmış, 150 min 

nəfərə qədər sakini qurban getmişdir. Təkcə İrəvan quberniyasında qısa bir 

müddət ərzində 200 müsəlman kəndi yandırılmış və 200 min nəfər müsəlman 

evsiz-eşiksiz  qalmışdır.  ABŞ  prezidentindən  Azərbaycan  istiqlaliyyətinin 

tanınması,  Vilson  prinsiplərinin  (1.  Hər  bir  millət  xarakterindəki  intellek-

tual və mənəvi-dini xüsusiyyətlərinə görə seçilməlidir; 2. Hər bir millət öz 

taleyini müəyyən etməyə qadir olduğunu göstərməlidir; 3. O, öz xərclərini 

ödəmək  üçün  iqtisadi,  təbii  və  maliyyə  vasitələrinə  malik  olmalıdır;  4. 

O,  özünü  xarici  təcavüzdən  qoruya  bilməlidir;  5.  O,  tabe  olduğu  ölkənin 

hökumətinin zülmündən əziyyət çəkmiş olmalıdır) Azərbaycana aid edilməsi, 

Azərbaycanın  Millətlər  Cəmiyyətinə  qəbul  edilməsi,  ABŞ-ın  Azərbaycana 

hərbi sahədə yardım göstərməsi, ABŞ-la Azərbaycan arasında diplomatik və 

iqtisadi əlaqələrin bərqərar edilməsi məsələlərində Azərbaycan nümayəndə 

heyətinə  kömək  göstərilməsi  xahiş  olunurdu.  Lakin  ermənipərəst  V.Vilson 

Azərbaycan nümayəndə heyətini soyuq qarşıladı, nümayəndə heyətinə kon-



STRATEJİ TƏHLİL | Say 1-2 (23-24) • 2018

29

federasiya ideyasını müdafiə etməyi, Millətlər Cəmiyyətinin mandatı ilə bö-

yük dövlətlərdən birinin bu konfederasiya üzərində qəyyumluğunu  qəbul 

etməyi məsləhət gördü. Konfederasiya məsələsinə Azərbaycan və qismən də 

gürcü nümayəndə heyəti müsbət yanaşırdı. Bu işin reallaşmasına əngəl olan 

isə  erməni  nümayəndə  heyətinin  pozuculuq  fəaliyyəti  idi.  Ermənilər  Paris 

Sülh Konfransı rəhbərliyindən tələb edirdilər ki, Birinci Dünya müharibəsinin 

Antantanın xeyrinə qələbə ilə başa çatmasında onların böyük xidmətlərini 

nəzərə  alaraq,  qalib  dövlətlər  “Böyük  Ermənistan”ın  yaradılmasında 

ermənilərə yardımçı olmalıdırlar. Guya Qafqazda rus ordusunun tərkibində 

180 min, Avropada isə 15 min erməni könüllüsü müttəfiqlərin “müqəddəs 

işi” uğrunda mübarizə aparmışdır. Ermənilər Türkiyənin 7 şərq vilayəti, İrəvan 

quberniyası,  Tiflis  və  Yelizavetpol  (Gəncə)  quberniyalarının  cənubunu  və 

Qars torpaqlarından ibarət böyük bir ərazini tələb edirdilər. Bundan əlavə, 

ermənilər 19 milyard frank həcmində müharibə təzminatı almaq istədiklərini 

də gizlətmirdilər. Yeri gəlmişkən, ermənilərin bu əsassız iddialarını Paris, Lon-

don, xüsusilə də Vaşinqton qızğın müdafiə edirdi.

Erməni  millətçilərinin  “Dənizdən-dənizə  Böyük  Ermənistan”  planına 

Qərbi Azərbaycan və Naxçıvan torpaqları da daxil idi. 1918-ci ilin yazında 

təkcə  Sisiyan  mahalında  50  min  müsəlman  ev-eşiyindən  qovulmuş,  115 

kənd dağıdılmış və yandırılmış, 10038 nəfər öldürülmüş və yaralanmışdı. 

Onlardan 7729 nəfəri (3257 kişi, 2276 qadın və 2196 uşaq) məhv edilmiş, 

2309 nəfəri isə (1060 kişi, 764 qadın və 485 uşaq) şikəst edilmiş, qəzanın 

azərbaycanlı  əhalisinə  üst-üstə  bir  milyard  manat  maddi  ziyan  dəymişdi 

[17, s.196]. 

1918-ci ilin yazında Andranik 800 nəfərlik quldur dəstəsi ilə Naxçıvan 

bölgəsinə hücuma keçdi. Yerli əhaliyə kömək məqsədilə həmin il avqustun 

7-də türk paşası Kazım Qarabəkir Naxçıvana daxil oldu. Bununla da erməni-

daşnak qüvvələrinin Naxçıvan torpaqlarındakı özbaşınalığına son qoyuldu. 

Mudros barışığından sonra Osmanlı  qüvvələri noyabrın 11-də Naxçıvanı 

tərk etməyə məcbur oldu. Yerli əhali erməni təcavüzündən qorunmaq üçün 

1918-ci ilin noyabrında Araz-Türk Respublikasının yaradıldığını elan etdi. 

1919-cu ilin martına kimi fəaliyyət göstərən Araz-Türk Respublikası Naxçı-

van bölgəsinin ermənilərin işğalı altına keçməsinə imkan vermədi. 

Azərbaycan hökuməti də Naxçıvanın müdafiəsi üçün ciddi tədbirlər gö-

rürdü. 1919-cu il fevralın 28-də AXC hökumətinin qərarı ilə Naxçıvan gene-

ral-qubernatorluğu yaradıldı. Bəhram xan Naxçıvanın general-qubernatoru 

təyin edildi. 

Ermənilərin Naxçıvan torpaqlarına yiyələnmək cəhdləri 1919-cu ilin ya-

zında daha da gücləndi. Bölgədəki ingilis komandanlığının razılığı ilə 1919-

cu ilin mart-iyul aylarında Naxçıvan bölgəsində erməni idarəçiliyi yaradıl-

dı. Naxçıvan əhalisi bu qərara qəti etirazını bildirdi. İyulun 25-də Naxçıvan 

əhalisi erməni qoşunlarını əzərək onları qaçmağa məcbur etdi. Beləliklə, 

Naxçıvan bölgəsində “erməni idarəçiliyi” ləğv edildi.  

Paris Sülh Konfransında iştirak edən İran nümayəndə heyəti isə təqdim 



Yüklə 278,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə