Strateji TƏHLİL



Yüklə 278,45 Kb.
Pdf görüntüsü
səhifə9/9
tarix12.10.2018
ölçüsü278,45 Kb.
#73731
1   2   3   4   5   6   7   8   9

STRATEJİ TƏHLİL | Say 1-2 (23-24) • 2018

30 

etdiyi memorandumda Bakı, Dərbənd, Şəki, Şamaxı, Gəncə, Qarabağ, Nax-

çıvan  və  İrəvanın  ona  verilməsini  tələb  edirdi.  Müharibədə  heç  bir  rolu 

olmayan  İranın  bu  qəribə  iddialarına konfrans  heç  bir  reaksiya  vermədi, 

üstəlik 1919-cu il 9 avqust tarixli ingilis-İran müqaviləsindən sonra onun 

nümayəndələri  konfransdan  uzaqlaşdırıldı.  1920-ci  il  martın  21-də  İran 

Azərbaycan dövlətini müstəqil dövlət kimi tanıyaraq onunla dostluq haq-

qında müqavilə imzaladı.   

Nəhayət, 1920-ci il yanvarın 11-də Parisdə Müttəfiq Dövlətlərin Ali Şu-

rası Azərbaycanın istiqlaliyyətinin de-fakto tanınması haqqında yekdilliklə 

qərar qəbul etdi. Yanvarın 14-də bu xəbər Azərbaycana çatdırıldı və parla-

ment onu təntənəli şəkildə qeyd etdi. Millət vəkilləri və parlamentin icla-

sında iştirak edən xarici ölkələrin diplomatik nümayəndələri istiqlal yolun-

da qurban getmiş Vətən oğullarının və Osmanlı əsgərlərinin xatirəsini yad 

etdilər. Bu hadisə münasibətilə ümumi amnistiya elan edildi [18, s.94].

Yanvarın 19-da Azərbaycanın və Gürcüstanın rəsmi nümayəndələri Paris 

Sülh Konfransı Ali Şurasının iclasına dəvət edildilər. Antanta Cənubi Qafqa-

zın yeni dövlətlərini tanımaqla onları xarici təcavüzdən qorumaq üçün öz 

üzərinə öhdəliklər götürdü. Azərbaycan tərəfi ABŞ və Avropa dövlətlərindən 

alınması nəzərdə tutulan 100 parovoz, 2 min ədəd çən, 500 bağlı vaqon 

müqabilində 200 milyon pud ağ neft, eləcə də pambıq, yun, ipək, gön-dəri 

məhsulları göndərməyi öhdəsinə götürdü.

AXC-nin de-fakto tanınmasına qədər dövlət quruculuğu sahəsində heç 

bir təcrübəsi olmayan xalq qısa bir müddət ərzində normal fəaliyyət göstərən 

dövlət  aparatı  yaratmağa,  20-dən  çox  dövlətlə,  o  cümlədən  Türkiyə,  Gür-

cüstan, Ermənistan, İran, Belçika, Hollandiya, Yunanıstan, Danimarka, İtali-

ya, Fransa, İsveçrə, İngiltərə, ABŞ, Ukrayna, Litva, Polşa, Finlandiya və s. ilə 

baş konsulluq, konsul agentlikləri səviyyəsində əlaqələr qurmağa nail oldu. 

AXC-nin dövlət quruluşu parlamentli respublika idi. Yeni yaranmış dövlət öz 

fəaliyyəti dövründə “Türkləşmək, islamlaşmaq və müasirləşmək” ideyası uğ-

runda mübarizə aparırdı. Hökumət Gəncədəki fəaliyyəti dövründə – 1918-ci 

il iyunun 27-də Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında fərman 

imzaladı.  Azərbaycandilli  savadlı  kadrların  çatışmazlığı  nəzərə  alınaraq, 

dövlət idarələrində müvəqqəti olaraq rus dilindən də istifadə olunmasına 

icazə verildi. İyunun 24-də üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz 

təsviri olan qırmızı bayraq dövlət bayrağı kimi qəbul edildi, noyabrın 9-da isə 

həmin bayraq üçrəngli – yaşıl, qırmızı və mavi zolaqlardan ibarət olan bay-

raqla əvəz olundu. Avqustun 11-də ümumi hərbi səfərbərlik elan edildi və 

1894-1899-cu il təvəllüdlü bütün Azərbaycan vətəndaşları hərbi xidmətə ça-

ğırıldılar. Sentyabrın 1-də Hərbiyyə Nazirliyinin yaradılması haqqında qərar 

qəbul olundu. Dekabrın 25-də general Səmədağa Mehmandarov hərbi na-

zir, general Əliağa Şıxlinski hərbi nazirin müavini, general Süleyman Sülkeviç 

Baş Qərargah rəisi təyin edildilər. 1919-cu ildə 25 min nəfərlik Milli Ordu 

yaratmaq məqsədilə 400 milyon manat vəsait ayrıldı. Ordunun yaradılması 

prosesi 1920-ci ilin yanvarında əsasən başa çatdırıldı. 40 min nəfərlik nizami 



STRATEJİ TƏHLİL | Say 1-2 (23-24) • 2018

31

ordunun 30 mini piyada, 10 mini isə süvari 

qoşun hissələrindən ibarət idi. 

1919-cu ilin yayında Bakını tərk edən 

ingilislər  şəhər  limanının  idarəçiliyini  və 

hərbi  gəmilərin  bir  hissəsini  Azərbaycan 

hökumətinə  təhvil  verdilər.  İngilislərdən 

alınan gəmilər hesabına Xəzər donanması 

yaradıldı. 

1919-cu  il  iyulun  21-də  parlament 

“Azərbaycan  Respublikasının  Müəssislər 

Məclisinə seçkilər haqqında” Əsasnaməni 

təsdiq  etdi.  Həmin  il  avqustun  11-də 

parlament  tərəfindən  qəbul  olunmuş 

“Azərbaycan  vətəndaşlığı  haqqında” 

qanuna  görə,  özü  və  ya  valideynləri 

Azərbaycan ərazisində anadan olmuş keç-

miş Rusiya imperiyasının bütün təbəələri 

milli və dini mənsubiyyətindən asılı olma-

yaraq,  Azərbaycan  vətəndaşı  hesab  olu-

nurdu.

Xalq  maarifi  sahəsində  ciddi  nailiyyətlər  qazanıldı.  Orta  məktəblərin 



təxminən  yarısı  milliləşdirildi,  məktəblərdə  rus  tarixi  əvəzinə  ümumtürk 

tarixi  tədris  olunmağa  başladı,  bütün  məktəblərdə  Azərbaycan  dilinin 

tədrisi məcburi hesab olundu. 1919-cu il sentyabrın 1-də Bakı Universite-

tinin təsis olunması haqqında qərar qəbul olundu. Dərslər noyabrın 15-də 

başlandı. Kənd Təsərrüfatı İnstitutunun yaradılması haqqında qanun qəbul 

olundu. 1919-cu ilin oktyabrında mətbuat sahəsində senzura ləğv olun-

du. Azərbaycanın müxtəlif regionlarında kişi və qadın seminariyaları açıldı, 

dövlətin hesabına yüzə yaxın gənc azərbaycanlı ali təhsil almaq məqsədilə 

Avropanın universitetlərinə göndərildi. Ticarəti və daxili bazarı dirçəltmək 

məqsədilə 1918-ci il avqustun 27-də azad ticarət haqqında fərman verildi, 

oktyabrın 30-da ticarət donanmasının fəaliyyəti bərpa olundu. 1919-cu ilin 

yayında Azərbaycan Xəzər donanması yaradıldı.

AXC-nin  mübahisəsiz  ərazisi  97,3  min  kvadrat  kilometr  idi.  Gürcüs-

tanla 8,7 min kvadrat kilometr, Ermənistanla isə 7,9 min kvadrat kilometr 

həmsərhəd ərazi Azərbaycan hökuməti tərəfindən mübahisəli torpaq sa-

yılırdı. Azərbaycanın əhalisi 2 milyon 862 min nəfər idi ki, onun 70 faizini 

müsəlmanlar təşkil edirdi [16, s.149].

Azərbaycanın beynəlxalq aləmdə tanınmasına baxmayaraq ölkənin şimal 

sərhədlərindəki vəziyyət gərgin olaraq qalırdı. Sovet Rusiyasının xarici işlər 

komissarı G.Çiçerin 1920-ci il yanvarın əvvəllərində Azərbaycan hökumətinə 

göndərdiyi notada Denikin əleyhinə hərbi ittifaq bağlamağı təklif edirdi. 

Azərbaycan rəhbərliyi başa düşürdü ki, Sovet hökumətinin əsas məqsədi 

bu gənc respublikanı Denikinlə qeyri-bərabər hərbi münaqişəyə cəlb edib 

AXC-nin de-fakto tanınmasına 

qədər dövlət quruculuğu 

sahəsində heç bir təcrübəsi 

olmayan xalq qısa bir müddət 

ərzində normal fəaliyyət 

göstərən dövlət aparatı 

yaratmağa, 20-dən çox 

dövlətlə, o cümlədən Türkiyə, 

Gürcüstan, Ermənistan, 

İran, Belçika, Hollandiya, 

Yunanıstan, Danimarka, 

İtaliya, Fransa, İsveçrə, 

İngiltərə, ABŞ, Ukrayna, Litva, 

Polşa, Finlandiya və s. ilə baş 

konsulluq, konsul agentlikləri 

səviyyəsində əlaqələr qurmağa 

nail oldu. 



STRATEJİ TƏHLİL | Say 1-2 (23-24) • 2018

32 

zəiflətmək, sonra isə onun istiqlaliyyətinə son qoymaqdır. AXC-nin xarici 

işlər naziri F.Xoyski cavab notasında yazırdı ki, Denikinlə Sovet hökuməti 

arasındakı mübarizə rus xalqının daxili işidir və Azərbaycan hökuməti Ru-

siyanın daxili işinə qarışmaq niyyətində deyil. Çiçerin yanvarın 23-də ikin-

ci notasında Azərbaycanın müstəqilliyinə münasibətini bildirməkdən yan 

keçir  və  Azərbaycan  hökumətini  Denikinə  qarşı  mübarizə  aparmaqdan 

imtina  etməkdə  günahlandırırdı.  F.X.Xoyski  isə  notasında  Azərbaycanın 

istiqlaliyyətinin  Sovet  Rusiyası  tərəfindən  qeyd-şərtsiz  tanınmasını  təkid 

edirdi. Çiçerinin martın 7-də göndərdiyi növbəti nota baş aldatmaqdan və 

vaxt uzatmaqdan başqa bir şey deyildi. Getdikcə aydın olurdu ki, Rusiyanın 

bu hərəkətləri Azərbaycana qarşı hazırlanan hərbi müdaxiləni pərdələmək 

və Azərbaycan hökumətinin sayıqlığını azaltmaq məqsədi güdür. Sovet Ru-

siyasının Azərbaycana əsl münasibətini V.Leninin 1920-ci il martın 17-də 

Qafqaz cəbhəsinin Hərbi-inqilab Şurasının üzvləri Smilqa və Orconikidzeyə 

göndərdiyi teleqram dolğun əks etdirir: “Bakını zəbt etmək bizə olduqca və 

olduqca zəruridir, bütün səylərinizi buna verin” [12, s.49]. 

Hələ  1918-ci  ilin  dekabrında  bolşeviklər  Bakıda  ümumi  siyasi  tətil 

keçirməyə  nail  oldular.  Tətildə  25-dən  çox  müəssisənin  12  minə  qədər 

fəhləsi  iştirak  edirdi.  1919-cu  ilin  mayında  bolşeviklər  Bakıda  ikinci  dəfə 

tətil  keçirməyə  cəhd  göstərdilər.  Azərbaycan  bolşeviklərinin  sosial  baza-

sını əsasən qeyri-müsəlman əhalisi təşkil edirdi. 1919-cu il aprelin 25-də 

Azərbaycanın  cənub  bölgəsində  bolşeviklər  tərəfindən  qızışdırılan  rus 

əhalisinin milli hökumətə qarşı qiyamı başlandı. Qiyamçılar bölgəni “Mu-

ğan Sovet Respublikası” elan etdilər. Avqustun əvvəlində qiyam hökumət 

qüvvələri tərəfindən yatırıldı. 



9. Bolşeviklərin milli hökumətə münasibəti

Hökumətin  torpaq  islahatını  yubatmasından  bolşeviklər  məharətlə 

istifadə  etdilər.  1919-cu  ilin  əvvəllərində  bir  sıra  qəzalarda  bolşeviklərin 

rəhbərliyi ilə kəndli çıxışları başlandı. Bunlardan ən güclüsü Gəncədə baş 

verdi. Bu çıxış 1919-cu ilin sentyabrında yatırıldı.

Bolşeviklər  Azərbaycanın  daxilində  də  təxribatçılıq  fəaliyyətlərini 

gündən-günə  genişləndirirdilər.  1920-ci  ilin  fevralında  təsis  edilmiş 

Azərbaycan  Kommunist  (bolşeviklər)  Partiyasının  əsas  məqsədi  ölkədə 

vəziyyəti  gərginləşdirmək,  təxribat  yolu  ilə  bolşevikləri  hakimiyyətə 

gətirmək idi. Bu təxribatçı quruma qatı millətçi A.Mikoyan başçılıq edirdi 

[13, s.58]. 

Böhranı  kəskinləşdirən  amillərdən  biri  də  Azərbaycanda,  xüsusən, 

Bakıda  olan  Türkiyə  kommunistləri  və  ittihadçılarının  xalq  arasında  ge-

niş nüfuzlarından istifadə edərək, rus ordusunun gələcək yürüşü xeyrinə 

təbliğat  aparmaları  idi.  Türklər  iddia  edirdilər  ki,  guya  qırmızı  ordunun 

Türkiyədə Kamal hərəkatına köməyə tələsməsinə baxmayaraq, Azərbaycan 

hökuməti rus ordusunu öz ərazisindən buraxmaq istəmir. Buna görə də 



STRATEJİ TƏHLİL | Say 1-2 (23-24) • 2018

33

türk kommunistləri yerli və xarici bolşeviklərlə birlikdə milli hökumətə qarşı 

mübarizə aparmağa məcburdurlar. 

Sovet  Rusiyası  Ermənistanın  Azərbaycana  qarşı  düşmənçiliyindən  də 

istifadə etdi. 1920-ci ilin əvvəllərində erməni nümayəndələri Moskvada ərazi 

güzəştləri  müqabilində  Azərbaycan  hökumətini  devirmək  planlarını  Sovet 

Rusiyasına təklif etdilər. Qarabağda və Gəncəbasarda erməni əhalisinin qi-

yamı və Azərbaycana qarşı Ermənistanın müharibəsi bu planın tərkib hissəsi 

idi. Azərbaycan ordusunun, demək olar ki, hamısı 1920-ci ilin Novruz bayra-

mı günlərində Qarabağ istiqamətində erməni qiyamçılarına qarşı vuruşurdu, 

ölkənin şimal sərhədləri isə müdafiəsiz qalmışdı. Digər tərəfdən, Azərbaycan 

hökumətinin Qərbdən gözlədiyi yardım gəlib çıxmırdı.

Sovet Rusiyasına münasibət məsələsində də Azərbaycan hökumətində 

birlik yox idi: xarici işlər naziri Fətəli xan Xoyski Rusiyaya münasibətdə sərt 

xəttin, daxili işlər naziri Məmməd Həsən Hacınski isə Azərbaycan bolşevikləri 

ilə  danışığa  girib  onlara  güzəştə  getməyin  tərəfdarı  idi.  M.H.Hacınskiyə 

görə,  Sovet  Rusiyasına  geniş  güzəştlər  verməklə  Azərbaycanın  istiqlalını 

qorumaq mümkün idi.



10. Milli hökumətin süqutu

1920-ci  ilin  martında  hökumətin  keçirdiyi  konfransda  M.H.Hacınskinin 

tərəfdarları qalib gəldilər, N.Yusifbəyli baş nazir vəzifəsindən istefa verdi. Yeni 

hökumətin təşkili M.H.Hacınskiyə tapşırıldı. Lakin M.H.Hacınski bu hökumətin 

təşkilinə tələsmirdi, az sonra M.H.Hacınskinin özü bolşeviklər partiyasına da-

xil oldu. Yeni hökumətin təşkilinin yubadılması onsuz da gərgin olan vəziyyəti 

bir qədər də çətinləşdirdi. Parlamentdə müxtəlif partiyalar arasında gedən 

mübarizə son həddə çatdı. Mövcud hakimiyyətə qarşı daim müxalifətdə olan 

və hökuməti devirməyə çalışan ittihadçılar Rusiya ilə hərbi ittifaqa girməyi 

tələb edirdilər, Azərbaycan bolşevikləri isə guya ölkədə qayda-qanun yarat-

maq naminə hərbi yardım üçün Rusiyaya müraciət etməyə və XI rus ordusu-

nu Azərbaycana dəvət etməyə çağırırdılar.

1920-ci ilin aprelində Denikinin qoşunlarını məğlub edən XI rus ordu-

su Azərbaycan sərhədlərinə yaxınlaşdı. Aprelin 15-də F.X.Xoyski Çiçerinə 

göndərdiyi notada rus ordusunun Azərbaycan sərhəddində toplanmasının 

səbəbləri və məqsədi barədə məlumat verilməsini tələb etdi. Lakin Çiçerin 

bu  notaya  heç  bir  əhəmiyyət  vermədi.  Həmin  günlərdə  A.Mikoyan  baş-

da  olmaqla  Bakı  bolşevikləri  Azərbaycan  xalqı  adından  XI  rus  ordusunu 

Azərbaycana dəvət etdilər. Qabaqcadan razılaşdırılmış plana görə, rus ordu-

su Bakıda bolşevik qiyamının başlanmasından 1-2 gün sonra Azərbaycana 

soxulmalı idi. Bununla da dünya ictimaiyyətində belə bir rəy yaradılacaqdı 

ki, Azərbaycan hökuməti xarici hərbi müdaxilənin deyil, daxili qiyamın qur-

banı olmuşdur. Lakin Bakıda qiyam başlanmamış – aprelin 26-dan 27-nə 

keçən gecə XI ordu hissələri Azərbaycan ərazisinə daxil olub Bakıya doğ-

ru irəliləməyə başladılar. Sərhəd qüvvələrindən ibarət azsaylı Azərbaycan 



STRATEJİ TƏHLİL | Say 1-2 (23-24) • 2018

34 

ordu hissələri düşmənə müqavimət göstərə bilmədi. Hərbi gəmilərin top-

ları dənizdən parlament binasına tuşlandı.  

XI ordunun Azərbaycana hücumu ilə eyni vaxtda aprelin 27-də gündüz 

saat 12-də AK(b)P MK və RK(b)P Qafqaz Diyar Komitəsinin  Bakı bürosu 

adından  hakimiyyəti  təhvil  vermək  haqqında  Azərbaycan  parlamentinə 

ultimatum  verildi.  Azərbaycan  parlamentinin  fəaliyyəti  həmin  gün  saat 

20:45-də başa çatdı. Parlament aşağıdakı şərtlərlə hakimiyyətin Azərbaycan 

kommunistlərinə verliməsi barədə qərar çıxartdı: 

1. Rus ordusu Bakıya daxil olmadan dəmir yolu ilə birbaşa Anadolunun 

köməyinə gedəcək;

2. Azərbaycan istiqlalı və ərazi bütövlüyü hər cür təcavüz və ilhaqdan 

qorunacaq;

3. Azərbaycan ordusu olduğu kimi saxlanacaq;

4. Azərbaycanın siyasi partiyaları üçün fəaliyyət azadlığı təmin olunacaq;

5.  Keçmiş  dövlət  xadimləri,  hökumət  üzvləri  və  millət  vəkilləri  təqib 

olunmayacaq, dövlət idarələri qulluqçularının iş yerləri saxlanacaq, yalnız 

rəhbər vəzifəli şəxslər dəyişdiriləcək;

6. Azad şəraitdə toplaşacaq Azərbaycan Şuraları hakimiyyətin idarəçilik 

formalarını təyin edəcək [9, II c., s.439].

Aprelin 29-da Azərbaycan İnqilab Komitəsi hərbi yardım göstərmək xa-

hişi ilə Sovet Rusiyasına müraciət etdi. Halbuki, rus ordusu aprelin 27-də 

Azərbaycanın hüdudları daxilində idi. Beləliklə, AXC 23 aylıq fəaliyyətdən 

sonra süqut etdi. 

1920-ci  il  aprelin  28-də  Azərbaycan  Sovet  Sosialist  Respublikası  elan 

olundu.


Aprel işğalı nəticəsində Azərbaycanda qurulan bolşevik rejiminin ömrü 

70 ildən də çox çəkdi. Bu rejim özünün bütün varlığı ərzində Şərqdə ilk de-

mokratik respublikanın bayrağını ucaldan qeyrətli soydaşlarımızla, onların 

haqq işinin davamçıları ilə mübarizə apardı. Lakin xalqın qəlbində yaşayan 

azadlıq atəşini söndürməyə müvəffəq olmadı. Xalq özünün istiqlal arzula-

rını nəsildən-nəslə ötürdü. Nəhayət, 1991-ci ildə Azərbaycan yenidən öz 

dövlət müstəqilliyini bərpa etdi, indiki Azərbaycan Respublikasının 1918-ci 

il  mayın  28-dən  1920-ci  il  aprelin  28-dək  mövcud  olmuş  AXC-nin  varisi 

olduğunu ümumxalq iradəsi ilə təsdiqlədi. 

Nəticə

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin ses-

siyasında  qəbul  edilmiş  “Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyi 

haqqında Konstitusiya Aktı”nda bu tarixi amansızlığa verilən siyasi qiymət 

belə oldu: “1920-ci il aprelin 27-28-də RSFSR-in XI ordusunun Azərbaycana 

təcavüzü, respublika ərazisini zəbt etməsi, beynəlxalq hüququn subyekti 

olan AXC-ni devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi hesab 

edilsin” [10, s.309].




STRATEJİ TƏHLİL | Say 1-2 (23-24) • 2018

35

Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir, ən əziz, ən 

qiymətli sərvətimizdir, eyni zamanda bu XX əsrin əvvəlindən sonunadək 

xalqımızın qəlbində yaşayan azadlıq idealları uğrunda mübarizənin məntiqi 

nəticəsidir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin sözləri ilə 

desək: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qar-

şımızda duran vəzifə dövlət müstəqilliyimizi qorumaqdan, əbədi etməkdən 

ibarətdir” [10, s.2]. Çünki müstəqilliyin əldə olunması nə qədər çətindirsə, 

onu qoruyub saxlamaq, dönməz və əbədi etmək bundan da çətindir…

 

İstifadə edilmiş ədəbiyyat:

1.   ARDA, fond 100, siyahı 2, iş 791, vərəq 791.

2.   ARDA, fond 1061, siyahı 1, iş 95, vərəq 2.

3.   ARDA, fond 1061, siyahı 1, iş 108, vərəq 8-10.

4.   ARDA, fond 1061, siyahı 2, iş 85, 87,100.

5.   ARDA, fond 894, siyahı 4, iş 65.

6.   ARDA, fond 895, siyahı 1, iş 299, vərəq 8-12, 18, 20, 22, 26, 31-33.

7.   ARDSPIHA, fond 277, siyahı 2, iş 16, vərəq 18, 20, 46.

8.   ARDSPIHA, fond 277, siyahı 2, iş 13-16, vərəq 25-26.

9.  Azərbaycan  Xalq  Cümhuriyyəti  (1918-1920).  Parlament  (Stenoqrafik  hesabat).  

İki cilddə: I c. B., 1998, 976 s.; II c., B.,1998, 992 s. 

10. Azərbaycan tarixi 7 cilddə: VII cild. Bakı: Elm, 2008, 608 s.

11. Həsənli C. Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920). B., 1993, 

362s.

12. Hüseynov Ş. Müstəqilliyin çətin yolu. B., 1996, 328 s.



13. İsgəndərov A. Azərbaycan Xalq Cümhuriyyəti. B., 2003.

14. İsgəndərov A. Azərbaycan həqiqətləri.  B.: Elm və təhsil, 2012, 226 s.

15. Quliyev C. Azərbaycanı dünyaya tanıdan Cümhuriyyət. B.,1998.

16. Məmmədzadə Mirzə Bala. Milli Azərbaycan hərəkatı. B.: Nicat,1992.

17. Nəcəfov B. Düşmənin iç üzü. B., 1997.

18. Nəsibzadə N. Azərbaycanın xarici siyasəti (1918-1920). B.: Ay-ulduz, 1996, 304s.

19. Paşayev A. Açılmamış səhifələrin izi ilə. B., 2001, 564 s.

20. Süleymanov M. Qafqaz İslam Ordusu və Azərbaycan. B., 1999.



Anar Isgenderov

The Establishment of the Azerbaijan Democratic Republic and 

its Place in our History

The article analyzes the features of the period of the establishment of the 

Azerbaijan Democratic Republic, the political-legal aspects of this historical 

process and the activity of the Republic's creators. In this regard, the announ-

cement of the Democratic Republic of Azerbaijan, which existed for 23 months, 

the domestic and foreign policies and measures implemented by it, also found 

their reflection in the study.

The author notes, that The First World War and its resulting February bo-

urgeois revolution overthrown the Romanovs dynasty, which over 300 years 



STRATEJİ TƏHLİL | Say 1-2 (23-24) • 2018

36 

ruled in Russia and oppressive peoples, who have fallen into tyranny and ens-

lavement, have the opportunity to establish their own destiny. In addition, the 

military operations between Russia and the Ottoman Empire on the Caucasus 

front have grievous influenced economic, social and political life in Azerbaijan, 

and at the same time strengthened the national-democratic process, idea of 

autonomy, and ultimately, the inclination of independence strengthened, from 

the beginning of the century.



Анар Искендеров

Создание Азербайджанской Демократической Республики и 

ее место в нашей истории

В статье анализируются особенности эпохи становления Азербайджан-

ской  Демократической  Республики,  политико-правовые  аспекты  этого 

исторического  процесса  и  деятельность  основателей  Республики.  В 

исследовании  нашли  свое  отрaжениe  внутренняя  и  внешняя  политика 

АДР, которая просуществовала в течение 23 месяцев.

Автор отмечает,  что Февральская буржуазная революция, явившаяся 

следствием неудач Российской империи в ходе Первой мировой войны, 

привела  к  свержению  правящей  на  протяжении  трехсот  лет  династии 

Романовых.  Народы,  изнывающие  под  имперским  гнетом,  получили 

право  на  самоопределение.  В  ходе  Первой  мировой  войны  основной 

ареной военных действий, между Российской и Османской империями, 

был  Кавказский  фронт.  Это,  с  одной  стороны,  нанесло  огромный 

ущерб  экономике  Азербайджана  и  ухудшило  социально-политическое 

положение  региона,  с  другой  стороны,  эти  же  события  привели  к 

активизации  национально-демократических  процессов  и  появлению 

идеи об автономии, что в конечном итоге усилило тягу народа к своей 

независимости.



Məqalə redaksiyaya daxil olmuşdur:  14.04.2018

Təkrar işləməyə göndərilmişdir: 03.05.2018

Çapa qəbul edilmişdir:  15.05.2018

Document Outline

  • StratejiTehlil 23-24 for_print

Yüklə 278,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə