#strongertogether avropa ittifaqi və azərbaycan: birlikdə ekologiya naminə



Yüklə 28,59 Kb.
Pdf görüntüsü
tarix21.06.2018
ölçüsü28,59 Kb.
#50059


#strongertogether

AVROPA İTTIFAQI VƏ AZƏRBAYCAN: 

BIRLIKDƏ EKOLOGIYA NAMINƏ

Ətraf  mühitin  qorunması,  mühafizə  olunması  və  yaxşılaşdırılması  indiki  və  gələcək  nəsillər  üçün  vacib 

əhəmiyyət  daşıyır.  Regionda  yerləşən  digər  ölkələr  kimi  Azərbaycan  da  havanın  çirklənməsi,  təmiz  və 

təhlükəsiz su təchizatının təmin olunması və tullantıların davamlı idarə olunması sahəsində çətinliklərlə üzləşir. 

Avropa  İttifaqı  ətraf  mühitin  qorunmasına  dair  siyasətin  təkmilləşdirilməsi  və  şəhərlərdə  sosial  və  texniki 

infrastrukturun  müasirləşdirilməsi  sahəsində  ekologiyanın  qorunmasına  yönəlmiş  sərmayələrin  yatırılması 

vasitəsilə iqlim dəyişikliyi ilə mübarizə aparmaq və Azərbaycan vətəndaşları üçün daha keyfyyətli həyat təmin 

etmək məqsədilə Azərbaycan ilə əməkdaşlıq edir. 



Həm  insanlara,  həm  də  ətraf  mühitə  eyni  dərəcədə 

diqqət tələb edən qərarların təşviq edilməsi:  

Ətraf  mühitin  yüksək  səviyyədə  qorunması  və 

Azərbaycan  vətəndaşlarının  həyat  keyfiyyətinin 

yaxşılaşdırılmasını təmin edən siyasətlərin hazırlanması 

və həyata keçirilməsi. 

Təbiətin qorunması: 

 

Bütöv  Şərq  Tərəfdaşlığı  regionunda 



Zümrüd  şəbəkəsi 

adlı  mühafizə  olunan  ərazilərin  birgə  şəbəkəsinin 

qurulması  və  meşə  təsərrüfatından  asılı  icmalarda 

yaşamaq  üçün  vasitələrin  yaxşılaşdırılmasında  çox 

vacib rol oynayan meşələrin davamlı idarə edilməsinin 

dəstəklənməsi. 



Ətraf  mühitin  qorunmasını  nəzərdə  tutan  gələcəyə 

sərmayələrin yatırılması:  

Ekoloji  cəhətdən  təmiz  texnologiyalara  sərmayə 

yatırmaq  istəyən  yerli  şirkətlər,  bələdiyyələr  və 

ev  təsərrüfatlarına  münasib  və  dayanıqlı  maliyyə 

vəsaitlərinin təmin edilməsi.

Həyati-vacib resursların idarə edilməsinin 

təkmilləşdirilməsi: 

Su ehtiyatlarının idarə edilməsi sistemlərinin 

təkmilləşdirilməsi. 

İqlim siyasətinin məqsədlərinə çatmaq:  

 

İqlim Dəyişikliyi üzrə Paris Sazişində təyin olunan 

məqsədlərə çatmağa yönəlmiş dəstək.









İllərdir heyvanların həddindən artıq otarılması səbəbindən 

Azərbaycanın dağlıq ərazilərində otlaqların deqradasiyası baş 

vermiş və bu da daha geniş miqyaslı ekosistem və ondan asılı 

olan fermerlər üçün mənfi nəticələrə gətirib çıxarmışdır. Aİ və 

Azərbaycan otlaqların dayanıqlı idarə edilməsi təcrübələrinin 

formalaşdırılması, otlaq və meşələrin məhsuldarlığının artırılması, 

torpaq eroziyasının və sürüşmələrin qarşısının alınması 

istiqamətində birlikdə çalışırlar.  

•  Hədəf zonalarda 3 min hektar ərazidə 



otlaqların 

inventarlaşdırılması 

•  Karbon saxlama tutumunun genişləndirilməsi məqsədilə sınaq 

üçün 

bərpa prosedurları, o cümlədən sahəsi 20 hektardan çox 

olan deqradasiyaya uğramış torpaqlarda 



toxumların səpilməsi

12 nümunə ərazidə əkin və eroziya əleyhinə tədbirlər və 16 

təsərrüfat üçün 



növbəli otarma sistemlərinin hazırlanması 

•  


3 min hektardan çox yay otlaqları bərpa edilmişdir.

Daha çox öyrən:

www.climaeast.eu

 

and


 

www.pjp-eu.coe.int/en/web/emerald-network

Çoban 


Mürşüd Mirzəyev: 

«Torpaq nə qədər çox 

otarılarsa, sürüşmələr də bir 

o qədər çox meydana gələr… 

Sentyabr ayında biz qış otlaqlarına 

gedəndə burada hətta bir dənə 

də yaşıl ot tapmaq olmur». 

Biomüxtəlifliyin qorunması 

Aİ VƏ AZƏRBAYCAN HANSI SAHƏLƏR ÜZRƏ BİRLİKDƏ ÇALIŞIR?


Ayla məktəblidir və Avropa İttifaqının dəstəyi ilə Qax şəhərində 

yaradılan meşəçiliyə dair məktəb klubunun üzvüdür. O, yerli və 

ziyarətçilər arasında ətraf mühitə dair bilikləri artıran qrupun 

liderinə çevrilib. O, həmçinin meşələrdə təbii cığır yaradaraq 

şitillərin yetişdirilməsi üçün yerli meşə təsərrüfatlarına kömək 

edir.


Bütün Azərbaycan ərazisində uşaqlardan ibarət 

“gənc 


meşəçilər” dəstələrinin

 dəstəklənməsi ilə yanaşı, Aİ texniki 

məktəblərin məzunları və nazirliyin təlim sahəsində ixtisaslaşan 

qurumları üçün təlim materialları hazırlayıb. Ümumilikdə Aİ 

tərəfindən müəllim, məktəbli, universitet və peşə məktəblərinin 

tələbələri üçün 

altı yeni təlim vəsaitləri

 hazırlanmış və Təhsil 

Nazirliyi tərəfindən tədris proqramına daxil edilmişdir.  

Daha çox öyrən: 

www.enpi-fleg.org/activities/azerbaijan 

.

Aİ və Azərbaycan ekoloji siyasətin formalaşdırılması üçün 



etibarlı məlumatlar təmin etmək məqsədilə 

ekoloji monitorinq 

sistemlərinin

 gücləndirilməsinə yönəlmiş Tvinninq layihəsi 

həyata keçirməyə başlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 

ilə həyata keçirilən layihənin məqsədi aşağıdakılardır:

•  nazirlikdə 

məlumatların toplanması, emalı və hesabat 

halına salınmasının sadələşdirilməsi

•  havanın keyfiyyətinə nəzarət, su və torpaq nümunələrinin 

Aİ standartlarına uyğunlaşdırılması məqsədilə texniki 

standartları müqayisə edən və prioritet investisiyalar üçün 

tövsiyələr verən ətraf mühitin monitorinqi üzrə 



texniki 

sistemlərin hazırlanması

•  məlumatların toplanması və təhlili üzrə 



işçi heyəti üçün 

təlimlərin keçirilməsi (seminarlar, təlim kursları və təhsil 

səfərləri)

•  havanın keyfiyyətinin qiymətləndirilməsi və çirklənmə 

səviyyəsi indeksinə dair ictimai məlumatlar daxil olmaqla, 



real 

tematik araşdırmalar vasitəsilə müasirləşdirilmiş sistemlərin 

tətbiqi.

Daha çox öyrən: 

www.twinning.eco.gov.az/en  

  

Meşələrə bağlı icmalar



Havanın keyfiyyətinə nəzarət

GÖZLƏNTILƏR

Aİ öz öhdəliklərinin yerinə yetirilməsi məqsədilə iki əsas 

təşəbbüs irəli sürmüşdür:

MÜHÜM STATISTIKA

Havanın çirklənməsi, biomüxtəliflik, tullantılar və s. ilə 

əlaqədar 

Azərbaycan üzrə mühüm statistik rəqəmləri 

öyrənmək üçün Aİ tərəfindən maliyyələşdirilən ENI SEIS II 

East adlı ümumi ekoloji məlumat sistemləri üzrə layihənin 

internet səhifəsinə baş çəkin.



www.eni-seis.eionet.europa.eu/east

Ayla Əliyeva: 

«Həvəskarlar üçün meşə 

gözəl görünə bilər. Lakin, ekoloji 

prosesləri anlamağa başlayan 

zaman torpaq sürüşmələri və ya 

meşələrdəki digər təhlükələrin 

əlamətlərini tanımağa 

başlayırsan». 

           



Ceron Vilyems, Avropa 

İttifaqının Azərbaycandakı 

Nümayəndəliyinin əməkdaşı: 

«Havanın keyfiyyətinin 

yaxşılaşdırılması təkcə ətraf mühitin 

gücləndirilməsi baxımından deyil, 

həmçinin sağlamlıq və Azərbaycan 

iqtisadiyyatına yatırılan sərmayə 

kimi əhəmiyyət daşıyır. Aİ bu 

sahədə Azərbaycanla tərəfdaş 

olmaqdan qürur duyur». 

EU4Environment 

özündə aşağıdakı məqsədlərə nail olmaq 

üçün vahid strateji struktura malik təşəbbüsləri birləşdirir:

 

ekologiyanın qorunmasına yönəlmiş qərar qəbul etmə 



- dayanıqlı iqtisadiyyat və yaşıllığın artırılması - “ağıllı” 

ekoloji qanunvericilik - ekosistemin qorunması - biliklərin 

paylaşılması

EU4Climate 

qaz tullantılarının azaldılması və iqlim 

dəyişikliyinə davamlı inkişafa töhfə verərək və 2016-cı ildə 

əldə olunan İqlim Dəyişikliyi üzrə Paris Sazişi çərçivəsində 

öhdəliklərin yerinə yetirilməsində onlara kömək edərək 

Şərqi Tərəfdaş Ölkələrə iqlim siyasətlərini həyata keçirməyə 

dəstək verir







Yüklə 28,59 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə