Şüa terapiyası ixtisası üzrə yeni 301 nümunəvi test sualları 11. 04. 13 – cü il tarixində əlavə olunub. Qarışıq suallar


) TNM təsnifatında histoloji differensasiyanı göstərmək üçün aşağıdakı hansı simvol istifadə olunur?



Yüklə 387,88 Kb.
səhifə2/5
tarix22.03.2018
ölçüsü387,88 Kb.
#33068
növüYazı
1   2   3   4   5

70) TNM təsnifatında histoloji differensasiyanı göstərmək üçün aşağıdakı hansı simvol istifadə olunur?
A) C

B) R


C) G

D) Y


E) Z
Ədəbiyyat: İ. H. İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001
71) Aşağıdakı hansı variantda ağız boşluğunun bəd xassəli şişlərinin ən çox rast gəlinən histoloji forması göstərilmişdir?
A) Limfoid

B) Damar


C) Neyron

D) Birləşdirici toxuma

E) Epitelial
Ədəbiyyat: İ. H. İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001
72) Aşağıdakılardan hansı APUD – sistemin yeni törəmələrinə aiddir?
A) Xordoma

B) Bronxogen xərçəng

C) Meningioma

D) Qulaqətrafı tüpürcək vəzisinin xərçəngi

E) Qalxanabənzər vəzin medulyar xərçəngi
Ədəbiyyat: İ. H. İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001
73) Aşağıdakı hansı sırada böyrək xərçənginin ən çox metastaz verdiyi orqanlar düzgün göstərilmişdir?
A) Yumşaq toxuma və xayalar

B) Sümüklər və ağ ciyər

C) Peritonarxası limfa düyünlər və yumurtalıqlar

D) Qara ciyər və dalaq

E) Plevra və qara ciyər
Ədəbiyyat: İ. H. İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001
74) Aşağıdakılardan hansı kanserogenliyə malikdir?
A) Heç biri

B) İonlaşdırıcı şüalar

C) E vitamini

D) Hamısı

E) A vitamini
Ədəbiyyat: Kiselyova Y. S. Bəd xassəli şişlərin şüa terapiyası, 1996
75) İnsan papilloma virusu aşağıdakı hansı xəstəliyin yaranmasına səbəb ola bilər?
A) Reklinhauzen xəstəliyi

B) Yumurtalıq xərçəngi

C) Vilms şişi

D) Qaraciyər xərçəngi

E) Uşaqlıq boynu xərçəngi
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 874
76) Aşağıdakı hansı xəstəliyin virus təsiri ilə əmələ gəlməsini əlaqələndirmirlər?
A) Mədə xərçəngi

B) Leykoz

C) Uşaqlıq boynu xərçəngi

D) Burun – udlağın xərçəngi

E) Qara ciyər xərçəngi
Ədəbiyyat: Kiselyova Y. S. Bəd xassəli şişlərin şüa terapiyası, 1996
77) Aşağıdakı hansı xəstəlik adətən hormonal balansın pozulması nəticəsində yaranmır?
A) Süd vəzisinin xərçəngi

B) Yumurtalıqların xərçəngi

C) Uşaqlığın xərçəngi

D) Prostat vəzinin xərçəngi

E) Qara ciyərin xərçəngi
Ədəbiyyat: Kiselyova Y. S. Bəd xassəli şişlərin şüa terapiyası, 1996
78) Aşağıdakı hansı xəstəlik fakultativ xərçəngönü xəstəliklərə aiddir?
A) Piqment kseroderması

B) Xroniki xeylit

C) Bouen xəstəliyi

D) Keyr eritroplakiyası

E) Dyübrey melanozu
Ədəbiyyat: Kiselyova Y. S. Bəd xassəli şişlərin şüa terapiyası, 1996
79) Aşağıdakı hansı xəstəlik obliqat xərçəngönü xəstəliklərə aiddir?
A) Kron xəstəliyi

B) Piqment kserodermiyası

C) Dərinin çapıq atrofiyası

D) Keratoma

E) Dərinin qocalıq atrofiyası
Ədəbiyyat: Kiselyova Y. S. Bəd xassəli şişlərin şüa terapiyası, 1996
80) Aşağıdakı hansı xəstəlik obliqat xərçəngönü xəstəliklərə aiddir?
A) Qeyri - spesifik xoralı kolit

B) Hiperplastik polip

C) Kron xəstəliyi

D) Yoğun bağırsağın ailəvi diffuz polipozu

E) Babasil
Ədəbiyyat: Kiselyova Y. S. Bəd xassəli şişlərin şüa terapiyası, 1996
81) Aşağıda göstərilən şişlərin hamısı radiohəssas sayılır, yalnız biri radiorezistentdir. Bu hansıdır?
A) Limfaqranulomatoz

B) Mədənin adenokarsinoması

C) Limfasarkoma

D) Seminoma

E) Vilms şişi
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено - радиология”, Москва 1985
82) Aşağıdakı sayılan şişlərdən ən çox radiorezistent hansını qəbul etmək olar?
A) Osteogen sarkoma

B) Yastı hüceyrəli buynuzlaşmayan xərçəng

C) Yuinq şişi

D) Seminoma

E) Kiçik hüceyrəli ağ ciyər xərçəngi
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено - радиология”, Москва 1985
83) Şüa müalicəsinin iki müxtəlif üsulundan istifadə etməklə aparılan şüa müalicəsi necə adlanır?
A) Bölünmüş kursla şüa müalicəsi

B) Orqandaxili şüa müalicəsi

C) Distansion şüa müalicəsi

D) Müştərək şüa müalicəsi

E) Toxumadaxili şüa müalicəsi
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 56
84) Aşağıdakı hansı xəstəliyin şüa müalicəsi ilə yanaşı antiandrogenlər istifadə oluna bilər?
A) Böyrək xərçəngində

B) Qırtlaq xərçəngində

C) Limfosarkomada

D) Prostat vəzinin xərçəngində

E) Dərinin melanomasında
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено - радиология”, Москва 1985
85) Aşağıda göstərilən hansı müayinə metodu qaraciyər şişlərinin diaqnostikası üçün daha informativ müayinə metodu hesab edilir?
A) Kompüter tomoqrafiya

B) Ultrasəs tomoqrafiyası

C) Kontrastlı MRT

D) Arterioqrafiya

E) Rentqenoskopiya
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено - радиология”, Москва 1985 Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 396
86) Aşağıda göstərilən hansı müayinə metodu divar aralığının bəd xassəli limfomalarının diaqnostikası üçün daha informativ hesab edilir?
A) Polipozision rentqenoqrafiya

B) Kompüter tomoqrafiya

C) Angioqrafiya

D) Toraskopiya

E) Pnevmomediaste
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено - радиология”, Москва 1985
87) Aşağıda göstərilən hansı müayinə metodu göz almasının şişlərinin təyini üçün daha informativ müayinə metodu hesab edilə bilər?
A) MRT

B) Rentgenoloji müayinə

C) Angioqrafiya

D) USM


E) Flüoroqrafiya
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 1136
88) Aşağıda göstərilən hansı müayinə metodu burun - udlaq şişlərinin təyini üçün daha informativ müayinə metodu hesab edilir?
A) USM

B) MRT


C) İrriqoskopiya

D) Angioqrafiya

E) Rentgenoloji müayinə
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 217
89) Aşağıda göstərilən hansı müayinə metodu neyrogen mənşəli şişlərin təyini üçün daha informativ müayinə metodu hesab edilir?
A) Angioqrafiya

B) Uroqrafiya

C) Kolonoskopiya

D) USM


E) MRT
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 1106
90) Aşağıda göstərilən hansı müayinə metodu yumşaq toxuma şişlərinin təyini üçün daha informativ müayinə metodudur?
A) MRT

B) İrriqoskopiya

C) USM

D) Angioqrafiya



E) Pnevmomediastinoskopiya
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 579
91) Sümük şişlərinin təyini üçün aşağıdakı hansı müayinə metodu daha informativ müayinə metodudur?
A) USM

B) İrriqoskopiya

C) Angioqrafiya

D) KT


E) Uroqrafiya
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 579
92) Baş - beyinin və onurğa beyninin şişlərinin təyini üçün daha informativ müayinə metod hansıdır?
A) Uroqrafiya

B) Angioqrafiya

C) USM

D) MRT


E) Uroqrafiya
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 1106
93) Aşağıdakı hansı variantda bəd xassəli timomaların müalicə taktikası düzgün göstərilmişdir?
A) Ancaq cərrahi müalicə

B) Krioterapiya+ kimya terapiya

C) Ancaq şüa müalicəsi

D) Cərrahi əməliyyat + şüa terapiyası

E) Ancaq kimya terapiya
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 459
94) Süd vəzisi xərçənginin ödemli infiltrativ forması zamanı hansı müalicə metodları daha məqsədə uyğundur?
A) Ancaq kimya terapiyası

B) Kombinə olunmuş müalicə

C) Ancaq şüa müalicəsi

D) Kompleks müalicə

E) Ancaq cərrahi müalicə
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 520
95) Feoxromositomalı xəstələrin optimal müalicə planı hansı qəbul edilə bilər?
A) Şişin radikal cərrahi çıxarılması + krioterapiya

B) Şişin radikal cərrahi çıxarılması + şüa terapiyası

C) Şişin radikal cərrahi çıxarılması + Rentgenterapiya + kimya terapiyası

D) Lazer + kimya terapiyası

E) Şişin radikal cərrahi çıxarılması
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено - радиология”, Москва 1985
96) Dəri melanomasının diaqnostikasının əsas metodu hansıdır?
A) Radiostintiqrafiya

B) Termoqrafiya

C) Şüa melanuriyası

D) Radiofoyer sınağı

E) Morfoloji metod
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено - радиология”, Москва 1985
97) Xəstə14 yaşında. Diaqnoz: Bazu sümüyünün diafizinin Yuinq sarkoması (PNET şişi): Hansı müalicə taktikası optimal hesab edilə bilər?
A) Kimyaterapiya

B) Kimyaterapiya + Şüa müalicəsi

C) Kimyaterapiya + Rentgenterapiya

D) Kimyaterapiya +cərrahi əməliyyat + Rentgenterapiya

E) Şüa terapiyası
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 579
98) Xəstə12 yaşında. Diaqnoz: 4 - cü bel fəqərəsinin Yuinq sarkoması (PNET şişi): hansı müalicə taktikası düzgündür?
A) Rentgenterapiya + kimyaterapiya

B) Kimyaterapiya + cərrahi əməliyyat+ krioterapiya

C) Şüa terapiyası

D) Kimyaterapiya + şüa terapiyası

E) Kimyaterapiya + cərrahi əməliyyat+ krioterapiya
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 579
99) 43 yaşlı xəstədə III A mərhələdə qırtlağın yastı hüceyrəli xərçəngi, ekzofit böyümə forması, cərrahi müdaxilədən əvvəlki 40 Qr dozada şüalanma aparılıb. 2 həftədən sonra kliniki olaraq şişin praktiki olaraq tam rezorbsiyası qeyd olunur. Bu halda aşağıdakılardan hansı doğrudur?
A) Qırtlağın hipertermiyası

B) Şüa terapiyasını radikal proqramda davam etdirmək

C) Kimyaterapiya

D) Müşahidə

E) Krioterapiya aparmaq
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено - радиология”, Москва 1985
100) 82 yaşlı xəstədə II B mərhələdə qida borusunun orta döş sahəsinin xərçəngi. Aşağıdakı hansı müalicə taktikası doğru qəbul edilə bilər?
A) Cərrahi əməliyyat

B) Dərin rentgenterapiya

C) Cərrahi müdaxilədən sonrakı şüa terapiyası ilə kombinə olunmuş müalicə

D) Radikal proqram ilə müstəqil şüa terapiyası

E) Cərrahi müdaxilədən əvvəlki şüa terapiyası ilə kombinə olunmuş müalicə
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено - радиология”, Москва 1985
101) 50 yaşlı xəstədə orta döş səviyyəsində uzunluğu 4 sm disfagiya əlamətləri ilə paraezofageal limfa düyünlərə metastazlarla, qida borusunun xərçəngi. Aşağıda sayılanlardan hansı adekvat müalicə üsulu kimi qəbul edilməz?
A) Müstəqil proqramla teleqammaterapiya

B) Cərrahi müdaxilə

C) Kimya şüa müalicəsi

D) Cərrahi müdaxilədən əvvəlki şüa terapiyası ilə kombinə olunmuş müalicə

E) Cərrahi müdaxilədən sonrakı şüa terapiyası ilə kombinə olunmuş müalicə
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено - радиология”, Москва 1985
102) Mədənin adenokarsinoması hansı lokalizasiyada olduqda şüa terapiyasına daha həssasdır?
A) Lokalizasiya ilə əlaqəsi yoxdur

B) Mədə cismi

C) Böyük əyrilik

D) Antral şöbə

E) Kardial şöbə
Ədəbiyyat: Halperin E. C. , Perez C. A. Bradi, L. W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
103) Servikal kanala sirayətlə (II mərhələ) uşaqlıq cisimin xərçəngində uşağlığın artımlarla genişləndirilmiş ekstripasiyasından sonra aşağıda qeyd olunan hansı müalicəni aparmaq məqsədəuyğundur?
A) Kiçik çanağın CMD 90 – 95 qr xarici şüalanma

B) Cərrahi müdaxilədən sonrakı müştərək şüa terapiyası

C) Rentgenterapiya + kimyaterapiya

D) Kiçik çanağın CMD 10 qr xarici şüalanma

E) Şüa terapiyası məqsədəuyğun deyil
Ədəbiyyat: Halperin E. C. , Perez C. A. Bradi, L. W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
104) Aşağıdakı hansı variantda III mərhələli (T2N2M0) vulva xərçənginin müalicə üsulu düzgün göstərilmişdir?
A) Genişləndirilmiş vulvoektomiya cərrahi əmliyyatından sonra şüa müalicəsi

B) Şüa müalicəsi + ovariektomiya

C) Genişləndirilmiş vulvoektomiya + krioterapiya

D) Şüa müalicəsi + genişləndirilmiş vulvoektomiya + antiandrogen terapiya

E) Genişləndirilmiş vulvoektomiya
Ədəbiyyat: Halperin E. C. , Perez C. A. Bradi, L. W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
105) 70 yaşlı xəstədə başın tüklü hissəsində 2 sm ölçülü hərəkətli dəri xərçəngi vardır. Aşağıdakı hansı müalicə üsulunu aparmaq məqsədəuyğundur?
A) Braxiterapiya

B) Kimyaterapiya

C) Cərrahi əmliyyat+ Kimyəvi dərman müalicəsi

D) Yaxınfokuslu rentgenoterapiya

E) Məlhəmlərlə müalicə
Ədəbiyyat: Halperin E. C. , Perez C. A. Bradi, L. W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
106) 20 yaşlı xəstədə boyun körpücüküstü zonaların divararalığı və sağ qalça qasıq limfa düyününün zədələnməsi ilə Hockin limfoması III B mərhələ, qarışıq hüceyrəli variant, pisməqamlı proqnoz. Aparılacaq şüa terapiyasının həcmi necə olmalıdır?
A) Radikal proqramla bütün qrup limfa düyünlərə

B) Şüa terapiyası kimyaterapiya ilə eyni vaxtda

C) Şüa terapiyası məqsədəuyğun deyil

D) Kimyaterapiyadan sonra bütün əvvəlki zədələnmə ocaqlarına

E) Kimyaterapiyadan sonra qalan zədələnmə ocaqlarına və qaraciyərə
Ədəbiyyat: Halperin E. C. , Perez C. A. Bradi, L. W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
107) 34 yaşlı xəstəyə sağ süd vəzinin yuxarı xarici kvadrantında T1N0M0 mərhələli xərçəng şişi radikal rezeksiya olunub. Sonrakı müalicə hansı variantda düzgün göstərilib?
A) Profilaktik kimyaterapiya+ rentgenterapiya

B) Krioterapiya

C) Süd vəzisinə, qoltuqaltı, körpücüküstü – altı zonalara şüa terapiyası

D) Müşahidə

E) Süd vəzisinə şüa terapiyası aparmaq
Ədəbiyyat: Halperin E. C. , Perez C. A. Bradi, L. W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
108) 38 yaşlı xəstəyə sağ süd vəzisi xərçənginə görə radikal rezeksiya olunub. Şiş yuxarı xarici kvadrantdadır(3, 5 sm) T2N0M0, Sonrakı müalicə taktikası hansı variantda düzgün göstərilmişdir?
A) Sağ süd vəziyə şüa terapiyası aparmaq

B) Profilaktik kimyaterapiya+ rentgenterapiya

C) Süd vəzisinə, qoltuqaltı, körpücüküstü – altı zonalara şüa terapiyası

D) Müşahidə

E) Krioterapiya
Ədəbiyyat: Halperin E. C. , Perez C. A. Bradi, L. W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
109) Süd vəzisi xərçənginin klinik təyin olunmayan regionar zona limfa düyünlərinin profilaktik BMD 2 qr şüalanmasında lazım olan doza hansı variantda düzgün göstərilmişdir?
A) 35 – 36 qr

B) 70 qr – dan çox

C) 30 – 35 qr

D) 60 qr – dan çox

E) 44 – 50 qr
Ədəbiyyat: Halperin E. C. , Perez C. A. Bradi, L. W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
110) Aşağıdakı hansı variantda süd vəzisi xərçənginin I mərhələsində (şişin xarici lokalizasiyası) aparılan müalicə düzgün göstərilmişdir?
A) Kimyaterapiya

B) Ancaq hormonoterapiya

C) Rentgenterapiya + radikal mastektomiya

D) Ancaq şüa müalicəsi

E) Radikal rezeksiya + şüa müalicəsi
Ədəbiyyat: Halperin E. C. , Perez C. A. Bradi, L. W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
111) Aşağıdakılardan hansı şüa terapiyasının ağırlaşmalarına aid deyil?
A) Leykopeniya

B) Metastazların əmələ gəlməsi

C) Ürəkbulanma, qusma

D) Zəiflik

E) Yuxunun pozulması
Ədəbiyyat: Halperin E. C. , Perez C. A. Bradi, L. W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
112) Şiş toxumasının tam məhvi üçün lazım olan şüalanma dozası necə adlanır?
A) Ekspozisiya dozası

B) Udulma dozası

C) Həyəcanlanma dozası

D) Kanserosid doza

E) Eritem dozası
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 26.
113) Şiş və normal toxumaların, müxtəlif orqanlar və tam orqanizmin ionlaşdırıcı şüaların təsirinə cavab reaksiyasının kimyəvi, fiziki və digər agentlərin köməyi ilə idarə olunması - zəifləndirilməsi və ya gücləndirilməsi necə adlanır?
A) Radiomodifikasiya

B) Repopulyasiya

C) Radiohəssaslıq

D) Radiorezistentlik

E) Reoksigenasiya
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 26.
114) Distasion və boşluq, toxumadaxili şüalanmadan birlikdə istifadə edilməsi ilə aparılan şüa müalicəsi necə adlanır?
A) Radikal şüa müalicəsi

B) Müştərək şüa müalicəsi

C) Palliativ şüa müalicəsi

D) Kontakt şüa müalicəsi

E) Radionuklid kapsullarla müalicə
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 26.
115) Operasiya vaxtı normal toxumaların zədələnməsini minimuma endirməklə patoloji prosesi böyük dozada şüalandırılması ilə aparılan şüa müalicəsini necə adlandırmaq olar?
A) Müştərək şüa müalicəsi

B) Palliativ şüa müalicəsi

C) Dərin rentgenterapiya

D) Kombinəolunmuş şüa müalicəsi

E) İntraoperasion şüa müalicəsi
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 26.
116) Əsas məqsədi şərti radikal cərrahi müdaxilədən sonra operasiya sahəsində qalması ehtimal olunan şiş hüceyrələrinin məhv edilməsi olan şüa müalicəsi necə adlanar?
A) Postoperasion radioterapiya

B) Palliativ şüa müalicəsi

C) Dərin rentgenterapiya

D) Müştərək şüa terapiyası

E) Boşluqdaxili şüa müalicəsi
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 26.
117) İonlaşdırıcı şüaların şiş toxumasında yaratdığı morfoloji dəyişikliklər necə adlanır?
A) Oksigen effekti

B) Reverberasiya

C) Müalicəvi şüa patomorfozu

D) Şüa reaksiyası

E) Breqq piki
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 26.
118) Aşağıdakı hansı xəstəliyin I - II mərhələsində radikal şüa müalicəsi aparıla bilər?
A) Osteogen sarkoma

B) Qaraciyərin hepatosellülyar xərçəngi

C) Alt dodaq qırmızı haşiyəsinin xərçəngi

D) Mədə xərçəngi

E) Qaraciyərin xolangiosellülyar xərçəngi
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 113
119) Aşağıdakı hansı xəstəliyin radikal şüa müalicəsi zamanı patoloji ocaq - 65 - 70 Qr, reqionar limfa düyünləri 35 – 40 Qr şüa müalicəsi almalıdır?
A) Vilms şişi

B) Bazalioma

C) Hockin limfoması

D) Qreyvs xəstəliyi

E) Alt dodaq qırmızı haşiyəsi xərçəngi
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 113
120) Aşağıdakı hansı xəstəliyin radikal şüa müalicəsi konkomitant (konkurrent) aparılması daha effektiv olar?
A) Geyr eritroplaziyası

B) Peyroni xəstəliyi

C) Qreyvs xəstəliyi

D) Burun - udlaq xərçəngi

E) Bazalioma
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 217
121) Aşağıda qeyd olunan hansı xəstəliyin müalicəsi zamanı baş beyinin profilaktik şüalandırılması nəzərdə tutulur?
A) Prostat vəzi xərçəngi

B) Qaraciyər xərçəngi

C) Dəri xərçəngi

D) Düz bağırsaq xərçəngi

E) Ağciyərin xırda hüceyrəli xərçəngi
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 487
122) Radikal mastektomiyadan sonra şişin ölçüləri 2, 8 sm və regionar limfa düyünlərində metastaz təyin edilməmişsə, operasiyadan sonrakı radioterapiya necə aparılır?
A) Müştərək

B) Radikal dozada

C) Qeyri - radikal dozada

D) Braxioterapiya

E) Aparılmır
Ədəbiyyat: Halperin E. C. Perez C. A. Brady L. W. Perez and Brady's Principles and Practice of Radiation Oncologi, 5th Edition©2008 Lippincott Williams & Wilkins, p. 1225
123) 34 yaşında xəstəyə süd vəzisi xərçənginə görə sektoral rezeksiya+qoltuqaltı limfadenoektomiyadan sonra radioterapiya necə aparılar?
A) Regionar zonalar 45 - 50 Qr dozada

B) Şişin yatağı 10 - 15 Qr

C) Süd vəzisi və regionar zonalar 45 - 50 Qr dozada

D) Süd vəzisi və regionar zonalar 45 - 50 Qr dozada, sonra şişin yatağı əlavə 10 - 15 Qr 60 Qr-a qədər

E) Aparılmır
Ədəbiyyat: İ. H. İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 287 - 288
124) Low Dose Rate termini hansı müalicə növünə aiddir?
A) Braxiterapiya

B) İMRT


C) Stereotaktik radiocərrahiyyə

D) İGRT


E) Stereotaktik radioterapiya
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 893
125) Middle Dose Rate termini hansı müalicə növünə aiddir?
A) Stereotaktik radioterapiya

B) İGRT


C) Braxiterapiya

D) İMRT


E) Stereotaktik radiocərrahiyyə
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 893
126) Aşağıdakı hansı müalicə növü üçün 12 qr/saat doza gücü xarakterikdir?
A) HDR braxiterapiya

B) LDR braxiterapiya

C) Stereotaktik radiocərrahiyyə

D) İGRT


E) İMRT
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 893
127) Aşağıdakı hansı xəstəliyin I mərhələsində braxiterapiya aparıla bilər?
A) Piqment kserodermiyası

B) Multiform qlioblastoma

C) Peyroni xəstəliyi

D) Eozinofil qranulema

E) Uşaqlıq yolu xərçəngi
Ədəbiyyat: Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, İ. İsayev, 2001. səh 303 - 308


Yüklə 387,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə