Şüa terapiyası ixtisası üzrə yeni 301 nümunəvi test sualları 11. 04. 13 – cü il tarixində əlavə olunub. Qarışıq suallar


) Aşağıdakı hansı xəstəliyin şüa müalicəsi zamanı şüa ezofagiti yaranar?



Yüklə 387,88 Kb.
səhifə3/5
tarix22.03.2018
ölçüsü387,88 Kb.
#33068
növüYazı
1   2   3   4   5

128) Aşağıdakı hansı xəstəliyin şüa müalicəsi zamanı şüa ezofagiti yaranar?
A) Uşaqlıq boynu xərçəngi

B) Prostat vəzi xərçəngi

C) Multiform qlioblastoma

D) Qida borusu xərçəngi

E) Düz bağırsaq xərçəngi
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 322
129) Aşağıdakı hansı xəstəliyin şüa müalicəsinin nəticəsini qiymətləndirmək üçün endoskopik müayinə aparmaq məsləhətdir?
A) Retinoblastoma

B) Dəri xərçəngi

C) Qida borusu xərçəngi

D) Qaraciyər xərçəngi

E) Vilms şişi
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 893
130) Süd vəzisinin şüalanması zamanı hansı şüa reaksiyası demək olar ki əksər hallarda rast gəlinir?
A) Hiperemiya və epidermit

B) Laringit

C) Stomatit

D) Paraproktit

E) Faringit
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 520
131) Lampektomiyadan (sektoral rezeksiyadan) sonra süd vəzisinə hansı dozada şüa müalicəsi aparılır?
A) Süd vəzisinə 20 Qr

B) Süd vəzisinə 30 Qr ; +10 Qr cərrahi çapığa

C) Cərrahi çapığa 70 Qr

D) Cərrahi çapığa 40 Qr

E) Süd vəzisinə 50 Qr +10 Qr cərrahi çapığa
Ədəbiyyat: İ. H. İsayev “Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları”, Bakı 2001, s 291
132) Aşağıdakı hansı variantda radikal mastektomiyadan sonra aparılan şüa müalicəsi dozası düzgün göstərilmişdir?
A) Cərrahi çapığa 40 Qr

B) Cərrahi çapığa 70 Qr

C) Cərrahi çapığa 50 Qr

D) Cərrahi çapığa 30 Qr

E) Cərrahi çapığa 60 Qr
Ədəbiyyat: İ. H. İsayev “Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları”, Bakı 2001, s 291
133) Kiçik çanaq nahiyyəsində 4 sahədən aparılan şüa müalicəsi metodikası necə adlanır?
A) PDR

B) BOX


C) SRC

D) HDR


E) BMD
Ədəbiyyat: Гранов А. М. , Винокуров В. Л. Лучевая терапия в онкоурологии и онкогинекологии 2002, 457 С.
134) Aşağıdakı hansı xəstəliyin şüa müalicəsi zamanı sidik kisəsi və düz bağırsaq boş olmalıdır?
A) Ağciyər xərçəngi

B) Sidik kisəsi xərçəngi

C) Yoğun bağırsaq xərçəngi

D) Penisin xərçəngi

E) Böyrək xərçəngi
Ədəbiyyat: Гранов А. М. , Винокуров В. Л. Лучевая терапия в онкоурологии и онкогинекологии 2002, 457 С.
135) Aşağıdakı hansı xəstəliyə şüa müalicəsi aparılmaz?
A) Osteoxondroma

B) Hockin limfoması

C) Düz bağırsaq xərçəngi

D) Ağciyər xərçəngi

E) Bazalioma
Ədəbiyyat: Давыдов М. И. Энциклопедия клинической онкологии, 2004, С. 326
136) Aşağıdakı hansı xəstəliyin şüa müalicəsi zamanı yanaşı olaraq dehidratasion terapiya aparılması məsləhət görülür?
A) Beyindaxili şiş

B) Dəri xərçəngi

C) Qaraciyər xərçəngi

D) Düz bağırsaq xərçəngi

E) Bazaliomalar
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 1106
137) Şüa kataraktasının aşağıdakı hansı xəstəliyin radikal şüa müalicəsindən sonra yaranması ehtimalı az olar?
A) Qida borusu xərçəngi

B) Maksilyar sinusun xərçəngi

C) Hipofizin makroadenoması

D) Retinoblastoma

E) Qreyvs xəstəliyi
Ədəbiyyat: Е. С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 206
138) Udlağın yastı hüceyrəli papilloması zamanı şüa müalicəsinin hansı növündən istifadə edilir?
A) İGRT

B) 3DCRT


C) İMRT

D) Şüa müalicəsi aparılmır

E) LDR braxiterapiya
Ədəbiyyat: Əmirəliyev N. M. ”Qırtlaqın xərçənqi” – Bakı – 2002 – 14 s.
139) Qırtlaq xərçəngi olan xəstədə xondroperixondrit təsdiq edildikdə aparılacaq şüa müalicəsi metodu hansı olmalıdır?
A) İMRT

B) 3DCRT


C) İGRT

D) Braxiterapiya

E) Şüa müalicəsi əks - göstərişdir
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 235
140) Aşağıdakı hansı xəstəliyin radikal şüa müalicəsindən sonra şüa larinqofaringiti yarana bilər?
A) Multiform qlioblastoma

B) Qırtlaq xərçəngi

C) Prostat vəzi xərçəngi

D) Baş beyinin astrositoması

E) Bəd xassəli meningeoma
Ədəbiyyat: Е. С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 206
141) Qırtlaq - udlaq xərçəngi ilə xəstələrdə radioterapiyadan sonra yaranan reaksiyalardan hansı “ümumi” hesab olunur?
A) Şüa larinqiti

B) Şüa ezofaqiti

C) Şüa dermatiti

D) Mukozit

E) Arıqlama
Ədəbiyyat: Е. С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 206
142) «Multilif» kollimatorlu xətli gücləndiricinin köməyi ilə qida borusu xərçəngi olan xəstəyə şüa müalicəsinin hansı növünü aparmaq olar?
A) MDR braxiterapiya

B) HDR braxiterapiya

C) 3DCRT

D) LDR braxiterapiya

E) Lazer terapiyası
Ədəbiyyat: М. И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004, стр – 192.
143) Aşağıdakı hansı orqanın klassik rejimdə qamma şüalanmasının tolerant dozası 80 Qr - dir?
A) Böyrək

B) Büllür

C) Sümük toxuması

D) Beyin kötüyü

E) Nazik bağırsaq
Ədəbiyyat: İ. H. İsayev “Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları “ Səh 48
144) Aşağıda qeyd olunan kəşflərdən hansı Anri Bekkerel tərəfindən edilmişdir?
A) Braxiterapiya

B) Təbii radioaktivlik

C) X - şüaları

D) Atom nüvəsinin parçalanması

E) Foton seli
Ədəbiyyat: B. Ə. Baxşiyev “ Tibbi radiologiya” Səh. 5
145) Dəri xərçəngi I mərhələdə hansı ölçüdə olur?
A) 4. 5 sm

B) 6. 0 sm

C) 7. 8 sm

D) 2 sm


E) 5. 5 sm
Ədəbiyyat: М. И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004
146) Aşağıdakılardan hansı dərinin obliqat xərçəngönü xəstəliyidir?
A) Dəri xorası

B) Dəri ekzeması

C) Dəri psoriazı

D) Piodermit

E) Piqmentli kseroderma
Ədəbiyyat: М. И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004
147) Aşağıdakı hansı variantda şüa terapiyasında istifadə edilən cihazlar göstərilmişdir?
A) Xətti gücləndirici, ortovoltaj R - terapiya cihazı

B) NMR və xəttli gücləndirici

C) Endoskop, Teraqam cihazı

D) USM – cihazı, Lazer cihazı

E) Sistoskop, Teraqam cihazı
Ədəbiyyat: М. И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004
148) Aşağıdakı hansı radioaktiv maddənin yarımparçalanma dövrü 5, 3 ildir ?
A) J - 131

B) Co - 60

C) Ra - 226

D) İr - 192

E) Cs - 137
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 15
149) Aşağıdakı hansı radioaktiv maddənin yarımparçalanma dövrü 74, 4 gündür ?
A) J - 131

B) İr - 192

C) Co - 60

D) Ra - 226

E) Cs - 137
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 15
150) Aşağıdakı hansı radioaktiv maddənin yarımparçalanma dövrü 1622 ildir?
A) J - 131

B) J - 131

C) Ra - 226

D) Cs - 137

E) Co - 60
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 15
151) Qırtlaq xərçənginin radikal distansion şüa müalicəsi zamanı CMD hansı dozada aparılır?
A) 20 Qr

B) 50 Qr


C) 40 Qr

D) 30 Qr


E) 70 Qr
Ədəbiyyat: М. И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004
152) Aşağıdakı hansı xəstəliyin radikal müalicəsi zamanı adətən cərrahi əməliyyat aparılmır?
A) Qida borusu xərçəngi

B) Düz bağırsaq xərçəngi

C) Mədə xərçəngi

D) Vilms şişi

E) Hockin limfoması
Ədəbiyyat: М. И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004
153) Burun - udlaq xərçəngi olan 20 yaşında bir xəstədə beyin qişalarının zədələnməsi müşahidə olunarsa, aşağıdakılardan hansının aparılması doğru olar?
A) Kimyaterapiya simptomatik müalicə ilə yanaşı

B) Dərin Rentgenterapiya

C) Elektronlarla şüa müalicəsi

D) 3DCRT


E) Braxiterapiya
Ədəbiyyat: М. И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004
154) Düz bağırsaq xərçənginin şüa müalicəsini neçə sahədən aparmaq düzgün deyil?
A) 5

B) 4


C) 6

D) 3


E) 1
Ədəbiyyat: М. И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004
155) Mədəaltı vəzi xərçənginin distansiyalı qamma terapiyasını neçə sahədən aparmaq olmaz?
A) 4

B) 1


C) 3

D) 2


E) 5
Ədəbiyyat: М. И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004
156) Retinoblastomaların distansiyalı qamma terapiyasının birdəfəlik mənbə dozası neçə olur?
A) 4, 2 Qr

B) 1, 8 Qr

C) 3, 6 Qr

D) 4, 0 Qr

E) 5, 2 Qr
Ədəbiyyat: М. И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004
157) Peritonarxası nahiyədə rast gəlinən şişlərdən hansında ən yüksək radiohəssaslıq müşahidə olunur?
A) Leyomioma

B) Paraqanqlioma

C) Neyrofibroma

D) Rabdomiosarkoma

E) Limfoma
Ədəbiyyat: Киселева Е. С. Лучевая терапия злокачественных опухолей , 1996
158) Aşağıda sadalanan həzm üzvlərindən hansının tolerant dozası ən aşağıdır?
A) Yoğun bağırsaq

B) Mədə


C) Nazik bağırsaq

D) Qida borusu

E) Mədəaltı vəzi
Ədəbiyyat: Киселева Е. С. Лучевая терапия злокачественных опухолей , 1996
159) Cİ sistemində udulma dozasının vahidi hansıdır?
A) Zivert (Z)

B) Rentgen (R)

C) Qrey (Qr)

D) Anqstrem

E) Düzgün cavab yoxdur
Ədəbiyyat: Киселева Е. С. Лучевая терапия злокачественных опухолей , 1996
160) Şüa terapiyası məqsədi ilə hansı aşağıdakı cihazdan istifadə olunmur?
A) Rentgenterapevtik aparat

B) Xətti gücləndirici

C) Teraqam

D) Rokus


E) Lazer cihazı
Ədəbiyyat: Киселева Е. С. Лучевая терапия злокачественных опухолей , 1996
161) Aşağıdakı hansı cihazın köməyi ilə yalnız səthi yerləşmiş hədəflərin şüa müalicəsini aparmaq mümkündür?
A) Rokus - M

B) Linac


C) GammaMedPlus

D) Teraqam

E) Retgenterapiya
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 13
162) Aşağıdakılardan hansı yerli şüa reaksiyalarına aiddir?
A) Baş ağrısı

B) Temperaturun yüksəlməsi

C) Qusma

D) Ürəkbulanma

E) Şüa faringiti
Ədəbiyyat: Киселева Е. С. Лучевая терапия злокачественных опухолей , 1996
163) Aşağıdakılardan hansı sidik kisəsinin xərçəngində əsas kliniki simptomlardır?
A) Qusma

B) Qəbizlik

C) Diareya

D) Meteorizm

E) Hematuriya, dizuriya, ağrı
Ədəbiyyat: Киселева Е. С. Лучевая терапия злокачественных опухолей , 1996
164) Aşağıdakı hansı orqanın xərçənginin müalicəsində boşluqdaxili şüa terapiyası istifadə olunur?
A) Qulaq dərisi

B) Uşaqlıq, sidik kisəsi

C) Qaraciyər

D) Süd vəzisi

E) Alt dodaq
Ədəbiyyat: Киселева Е. С. Лучевая терапия злокачественных опухолей , 1996
165) Aşağıda qeyd olunanlardan hansı yerli şüa reaksiyalarına aiddir?
A) Hemoqlobinin azalması

B) Leykopeniya

C) Ürəkbulanma

D) Epidermit

E) EÇS - in yüksəlməsi
Ədəbiyyat: Киселева Е. С. Лучевая терапия злокачественных опухолей , 1996
166) Aşağıda göstərilən radionuklidlərdən hansı skelet sümüklərinin müayinəsində istifadə olunur?
A) Qızıl

B) Stronsium, fosfor

C) Yod

D) Radium



E) Düzgün cavab yoxdur
Ədəbiyyat: Киселева Е. С. Лучевая терапия злокачественных опухолей , 1996
167) Aşağıda göstərilən toxumalardan hansı radiohəssas toxumalara aiddir?
A) Sümük

B) Sinir


C) Qanyaradıcı

D) Əzələ


E) Piy
Ədəbiyyat: Киселева Е. С. Лучевая терапия злокачественных опухолей , 1996
168) Sitoloji və histoloji müayinə əsasında diaqnozun qoyulması nə adlanır?
A) NMR müayinə

B) İGRT


C) 3DCRT

D) Morfoloji verifikasiya

E) İMRT
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 99
169) Seminomalar radiohəssaslığına görə necədirlər?
A) Radiohəssas

B) Radiorezistent

C) Düzgün cavab yoxdur

D) Nisbi radiorezistent

E) Nisbi radiohəssas
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 13
170) Aşağıdakı hansı variantda iri fraksiyalarla şüalanmanın dozası düzgün göstərilmişdir?
A) 30 – 40 qr

B) 2 qr


C) 4 – 5 qr

D) 61 – 81 qr

E) 3 qr
Ədəbiyyat: Киселева Е. С. Лучевая терапия злокачественных опухолей , 1996
171) Aşağıdakı hansı müalicə üsulunda cihazın mənbəyi rentgen borudur?
A) Yaxın fokuslu rentgenterapiyada

B) Braxiterapiyada

C) Heç birində

D) Stereotaktik radiocərrahiyyədə

E) Distansion qammaterapiyada
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 22
172) Xəstənin şüa müalicəsi planını aşağıda göstərilmiş hansı mütəxəssislər hazırlayır?
A) Mühəndis – tibbi fizik

B) Həkim


C) Texnik

D) Tibb bacısı

E) Həkim və mühəndis – tibbi fizik
Ədəbiyyat: Киселева Е. С. Лучевая терапия злокачественных опухолей , 1996
173) Aşağıdakı hansı variantda qida borusu xərçənginin radikal şüa müalicəsi aparıldıqda verilən cəmi mənbə dozası düzgün göstərilmişdir?
A) 20 – 25 qr

B) 30 qr


C) 65 – 75 qr

D) 40 – 45 qr

E) 55 – 55 qr
Ədəbiyyat: Киселева Е. С. Лучевая терапия злокачественных опухолей , 1996. Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 322
174) 174. Xəstədə beyindaxili şiş – astrositoma vardır, cərrahi müdaxilə ilə şişin hissəvi kəsilib götürülməsi cərrahi əməliyyatı aparılmışdır. Şüa terapiyası hansı dozada aparılacaq?
A) 10 qr

B) 80 qr


C) 40 qr

D) 60 qr


E) 45 qr
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 1106
175) Aşağıda göstərilən hansı alim və ya alimlər Radium (Ra) kimyəvi elementini kəşf etmişlər?
A) Mariya və Pyer Küri

B) Rezerford

C) Rentgen

D) Bekkerel

E) Nils Bor
Ədəbiyyat: Киселева Е. С. Лучевая терапия злокачественных опухолей , 1996
176) Eksudativ radioepidermit dərinin neçənci dərəcəli şüa reaksiyasına aiddir?
A) II

B) III


C) I

D) IV


E) Heç birinə
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 1156
177) SSD - nin dəyişilməsi zamanı şüalanma vaxtı dəyişilir?
A) Bəzən

B) Həmişə

C) Radiohəssas şişlərdə

D) Yox


E) Radiorezistent şişlərdə
Ədəbiyyat: Киселева Е. С. Лучевая терапия злокачественных опухолей , 1996
178) SSD - nin artırıldığı halda şüalanma vaxtı necə dəyişər?
A) Azalar

B) Dəyişməz

C) Artar

D) Kvadratik artar

E) Kvadratik azalar
Ədəbiyyat: Киселева Е. С. Лучевая терапия злокачественных опухолей , 1996
179) Xəstəyə xərçəngin carsinoma in citu formasının diaqnozu nəyin əsasında qoyula bilər?
A) Rentgenoqrafiya ilə

B) Biopsiya

C) Endoskopiya

D) KT


E) USM
Ədəbiyyat: Киселева Е. С. Лучевая терапия злокачественных опухолей , 1996
180) Arzuolunmaz radiasiya təsirinə məruz qalmış insanda radiasiyadan ilk növbədə aşağıdakı hansı üzvlərdə daha çox dəyişikliklər yarana bilər?
A) Sümük iliyi və xayalar ( və ya yumurtalıqlar)

B) Görmə sinirində

C) Mədəaltı vəzidə

D) Qaraciyərdə

E) Dəridə
Ədəbiyyat: Киселева Е. С. Лучевая терапия злокачественных опухолей , 1996
181) Aşağıdakı göstərilmiş hansı xəstəlik qadınlarda rast gəlinən onkoloji patologiyanın strukturunda birinci yeri tutur?
A) Qaraciyər xərçəngi

B) Düz bağırsaq xərçəngi

C) Uşaqlıq cismi xərçəngi

D) Mədə xərçəngi

E) Süd vəzisi xərçəngi
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 520
182) Süd vəzinin xərçəngində bir süd vəzinin xərçənginə görə müalicə olunmuş qadınlarda, digər süd vəzisində xərçəngin inkişaf riski neçə dəfə yüksəkdir?
A) 6 dəfə

B) 5 dəfə

C) 2 dəfə

D) 2 – 4 dəfə

E) 3 dəfə
Ədəbiyyat: İ. H. İsayev «Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
183) Aşağıdakı hansı orqanın bəd xassəli şişində metastazlar ilk növbədə qoltuqaltında əmələ gəlir?
A) Qaraciyər xərçəngi

B) Burun - udlaq xərçəngi

C) Süd vəzisi xərçəngi

D) Qida borusu xərçəngi

E) Qırtlaq xərçəngi
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 520
184) Aşağıdakı hansı xəstəliyin rastgəlməsində kişilərlə qadınlar arasında 100 dəfə fərq vardır?
A) Qida borusu xərçəngi

B) Burun - udlaq xərçəngi

C) Dəri xərçəngi

D) Süd vəzisi xərçəngi

E) Qaraciyər xərçəngi
Ədəbiyyat: İ. H. İsayev «Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
185) Aşağıda qeyd olunanlardan hansı uşaqlıq boynunun xərçəngönü xəstəliklərinə aiddir?
A) Disperatozlar, psevdoeroziyalar, poliplər.

B) Leykoplagiya

C) Pedcet xəstəliyi

D) Linfangioma

E) Hemanqioma
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 912
186) Aşağıdakı hansı xəstəliklərin uşaqlıq boynunun xərçəngi ilə differensial diaqnostikasını aparmaq lazımdır?
A) Bütün sadalanan xəstəliklər

B) Bərk şankr

C) Vərəm xəstəliyi

D) Kandiloma

E) Fibroma
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 912
187) Uşaqlıq boynunun xərçəngində qanlı ifrazat neçə faiz xəstələrdə müşahidə edilir?
A) 85 – 87 %

B) 10 – 15 %

C) 30 – 40 %

D) 4 – 5 %

E) 20 – 30 %
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 912
188) Aşağıdakı hansı orqanın xərçənginin histoloji forması əksərən adenokarsinomadır?
A) Qırtlağın bağ şöbəsi

B) Uşaqlıq cismi

C) Uşaqlıq boynu

D) Ağızın selikli qişası

E) Qida borusunun boyun şöbəsi
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 912
189) Aşağıdakı hansı xəstəliyin müalicəsində şüa terapiyası adekvat müalicə üsulu kimi istifadə oluna bilər?
A) Xondromada

B) Osteoxondrozda

C) Lipomada

D) Fibromada

E) Yuinq sarkomasında
Ədəbiyyat: İ. H. İsayev «Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
190) Aşağıdakı hansı xəstəliyin müalicəsində şüa terapiyası aparılmaz?
A) Retinulosarkomada

B) Osteomada

C) Bəd xassəli osteoblastoklastomada

D) Yuinq sarkomasında

E) X histiositozunda
Ədəbiyyat: İ. H. İsayev «Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
191) Estezioneyroblastomada radikal şüa müalicəsinin ümumi ocaq dozası nə qədər olmalıdır?
A) 3–5 Qr

B) 25 – 30 Qr

C) 50 – 55 Qr

D) 15 – 20 Qr

E) 20 – 25 Qr
Ədəbiyyat: İ. H. İsayev «Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
192) Aşağıdakı hansı xəstəliyin I mərhələsində radikal şüa müalicəsini bir sahədən aparmaq olar?
A) Burun - udlaq xərçəngi

B) Qırtlağın xərçəngi

C) Baş beyinin qlioblastoması

D) Baş beyinin medulloblastoması

E) Alt dodağın qırmızı haşiyəsi xərçəngi
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 113
193) Aşağıdakı hansı orqanın bəd xassəli şişlərinin əsas müalicəsi şüa müalicəsidir?
A) Qida borusu

B) Mədə


C) Düz bağırsaq

D) Udlaq


E) Ağciyər
Ədəbiyyat: İ. H. İsayev «Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
194) Aşağıdakı hansı xəstəliyin radikal şüa müalicəsi zamanı CMD - 70 Qr –dir?
A) Bazalioma

B) Peyroni xəstəliyi

C) Hockin limfoması

D) Qreyvs xəstəliyi

E) Qida borusu xərçəngi
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 322.
195) Qida borusunun aşağı - döş hissəsinin xərçənginin 3DCRT - si zamanı şüa müalicəsi neçə sahədən aparılır?
A) Fərdi seçilir

B) 3 sahədən

C) 2 sahədən

D) 1 sahədən

E) 4 sahədən
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 322.
196) 77 yaşlı xəstədə alt dodağın qırmızı haşiyə xərçənginin I mərhələsidir. Hansı müalicə metodunun aparılması məqsədəuyğun sayılır?
A) Cərrahi əməliyyat

B) Hamısı

C) 4 – 6 MEV elektronla şüa+ cərrahi əməliyyat

D) Yaxın fokuslu rentgenoterapiya

E) Heç biri
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 136.
197) Aşağıdakılardan hansı kvant selidir?
A) α hissəciklər

B) Neytronlar

C) Protonlar

D) Rentgen şüaları

E) Betta hissəciklər
Ədəbiyyat: İ. H. İsayev «Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
198) Aşağıdakılardan hansı ionlaşdırıcı şüalara aiddir?
A) Bütün cavablar doğrudur

B) Alfa şüaları

C) Rentgen şüaları

D) Beta şüaları

E) Qamma şüaları
Ədəbiyyat: İ. H. İsayev «Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
199) Uşaqlarda bəd xassəli şişlərin əsas müalicə metodları hansıdır?
A) Cərrahi

B) Dərman

C) Fizioterapiya

D) Cərrahi, kimyəvi dərman və şüa terapiya

E) Şüa terapiya
Ədəbiyyat: İ. H. İsayev «Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
200) Aşağıdakı hansı variantda 3 - dimensional conformal radiotherapy abbreviaturası düzgün göstərilmişdir?
A) EBRT

B) İGRT


C) İMRT

D) SRS


E) 3DCRT
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 6.
Yüklə 387,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə