Суал 1: Тәглид нәдир


Sual 64: Hansı hallarda dəstəmaz və qüsl əvəzinə təyəmmüm etmək olar? Cavab



Yüklə 1,68 Mb.
səhifə2/4
tarix26.09.2017
ölçüsü1,68 Mb.
#2192
1   2   3   4

Sual 64: Hansı hallarda dəstəmaz və qüsl əvəzinə təyəmmüm etmək olar?

Cavab: Yeddi halda dəstəmaz və qüsl əvəzinə təyəmmüm etmək olar:

1. Əgər dəstəmaz və ya qüsl üçün su əldə etmək mümkün deyilsə;

2. Qocalıq, oğru və yırtıcıdan qorxu, su çəkmək üçün qabın olmamağı səbəblərindən təyəmmüm etmək olar. Su əldə etmək insan üçün məşəqqətə səbəb olduqda da təyəmmümə icazə verilir;

3. Su vasitəsi ilə xəstələnmə, cana zərər təhlükəsi olduqda;

4. Suyun dəstəmaz və ya qüsl üçün işlədiləcəyi təqdirdə ailə-övladın və yaxın adamların susuz qalacağı və susuzluqdan öləcəyi ehtimal edildikdə. Eləcə də, adətən, yemək üçün başı kəsilməyən at və qatır kimi heyvanların susuz qalacağı ehtimal olunduqda;

5. Əgər su yalnız paltarın və bədənin murdarlığını təmizləməyə çatarsa, əvvəlcə paltarı və bədəni paka çıxarmaq lazımdır;

6. İstifadə üçün halal qab olmadıqda;

7. Dəstəmaz və ya qüsl veriləcəyi təqdirdə namaz vaxtının ötüb keçəcəyi ehtimal edildikdə.



Sual 65: Can verən insan (möhtəzir) hansı şəkildə yerləşdirilməlidir?

Cavab: Can verən müsəlman arxası üstə, ayaqlarının altı qibləyə doğru uzadılmalıdır.

Sual 66: Meyitə hansı şəkildə qüsl verilməlidir?

Cavab: On iki imamçı şiənin meyit qüslü, kəfənlənməsi, meyit namazı və dəfni hamıya vacibdir. Meyitə üç qüsl verilir:

1. Sidr qatılmış su ilə;

2. Kafur qatılmış su ilə;

3. Xalis, saf su ilə.

Meyit qüslü cənabət qüslü tərtibində verilir.

Sual 67: Meyitə toxunma qüslü nə vaxt vacib olur?

Cavab: Meyit qüslü verilməmiş, eləcə də, bədəni soyumuş meyitə toxunan kəs meyitə toxunma qüslü verməlidir. Bədəni soyumamış meyitə toxunan kəsin qüsl verməsi vacib deyil.

Sual 68: Meyit namazı hansı qaydada qılınır?

Cavab: Meyit namazı qılmaq üçün dəstəmaz və qüsl şərt deyil. Bədən və libas pak olmaya da bilər. Meyit üçün namaz qılmaq istəyən şəxs üzü qibləyə dayanmalı və meyit onun qarşısında başı sağ, ayaqları sol tərəf istiqamətində uzadılmalıdır. Meyit namazında beş təkbir var. Meyitə namaz qılan şəxs ayaq üstə durmuş vəziyyətdə bu təkbiri desə kifayətdir: . Meyyit namazının beş təkbiri vardır və əgər onlar aşağıdakı tərtiblə deyilsə, kifayətdir. Niyyətdən və birinci təkbirdən sonra desin:
اَشهَدُ اَن لاَاِلَهَ اِلاَّالله وَاَنَّ مُحَمَّداً رَسُولُ اللهِ

“Əşhədu ənla ilahə illəllah və ənnə Muhəmmədən Rəsulullah.” İkinci təkbirdən sonra desin:

أَلّلهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَاَلِ مُحَمَّدٍ

“Allahummə səlli əla Muhəmmədin və ali-Muhəmməd.” Üçüncü təkbirdən sonra desin:

أَلّلهُمَّ اغفِرللمؤمِنِينَ وَالمؤمِنَاتِ

“Allahumməğfir lil-mu’mininə vəl-mu’minat.” Dördüncü təkbirdən sonra əgər meyyit kişidirsə, desin:

أَلّلهُمَّ اغفِر لِهَذَا المَيِّتِ

“Allahumməğfir li hazəl-məyyit”; əgər qadın olarsa, desin:

أَلّلهُمَّ اغفِر لِهَذهِ المَيِّتِ

“Allahumməğfir li hazihil-məyyit” və sonra 5-ci təkbiri desin.

Daha yaxşı olar ki, birinci təkbirdən sonra bu duanı oxusun:

أَشهَدُ اَن لاَاِلهَ إِلاَاللهُ وَحدَهُ لاَشَرِيكَ لَهُ إِلهَا واَحِدًا اَحَدًا صَمَدًا فَردًا قَيُّومًا داَئِمًا اَبَدًا لَم يَتًجِذ صَاحِبَةً وَلاَ وَلَدًا وَاَشهَدُ اَنً مُحَمَّدًا عَبدُهُ وَرَسُولُهُ اَرسَلهُ بِالهُدى وَدِينِ الحَقِ لِيُظهِرَهُ عَلَى الدِينِ كُلّهِ وَلَو كَرِهَ المُشرِكُونَ بَشِيرًا وَنَذِيرًا بَينَ يَدَىِ السَاعِةِ

İkinci təkbirdən sonra bu duanı oxusun:

أَلّلهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَبَارِك عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَارحَم مُحَمَّدًا وَآلَ مُحَمَّداً كََاَفضَلِ مَاصَلَّيتَ وَبَارَكتَ وَتَرَحَّمتَ عَلَى اِبراهِيمَ وَآلِ اِبراهِيمَ اِنَّكَ حَمِيدً مَجِيدً وَصَلَّ عَلَى جَمٍيعِ الاَنبِيَاءِ وَ مُرسَلِينَ

Üçüncü təkbirdən sonra bu duanı oxusun:

أَلّلهُمَّ اغفِر لِلمؤمِنِينَ وَالمُؤمِنَاتِ وَالمُسلِمِينَ وَالمُسلِمَاتِ اَالاَحيَاءِ مِنْهُم وَالاَمواَتِ تَابِع بَينَنَا وَبَينَهُم بِاالخَيرَاتِ اِنَّكَ عَلَى كُلَّ شَىءٍ قَدِيرً

Dördüncü təkbirdən sonra meyyit kişidirsə, bu duanı oxusun:

أَلّلهُمَّ اِنَّ هَذا المُسَجّىَ قُداًمَنَا عَبدُكَ وَابنُ عَبدِكَ وَابنُ اَمَتِكَ نَزَلَ بِكَ وَاَنتَ خَيرُ مَنزُوُلِ بِهِ أَلّلهُمَّ اِنَّكَ قَبَضتَ روُحَهُ اِلَيكَ وَقَد اِحتاجَ اِلَى رَحمَتِكَ وَاَنتَ غَنىٌ عَن عَذَابِهِ أَلّلهُمَّ اِتًا لاَنَعلَمُ مِنهُ اِلاَ خَيرَا وَاَنتَ اَعلَمُ بِهِ مَنًا أَلّلهُمَّ اِن كَانَ مُحسِنًا فَزِد فِى اِحسَانِهِ وَ اِن كَانَ مُسِيئًا فَتَجَاوَز عَنهُ وَاَغفِرلَنَا وَلَهُ أَلّلهُمَّ اجعَلهُ عِندَكَ فِى اَعلَى العِلًيِّيِنَ وَخُلُف عَلَى اَهلِهِ فِى الغَابِرِينَ وَارحَمهُ بِرَحمَتِكَ يَااَرحَمَ الرَّاحِمينَ

Dördüncü təkbirdən sonra meyyit qadındırsa, bu duanı oxusun:
أَلّلهُمَّ اِنَّ هَذِهِ المُسَجَّاتَ قُدَامَنَا اَمَتُكَ وَاَبنَتُ عَبدِكَ وَابنَتُ اَمَتِكَ نَزَلَت بِكَ وَاَنتَ خَيرُ مَنزُولِ بِهِ أَلّلهُمَّ اِنَّا لاَنَعلَمُ مِنهَا الاَّ خَيرَا وَانتَ اَعلَمُ بِهَا مِنًا أَلّلهُمَّ اِن كَانَت مُحسِنَةً فَزِد فِى اِحسَانِهَا وَاِن كَانَت مُسِيتُةً فَتَجَاوَز عَنهَا وَاغفِرلَهَا أَلّلهُمَّ اجعَلهَا عِندَكَ فِى اعلىَ عَلِّييِّن وَاخلُف عَلَى اَهلِهَا فِى الغابِرِنَ وَارحَمهَا بِرَحمَتِكَ يَا اَرحَمَ لرَّاحِمِنَ

Sonra beşinci təkbiri desin.



Sual 69: Neçə vacib namaz var?

Cavab: Hər bir müsəlmana altı namaz vacibdir: on yeddi rəkət gündəlik yövmiyyə namazı, ayət namazı, meyit namazı, böyük oğul üçün dünyasını dəyişmiş atanın qəza namazı, icarə, nəzir, and və əhd vasitəsi ilə vacib olan namazlar.

Sual 70: Gündəlik yövmiyyə namazları hansılardır?

Cavab: İki rəkət sübh namazı, dörd rəkət zöhr (günorta) namazı, dörd rəkət əsr (ikindi) namazı, üç rəkət məğrib (şam) namazı, dörd rəkət işa (xiftən) namazı.

Sual 71: Namazı üzü qibləyə qılmaq vacibdirmi?

Cavab: Namaz üzüqibləyə qılınmalıdır. Namaz qılmaq istəyən şəxs qibləni tə’yin etmək üçün çalışmalıdır. Hissi nişanələrə əsasən qiblənin istiqamətini bildirən iki aqil şəxsin dediyinə əməl etmək olar. Elmi qaydaya əsasən, qibləni göstərən insanın dediklərinə də e’tibar etmək olar. Qibləni deyilən qaydada göstərənlər olmadıqda məscid mehrablarına, müsəlman qəbirlərinə əsasən qibləni tə’yin etmək lazımdır. Heç vəchlə qiblə tə’yin olunmadıqda və namazın vaxtı dar olduqda üzü dörd tərəfə tutaraq dörd namaz qılmaq lazımdır. Əgər iki tərəfdə qiblənin ola biləcəyi ehtimal edilirsə, həmin iki tərəfə doğru namaz qılmaq lazımdır.

Sual 72: Yol gedə-gedə namaz qılmaq olarmı?

Cavab: Müstəhəb namazları yol gedə-gedə, süvari halda qılmaq olar. Bu iki halda müstəhəb namaz qılarkən üzü qibləyə dayanmaq lazım deyil.

Sual 73: Hansı libasda namaz qılmaq olar?

Cavab: Namaz qılınan libas pak və halal olmalıdır. Bu libas ölü və əti haram heyvanın əzalarından hazırlanmamalıdır. Namaz qılan kişidirsə, onun libası xalis ipəkdən və sapları qızıl parçadan olmamalıdır. Namaz qılan şəxs namazı bitirdikdən sonra anlasa ki, onun paltarı murdar olub, qıldığı namaz qəbuldur.

Sual 74: Qızıl zinət əşyaları ilə namaz qılmaq olarmı?

Cavab: Kişi üçün qızıl zinət əşyaları haramdır və bu əşyalarla qılınmış namaz batildir. Vacib ehtiyata əsasən, kişi qızıl eynəkdən də çəkinməlidir. Amma qadınların həm namaz vaxtı, həm də qeyri vaxtlarda qızıl əşyalardan istifadə etməsinin eybi yoxdur.

Sual 75: Hansı hallarda murdar libas və ya bədənlə namaz qılmaq olar?

Cavab: Beş halda libas və bədən pak olmadıqda qılınmış namaz düzgündür:

1. Corab və araqçın kimi kiçik şeylər murdar olduqda;

2. Dayənin libası saxladığı uşağın sidiyi ilə murdarlandıqda;

3. Libas bədəndəki yaranın qanına bulaşdıqda;

4. Bir dirhəm ölçüsündən az murdarlandıqda;

5. İnsan murdar bədən və libasla namaz qılmağa məcbur olduqda.



Sual 76: Namaz harada qılınmalıdır?

Cavab: Namaz qılınan yerin beş şərti var:

1. Namaz qılınan yer halal olsun;

2. Hərəkətsiz olsun;

3. Otağın hündürlüyü ayaq üstə durmağa imkan versin;

4. Namaz qılınan yer əgər nəcasətə bulanıbsa, onun rütubəti libasa keçəcək həddə olmasın;

5. Səcdə üzvləri yerə qoyularkən gərək yerin səthi bir-birindən dörd bitişik barmaqdan artıq (istər aşağıya istər yuxarıya doğru) fərqli olmasın.


Sual 77: Namazın hansı vacibatları var?

Cavab: Namazın on bir vacibatı var: niyyət, qiyam, təkbirətül-ehram, səcdə, qiraət, zikr, təşəhhüd, salam, tərtib, müvalat.

Sual 78: Namazın rüknü nədir?

Cavab: Rükn namazdakı o vacibatlardır ki, əgər insan bilərəkdən və bilməyərəkdən onları artırsa və ya azaltsa, namazı batil olur. Namazın beş rüknü var:

1. Niyyət;

2. Təkbirətul-ehram, yə’ni niyyətdən sonra «Əllahu Əkbər» demək;

3. Qiyam–təkbirətul-ehram deyərkən və rükudan qabaq ayaq üstə olmaq (ona rükuya bitişən qiyam deyilir);

4. Rüku;

5. İki səcdə.



Sual 79: Niyyətdən çıxmaq nə deməkdir?

Cavab: İnsan namazın ortasında o qədər qəflətə vara bilər ki, əgər ondan nə etdiyini soruşsalar, cavab tapa bilməz. Belə halda namaz batildir.

Sual 80: Ayaq üstə durmaqdan ibarət olan qiyam vəziyyətinin şərti nədir?

Cavab: Niyyətdən sonra «Əllahu Əkbər» deməzdən qabaq və sonra bir miqdar dayanmaq vacibdir. İnsan əmin olmalıdır ki, təkbir kəlməsini ayaq üstə demişdir. Qiyam zamanı bədən hərəkətsiz olmalı, bir tərəfə əyilməməlidir. Qiyamda ayaqlar arası məsafənin üç barmaqdan bir qarışadək olması müstəhəbdir. Qadınlar ayaqlarını bir-birinə yapışdırsalar yaxşı olar.

Sual 81: Rükunun şərti nədir?

Cavab: Rüku vəziyyətində insan əlləri dizinə çatanadək əyilməlidir. Əllər dizə qoyulmadan da həmin qədər əyilmək kifayətdir. Rükuda istənilən bir zikr deyilə bilər. Amma bu zikr üç «Sübhanəllah» və bir «Sübhanə rəbiyəl-əzimi və bihəmdih» kəlmələrindən qısa olmamalıdır». Zikr deyilən zaman bədən rüku vəziyyətində aram dayanmalıdır.

Sual 82: Səcdənin hansı şərtləri var?

Cavab: Səcdə alının, iki əlin içinin, iki dizin, iki ayağın baş barmaqlarının yerə qoyulmasından və ən azı üç «sübhanəllah» zikri həddində səcdədə qalmaqdan ibarətdir. İki səcdə arasında aram oturmaq lazımdır. Səcdə zamanı yerə toxunası yeddi üzv bilərəkdən qaldırılmamalıdır.

Sual 83: Namazın bütün rəkətlərində həmd («Fatihə») və surə (məs. «İxlas») oxumaq vacibdirmi?

Cavab: Vacib yövmiyyə namazlarının birinci və ikinci rəkətlərində həmd və surə oxumaq vacibdir. Vacib yövmiyyə namazlarının üçüncü və dördüncü rəkətlərində isə təkcə həmd oxunsa kifayətdir. Həmd əvəzinə «təsbihati-ərbəə» demək olar. Müstəhəb namazlarda isə təkcə həmd oxumaq vacibdir.

Sual 84: Namaz ucadan, yoxsa astadan qılınmalıdır?

Cavab: Kişilər sübh, məğrib və işa namazlarını ucadan qılmalıdırlar. Zöhr və əsr namazlarında isə həm kişilərin, həm də qadınların həmd və surəni astadan oxuması lazımdır. Ucadan deyiləsi həmd və surəni astadan, astadan deyilməsi həmd və surəni ucadan demək bilərəkdən olduqda namaz batildir.

Sual 85: Əvvəl surəni, sonra isə həmdi oxumaq olarmı?

Cavab: Namazdakı ardıcıllığı bilərəkdən pozmaq namazı batil edir.

Sual 86: Peyğəmbərin adı çəkildikdə salavat çəkmək vacibdirmi?

Cavab: Peyğəmbərin adı, ləqəbi və ya künyəsi deyildikdə (hətta namazda da olmuş olsa) salavat çəkmək müstəhəbdir.

Sual 87: Nələrə səcdə etmək olmaz?

Cavab: Yeddi şeyə səcdə etmək olmaz: 1. Yeməli şeylərə; 2. Geyməli şeylərə; 3. Mə’dəndən çıxan şeylərə (məsələn, qızıl, gümüş); 4. Təzə üzüm yarpağına; 5. Torpaqdan cücərən yeməli dərman bitkilərinə (məsələn, bənövşə, maldili); 6. Bə’zi məntəqələrdə yeməli sayılan bitkilərə; 7. Kal meyvəyə.

Sual 88: Namazı nələr batil edir?

Cavab: On iki şey namazı batil edir:

1. Namazın ortasında şərtlərdən birinin ödənmədiyi mə’lum olsa (məsələn, namazın yeri qəsb olunmuş yerdir);

2. Namazın gedişində bilərəkdən və ya bilməyərəkdən dəstəmazı və ya qüslü batil edən hal baş versə (məsələn, sidik xaric olsa);

3. Əllər üst-üstə qoyulsa;

4. Həmd oxunduqdan sonra «amin» deyilsə;

5. Bilərəkdən və ya diqqətsizlikdən qibləyə arxa çevirsə, qiblədən çıxmış sayılacaq qədər sağa və sola meyl edilsə;

6. Bilərəkdən namaza aid olmayan mə’nalı və ya mə’nasız söz deyilsə;

7. Bilərəkdən bərkdən gülmək;

8. Dünya işlərinə görə bilərəkdən bərkdən ağlamaq;

9. Namazın formasını pozan işlər (əl çalmaq);

10. Yemək-içmək (məs. ağızdakı tikə ya qalıqları udub qurtarmamış namaza başlamaq);

11. İki rəkətli və üç rəkətli namazlarda, eləcə də, dörd rəkətli namazların ilk iki rəkətində rəkətlərin sayında edilən şəkk;

12. Bilərəkdən və ya səhvən namazın rüknlərinin artırılıb-azaldılması.

Sual 89: Namaz gedişində salam almaq olarmı?

Cavab: Namaz gedişində düzgün və ya ciddi verilmiş salamı almaq lazımdır.

Sual 90: Hansı hallarda namazı dayandırmaq olar?

Cavab: Dörd halda namazı dayandırmaq olar:

1. İnsan öz canı və malını qorumaq üçün namazı dayandıra bilər;

2. Namaz zamanı tələbkar verdiyi borcu tələb edərsə və namazı dayandırmadan borcu qaytarmaq mümkün olmazsa;

3. Namaz gedişində insan başa düşsə ki, məscid murdarlanmışdır;

4. Rükuya getməmişdən azan və iqamənin yaddan çıxdığı yada düşdükdə.

Sual 91: Namazda neçə növ şəkk var?

Cavab: Namazda üç növ şəkk ola bilər: Namazı batil edən şəklər, e’tina edilməyəsi şəklər və e’tina ediləsi düzgün şəklər.

Sual 92: Hansı şəklər namazı batil edir?

Cavab: Səkkiz şəkk namazı batil edir:

1. İki rəkətli namazlarda rəkətlərin sayındakı şəkk;

2. Üç rəkətli namazlarda rəkətlərin sayında şəkk;

3. Dörd rəkətli namazda şəkk edilərsə ki, bir rəkət qılınıb, yoxsa çox;

4. Dörd rəkətli namazda ikinci rəkətin ikinci səcdəsi tamam olmamış şəkk edilə ki, iki rəkət qılınıb, yoxsa çox;

5. Şəkk edilə ki, iki rəkət qılınıb, yoxsa beş və ya iki rəkət qılınıb, yoxsa daha çox;

6. Şəkk edilə ki, üç rəkət qılınıb, yoxsa altı və ya üç rəkət qılınıb, yoxsa altıdan çox;

7. Şəkk edilə ki, görən neçə rəkət qılınıb;

8. İkinci rəkət tamam olmuş olsa da, şəkk edilə ki, dörd rəkət qılınıb, yoxsa altı və ya dörd rəkət qılınıb, yoxsa altıdan çox? Amma ikinci rəkət tamam olduqdan sonra şəkk edilsə ki, dörd rəkət qılınıb, yoxsa altı və ya çox, müstəhəb ehtiyata əsasən dörd rəkət qılındığını qəbul edib, namazı başa çatdırdıqdan sonra iki səcdəyi-səhv yerinə yetirilir, həm də namaz yenidən qılınır.

Sual 93: Namazda e’tina ediləsi şəkdən sonra vəzifə nədir?

Cavab: Bütün düzgün şəklər, yə’ni e’tina ediləsi şəklər dörd rəkətlik namazlara aiddir.

İkinci səcdədən qalxdıqdan sonra şəkk edilsə ki, iki rəkət qılınıb, yoxsa üç rəkət, üç rəkət qılındığı qəbul edilməlidir və namaz tamamlandıqdan sonra bir rəkət ehtiyat namazı qılınmalıdır. İkinci səcdədən sonra şəkk edilsə ki, iki rəkət qılınıb, yoxsa dörd rəkət, dörd rəkət qılındığı qəbul edilməlidir və namaz tamamlandıqdan sonra iki rəkət ehtiyat namazı qılınmalıdır. İkinci səcdədən sonra iki, üç və ya dörd rəkət namaz qılındığına şəkk edilərsə, dörd rəkət qəbul edilməlidir və namaz tamamlandıqdan sonra iki rəkət ayaq üstə, iki rəkət oturaq ehtiyat namazı qılınmalıdır. Əgər ikinci səcdədən sonra şəkk edilsə ki, dörd rəkət qılınıb, yoxsa beş rəkət, dörd rəkət qılındığı qəbul edilməlidir və namaz tamamlandıqdan sonra iki səcdəyi-səhv yerinə yetirilməlidir. Əgər şəkk edilsə ki, üç rəkət qılınıb, yoxsa dörd rəkət, namazın istənilən bir yerində olur-olsun, dörd rəkət qılındığını qəbul edərək namazı tamamlamaq, sonra isə bir rəkət ayaq üstə, iki rəkət oturaq ehtiyat namazı qılmaq lazımdır. Ayaq üstə şəkk edilsə ki, üç rəkət qılınıb, yoxsa beş, əvvəlcə oturmaq, təşəhhüd və salamı demək, namazı tamamladıqdan sonra bir rəkət ayaq üstü, iki rəkət oturaq ehtiyat namazı qılmaq lazımdır. Ayaq üstə şəkk edilsə ki, üç rəkət qılınıb, yoxsa beş, oturmaq, təşəhhüd və salamı deyib, namazı tamamlamaq lazımdır. Sonra iki rəkət ayaq üstə ehtiyat namazı qılınır. Ayaq üstə üç, ya dörd, ya beş rəkət qılındığına şəkk edilərsə, oturub təşəhhüd və salamı deməklə namazı tamamlamaq, sonra isə iki rəkət ayaq üstü, iki rəkət oturaq ehtiyat namazı qılmaq lazımdır. Əgər ayaq üstə beş və ya altı rəkət namaz qılındığına şəkk edilərsə, oturub təşəhhüdlə salamı demək və namazı tamamladıqdan sonra səcdəyi-səhv yerinə yetirmək lazımdır.



Sual 94: Ehtiyat namazı necə qılınır?

Cavab: Ehtiyat namazı qılmalı olan şəxs namazı bitirən kimi dərhal ehtiyat namazını niyyət etməli və təkbir deməlidir. Sonra həmd oxuyub rükuya getməli və rükudan sonra iki səcdə yerinə yetirməlidir. Sonra isə təşəhhüd və salam deyilir. Ehtiyat namazı astadan qılınır. Hətta vacib ehtiyata əsasən «Bismillah» da astadan deyilir.

Sual 95: Səcdəyi-səhv necə yerinə yetrilir?

Cavab: Namaz başa çatan kimi səcdəyi-səhv niyyət edilir, səcdəyə gedilərək deyilir: «Bismillahi və billahi, əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd» sonra oturaq vəziyyətə qayıdılır və yenidən səcdəyə gedilir, eyni zikrlər təkrarlanır. İkinci səcdədən sonra oturaq vəziyyətdə təşəhhüd və salam deyilir.

Sual 96: İslam şəriətində kimlər müsafir hesab olunur?

Cavab: Səfəri qırx beş kilometr və ondan çox məsafədən ibarət olan şəxs müsafir hesab olunur. Bir şərtlə ki, onun getdiyi yol iyirmi iki tam, onda beş kilometrdən az olmasın.

Sual 97: Səfərdə qılınan namazlar adi vaxtda qılınan namazdan fərqlənirmi?

Cavab: Müsafir zöhr, əsr və işa namazlarını dörd rəkət yox, iki rəkət qılır. Amma namazın yarı qılınması (qəsr) üçün şərtlər mövcuddur:

1. Səfər qırx beş kilometrdən (səkkiz fərsəx) az olmamalıdır;

2. Səfərə çıxarkən məqsəd qırx beş kilometrlik yolu getmək olmalıdır;

3. Yolun ortasında müsafir fikrini dəyişməməlidir;

4. Qırx beş kilometr tamam olmamış yolu vətənindən keçməməlidir və ya bir yerdə on gündən artıq qalmamalıdır;

5. Səfərin məqsədi haram iş olmamalıdır;

6. Köçəri həyat tərzi keçirən insanlar namazlarını tam qılmalıdır;

7. Səfərə çıxmaq peşə olmamalıdır;

8. Vətənindən və ya on gün qalacağını qəsd etdiyi yerdən o qədər uzaqlaşmalıdır ki, şəhərin divarı görünməsin və azan səsi eşidilməsin.

Sual 98: Qırx beş kilometr məsafəni qət edən ovçu müsafir sayılırmı? Onun da namazları yarıdırmı?

Cavab: Əyləncə üçün ova gedən insan namazını bütöv qılmalıdır. Dolanışıq xətrinə bu işlə məşğul olan insanın isə namazı yarıdır. Var-dövlət qazanmaq məqsədi ilə ova gedənlər isə vacib ehtiyata əsasən namazlarını həm yarı, həm də bütöv qılmalıdırlar.

Sual 99: Qəza namazları üçün vaxt tə’yin olunmuşdurmu?

Cavab: Vacib namazlarını vaxtında qılmayıb qəzaya verən şəxs bu namazları qılmalıdır. Vacib qəza namazlarını dərhal qılmaq tələb olunmur. Amma bu işdə laqeydlik, süstlük göstərmək olmaz. Dünyasını dəyişmiş atanın qəza namazlarını böyük oğlan qılmalıdır.

Sual 100: Vacib namazları xüsusi ilə yövmiyyə namazlarını camaatla qılmağın savabı varmı?

Cavab: Vacib namazları, xüsusi ilə yövmiyyə namazlarını camaatla qılmaq müstəhəbdir. Sübh, məğrib və işa namazlarını camaatla qılmaq məscidin qonşuluğunda yaşayanlara və məscidin azanının səsin eşidənlərə xüsusi tapşırılmışdır. Rəvayətdə bildirilmişdir ki, pişnamaza bir nəfər iqtida edərsə, onların namazlarının hər rəkətinə yüz əlli namazın savabı verilər. Əgər iki nəfər iqtida edərsə, onların namazlarının hər rəkətinə altı yüz namazın savabı verilər. İqtida edənlərin sayı artdıqca namazın da savabı artır. İqtida edənlərin sayı on nəfərə çatdıqda və ya on nəfəri keçdikdə göylər kağız, dəryalar mürəkkəb, ağaclar qələm, bütün cin, insan və mələklər yazan olarlarsa, həmin namazın bir rəkətinin savabını yazıb qurtara bilməzlər.

Sual 101: Cəmiyyət namazı gec bərpa olduqda namazı fərdi şəkildə, vaxtında qılmaq yaxşı deyilmi?

Cavab: Səbir edib namazı camaatla qılmaq müstəhəbdir. Son vaxtda qılınan cəmiyyət namazı əvvəl vaxtda qılınan fərdi namazdan üstündür.

Sual 102: Hansı hallarda camaat namazında iştirak etmək vacibdir?

Cavab: Fərdi halda namaz qıldığı vaxt vəsvəsələrə düçar olan insan camaatla namaz qıldıqda vəsvəsələrdən yaxa qurtara bilirsə, namazını camaatla qılmalıdır.

Əgər ata-ana övladına əmr edərsə ki, namazını camaatla qılsın, ata-anaya itaət vacib olduğundan, vacib ehtiyata əsasən, övlad namazını camaatla qılmalıdır.

Namazın həmd-surəsini və digər mətnlərini yaxşı bilməyən kəs vaxtı olduqda namazı yaxşı öyrənməli, vaxtı dar olduqda, vacib ehtiyata əsasən namazını camaatla qılmalıdır.

Sual 103: Cəmiyyət namazında kim imam (pişnamaz) dayana bilər?

Cavab: Cəmiyyət namazında imam dayanan şəxs baliğ (həddi-büluğ), aqil (ağıllı), on iki imamçı şiə, adil (ədalətli), halalzadə (qanuni nikahdan doğulmuş), namazı düzgün qıla bilən, iqtida edənlər kişidirsə, kişi olmalıdır. Vacib ehtiyata əsasən, bütün hallarda pişnamaz kişi olmalıdır.

Pişnamaz adını bilmək mə’mum (iqtida edən) üçün vacib deyil.



Sual 104: İqtida edən şəxsin (mə’mum) hansı vəzifələri var?

Cavab: Mə’mum imamdan qabaqda dayanmamalı, vacib ehtiyata əsasən, bir qədər arxada dayanmalıdır. Mə’mum həmd və surədən başqa namazın bütün sözlərini özü deməlidir. Amma cəmiyyət namazına üçüncü və ya dördüncü rəkətdə qoşulan mə’mum həmd və surəni də deyəsidir. Sübh, məğrib və işa namazlarında imamın həmd surə səsini eşitmədikdə mə’mumun astadan həmd-surə oxuması müstəhəbdir. Zöhr və əsr namazlarının birinci və ikinci rəkətində həmd surə əvəzinə zikr demək müstəhəbdir. Mə’mum təkbirətul-ehramı imamdan qabaq deməməlidir. Hətta vacib ehtiyata əsasən, imam təkbiri qurtarmamış mə’mum təkbirə başlamamalıdır.

Sual 105: Bə’ziləri camaat namazında namazı imamdan qabaq qurtarırlar. Bu düzgündürmü?

Cavab: Namazın sonunda salam hissəsini imamdan qabaq deyib namazı qurtarmaq olar.

Sual 106: Ayət namazı nədir?

Cavab: Ayət namazı vacib namazlardandır. Bu namaz dörd halda vacib olur:

1. Günəş tutulduqda; 2. Ay tutulduqda (azca da tutulmuş olsa və kimsə qorxmasa da); 3. Zəlzələ baş verdikdə (əgər kimsə qorxmamış olsa da); 4. Şimşək çaxdıqda, qara və qırmızı yel əsdikdə (adamların çoxu qorxmuş olsa).



Sual 107: Ayət namazı necə qılınır?

Cavab: Ayət namazı iki rəkətdir: Bu namaz iki şəkildə qılına bilər:

Birinci şəkil: Niyyət edilir, təkbir deyilir, bir həmd və bir surə tam oxunur, rükuya gedilir, rükudan qayıdılır, yenidən bir həmd və bir surə oxunur, bir də rükuya gedilir. Beləcə, həmd-surə və rüku beş dəfə təkrarlanır. Beşinci rükudan, qalxdıqdan sonra iki səcdə edilir. Sonra namazın ikinci rəkəti eyni qaydada qılınır. Namaz təşəhhüd və salamla başa çatır.

İkinci şəkil: Niyyət edilir, təkbir deyilir, həmd oxunur, surənin ayələrindən biri deyilir, rükuya gedilir, rükudan qalxdıqdan sonra surənin ikinci ayəsi deyilir və yenə rükuya gedilir. Bu qayda ilə surənin beş ayəsinin hər biri deyildikdən sonra bir rüku edilir. Beşinci rükudan qalxdıqdan sonra iki səcdə yerinə yetirilir və ayağa qalxaraq namazın ikinci rəkəti eyni qayda ilə qılınır. Namaz təşəhhüd və salamla başa çatır.

Sual 108: Oruc nədir?


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə