Sual 17. Etnik Mədəni Müxtəliflik (Avarlar, Dağ yəhudiləri, İnqiloylar) Avarlar Azərbaycanın rəngarəng etnik xəritəsində özünəməxsus yer tutan, özlərini əsasən «maarulal»



Yüklə 19,23 Kb.
səhifə1/3
tarix31.12.2021
ölçüsü19,23 Kb.
#82038
  1   2   3
Sual 17


Sual 17. Etnik Mədəni Müxtəliflik (Avarlar, Dağ yəhudiləri, İnqiloylar)

  1. Avarlar

Azərbaycanın rəngarəng etnik xəritəsində özünəməxsus yer tutan, özlərini əsasən «maarulal» adlandıran avarlar bu torpaqlara indiki Dağıstan Respublikasının ərazisindən köç etmişlər. Hazırda avarların böyük bir hissəsi Dağıstanın cənub-qərb hissəsində yaşayır. Azərbaycanda isə avarlar şimal-qərb bölgələrində – Balakən rayonunun Mahamalar, Matsex, Bərətbinə, Katex, Çədərovtala, Qasbinə, Qəbizdərə, Qoçəhməd, Qabaqçöl, Xırxatala, Beretbinə, Mazımqara, Sarıbulaq, Uzuntala, Mollaçıbinə, Pirdax, Meşə Şambul, Cincarta- la, Hotavar Kilsəbuqov, Zaqatala rayonunun Car, Axaxdərə, Yuxarı Tala, Aşağı Tala, Göyəm, Dardoqqaz, Yolayrıc, Danaçı, Taxtalar, Çökəkoba, Aşağı Çardaxlar, Yuxarı Çardaxlar, Silban, Makov, Oytala, Paşan, Matsex, Zilbal Qəbizdərə, Mazıx, Uzuntala, Yolayrıc kimi kəndlərində məskunlaşmışlar.

Avarların etnik adı – maarulal sözü «dağ xalqı», «dağlılar» və «dağ adamı» kimi izah edilir. «Avar» kəlməsi isə qədim türk mənşəli olmaqla «çılğın, dikbaş, döyüşkən, cəsarətli» anlamlarını verir.

Görünür, tarixin bütün mərhələlərində döyüşkən xalq kimi tanınan avarların tez-tez müharibələrə cəlb edilməsi də məhz bu xüsusiyyətləri ilə bağlı idi. Bu xarakterik keyfiyyət onların etno- nimində də öz əksini tapmışdır. Qafqaza sürgün edilən rus yazıçısı Aleksandr Bestujev-Marlinski də avarları Qafqazın ən döyüşkən tayfası, azad, öz üzərində heç bir hakimiyyəti qəbul etməyən, cəsur, sözlərində düz, qonaqpərvər xalq kimi təsvir etmişdir.

Qeyd edək ki, «avar» etnoniminin mənşəyi haqqında mübahisələr uzun müddət davam etsə də, son dövrlərdə elmi polemikaya son qoyulmuşdur. Bu etnonimin ilkin orta əsrlərdə mövcud olmuş Avar xaqanlığı (562-823-cü il- lər) ilə bağlılığı haqqında mülahizələr özünə daha çox tərəfdar toplamaqdadır. Məlumdur ki, Avar xaqanlığı hökmdar Bayanın başçılığı ilə VI əsrdə savirləri məğlub etdikdən sonra Şimali Qafqazı və Qara dənizin şimal sahillərini tutmuş, şimal-qərbə doğru irəliləyərək indiki Ukrayna, Belarus, Polşa, Macarıstan, Rumıniya, Serbiya, Xorvatiya, Avstriya, Serbiya, Xorvatiya, qismən də Litva və İsveçrə toraqlarını imperiya ərazilərinə daxil etmişdir. Rusiyalı alim N.Volkova araşdırmalarında bildirir ki, avar tayfa birləşməsi Şimali Qafqazı zəbt etdikdən sonra onların bir hissəsi burada məskunlaşmış və zaman keçdikcə yerli qafqazdilli əhali içərisində tamamilə assimilyasiya olunmuşlar. Nəticədə həmin xalq tarix səhnəsindən silinsə də, «avar» adı bu günədək qalmışdır.

Abbasqulu ağa Bakıxanov da tədqiqatçılara və qədim tarixi mənbələrə əsaslanaraq yazırdı: «Karamzin və başqa tarixçilərin yazdıqlarına görə, avarlar Türküstan çöllərində iqtidar və şöhrət sahibi bir tayfa olmuşlar. Çin tarixçilərinə görə, avar tayfası çinlilərlə qonşu olan hun nəslindəndir. II əsrdə türk tayfaları tərəfindən məğlub edilən avarlar cənub ölkələrinə gəlmiş və başqa tayfalarla qarışmışlar. Avar xanı Dizavul Atilla kimi yüksək iqtidara malik olmuşdu. O, Altay dağları arasında ipək döşənəcək və qızıl qab-qacaqla bəzənmiş çadırda Rum qeysəri Yustinianın elçilərini və hədiyyələrini qəbul edərək, onunla barışmış və iranlılarla müvəffəqiyyətlə müharibə etmişdir… 568-ci ildə avarların ölkəsi Elba çayından Atilə (Volqaya) qədər olan sahəni tuturdu».



  1. Yüklə 19,23 Kb.

    Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə