Sual 25. Pedaqoji fəaliyyətdə müəllimin bacarıqları



Yüklə 15,64 Kb.
tarix14.02.2023
ölçüsü15,64 Kb.
#100777
Pedaqoji fəaliyyətin düzgün qurulması həm də müəllimin pedaqoji bacarıq və vərdişlərə malik olmasından çox asılıdır


Sual 25. Pedaqoji fəaliyyətdə müəllimin bacarıqları.
Pedaqoji fəaliyyətin düzgün qurulması həm də müəllimin pedaqoji bacarıq və vərdişlərə malik olmasından çox asılıdır. Belə ki, müəllim dərin biliyə, yaradıcılığa, geniş təfəkkürə malik olmaqla yanaşı, həm də biliyini şagirdlərin malı etməyi bacarmalıdır. Müəllim aşağıdakı qabiliyyət və bacarıqlara malik olmalıdır:
1) konstruktiv,
2) kommunikativ,
3) təşkilatçılıq,
4) qnostik,
5) didaktik,
6) diaqnostik,
7) kreativ,
8) ekspressiv,
9) yeni pedaqoji texnologiya və pedaqoji yaradıcılıq qabiliyyəti,
10)yüksək peşəkarlıq,
11)pedaqoji ünsiyyət,
12)pedaqoji müşahidəçilik,
13)diqqətin düzgün bölünməsi,
14)pedaqoji mərifət,
15)tələbkarlıq.
Bu bacarıqlar içərisində konstruktiv, kommunikativ, təşkilatçılıq və qnostik bacarıqlar aparıcı rol oynayırlar.
Təlim-tərbiyə materialını düzgün seçmək və şagirdlərin imkanlarına, təlimin məzmununa, mərhələlərinə, təşkilat formalarına uyğunlaşdırmaq, şəxsiyyətin və kollektivin inkişafını layihələşdirə bilmək, yaranmış sosial-pedaqoji hadisəni təhlil edib qiymətləndirmək, onun yaranma səbəblərini aşkar etmək, şagirdlərin zehni əmək fəaliyyətinin və ona pedaqoji rəhbərliyin strukturunu planlaşdırmaq, göstərilən təsirin ehtimal olunan nəticələrini qabaqcadan görə bilmək, şagirdlərin çətinlik və səhvlərinin nəticələrini proqnozlaşdırmaq, bütünlükdə pedaqoji prosesin və ayrı-ayrı məşğələlərin, tədbirlərin təşkilati-pedaqoji və məntiqi – psixoloji strukturunu yaradıcı və əsaslandırılmış şəkildə qura bilmək konstruktiv bacarıqlara aiddir.
Xarici görünüşü və hərəkətlərinin dəyişməsinə görə şagirdin psixi vəziyyətindəki dəyişiklikləri təyin etməyi bacarmaq, onların qəlbinə yol tapmaq, hər hansı fəaliyyət prosesində vəzifə bölgüsü apararkən şagirdlər arasındakı qarşılıqlı münasibətləri nəzərə almaq, özünü fikrən şagirdin yerində qoymaq, onunla ümumi dil tapmaq, şagirdlər, onların valideynləri, müəllim həmkarları, ictimaiyyət nümayəndələri ilə səmimi, işgüzar, düzgün və pedaqoji cəhətdən səmərəli qarşılıqlı münasibətlər yarada bilmək (əməkdaşlıq pedaqogikası), müəyyən situasiyada daha güclü pedaqoji təsir vasitələri tapmaq, şagirdin davranışındakı ən kiçik dəyişikliyi belə dərhal duymaq, psixi proseslərin inkişafını görə bilmək kommunikativ bacarıqlara aiddir.
Şagirdlərin tədris və sinifdənxaric fəaliyyətini planlaşdırmaq və ona rəhbərliyi bacarmaq, məktəblilərin əmək və peşə fəaliyyətinə mənəvi və praktik hazırlığının formalaşması üçün pedaqoji şəraiti təşkil etmək, şagird kollektivində işgüzar əhval-ruhiyyə yaratmaq, şagirdlər arasında düzgün vəzifə bölgüsü aparmaq, onların davranış və fəaliyyətini idarə etməyi bacarmaq, konkret həyati situasiyalarda necə hərəkət etməyi şagirdlərə başa salmaq, onları cəmiyyətin istehsal münasibətlərinə qoşmaq, ailə, əmək kollektivləri və ictimaiyyətlə birgə fəaliyyəti və işgüzar əlaqələri təşkil etmək, tələbləri mürəkkəbləşdirmək və şagirdlərin işini stimullaşdırmaq, cari təlimatlandırma və operativ nəzarət, yekunlaşdırma, əldə edilmiş nəticələri qiymətləndirmək və yeni pedaqoji vəzifələri müəyyənləşdirmək, bir sözlə, fəaliyyətin düzgün təşkili təşkilatçılıq bacarıqlarına aiddir.
Yoldaşlarının təcrübəsini təhlil edib ümumiləşdirməyi, səmərəli metod və vasitələri öz təcrübəsində tətbiq etməyi bacarmaq, elmi yenilikləri müntəzəm izləmək, onlardan təlim məqsədilə istifadə etmək, metodik yaradıcılığa malik olmaq, öz qarşısında tədqiqatçılıq vəzifəsi qoymaq qnostik – idraki bacarıqlara aid edilir.
Qnostik bacarıqlar dedikdə, şəxsiyyətin o keyfiyyəti nəzərdə tutulur ki, onlar bir tərəfdən predmet və hadisələrin dəqiq öyrənilməsini, digər tərəfdən isə gerçəkliyi əks etdirən obrazlardan – (işarə, simvol, anlayış, ideya, bədii əsər) müvəffəqiyyətlə istifadə olunmasını təmin edir.
Diaqnostik və kreativ bacarıqlar da qnostik bacarıqlara daxildir. Diaqnostik bacarıqlar sayəsində məlum ümumi qanunauyğunluqların vacib konkret əlamətlərini tez aşkar etmək və ayrı-ayrı aləmətlərə görə ümumi nəticə çıxarmaq, diaqnoz qoymaq mümkündür. Yunanca “ diaqnostika” – öyrənməyə, müəyyən etməyə qabil deməkdir. Müəllim rəhbərlik etdiyi, ünsiyyətdə olduğu kollektivin əhval-ruhiyyəsini müəyyənləşdirməyi bacarmalıdır. Bu və ya digər sahədə düzgün diaqnoz qoymağı bacarmaq – insanın, xüsusilə müəllimin qiymətli keyfiyyətidir.
Kreativ bacarıqlar nə isə yeni, əvvəllər məlum olmayan bir iş forması fikirləşib tapmağa, əvvəl gördüyü hər hansı bir predmet və hadisəni yeni şəkildə təsəvvür etməyə imkan verir.
Bütün müəllimlər üçün zəruri olan xüsusi bacarıqları nəzərdən keçirərək belə nəticəyə gəlmək olar ki, dərsin məqsədini müəyyənləşdirmək, qarşıya qoyulmuş məqsədin həyata keçirilməsini təmin edən tədris materialını seçmək, əsas biliklərin formalaşdırılması üçün zəruri olan başlıca əlamətləri ayıra bilmək bacarıqları ilə yanaşı, hər bir konkret fənn müəllimi məktəblilərin yaş və idrak imkanlarına müvafiq olaraq tədris materialının məzmununu metodik cəhətdən işləyib hazırlamaq bacarığına da malik olmalıdır.
Yüklə 15,64 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə