Sual İncəsənətdə məzmun və forma. İncəsənət



Yüklə 86,2 Kb.
səhifə1/29
tarix27.03.2022
ölçüsü86,2 Kb.
#84781
  1   2   3   4   5   6   7   8   9   ...   29
Document 1


Sual 2. İncəsənətdə məzmun və forma.
İncəsənət — insan hisslərinin təsvir edən vasitədir. Həmçinin istənilən fəaliyyət sahəsində insanın göstərdiyi yüksək bacarıq, məharət də nəzərdə tutulur.

İncəsənət mədəniyyətin tərkib hissəsi olan ictimai şüur növüdür. Bəşəriyyətin mənəvi mədəniyyətinin tərkib hissəsidir və praktik mənəvi qavramanın spesifik növüdür. Gerçəkliyin bədii əksi kimi görmə obrazlarında (təsviri incəsənət, memarlıq), səs obrazlarında (musiqi), sözdə (ədəbiyyat), həmçinin incəsənətin müəyyən növlərində sintez ilə (teatr, kino) müəyyən olunur.

İncəsənət dinləyici və ya tamaşaçıya informasiyanın qrafika, musiqi, rəqs və ya da bunların bir neçəsinin toplumundan ibarət olan teatr, balet, kinematoqrafiyailə verilmə ustalığıdır. İncəsənət insanın mədəni fəaliyyətinə aid olduğundan onun kökü insanlar arasında kommunikasiya yarandığı dövrlərə gedib çıxır. Sonralar inkişaf nəticəsində o sərbəst mədəni-estetik prosesə çevrilərək öz sırf dillə bağlı mahiyyətindən kənara çıxır.

Nəyin incəsənət adlandırılması bu və ya digər cəmiyyətin inkişafı dövründə malik olduğu estetik norma və dəyərləndirmə dərəcəsindən asılıdır.İncəsənətin növləri məqsədə uyğun şəkildə təsnifləşdirilmişdir. İncəsənətin bir neçə növləri onun maddi ehtiyaclarını təmin edir (sənətin bütün növləri, tibb, əkinçilik, mədəniyyət, gimnastika). Bədii incəsənət isə asudə vaxt üçündür (musiqi, rəqs, poeziya). İncəsənətin bəzi növləri isə xüsusi bədii utilitar vəzifələri ilə bağlıdır. İncəsənət əsərlərinin yaradıcıları rəssamlar kimi tədricən üzə çıxmışlar. Əvvəl onların fəaliyyəti müxtəlif əşyaların istehsalçılarının əməyindən seçilmirdi. Məsələn: gildən hazırlanan qab vacib təsərrüfat əşyalarından biri idi və yarandığı gündən o sənət əsərinə dönərək, gözəllik təsəvvürü yaradır. İncəsənətin əsas növləri rəngkarlıq, qrafika, heykəltəraşlıq, memarlıqdır.



Hər bir xalqın öz mədəniyyəti, öz ayin sistemi var. Onlar ritual məbəd incəsənətinə və yaxud dünyəvi dinlər yaranandan sonra dini incəsənətə çevrilirlər. İncəsənət əsərinin yaranması xüsusi prosesdir, onun yaradıcısı estetik qanunları bilməli, bədii vasitəyə və texniki üsullara yiyələnməlidir. Bütün əsərlər biri-birindən seçilirlər, çünki yaradıcı öz fantaziyasına tabe olur. Amma incəsənət əsərinin yaranması yaradıcılıq prosesidir, o müəyyən vaxtın qanunlarında və təsəvvürlərində yaranır. Ona görə incəsənət eststik funksiyalardan başqa tərbiyəedici, maarifləndirici, dərkedici funksiyasını daşıyır.
Sual 4. Elmilik Prinsipleri

Təlimdə elmilik prinsipi. 5 istiqamətdə nəzərə alınır. Əvvəla, bu prinsip tələb edir ki, ayrı-ayrı elmlər sahəsində üzə çıxarılan yeniliklər şagirdlərin başa düşəcəkləri formada təlimin məzmununa qovuşdurulsun; konkret faktlarla ümumi məfhumların nisbəti təlimdə tarazlaşdırılsın; faktik material nəzəri anlayışlara, nəzəri anlayışlar isə faktik materiala üstün gəlməsin.
Sual 6.Təsviri incəsənət tədrisində didaktik prinsipləri

Təlim prinsipləri təlimin qanunauyğunluqlarını əks etdirən, təlim prosesinin səmərəli qurulmasına imkan verən ilkin ideyalar, fəaliyyət normaları, başlıca tələblərdir. Təcrübə göstərir ki, didaktik prinsiplərə əsaslanan təlim prosesi, bir qayda olaraq, müsbət nəticə verir. Əksinə, həmin prinsiplərə istinad etmədikdə təlimdə uğur qazanmaq mümkün deyildir.

Təlim prinsipləri didaktik qanunauyğunluqlarla sıx bağlı olduğundan onları həmin qanunauyğunluqlar əsasında təsnif etmək daha düzgündür. Təlim prinsipləri təlim prosesinin müxtəlif ünsürləri arasındakı çoxcəhətli əlaqələri tənzim etməyə xidmət göstərir.

Milli pedaqogikada müəyyənləşdirilmiş təlimin 13 qanunauyğunluğundan törəyən 13 prinsipin adlarını və hər birinin xüsusiyyətlərini qısa şəkildə göstərək.

1. Təlimin həyatla əlaqələndirilməsi prinsipi. Bu prinsip tələb edir ki, müəllim məktəbin, təhsilin həyatla, istehsalatla qarşılıqlı əlaqədə olduğunu yadda saxlasın; bilsin ki, tədris müəssisələrinin yaradılmasında, orada təhsilin məzmunu da həyatın, istehsalatın ehtiyaclarından irəli gəlir və bu ehtiyacların ödənilməsinə yönəlir. Bu prinsip müəllimdən tələb edir ki, öyrətdiyi fənin, mövzunun həyat üçün, istehsalat üçün əhəmiyyətini şagirdlərin başa düşmələrini təmin etsin, öyrənilən biliklərin şagirdlər üçün mənasız yükə çevrilməsinə imkan verməsin. Belə olduqda şagirdlərin fənnə, elmə, biliyə marağı artır, şüurluluq dərəcəsi yüksəlir.

2. Təlim üçün münasib şəraitin yaradılması prinsipi. Müəllim yadda saxlayır ki, bu prinsipin əsasında belə bir qanunauyğunluq durur: zəruri maddi-texniki bazada və mənəvi-psixoloji mühitdə keçirilən təlimin səviyyəsi yüksək olur. Belə bir qanunauyğunluq, əvvəla, məktəbdən, müəllimlərdən tələb edir ki, təlim işi üçün münasib şərait yaradılmasına nail olsunlar: sinif otağı gigiyenik qaydalara cavab versin, şagirdlərin sinifdə sayı normada olsun, zəruri texniki və əyani vasitələr, habelə dərs vəsaitləri şagirdlərin sərəncamına verilsin; ikincisi, məktəbdə normal mənəvi-psixoloji mühit yaradılsın və s.

3. Təlimdə fərdi xüsusiyyətlərin nəzərə alınması və müyəssərlik prinsipi. Şagirdlərin fərdi xüsusiyyətlərinə aiddir: onların həm mövcud bilik, bacarıq və vərdişlərinin xüsusiyyətləri, həm də fiziki, fizioloji və psixoloji xüsusiyyətləri. Bu prinsip müəllimdən tələb edir ki, təlim zamanı şagirdlərin həmin xüsusiyyətlərini ətraflı nəzərə alsın.

4. Təlimdə şüurluluq və fəallıq prinsipi.  Təlim zamanı müəllim və şagird fəallığı dərəcəsinin tərs mütənasibliyi qanununa əsaslanır. Həmin səbəbə görə də şüurluluq və fəallıq prinsipinin izahı mövcud izahlardan fərqlənir. Çünki hazırkı izahat şagirdlərin şüurluluq və fəallıq mexanizminə istinad edir. Şagird tədris materialı üzərində düşündükcə, mühakimə yürütdükcə, işlədikcə, yəni zehni və əməli fəallıq göstərdikcə həmin materialı şüurlu surətdə başa düşür, dərk edir, yaxşı yadlarında saxlayırlar.

5. Təlimdə əməkdaşlıq prinsipi. Pedaqogikaya  yeni gətirilmişdir. Təlimdə müəllim və şagird fəaliyyəti bir-birini şərtləndirir; təlim zamanı müəllim və şagirdlərin fəaliyyətləri arasında mürəkkəb və çoxcəhətli qarşılıqlı əlaqə mövcuddur. Başlıcası budur ki, şagirdlərin rəğbətini qazanan, onların ehtiyaclarını duyan, onlara valideyn qayğısı göstərən, şəxsiyyətinə hörmət edən, bir sözlə, şagirdləri ilə əməkdaşlığa hazır olan müəllim öz yetirmələri ilə əməkdaşlığa hazır olan müəllim öz yetirmələrinin həqiqi tərbiyəçisinə, məsləhətçisinə, müdrik yaşlı yoldaşına çevrilir.

6. Təlimdə ziddiyyətlərin aradan qaldırılması prinsipi. Təlim zamanı ziddiyyətlərin, uyğunsuzluqların şagirdlər tərəfindən duyulması, qəbul edilməsi və aradan qaldırılması qanunundan irəli gəlir. Müəllim şagirdlər qarşısında problem qoyur, onlara tapşırıq verir; müəllim məlumat mənbəyi olur. Şagirdlər qoyulmuş yeni problemi və ya verilmiş tapşırığı həll etmək üçün öz bilik ehtiyatlarını səfərbər etməyi və psixoloji imkanları daxilində fəaliyyət göstərməli olur.

7. Təlimdə elmilik prinsipi. 5 istiqamətdə nəzərə alınır. Əvvəla, bu prinsip tələb edir ki, ayrı-ayrı elmlər sahəsində üzə çıxarılan yeniliklər şagirdlərin başa düşəcəkləri formada təlimin məzmununa qovuşdurulsun; konkret faktlarla ümumi məfhumların nisbəti təlimdə tarazlaşdırılsın; faktik material nəzəri anlayışlara, nəzəri anlayışlar isə faktik materiala üstün gəlməsin.

8. Təlimin təhsilləndirici prinsipi də pedaqogika üçün yenidir. Təlim və təhsil anlayışlarının qohum anlayışlar olduğunu, onların real həyatda bir-birinə çevrildiyini, təlimin təhsili həyata keçirmək prosesi olduğunu, təhsilin təlim üçün həm əsas, həm də nəticə olduğunu müəllim bilməli və öz işində nəzərə almalıdır; çalışmalıdır ki, təlimin təhsil verən vəzifəsini tam həyata keçirsin.

9. Təlimin tərbiyələndirici prinsipi . Təlimin bütün  cəhətləri: onun təşkili formaları da, üsulları da, vasitə və tərzləri də dərsdə müəllim-şagird münasibətlərinin xarakteri də şagirdlərə müəyyən tərbiyəvi təsir göstərir. Bu prinsip tələb edir ki, müəllim tədris edəcəyi mövzu üzrə elə materiallar, elə faktlar seçsin, elə rəqəmlər, elə nümunələr gətirsin ki, onlar uşaqlarda Azərbaycan xalqının istədiyi yüksək əxlaqi keyfiyyətlərin formalaşmasına kömək etsin; müəllim öz nitqinə qarşı tələbkar olur; təlimin tərbiyələndirici prinsipi müəllimə xatırladır ki, şagirdləri ilə münasibətdə xeyirxahlıq, qayğıkeşlik, sadəlik,  təvazökarlıq təcəssümü olsun, öz fəaliyyətində şagirdlərə hörməti onlara qarşı tələbkarlığı ilə üzvi şəkildə birləşdirsin; şagirdlərin dərsə davamiyyətinə, dərsdə onların özlərini necə apardıqlarına, nə dərəcədə diqqətli olduqlarına, necə düşündüklərinə müəllimin fikir verib-verməməsi şagirdlərə bu və ya digər dərəcədə tərbiyəvi təsir göstərir.

10. Təlimin inkişafetdirici prinsipi. İsbat olunmuşdur ki fənlərin tədrisi şagirdlərin psixoloji inkişafına kömək edir. Təlim şagirdlərə nəinki təhsil verir, nəinki onlara tərbiyəvi təsir göstərir, eyni zamanda onların psixoloji qüvvələrini inkişaf etdirir. Bu məqsədlə müəllim öyrədilən cisim və hadisələrin diqqətlə müşahidəsini, bir qədərdən sonra təsəvvürdə canlandırılmasını, haqqında mühakimə yürüdülməsini, müqayisə edilməsini, oxşar və fərqli əlamətlərin üzə çıxarılmasını, ümumiləşdirmələr aparılmasını təşkil edir.

11. Təlimdə əyaniliyin anlayışa xidmət etməsi prinsipinin əsasında  duran qanunauyğunluq belədir: əyani vasitələrin tətbiqi zamanı şagirdlərin diqqəti yalnız müşahidə olunan konkret obyektlərin əlamətlərinə yönələn zaman onlarda əsasən qavrayış və təsəvvürlərin formalaşmasına, həmin əlamətlər ümumiləşdirilərək eyni tipli digər obyektlərə aid edildikdə isə müvafiq anlayışların formalaşmasına imkan yaranır. əyaniliyin növləri müxtəlifdir: təbii əyanilik, şəkil əyanilik, sözlü əyanilik, şərti əyanilik və hərəkətli əyanilik.

12. Təlimdə bilik və bacarıqların möhkəmləndirilməsi prinsipini həyata keçirməyin başlıca yolları unudulmanın qarşısının alınması, şüurlu təkrar və bilikdən müxtəlif istifadə. Şüurlu təkrarın bütün formaları unudulan biliyi yada salmaq məqsədini deyil, unutmanın qarşısını almaq, yaddaqalmanın müddətini uzatmaq məqsədini güdür.

13. Müxtəlif üsullardan istifadə prinsipi. Tələb edir ki, təlim zamanı müəllim  bir üsulun tətbiqi ilə kifayətlənməsin, mövzunun şüurlu və möhkəm mənimsənilməsi üçün zəruri olan üsullara əl atsın: şagird müşahidə aparsın, mühakimə yürütsün, nəyisə axtarıb tapsın, aldığı nəticənin doğurduğu yoxlasın, öyrəndiyi biliyi təcrübədə tətbiq etməli olsun.

Sual 8: Qrafika işlədilən texniki vasitələr,qravüralar.
İşlənmə texnikasına görə qrafika sənəti iki böyükhissəyə ayrılır. Onlardan birincisi və ən qədimi ənənəvi rəsmdir. Ənənəvi rəsmlər əsasən kömür, karandaş, tuş, fiamaster və s. bu kimi vasitələrlə kağız, karton, parça və s. bu kimi materiallar üzərində çəkilir. Belə rəsmlər bır nüsxədə yaradılır. Bəzi rəsmlər rəng həllinə görə boyakarlığa yaxındır. Bunlar suluboyalarla çəkilən (akvarcl, quaş, tempra) və yaxud, pastel (rəngli karandaşlar) texnikasında çəkilən rəsimlərdir.

İkincisi isə gravürdür. Qravür - çap qrafikasıdır.Burada rəsm yalnız bir nüsxədə yaradılsada, ondan eyni keyfiyyətdə istənilən qədər nüsxə almaq mümkündür.

Buraya ağac, daş, metal, maqnezium, linolium və s. üzərində qazılmış və ya həkk olunmuş rəsmlər daxildir. Bu əsərlərdə mövzudan asılı olaraq müxtəlif texnikalardan və alətlərdən istifadə olunur. Məsələn: mis metal üzərində xüsusi iynə ilə çəkilmiş və sonradan rəng vasitəsilə yaradılmış qravüralara ofort deyilir. Daş üzərində qazılmış, həkk olunmuş təsvirlərdən alınmış qravüralara litoqrafiya deyilir.Ağac üzərində həkk olunmuş qravüralara polioqrafiya və ksiloqrafiya deyilir. Sonradan yaranmış linoleum üzərində cızılmış təsvirlərdən alınmış qravüralara linoqravüra deyilir və s.

Sual 10: Rəng nədir Rənglər haqqında ümumiməlumat.

Təbiətdə mövcud olan hər bir obyekt özünəməxsus rəngə malikdir, lakin praktiki olaraq insan gözü real rəngləri olduğu kimi qavramağa qadir deyil. Rəngin qavranmasını bir necə amil müəyyənləşdirir ki, bunlar işıq, mühit, baxış bucağı, tamaşaçıya təsir gücü, psixoloji aspektdir. Bu baxımdan yaradıcı şəxsin (rəssamın) xüsusi, peşəkar diqqətə malik olması zəruri şərtdir. Rəssam ziddiyyətləri, rəngi, kölgələri, refleksləri müşahidə edərək, onları ifadə vasitəsi kimi istifadə edir. Leonardo da Vinçi yazır: “İşıqlandırılmış predmetlərin səthləri həmin predmetin gerçək rəngini əks etmir... Əgər biz bəyaz parçanı qaranlıq bir məkana yerləşdirib onun üzərinə üç dəlikdən müxtəlif mənşəli işığı (günəş, atəş, və hava) yönəltsək, həmin parça üçrəngli görünəcək. Heç bir predmet öz təbii rəngini tam olaraq müəyyən etmir. Rəngin müəyyənləşməsi üçün ilk olaraq predmet və göz arasında mövcud olan mühit, daha sonra predmeti işıqlandıran digər predmetin hər hansı rəngə malik olmasıdır”. Burada da Vinçi rəng perspektivi və refleksləri aşkarlamağa çalışır.
Predmet rəngi – dəqiq deyişməyən rəngdir. O etalon adlanır. Təbii rəngin oyununu təmin edən əsas amil spektrdır. İşığın şüaları məkanda paylaşdırılır, dəyişir, birləşir, bir birinə təsir göstərir. Bu halda günəş, ay, ləmpə kimi mənbələrdən gələn işıq axarları məkanı ümumi işıqlandıraraq məkanda bir sıra əks olunmuş işıq kütlələri formalaşdırır və predmetlərin rənglərini sanki “oyadır, çağırır”. Optika qanunlarına görə, hər bir əşya onun üzərinə düşən işığın süzgəcidir. Əşya işığın müəyyən hissəsini udur, müəyyən hissəsini isə əks etdirir. Əks olunmuş şüalanmanın spektrı əşyanın mənşəyindən və işıqlandırmanın xüsusiyyətindən asılıdır.

İntensiv işıqlandırma predmetlərin rənglərini yaxınlaşdırır və rənglərə əsasən kölgələri birləşdirərək, rəngin ikinci tonunu, akkordunu və kontrastı (ziddiyyəti) formalaşdırır. Birbaşa düşən gözqamaşdırıcı günəş işığı da rəngləri birləşdirir, rənglərin fərqlərini yox edir və kontrast kölgələr yaradır. Fotoda 1 rəqəmi ilə qeyd olunan fraqment yayılmış işıqda rəng çalarlarının əlvanlığını, 2-ci fraqment isə ləmpənin bir başa işıq şüalarına məruz qalaraq çalarların azalmasını göstərir.

İşıq-kölgə həcmin və məkanın görünmə illüziyasını yaradır. O, predmeti işıqlandırılmış və hava ilə əhatələnmiş tərzdə təsvir edir. Heykəltəraşlığın yapma ilə nail olduğuna rəngkarlıq işıq, yarım-kölgə və kölgə ilə nail olur, predmetləri müstəvi üzərində yarır, “modelləşdirir”. Rembrandtın (1606-1669) “Danaya” əsərinə (1647, Ermitaj) nəzər salsaq, o zaman biz əsərin hər tərəfini zərrin şüalarla işıqlanmış kimi qavrayırıq. Lakin əsərin süjetinə görə, burada qızıl yağmur (Zeusun təcəssümü) təsvir olunmalı idi. Rembradt Avropa incəsənətində işığın həlli problemdə inqilab edən rəssamlardandır. Dünyanın xətti-siluet qavrayışından onun “efirik” qavrayışına keçidi formalaşdırır və “Danaya”sında qızılı işıq ilə təsviri məkanı tam əhatə edir.

Rembrandt işıqlı tonlarla qaranlıq-tutqun tonlar arasında olduqca zərif “yarımton” keçid tonlarını kəşf etmişdir. Predmetlərin xətti-siluet qavrayışından fərqli olaraq, illüzor-məkan qavrayışının xüsusiyyəti ondan ibarətdir ki, burada işıq ilə kölgənin oyunu “quru” xətləri yumşaldır, bəzən isə onları tamamən “yeyir”.

89

Rembrandt van Reyn. (1606-1669) “Danaya”, 1636—1647. Ermitaj. Sankt-Peterburq. Rusiya.

Beləliklə, əsərin bir sıra amillərinin ifadəsində mühüm rol oynayan işıq və kölgənin verilməsi üçün təsviri incəsənətdə aşağıdaki anlayışlar mövcuddur:

Işıltı • İşıq • Yarımkölgə • Fərdi kölgə • Refleks • Düşən kölgə



İşıltı, parıltı predmetin rəng baxımından ən işıqlandırılmış hissəsidir. İşığın mənbəyi predmetin səthində əks olunur, parıltı yaradır. İşıq bilavasitə predmetin işıqlandırılan səthidir. Bura işıq 90 ° bucaq altında düşür. Bəzən bu işıq korpuslu və ya birbaşa, düz kimi də tərif edilir. Yarımkölgə təsviri məkanda işıq ilə kölgənin keçid yeridir. Müvafiq olaraq, bu hissə işıqdan tünd, kölgədən isə daha açıqdır.

Bu hissələrə işıq ya 90°-dən az bucaq altında düşür, ya da toxunaraq keçir. Yarımkölgələr işığın forma üzərindən keçidini göstərir. Öz, fərdi kölgə predmetin ən qaranlıq hissəsidir, burada nə düz, nə də əks olunmuş işıq mövcud olmur. Predmetin bu hissəsi yayılmış işığa məruzdur. . Refleks (rəngin və işığın əks olunması) öz kölgənin üzərində yerləşir və başqa, işıqlandırılmış predmeti və ya onun hissəsini əks edir. Daha sədə tərifi – kölgədə əks olunmuş işıq. Refleks hər zaman işıqdan tünddür, lakin kölgədən bir qədər açıqdır. Reflekslər predmetin kompozisiyadakı mövqəyinin müəyyənləşdirilməsinə vasitə olaraq, onun təsviri məkanda tək olmadığına, digər predmetlərlə əhatələnməsinə və onların bir-birinə təsir etməsinə ehtiva edir. Refleks mühitdən asılıdır. Cilalı müstəvidə reflekslər daha güclüdür. Bəyaz predmetlər bütün rəngləri əks edir, lakin qara donuq səth üzərində heç bir rəng əks olunmur, çünki qara rəng üzərinə düşən bütün işıq kütləsini udur.

Məhz bu səbəbdən real məkanda predmetin rəngini ancaq nəzəri təsəvvür etmək daha məqsədəuyğundur. Rəng – reflekslərin mozaikasıdır. Hər bir predmet bu halda cilalı və ya donuq güzgü kimi çıxış edir. Ejen Delakrua qeyd edirdi:

Predmet nə qədər cilalanmış və parıltılı olursa, onun öz rəngi həmin dərəcədə az bəlli olur. Beləliklə, o başqa predmetlərin güzgüsünə çevrilir və onların rənginin göstəricisi kimi çıxış edilir”. Düşən kölgə. Bu tip kölgə ümumiyyətlə kölgənin ən tünd mərhələsini təşkil edir. Bu halda forma işığın yayılmasına mane olur, onun şüalarının qarşısını alır. Kölgəsi düşən predmet uzaqlaşaraq, onun kölgəsinin rəng tonları açılır və sərhədləri yumşalır, yayılır. Beləliklə, düşən kölgə bu prinsiplə formalaşır: predmetin yerləşdiyi müstəvinin rəngi+predmetindən əks olunmuş işıq+predmetə zidd olan rəng. Əks kölgə düşən və ya fərdi (öz) kölgənin üzərində yer alan, və predmetin yerləşdiyi müstəvinin reflekslərindən təcrid edilən hissəsidir.


ə, formanı düzgün yaratmaq üçün mütləq işıq faktorunun xüsusiyyətlərini müəyyənləşdirmək zəruridir. Burada işıq mənbəsini nə təşkil edir, təsvir olunan obyektə nisbətən harada yerləşir, şüalar hansı dərəcəli bucaq altında onun üzərinə düşür və necə əks olunur, şüalar hansı xüsusiyyətlidir (düz, birbaşa və ya yayılmış), kölgə hansı qaydada yaranır kimi məsələlərə fikir vermək lazımdır.

Təsviri incəsənət tarixində əsərin işıq-kölgə həlli ayrı-ayrı mərhələlərdə fərqli xüsusiyyətləri irəli sürüb. Belə ki, İntibah dövründən başlayaraq əsərlərdə “işıqlılıq” artmağa başlayır. Karavacco, Qrünevald öz əsərlərində güclü yan işıq effektindən istifadə ediblər.

Yüklə 86,2 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə