Proqram Avropa İttifaqı
tərəfindən maliyyələşdirilir
AZƏRBAYCANDA FİLM
SEKTORUNUN İNKİŞAF
ETDİRİLMƏSİNƏ DAİR
HESABAT
Zora Jaurova
O, Moldova Soros fondu, Polşa Milli Mədəniyyət Mərkəzi və Göte İnstitutu ilə tərəfdaşlıq şəraitində British Council-in
başçılıq etdiyi konsorsium tərəfindən həyata keçirilir.
3
MÜNDƏRİCAT
Mündəricat
3
1.GİRİŞ
4
2. QANUNVERİCİLİK VƏ STRATEGİYALAR
5
2.1. Mədəniyyət haqqında Qanun (2012-ci il)
5
2.2. Kinematoqrafiya haqqında Qanun (1998-ci il, yeni versiya hazırlanır)
5
2.3. Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı
6
2.4. Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanun (1996-cı il)
7
3. FİLM SEKTORUNA QISA NƏZƏR
9
3.1. Film istehsalının strukturu
9
3.2. Sektorun əsas iştirakçıları
10
3.2.1. Azərbaycanfilm
10
3.2.2. Özəl kommersiya studiyaları
10
3.2.3. Müstəqil film prodüserləri
11
3.2.4. Televiziya bazarı
12
3.2.5. Sektordakı başqa təşkilatlar
12
3.3. Kino sahəsində təhsil
13
3.4. Film İnfrastrukturu və Yayım
13
3.5. Festivallar
15
3.6. Beynəlxalq kontekst
15
3.7. SWOT (GZİT) Təhlil
16
4. TÖVSİYƏLƏR
19
4.1. Ümumi şərtlərin yaradılması
19
4.1.1. Uğurlu siyasətlər etibarlı məlumatlar əsasında tərtib olunur
19
4.1.2. Dövlət və özəl kinematoqrafiya sektorları arasında tarazlığın yaradılması
19
4.1.3. Maliyyələşdirmə islahatı
20
4.1.4. İnfrastruktur
21
4.2. Kinematoqrafiya sahəsinin dəstəklənməsi
22
4.2.1. Düzgün şəkildə təşkil olunmuş güclü və müstəqil kinematoqrafiya sahəsinin
yaranması
22
4.2.2. Təhsil – uzunmüddətli müvəffəqiyyətin açarıdır
22
4.2.3. Beynəlmiləlləşmə
23
4.2.4. Əsas diqqətin rəqəmsal inkişafa yönəldilməsi
24
5. Xülasə
26
Qeyd
27
4
1.GİRİŞ
Azərbaycan uzun tarixi olan kinematoqrafiyası ilə öyünə bilər. Bakıda fransız
Aleksandr
Mişonun
çəkdiyi
ilk
film
Lümyer
qardaşlarının
Parisdə
"kinematoqrafiya"nın əsasını qoymasından cəmi üç il sonraya – 1898-ci ilə təsadüf
edirdi. İlk filmlərin çəkilişi XX əsrin ilk onilliyində kino ilə əlaqədar başqa tədbirlərin
də görülməsi ilə müşayiət olundu. Bu dövrdə artıq ölkədə kinematoqrafiya
infrastrukturları və səyyar kinoteatrlar inkişaf edirdi. Sovet dövründə
“Azərbaycanfilm” Dövlət Kinostudiyası kinematoqrafiyanın dövlət səviyyəsində
planlaşdırılmış inkişaf proqramı çərçivəsində yaradılmışdı. Lakin o, üzərində sərt
ideoloji nəzarətin olmasına rəğmən, ölkədə peşəkar kinonun inkişafının bünövrəsini
qoydu.
"Sovet dövrünün sonlarına doğru ölkənin yeganə kinostudiyası olan "Azərbaycanfilm"
Dövlət Kino və SSRİ Mərkəzi Televiziyanın sifarişi ilə ildə 7, ya 8 film buraxırdı. İl
ərzində studiya eyni zamanda 20-25 sənədli film və 2-3 animasiya filmi çəkirdi.
Studiyanın əsasının qoyulduğu ilk günlərdən başlayaraq ölkəmizdə təxminən 240
tammetrajlı film, 50-dən çox qısametrajlı film, 1200-dən çox sənədli film və təxminən
100 animasiya filmi istehsal edilib."
1
Sənaye sahəsinin mərkəzləşdirilmiş strukturu yalnız filmlərin istehsalına deyil, onların
yayımına, xarici filmlərin satınalınmasına, kinematoqrafiya infrastrukturunun
saxlanmasına və kinonun bütün digər sənaye tsikllərinə toxunurdu. Bu səbəbdən də,
SSRİ-nin süqut etməsindən sonra ölkənin digər sektorları kimi bu sənaye sahəsi də
demokratiya və bazar iqtisadiyyatına keçidin günümüzə qədər davam etməkdə olan
çətinlikləri ilə başa çıxmalı oldu. Çox çətin keçən ilk illərdə mədəniyyət və yaradıcılıq
sahələri prioritetdə olan sahələr deyildi, bu isə film istehsalının sürətlə azalmasına,
kinematoqrafiya sənayesinin geri düşməsinə səbəb oldu.
Azərbaycanın kinematoqrafiya sektoru digər Aİ ölkələri ilə müqayisədə
mərkəzləşmişdir. Bu isə sektorun bütün tsikllərinə – yaradıcılıq prosesinə, istehsal
tsiklinə, filmlərin yayımı və satışına təsir edir. Siyasət və qanunvericilik səviyyəsində
kinematoqrafiya anlayışı nadir hallarda yaradıcılıq sahəsi, daha dəqiq desək, bədii
yaradıcılığı ticari və işgüzar aspektlərlə birləşdirən qarşılıqlı əlaqə sistemi kimi başa
düşülür. Dövlətin vəzifəsi (Mədəniyyət Nazirliyi tərəfindən icra olunur) bədii
özünüifadə azadlığı üçün əlverişli şəraitin yaradılmasından deyil, mədəniyyətin təşkili
və formalaşdırılmasından ibarətdir.
Göründüyü kimi, cəmiyyətin dəyişməsi prosesi bir çox çətinliklərə yol açır – problem
yalnız mədəniyyət və yaradıcılıq siyasətlərinin demokratik dövlətdə oynadığı rolla
deyil, mədəniyyət və yaradıcılıq sahələrinin cəmiyyətin iqtisadi inkişafında oynadığı
rolla əlaqədardır.
Mədəniyyət siyasətləri və iqtisadiyyat, yaradıcılıq və sənaye, xüsusilə də
kinematoqrafiya sektorunda kiçik və orta müəssisələr üçün əlverişli şəraitin yaradılması
və yaradıcılıq sahələrinin çiçəklənməsi arasındakı əlaqələr araşdırılmalı və hökumət
səviyyəsində siyasətə çevrilməlidir.
1
Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova regional təşkilatının mədəniyyət siyasəti haqqında məlumat
rəsədxanası, www.observatory-guam.org/content.php?page=14