Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə2/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   2   3   4   5   6   7   8   9   ...   142



GİRİŞ 

 

Asiya və Afrika ölkələrinin tarixi ümumdünya tarixinin 



ayrılmaz,  onunla  sıx  bağlı  olan  mühüm  tərkib  hissəsidir  və 

bütövlük


də  ümumdünya  tarixi  proseslərinə  xas  olan  ümumi 

qanunauy


ğunluq Asiya və Afrika ölkələri tarixinə də aiddir. 

Bununla  bərabər  Asiya  və  Afrika  ölkələri  tarixinin dövrlərə 

bölün

məsi, xüsusilə orta əsrlər dövrünün axırları və yeni döv-



rün başlanğıcı zənnimizcə Qərbin qabaqcıl ölkələrinin tarixi 

üçün sovet tarixçiləri tərəfindən müəyyən edilmiş dövrlərdən 

fərqlidir.  Misal  üçün,  Qərbi  Avropa  ölkələri  XVI  əsrin  əv-

vəllərindən XVII əsrin ortalarınadək feodalizmin son mərhə-

ləsi dövrünü keçirirdilər ki, bu da feodalizm cəmiyyəti daxi-

lin


də  kapitalizm  ukladının  meydana  gəlməsi,  dünyanın  icti-

mai-iqtisadi 

inkişafında  yeni  mərhələnin  başlanması  ilə  xa-

rakterik idi. Hal

buki,  bu  zaman  öz  inkişafında  xeyli  geridə 

qalmış olan Şərq ölkələri hələ inkişaf etmiş feodalizm dövrü-

nü keçirirdi. 

Qərb  ölkələri  isə  ictimai-iqtisadi  formasiyanın 

bu dövrünü 

artıq XI-XV əsrlərdə keçirmişdilər. Əlbəttə, bu-

nun 

obyektiv və subyektiv səbəbləri vardır. 



Odur ki, 

Şərq  ölkələrinin  əksəriyyətində  feodal  istehsal 

üsulunun  sürətlə  dağılması  prosesi,  kapitalizm  ünsürlərinin 

az-


çox  əhəmiyyətli  dərəcədə  meydana  gəlməsi  artıq,  XVIII 

əsrin  ikinci  yarısına  təsadüf  edir.  Düzdür  bu  proses  Qərbdə 

İngəltərə burjua inqlabı ilə əlaqədar daha erkən başlamışdı və   

b

u zaman Şərq ölkələri Qərbin kapitalist istilaçı ölkələri tərə-



findən geniş hücum obyektinə çevrilmişdi ki, bu da Şərq öl-

kələrinin daxili həyatında kapital ixracı və idxalında, ticarət 

münasibətlərinin  qurulmasında  olduqca  böyük  rol  oynadı. 

Çox  böyük  əhəmiyyəti  olan  bu  daxili  və  xarici  amillər  bizə 

Şərq ölkələrinin yeni tarixinin başlanğıcını XVIII əsrin axır-

ları XIX əsrin əvvəllərindən hesab etməyə əsas verir. 

Orta əsrlərin son dövründə Şərq ölkələrinin ictimai-iqti-

sadi inkişaf sürətinin ilkin feodalizm dövründəki inkişaf sü-

rətinə nisbətən Qərbi Avropanın qabaqcıl ölkələrinin inkişa-

fından geri qalmasının dərin səbəbləri var idi. Belə ki,  bunlar 

feodalizm dövründə Şərq ölkələrində tarixi inkişafın bir sıra 

xüsusiyyətlərindən  irəli  gəlirdi  və  Şərq  ölkələrində  hakim 




olan  feodalizm  münasibətlərinin  inkişafına  təsir  göstərirdi. 

Bununla yanaşı xarici səbəblər, o cümlədən köçərilərin dağı-

dıcı basqınlarını da göstərmək lazımdır. Orta əsrlərdə Şərqin 

bir sıra ölkələrinə, o cümlədən Çin, Hindistan və İrana edilən 

bu basq


ınlar, bir çox nəsillərin gərgin yaradıcılığı nəticəsində 

əldə edilən nailiyyətlərin məhvinə səbəb oldu. Bununla yana-

şı istila edilən ölkələrin kəndliləri ikiqat zülmə - "öz" və “öz-

gə” feodalların zülmünə məruz qalırdı. Bundan başqa, istila-

çı, köçəri qəbilələr, tayfalar içərisində patriarxal – feodal mü-

nasi


bətlərinin hakim olması Şərqin bir sıra ölkələrinin o cüm-

lədən  İran,  Ərəb  ölkələri,  Monqolustanda  ictimai-iqtisadi 

inki

şafı  və  dövlətin  mərkəzləşdirilməsini  ləngidirdi.  Amma 



qeyd olunması zəruridir ki, Şərqdə feodalizm cəmiyyəti daxi-

lin


də yeni münasibətlərin formalaşmasına mane olan bu daxi-

li və xarici səbəblərə baxmayaraq, Şərq ölkələrində məhsul-

dar  qüvvələrin  müəyyən  dərəcədə  artması  nəzərə  çarpırdı. 

Feodalizm  quruluşu  çərçivəsində  kapitalizm  ukladının  mey-

dana  gəlməsi  üçün  ilkin  şərtlər  yetişməkdə  idi.  Qərblə  Şərq 

arasında aparılan müqayisələrdən sonra bir daha aydınlaşır ki, 

Qərbdə kapitalizm dövrü hələ XVI əsrin əvvəllərində başlan-

dığı  halda,  Şərqin  ayrı-ayrı  ölkələrində  kapitalist  istehsal 

münasibətlərinin ilk rüşeymləri XVI əsrin sonu və XVII əsrin 

birinci  yarısında  meydana  gəlməyə  başlamışdı.  Sənətkarlıq 

getdikcə daha artıq dərəcədə xırda əmtəə istehsalçısına çevri-

li

rdi. Daxili və xarici ticarət genişlənirdi, vahid daxili bazar 



yaran

mağa, formalaşmağa  başlamışdı.  Daxili  və  xarici  tica-

rətdən,  gəmiçilik  və  sələmçilik  əməliyyatından  əldə  edilən 

gəlirlər sayəsində şəhər tacirlərinin əlində çox asan yolla əldə 

e

dilən pul, qızıl, gümüş və zinət əşyaları toplanırdı. Müxtəlif 



maneələrə baxmayaraq, Şərq ölkələrində mütərəqqi mədəniy-

yət inkişaf edirdi ki, bunun da nailiyyətləri dünya mədəniyyə-

ti

nə töhvə verməklə onun zənginləşməsində mühüm rol oyna-



mışdı. 

Xüsus


ilə XVIII əsrdə geniş vüsət almış bütün bu hadisə-

lər, Şərqdə feodalizm cəmiyyətində başlanan tənəzzülün təza-

hürü olmaqla 

onun süqutunu tezləşdirən amil idi.          

Əlbəttə, müasir tələblərdən biri də odur ki, Asiya və Af-

ri

ka ölkələrinin yeni tarixi öyrənilərkən Avropa müstəmləkə-




çi

lərinin Asiya və Afrika ölkələrinə soxulmamışdan əvvəl bu 



ölkələrdə  məhsuldar  qüvvələrin  ləng  inkişafı,  Şərqin  daimi 

gerilik və durğunluğu haqqında, ingilis - sakson millətlərinin 

Şərq  xalqlarından  irqi  üstünlüyü,  Qərbin  Şərqə  qarşı  qoyul-

ma

sı  haqqında  saxta  "nəzəriyyələr"  rədd  edilməlidir.  Təbii 



olaraq Şərqdə zəngin təbii sərvəti, ucuz işçi qüvvəsi ehtiyyatı 

kimi baxan imperializm paralel olaraq Şərq haqqında qeyri-

obyektiv  nəzəriyyələrini  də  hazırlayırdılar.  Bu  siyasətin  də 

başlıca mahiyyəti istilaçılığa xidmət edirdi. 

Böyük coğrafi kəşflər (XV əsrin axırları - XVI əsrin əv-

vəlləri),  xüsusilə  yeni  dəniz  yollarının  açılması  (XVII  əsrin  

II  yarısı)  həm  Qərbdə,  həm  də  Şərqdə  dünya  tarixi  inkişaf 

pro


sesinə  olduqca  böyük  təsir  göstərdi.  Həmin  kəşflər  ilkin 

kapital yığımı haqqında təsəvvür yaratdı ki, bu da bəşəriyyət 

tarixi

nə obrazlı şəkildə desək "atəş və qılıncla" yazıldı. Ame-



rikanın, Fransanın, Portuqaliyanın, Hollandiyanın timsalında 

Asi


ya və Afrika xalqlarını müstəmləkəçilik qaydaları əsasın-

da qarət etmək sistemi formalaşdırıldı. 

Portuqaliya və İspaniya müstəmləkəçilərinin ardınca on-

la

rın  niderlandlı,  ingilis  və  fransız  dostları  da  embarqo  və 



eks

pansiya mürtəce siyasətini aktivləşdirdilər. Şərq ölkələrini 

qarət etməklə hələ 1599-cu ildə 200 nəfər tacirin Londonda 

top


laşaraq təsis etdiyi inhisarçı Ost-Hind kompaniyaları, Ni-

derland


ın  (1602-1798),  İngiltərənin  (1600-1858), Fransanın 

(1664-1770, 1785-1793)  Ost-

Hind  kompaniyaları  böyük  rol 

oynadı. İngilis Ost-Hind kompaniyasının fəaliyyəti Hindista-

nı müstəmləkəyə çevirməyə kömək etdi. Digər kompaniyala-

rın da fəaliyyəti eyni nəticə verdi. Avropa dövlətləri tərəfin-

dən Şərq ölkələrinin müstəmləkə əsarətinə alınmasının başqa 

bir forması Yaxın Şərq üçün xarakterik olan kapitulyasiyalar 

rejimi idi. 

Yeni  dövrdə  Şərq  ölkələri  xalqlarının  iqtisadi  və  siyasi 

ge

riliyinin, onların inkişafının eybəcər şəkil almasının və Av-



ro

panın  qabaqcıl  ölkələrindən  asılı  qalmasının  həlledici  sə-

bəblərindən biri də Avropa dövlətlərinin qarətçilik və  müs-

təmləkəçilik  siyasəti  idi.  Əlbəttə,  Avropa  dövlətlərinin  Şərq 

ölkələrini  müstəmləkə  əsarətinə  almaq  siyasəti  avropalılara 



Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə