Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə4/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   2   3   4   5   6   7   8   9   ...   142

10 

Bununla  yanaşı  Avropanın  kapitalist  dövlətləri  tərəfin-

dən Şərq ölkələrinin müstəmləkələrə çevrilməsi və ekspansi-

ya siyasəti nəticəsində bu ölkələrdə xalq təsərrüfatı primitiv 

və  son  dərəcə  ləng  inkişaf  edirdi. Nəhayət,  Şərq  ölkələrinin 

dün


ya bazarına cəlb edilməsi həmin ölkələrdə əmtəə-pul mü-

na

sibətlərinin inkişafına səbəb oldu. Lakin eyni zamanda bu 



öl

kələr  get-gedə  daha  artıq  dərəcədə  kapitalist  dövlətlərinin 

aqrar-

xammal  mənbəyinə  çevrilirdi.  Bunun  nəticəsi  olaraq 



yer

li sənaye getdikcə tənəzzül edirdi. İctimai sahədə isə bütün 

bun

lar ona səbəb oldu ki, Şərq ölkələrində ticarət burjuaziyası 



get

dikcə daha çox varlanır, həmin burjuaziyanın xeyli hissəsi 

isə  müstəmləkəçilərin  əlaltılarına  çevrilirdi.  O  biri  tərəfdən 

isə, Şərq ölkələrində sənaye burjuaziyasının təşəkkülü ləngi-

yirdi.  Lakin m

üstəmləkəçilər öz mənafeyinə uyğun dərəcədə 

stəmləkələrdə  və  yarımmüstəmləkə  ölkələrində  kapitalist 



münasibətlərinin  müəyyən  qədər inkişafına  şərait  yaratmağa 

məcbur oldular. Əlbəttə, bu inkişaf çox ləng və son dərərcə 

məhdud  dairədə  baş  verirdi,  həm  də  müstəmləkə  və  yarım-

müs


təmləkələrdə iri sənaye müəssisələri, banklar, dəmir yol-

ları, metropoliya kapitalistlərinin əlində idi. Hər nəyin baha-

sına olursa olsun, mümkün qədər daha çox mənfəət götürmə-

yə və əsarət altına almış olduqları xalqlar üzərində öz hege-

mon

luğunu saxlamağa  çalışan  Avropa  kapitalistləri  Şərq  öl-



kələrində mürtəce feodal qüvvələri ilə ittifaqa girirdilər. Belə 

təbəqələr öz xalqını istismar etməkdə, çirkli pullar qazanmaq-

da və xarici banklarda yatırmaqda maraqlı idilər. Bütün bun-

lar Avropa müstəmləkəçilərinin Şərq ölkələrində guya mütə-

rəqqi rol oynadığını qəbul etməyə çalışan, elmə zidd və sax-

takar burjua "nəzəriyyələrini" müasir tarix elmi dünya təcrü-

bəsinə əsaslanaraq boş iftira olduğunu sübut edir. 

XIX  əsrin  30-60-cı  illərində  kapitalist  dövlətlərin  Şərq 

ölkələrini  təsir  dairəsinə  salmaları  və  bu  ölkələrin  daxilində 

sinfi ziddiy

yətlərin  kəskinləşdirilməsi  başlıca  məqsədlərdən 

idi. 


Çində, Hindistanda, İranda və İndoneziyada antifeodal və 

milli-azad

lıq hərəkatı, həm Qərbi, həm də Şərqi bürümüş iqti-

sadi, siyasi böhran 

yeni ictimai, iqtisadi formasiyanın üzləşdiyi 

böhranın ilk əlamətləri idi. Bunların bir vaxtda baş verməsi isə 




11 

müstəmləkəçilərin,  başlıca  olaraq  İngiltərənin  ağalığına  qarşı 

Asiya  xalqlarının  ümumi  narazılığının  qanunauyğun  təzahürü 

idi. 


Bu məqsədlə K.Marks yazırdı ki, "ingilis-hind ordusundakı 

üsyan (1857-1859-

cu  illərdə  baş  vermiş  Sipahilər  hərəkatı 

nəzərdə  tutulur.  Ş.N),  İngiltərə  hökmranlığına  qarşı  böyük 

Asiya  xalqlarının  ümumi  narazılığının  təzahürü  ilə  bir  vaxta 

düşdü, zira Benqaliya ordusunun üsyanı, şübhəsiz, İran və Çin 

müharibələrilə sıx əlaqədardır". 

Təbii olaraq XIX əsrin ortalarındakı xalq hərəkatlarının 

əsas  hərəkətverici  qüvvəsini  kəndlilər  və  şəhər  yoxsulları 

təşkil edirdi. Həmin hərəkatların xarakterik xüsusiyyətləri on-

la

rın dini pərdə altında olmasında idi ki, bu da Marks göstər-



diyi kimi  bu da "

Şərqdə olan bütün hərəkatlarda ümumi bir 

cəhət  idi". Üsyan  etmiş  kəndlilərin başında  bir sıra  hallarda 

feodal


lar dururdu. Onlar bu və ya digər səbəbə görə üsyana 

qoşulur, lakin asanlıqla düşmən tərəfə keçirdilər. O zaman sə-

naye prole

tariatının demək olar ki, tamamilə olmaması nəti-

cəsində kəndlilərin təcrübəli rəhbərləri yox idi, həmçinin on-

la

rın  üsyanlarının  isə  aydın  məqsədi  bilinmirdi. Antifeodal 



xarakterli hərəkatlar içərisində ən mütəşəkkili Taypinlər hərə-

katı  idi.  Lakin  bu  hərəkatın  rəhbərləri  özlərinin  ilk  vaxtlar 

elan etmiş olduqları ideyaları həyata keçirə bilmədi və əslində 

bunu etmək üçün heç bir təşəbbüs göstərmədi. Şərq ölkələri-

nin  əksəriyyətində  isə  mübarizə  kortəbii,  qeyri-mütəşəkkil, 

pərakəndə halında idi, hərəkat isə qisasçılıq xarakteri daşıyırdı 

ki

, bunun da səbəblərindən biri həmin ölkələrin feodal pəra-



kəndəliyi vəziyyətində olması idi. Bu səbəblər üzündən Şərq 

ölkələrində XIX əsrin ortalarındakı xalq üsyanları məğlubiy-

yətlə nəticələndi. İstismarçı sinfə və yadellilərə qarşı başlan-

m

ış  hərəkatların  məğlub  olması  isə  milli  birliyin  olmama-



sında və daxili xəyanətdə idi. Bu haqda islam klassikləri haqlı 

olaraq 


göstərirdilər:  "Millətimin  içində  xəyanət  olmasa  düş-

mən tab gətirə bilməz". Daxili feodal irticası qüvvələri ilə xa-

rici müstəmləkəçi qüvvələrinin birləşməsi də həmin hərəkatla-

rın yatırılmasına kömək etdi. Mürtəce hökumətin xarici qəsb-

karlarla 

milli xəyanətə əsaslanan ittifaqını xüsusilə Çində Tay-

pin üsyanı və Hindistandakı 1857-1859-cu illərdə baş vermiş 

üsyan dövründə görmək olar. Hindistanda müstəmləkəçi höku-




12 

mət orqanları hind cəmiyyətinin yuxarı feodal təbəqəsi ilə əlbir 

olub, 

öz  mənafelərinə  uyğun  torpaq-vergi  siyasətini  həyata 



keçirirdilər.  Bununla  yanaşı  Şərq  xalqlarının  azadlıq  hərəkat-

larını Avropadakı inqilabi hərəkatlarla əlaqəsinin zəif olmaması 

da xalq üsy

anlarının və  antiimperialist mübarizənin qələbəsinə 

imkan vermirdi.  

T

arixin  müxtəlif  mərhələlərində  baş  vermiş  milli-azadlıq 



hərəkatları, milli üsyanlar, despotik idarəçilik sistemlərinə qarşı 

mübarizələr məğlub olmalarına baxmayaraq Taypinlər, sipahi-

lər, babilər üsyanları və başqa xalq üsyanları mütərəqqi və əda-

lətli cəmiyyət quruculuğu uğrunda mübarizə xarakteri daşıyırdı. 

Ö

z zamanında bu hərəkatlar bəzən soyuq qarşılansa da, bəzən 



çətinliklə  dərk  olunsa  da  hər  halda  Şərq  xalqlarının  azadlıq 

mübarizəsi üçün bunların çox böyük tarixi əhəmiyyəti var idi. 

Dünyanın  mütərəqqi  fikirli  tarixçiləri  Şərq  ölkələrində 

xalq  üsyanlarının  ilkin  şərtləri,  xarakteri,  rolu və  tarixi  əhə-

miyyəti  haqqında,  İngiltərənin  Hindistanda,  İran  və  Çində  

müs


təmləkəçilik siyasəti, o cümlədən Cənubi Qafqazda, xü-

su

silə  Azərbaycanın  istilası  uğrunda  Osmanlı-Səfəvi  ziddiy-



yətləri və bunun nəticələri haqqında bir sıra əsərlər yazmışlar. 

Öz tarixinin yara

dıcısı, müstəmləkə və asılı ölkələrdə azadlıq 

hərəkatının həlledici qüvvəsi olan xalq kütlələrinin rolunu öy-

rənməyi, bəşəriyyətin yaddaşında əbədi olaraq həkk olunmuş 

tarixi  hadisələri  dərk  etməyi  özünün  ən  müqəddəs  vəzifəsi 

hesa

b  edir.  Orta  əsrlərin  axırları,  yeni  dövrün  əvvəllərində 



kəndlilərin  protest  hərəkatları  və  Çində  olduğu  kimi,  Şərq 

ölkələrində  fasilələrlə  davam  etmiş  kəndli  müharibələri  son 

dərəcə mühüm rol oynamışdır. Mao Tsze-dunun fikrinə görə 

"Çindəki  feodalizm  cəmiyyətində  kəndlilərin sinfi mübari-

zəsi, kəndli üsyanları və  müharibələri tarixi inkişafın həqiqi 

hərəkətverici qüvvəsi olmuşdur". 

Asiya və Afrika ölkələri xalqlarının daxili və xarici zülm-

karlara 


qarşı  mərhələli  mübarizəsinin  öyrənilməsində  Azər-

baycan tarixçiləri də dünyanın mütərəqqi fikrli tarixçilərinin 

obyektiv 

elmi təhlillərinə və qərəzsis mövqelərinə  istinad edə-

rək müasir dünyanın tələbləri baxımından mövcud problem-

lərə  tarixi  hadisələrin  baş  verməsi,  gedişi  və  nəticələrinə 

obyek

tiv yanaşmanı özlərinin müqəddəs borcu hesab edirlər.  




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə