Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə6/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   2   3   4   5   6   7   8   9   ...   142

16 

Çində  feodalların  gəliri  artdıqca  idarəçilik  sistemində 

despotik üsul da gücləndirilməyə başladı. 

 

Təbii olaraq çoxlu gəlir əldə etmək məqsədilə kəndlilər  



üzərindəki feodal istismarı və onların qarət edilməsi tədricən 

gücləndirilməkdə idi. XVIII əsrdə, xüsusilə XVIII əsrin ikinci 

yarısında torpaqların mancur və Çin feodalları əlində təmər-

küz


ləşməsi prosesi sürətlə inkişaf edirdi. İmperator, onun qo-

hum-


əqrəbası, imtiyazlı səkkizbayraqlı qoşun xüsusi mülkiy-

yətdə  olan  torpaqları  və  kəndlilərə  icarəyə  verilmiş  dövlət 

tor

paqlarını  özbaşınalıqla  ələ  keçirir,  kəndliləri  torpağa  təh-



kim  edirdilər.  Mancur  ağalığının  ilk  dövrünə  nisbətən,  XIX 

əsrin əvvəllərində imperator ailəsinin və səkkizbayraqlı qoşu-

nun, habelə zadəganların torpaqları iki dəfədən də çox artmış-

dı.  Kəndlilər  üzərinə  getdikcə  daha  ağır  vergilər  qoyulurdu. 

Vergi  və  torpaq rentasının  bir  hissəsi  pul  şəklində  alınırdı. 

Torpaq  və  can  vergilərini,  habelə  müxtəlif  əlavə  və  xüsusi 

ver

giləri  mancur  sulaləsi  öz  xəzinəsinin  gəlirlərini  artırmaq 



məqsədi ilə getdikcə daha tez-tez belə vergi siyasətinə əl atırdı, 

nəticədə vergini ödəmək üçün kəndlilər sələmçilərə müraciət 

et

məyə məcbur olur və çıxılmaz borca düşürdülər. Daima borc 



içərisində  yaşayan  kəndlilərin  hakimiyyətin  despotik siyasə-

tinə qarşı etiraz etməyə fiziki cəhətdən taqəti qalmamışdı. 

Torp

aqların mancur feodallarının əlində təmərküzləşmə-



si və kəndlilərin qarət edilməsinin güclənməsi kənd  təsərrü-

fatında    məhsuldar  qüvvələrin  inkişafını  ləngidirdi.  Torpağı 

əlindən  çıxan,  məmurlar  və  sələmçilər  tərəfindən  təqib  olu-

nan kəndli kütlələri təsərrüfatını başlı-başına buraxaraq kəndi 

tərk edib gedir, səfillərə çevrilir və iş axtarmaq üçün şəhərlə-

rə axışırdılar. Geniş kəndli kütlələrinin müflisləşməsi ölkədə 

muzdlu işçi qüvvəsi üçün böyük, həm də ucuz bazar yaradır-

dı.  Torpaqdan  əli  üzülən  kəndlilər  şəhərlərə  axışır,  ölkəni 

məcburi qaydada tərk edir, muzdlu işçiyə və siyasi qüvvəyə 

çevrilirdi ki, bunu hələlik mancurlar dərk etmirdilər. Məcburi 

mühacir

lər sırasında ziyalılar da var idi ki, onlar xalqın azadlıq 



proq

ramını  yalnız  mühacirətdə  hazırlamaq  imkanına  malik 

idilər. 

XVIII  əsrdə  Çində  hələ  də  natural  təsərrüfat  üstünlük 

təşkil  edirdi.  Lakin  əmtəə  istehsalı  da  inkişaf  etməkdə  idi. 



17 

Kənd təsərrüfatının əmtəələşməsi prosesi getdikcə daha artıq 

nəzərə çarpırdı. Pambıq, tütün yarpağı və çay istehsalının art-

ması bu bitkilərə bazarda tələbatın çoxalması ilə əlaqədar idi. 

Şəhər sənayesi və ticarət də nisbətən sürətlə inkişaf edirdi.  

 

Şəhər sənayesi və ticarət.  



Kapitalizmin ilk 

rüşeymlərinin meydana gəlməsi 

 

Mancurların  basqını  dövründə  tənəzzül  etmiş  şəhərlər 



artıq  XVII  əsrin  80-90-cı  illərində  bərpa  edilməyə  başlandı. 

C

ənub-şərq sahillərində dörd yerdə dəniz gömrükxanaları təsis 



edildi. 

Məsələn, Nerçinskdə 1689-cu ildə və Kyaxtada 1727-ci 

ildə  Rus-Çin  müqavilələrinin  bağlanması  sayəsində  Çin  və 

Rusiya 


arasında quru yolla ticarət müntəzəm şəkil aldı. Xarici 

tacirlər  Çinin  ipək,  çay,  çini  qab-qacaq  və  başqa  mallarını 

külli  miq

darda  alırdılar.  Bu  da  şəhər  sənayesinin  surətlə  in-

kişafına  kömək  edirdi.  XVII  əsrdə  Çinin  müxtəlif  şəhərlə-

rind


ə, xüsusilə cənub-şərqində ipəkçilik və toxuculuq sənayesi 

xeyli 


inkişaf etmişdi, bu sahədə yüz minlərlə adam çalışırdı. 

Keçmişdə  çini  qablar  istehsalı  ilə  məşhur  olan  Tszindeçjen 

şəhəri  və  digər  şəhərlər  öz  əvvəlki  şöhrətini  bərpa  etməkdə 

idi.  Tszindeçjenin  döv

lət manufakturalarında və xüsusi mül-

kiy


yətdə olan manufakturalarında təqribən 200 min adam iş-

ləyirdi. Mədən sənayesi inkişaf edirdi. Misal üçün, Yunnanda 

100  min  fəhlə  mədən-metallurgiya  sahəsində  çalışırdı.  Çay 

sənayesi,  duz  çıxarılması,  gön  istehsalı,  kitab  nəşriyyatı,  ti-

kin

ti  işləri  inkişaf  edirdi.  Bir  istehsal  sahəsinin  yüksəlişi, 



başqa  sahənin  də  inkişafına  kömək  edirdi.  Bir  çox  şəhərlər 

məsələn,  Nankin, Uçan, Kanton,  Süçjou  və  başqaları  şəhər 

sənayesi və ticarətin iri mərkəzlərinə çevrilmişdi. 

İpək və pambıq-parça istehsalında keçmişdəki kimi yenə 

də ev sənəti mühüm yer tuturdu və istehsal olunan məmulatın 

xeyli hissəsi bazara gedirdi. Şəhər sənayesində dövlətə məx-

sus  sənət  müəssisələri  ilə  yanaşı,  xüsusi  mülkiyyətdə  olan 

manfakturalar da mühüm yer tuturdu ki, bunlar da kapitalist 

müəssisələrinin ilk rüşeymləri idi. Toxuculuq manufakturala-

rında, çay istehsalında, tikinti işlərində əmək bölgüsü tənzim-




18 

lənir və xeyli inkişaf etmişdi. Çini qablar istehsalında əmək 

bölgüsü 

xüsusilə geniş yayılmışdı. Yalnız xüsusi mülkiyyətdə 

olan ma

nufakturalarda  deyil,  dövlət  manufakturalarında da 



muzd

lu əməkdən getdikcə daha geniş istifadə olunurdu. Belə-

lik

lə,  "Çin  feodal  cəmiyyəti  daxilində  inkişaf  etməkdə  olan 



əmtəə  təsərrüfatında  artıq  kapitalizmin ilk rüşeymləri  mey-

dana gəlirdi. Buna görə də xarici kapitalizmin təsiri olmadan 

da Çin tədriclə inkişaf edərək kapitalist ölkəsinə çevrilməkdə 

idi"


1

Lakin  torpaq  üzərində  feodal  mülkiyyətinin qalması  və 



Mancur  sülaləsinin  zülmü  kapitalizmin  ilk  rüşeymlərinin 

möh


kəmlənib  inkişaf  etməsinə  mane  olurdu.  Müxtəlif  məh-

du

diyyətlər,  ağır  vergi  və  gömrük  rüsumları  xarici  ticarəti 



zəiflədir, monopoliyalaşdırma siyasəti sənət və ticarətin inki-

şafını pozurdu. Mancur istilaçılıq siyasəti ilə əlaqədar olaraq 

xüsusilə  XVIII  əsrin  ortalarında  artmış  maliyyə  çətinlikləri-

nin  öhdəsindən  gəlmək  üçün  mancur  hakimləri  ən  mühüm 

yollardan birini 

şəhər sənayesi və ticarət üzərindəki vergiləri 

ar

tırmaqda görürdülər. Çoxlu daxili gömrükxanalar müxtəlif 



ra

yonlar  arasındakı  iqtisadi  əlaqələri  çətinləşdirirdi.  Duz  və 

çay üzərindəki dövlət inhisarı əhalini qarət etmək üçün əlavə 

bir mənbə olmaqla yanaşı, dövlətin iqtisadi qüdrətinin artma-

sına mane olurdu.  

XV

III əsrin ortalarından başlayaraq Mancur hakimiyyəti 



xarici ticarət üzərindəki məhdudiyyətləri yenidən qüvvətlən-

dir


məyə başladı. 1757-ci ildə verilmiş fərmana əsasən dənizlə 

xarici ticarət yalnız bir limandan aparıla bilərdi ki, bu liman 

da sülalə hakimiyyətinin yaxın qohumlarının əlində idi. 1759-

cu  ildə  mancur  hökuməti  ipək  parçalar  ixracını  da  qadağan 

etdi. Mancu

r dövlət aparatı ilə sıx əlaqəsi olan yalnız bir neçə 

tacir  dəstəsinin  xaricilərlə  inhisarlı  ticarət  hüququ  var  idi. 

Belə ki, bura şimalda quru sərhəd boyunca Şansi tacirlərinin 

təşkilatı, Kantonda "Qunxan" adlı tacirlər təşkilatı daxil idi-

lər. Xarici ticarət üzərinə qoyulan yeni məhdudiyyətlər ipək 

toxuculuğu, çini qablar, çay istehsalına ağır zərbə vurdu, çünki 

bu sahələrin məmulatlarının xeyli hissəsi xarici bazara gedirdi. 

                                                 

1

 Mao Tsze-



dun. Seçilmiş əsərləri, 3-cü cild, səh 142-143 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə