Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə7/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   2   3   4   5   6   7   8   9   10   ...   142

19 

Feodal qapalılığını saxlamaq siyasəti feodal iqtisadiyyatı 

üçün xarakterik olub 

onun mühafizə edilməsi şərtlərindən biri 

idi. Belə bir siyasət yeritməklə mancur imperatorları eyni za-

man


da  ölkəyə  yeni  ideyaların  nüfuz etməsinə  mane  olmağa 

ça

lışırdılar. Çünki bu ideyalar mancur ağalığına qarşı Çin xal-



qının müqavimətini gücləndirə bilərdi. Xarici aləmdən təcrid 

olmaq 


səyləri  müəyyən  mənada  xarici  dövlətlərin  artmaqda 

olan  təcavüzkar  cəhdlərindən  qorunmaq  üçün  də  bir  vasitə 

idi.  Lakin,  sonralar  bir  daha  həyat  sübut  etdi  ki,  bu  siyasət 

ölkə üçün tamamilə faydasız bir vasitə imiş.  



 

İctimai ziddiyyətlərin daha da kəskinləşməsi 

 

Bir neçə onilliklər ərzində Çində nəzərə çarpan iqtisadi 



yük

səliş XVIII əsrin ortalarından etibarən tədriclə tənəzzüllə 

əvəz olundu. Kəndli üsyanları o zamankı həyatda adi bir hala 

çevrildi. 

Mancurların sənaye və ticarətin azad inkişafını məh-

dud


laşdırmaq  siyasətinə  və  məmurların  özbaşınalığına  qarşı 

sənətkarların, manufaktura sahiblərinin, tacirlərin xeyli hissə-

si

nin narazılığı artdı.  Kəndlilərlə  mancur və Çin  feodalları  



ara

sındakı  ziddiyyətlər o zamankı Çin cəmiyyətinin əsas zid-

diy

yəti  olaraq  qalmaqda  idi.  Lakin indi artmaqda olan yeni 



ziddiyyətlər  –  bir  tərəfdən  şəhərin,  o  biri  tərəfdən  isə  yeni 

tərəqqi  rüşeymlərin  inkişafına  mane  olan  feodal  ağalığı 



kəndlilərlə feodallar arasındakı ziddiyyətlərə əlavə olunurdu. 

Mancur ağalığına qarşı ümumi narazılıq ifadəsi, həmçi-

nin  gizli  cəmiyyətlərin  fəaliyyəti  daha  da  təkmilləşdirilmiş 

barizə formasını hazırlamaqda idi. XVIII əsrin ikinci yarı-



sında Yantszı sahilləri boyunca "Böyük qardaşlar" cəmiyyəti-

nin nüfuzu 

artmağa və yayılmağa başladı. Qədim "Ağ zam-

baq" cəmiyyəti və onun şöbələrindən biri olan "İlahi şüur tə-

ri

qəti" də elə bu zaman öz fəaliyyətini genişləndirdi. Bu gizli 



cəmiyyətlər arasındakı müxtəlif fəaliyyət və taktira fərqlərinə 

baxmayaraq 

əsas  məsələdə, yəni mancur ağalığına son qoy-

maq  məqsədilə  onlar  birləşirdilər.  Gizli  cəmiyyət  üzvlərinin 

aparıcı  qüvvəsini  vətənpərvər  ziyalılar,  təqibə  məruz  qalan 

milli məmurlar, kəndlilər və sənətkarlar təşkil edirdi. Mancur 




20 

hökuməti  gizli  cəmiyyətlərin  fəaliyyətini  terror tədbirləri  ilə 

boğmağa çalışırdı. Lakin hökumətin bu səyləri lazımi nəticə 

vermirdi. 

Əksinə,  XVIII  əsrin  axırlarında  bu  cəmiyyətlərin 

fəaliyyəti daha da gücləndi. 

Mancur-

Sin sülaləsi imperiyasının daxilindəki ziddiyyət-



lərin kəskinləşməsi Çinin məzlum kiçik xalqları içərisində də 

mancurlar

a  qarşı  çıxışların  çoxalmasına  şərait  yaradırdı. Bu 

xalq


lar əsas etibarilə ölkənin qərb və cənub-qərb əyalətlərin-

də yaşayırdı. 

Feodalizm  buxovlarını  möhkəmlədən,  Çinin  mütərəqqi 

inkişafına mane olan mancur ağalığı bu zaman bir də ona gö-

rə ölkə üçün fəlakətli idi ki, məhz XVII – XVIII əsrlərdə dün-

ya

nın ən qabaqcıl dövlətlərində kapitalist inkişafı prosesi sü-



rətlə  getdiyi  halda  Çinin  geriliyi  məhz  bu  əsrlərdə  özünü 

büru


zə verməyə başladı. 

XVIII əsrin axırı və XIX əsrin əvvəllərində Mancur-Sin 

sülaləsinin mürtəce fəaliyyəti nəticəsində Çinin tənəzzülü daha 

da  ar


tır  və  feodalizm  cəmiyyətinin  dərin  böhran  keçirdiyini 

göstərirdi. Xarici kapitalizmin Çin üzərinə sürətlə hücumu da 

elə  bu  zaman  başlanır.  Xalqın  nifrət  etdiyi  Mancur  sülaləsi 

tərəfindən  idarə  olunan  feodal  Çini  inkişaf  etmiş  kapitalist 

dövlətlərin  təcavüzünə  müqavimət  göstərmək  üçün  hazır 

deyildi, 

ölkəni qarət etmək taktikası ilə idarə edən yadellilər 

Çin xalqının gələcəyini düşünmürdülər. 



 

Feodal Çinin 

böhranı 

          

Dünyanın bu nəhəng dövləti dünya tarixinin yeni dövrü-

nə    feodalizm  cəmiyyətinin  artmaqda  olan  böhranı  ilə  daxil 

oldu. Uzun müddət ərzində kənd təsərrüfatı məhsulları isteh-

sa

lı eyni səviyyədə qalmışdı, əhalinin sayı artmırdı. Kəndlilər 



var-yoxdan ç

ıxırdı. Çin kəndlərində aclıq və dilənçilik hökm 

sürürdü. Misal üçün, 1785-

ci  ildə  Şimali  və  Mərkəzi  Çində 

son dərəcə böyük ərazini aclıq və səfalət bürüdü ki, bunun da 

nəticəsində çoxlu adam tələf oldu. Xalqın fəlakətlərinin səbəbi 

onun amansızcasına istismar edilməsində və onun hüquqları-



21 

nın pozulmasında, hakim sülalənin yalnız varlanmaq siyasəti 

güdməsində idi. Məhz bu səbəbdən ölkədə torpaqsızların, ev-

siz-


eşiksizlərin, acların sıraları artırdı. 

Feodalizm cəmiyyətinin böhranı özünü bir də onda gös-

tərirdi ki, natural təsərrüfatın hakim mövqe tutmasına baxma-

yaraq 


ölkədə kortəbii şəkildə kapitalizm rüşeymləri meydana 

gəlirdi. Bütün çətinlik və maneələrə baxmayaraq bu yeni mü-

na

sibətlər tədricən özünə yol açmaqda idi. 



Ölkənin  iqtisadi  geriliyinə  müvafiq  olaraq  onun siyasi 

geriliyi də özünü göstərirdi. Bütün hakimiyyət quruluşu baş-

dan-

başa çürümüş, deformasiyalaşmış və korrupsiyalaşmışdı. 



Rüşvətxorluq, tayfabazlıq, proteksionizm adiləşmişdi. Dövlət 

aparatında satqınlıq və rüşvətxorluq hökm sürürdü. 

Keçmişdə olduğu kimi yenə də hərbi sistem zəif idi. Qo-

şunlar  ayrı-ayrı  əyalət kontingentlərindən  ibarət  olub  pis  tə-

lim görmüş və pis silahlanmışdı. Vaxtilə güclü səkkizbayraqlı 

qoşun indi tüfeyli bir soyğunçu dəstəyə çevrilmişdi. Keçmiş 

istehkamlar uçub-

dağılmış, yeni istehkamlar isə pis tikilirdi. 

Elə  qalalar  var  idi  ki,  bunları  samandan  tikib  üstünü  kərpic 

şəklində rəngləyirdilər, qılıncların tərkibi keyfiyyətsiz dəmir-

dən  ibarət  idi.  Döyüş  silahları  primitiv  olaraq  qalmışdı,  or-

duda təlimlər keçirilmirdi. 

Xalqın  misilsiz  fəlakətlərə  məruz  qalması  Mancur-Sin 

laləsini  narahat  etmirdi,  elə  bu  səbəbdən  imperator  başda 



ol

maqla hakim mancur təbəqəsinə və bütün feodal idarə üsu-

luna qarşı xalq içərisində nifrət və qəzəb qanunauyğun olaraq 

artmaqda idi. 

1796-

cı  ildən  1820-ci  ilədək  Çinin  imperatoru  olmuş 



Yun Yan öz hakimiyyət illəri üçün Tszya Tsin ləqəbini götür-

müşdü. Bu illərdə feodal hakimiyyətinə qarşı müntəzəm su-

rətdə  üsyanlar  baş  verirdi.  XVIII  əsrin  axırları  –  XIX  əsrin 

əvvəllərində mancur hakimiyyətinə və Çin feodallarına qarşı 

üsyanlardan ən böyüyü "Ağ zambaq" gizli cəmiyyətinin rəh-

bərliyi  altında  1796-1804-cü  illərdə  baş  verən  üsyan  idi. 

Tarixi sınaqlardan çıxmış bu  gizli cəmiyyət əcnəbi Sin sula-

ləsini hakimiyyətdən  devirmək  və  Çində  milli  hakimiyyəti 




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə