22
bərpa etmək şüarı altında mübarizə aparırdı. Cəmiyyətə əha-
li
nin müxtəlif təbəqələrinin nümayəndələri daxil olurdu və
onları mövcud rejimə qarşı ümumi nifrət birləşdirirdi. Lakin
cəmiyyətin əsas üzvlərini kəndlilər təşkil edirdi. Nəhayət,
xal
qın üzərinə həddindən artıq ağır vergilər qoyulması bəlkə
də üsyan üçün bəhanə oldu. Üsyan Şensi, Sıçuan, Xunan,
Qansu və Xubey əyalətlərini bürüdü. Üsyanda belə bir şüar
irəli sürülmüşdü: "Hakimiyyət zülm edir – xalq isə üsyan".
Üsyanın başında Lü Çji-se dururdu. Üsyançılar mülkə-
dar
ların və məmurların əmlakını müsadirə edərək yoxsullar
arasında bölüşdürürdülər. Üsyançılar Uçan kimi iri şəhərlərə
də hücum etdilər. Onlar partizan üsulu ilə hərəkət edir, böyük
birləşmələr təşkil etməyərək bir neçə yüz adamdan ibarət dəs-
tələr şəklində əməliyyat aparırdılar. Üsyançılar Mancur-Sin
qoşunları üzərinə hücuma keçir və onları qaçmağa məcbur
edirdilər. Üsyanı yatırmaq üçün hökumət çoxlu qoşun səfər-
bərliyə almışdı, lakin hökumət qoşunları da dəfələrlə məğlub
oldu.
Nəhayət, üsyançılara qarşı mübarizədə hökumət 1799-cu
ildən etibarən yerli mülkədarlardan və mülkədar polisindən
geniş istifadə etməyə başladı. Hökumət qoşunu 1801-ci ildə
Lü Çji-
seni ələ keçirə bilsə də, üsyan yalnız 1804-cü ildə ya-
tırıldı. Mancur-Sin hakimiyyəti üsyanı yatıran zaman bir neçə
yüz min adam
ı məhv etdi. Bu üsyan göstərdi ki, ölkənin köh-
nə feodal qaydaları ilə və despotik üsulla idarə olunması ilə,
mövcud ictimai-iqtisadi
siyasətlə xalq barışmaq istəmir.
Üsyan yatırıldıqdan sonra bir neçə il ərzində, yəni 1800-
1809-
cu illərdə, ölkənin dəniz sahili əyalətlərində yəni Quan-
dun, Futszyan, Çj
etszyan əyalətlərində dəniz quldurluğu ilə
(xaykou) məşğul olanlar mancurlara qarşı sistemli şəkildə
hərbi əməliyyat aparırdı. Onlar gəmilərə hücum edirdilər.
"Dəniz quldurları"nın əksəriyyəti müflisləşmiş kəndlilərdən
və şəhər yoxsullarından ibarət idi. Onların bu hərəkatı quldur-
luq xarakteri daşısa da əzilən kütlələrin zalımlara qarşı müba-
ri
zə təzahürlərindən biri idi.
23
Bu dövrdə ölkənin hər yerində mancurlara qarşı gizli cə-
miyyətlər iş aparırdı. "Ağ zambaq" cəmiyyəti şöbələrindən
bi
ri olan "İlahi şüur təriqəti"nin üzvləri 1813-cü ildə Pekini
ələ keçirmək və imperator sarayını tutmaq təşəbbüsü etdilər,
lakin
onların hücumları məğlubiyyətlə nəticələndi.
Pekindəki bu çıxış Li Ven-çenin başçılıq etdiyi təriqət
üzv
lərinin Çjilidə, Şandunda və Xenanda üsyan qaldırması
üçün siqnal oldu. S
inlər bu üsyanları yatırsalar da yeni-yeni
çıxışlar gözlənilirdi.
Belə bir şəraitdə Çinə qarşı avropalıların istilaçı maraq-
ları daima artmaqda idi. Klassik kapitalizmin vətəni olan
İngiltərədə bu maraq daha güclü idi. Belə bir daxili gərginlik
şəraitində nəhayət ki, Çin ingilis kapitalizminin uzun müddət
hazırladığı fəal təcavüz hədəfi oldu.
Çinə qarşı İngiltərənin təcavüzünün başlanması
İqtisadi cəhətdən ən çox inkişaf etmiş İngiltərə hökuməti
özü ingilis
burjuaziyasına yeni satış bazarları və zəngin sər-
vətlər ələ keçirmək üçün yeni mənbələr axtarmaqda çeviklik
və ən çox fəallıq göstərirdi.
İngiltərə kapitalizmi Çini əsarət altına almaq uğrunda
taktikasını tez-tez dəyişirdi. İngilis Ost-Hind kompaniyası bu
siyasəti həyata keçirən ən fəal təşkilatçı və sistemli şəkildə
fəaliyyət göstərən güc idi.
Britaniya hökuməti əvvəlcə özünün məkrli diplomatiya-
sını işə saldı. Mədrəs və Benqalın keçmiş qubernatoru lord
Makkartneyin b
aşçılığı altında 1792-ci ildə İngiltərədən Çinə
səfirlik heyəti göndərildi. 1793-cü il avqustun 5-də Pekinə
gəlib çıxan Makkartney öz hökuməti adından Çin qarşısında
aşağıdakı tələbləri irəli sürdü: 1) İngiltərə ilə Çin arasında
diplo
matik əlaqə yaratmaq. 2) İngilislərin ticarəti üçün Kan-
ton
dan başqa daha bir sıra limanlar (Ninbo, Tyantszin liman-
la
rını və Çjouşan adalarını) açmaq. 3) "Qunxan" cəmiyyəti-
nin ticarət inhisarını ləğv etmək. 4) İngilislərə Çində istədik-
ləri yerdə məskən salmaq və sərbəst hərəkət etmək hüquqları
vermək. İngilislərin bu təklifi Çində hiddətlə qarşılandı.
24
Tsyan Lun Mak
kartney vasitəsilə ingilis kralı III Georqa
göndərdiyi cavab məktubunda suveren dövlətin ləyaqətinə
zidd olan bu tələbləri haqlı olaraq rədd edib, məktubunu
aşağıdakı sözlərlə bitirirdi: "şükürlə itaət edin və etinasızlıq
göstərməyin". Bu cavab həmin dövr üçün olduqca kəsərli və
cəsarətli cavab idi.
Mak
kartneyin səfirliyinin uğursuz diplomatik fəaliyyəti-
nin nəticəsində onun müvəffəqiyyətsizliyi göstərdi ki, Sin hö-
kuməti heç də ingilis tacirləri və diplomatları qarşısında itaət-
karlıqla Çinin qapılarını xarici dövlətlərə açmaq niyyətində
deyildir. Lakin Çinə gəlib-gedən missionerlər, tacirlər, səy-
yah
lar Çinin siyasi və iqtisadi zəifliyini aydın surətdə müşa-
hidə edirdilər. Bu isə İngiltərənin Çinə geniş iqtisadi və siyasi
təcavüzünün mümkün olmasına inam yaradırdı.
B
elə bir şəraitdə İngiltərə Çinə qarşı istilaçı siyasət yeridən
yeganə dövlət deyildi. Odur ki, 1784-cü ildən Çin sahilləri ya-
xınlığında müntəzəm surətdə Amerika gəmiləri görünməyə baş-
ladı. Kantondakı xarici faktoriyalarda isə xarici tacirlərin Çində
təşkil etdikləri ticarət məntəqələri var idi və burada da Amerika
tacirləri görünməyə başladı. Xatırladaq ki, XIX əsrin əvvəllə-
rində ABŞ Çinlə ticarətdə İngiltərədən sonra ikinci yeri tuturdu.
XIX əsrin əvvəllərində İngiltərə Çindən çay və ipək ix-
rac etməklə bu malların dəyərini gümüşlə ödəyirdi. Buna
baxmayaraq i
ngilis malları Çin bazarında o qədər də mühüm
yer tutmurdu
və geniş nüfuz qazanmamışdı.
Lakin Ost-
Hind kompaniyası Hindistanda geniş miqdarda
tiryək istehsalını artırmağa və bunu Çinə ixrac etməyə başladıq-
dan sonra vəziyyət dəyişdi. Tiryək ticarətini genişləndirmək
üçün atılan ilk addımlar çox da müvəffəqiyyətli olmadı, lakin
ingilislərin Çinlə ticarətində tiryək getdikcə ən mühüm və gəlirli
bir mənbəyə çevrildi. Tiryək ticarəti Ost-Hind kompaniyasına
son dərəcə böyük gəlir gətirməyə başladı. "Ağ ölüm" adlandı-
rılan narkotik maddələrin geniş ticarəti Çin xalqının mənəvi və
bioloji
zəhərlənməsi hesabına ingilis kapitalistlərinin xəzinələri-
nə Çindən çoxlu gümüş və valyuta daxil olmağa başladı. Onlar,
yəni ingilis kapitalistləri heç bir zaman belə gəlirə malik olma-
dıqlarını, hətta
özləri də etiraf edirdilər.
Bu dövrdə tiryək ticarətinin vurduğu ziyan ölkəni yalnız
iqtisadi cəhətdən zəiflətməklə bitmirdi. Həmçinin tiryək insa-
Dostları ilə paylaş: |