368
ŞƏRQİ SUDAN
Ərəb mənbələrində hələ qədim dövrlərdən etibarən qeyd
olunurdu ki, Misirdən cənubda, Qırmızı dənizdən Qvineya
kör
fəzinə qədər olan geniş əraziyə "Sudan" ("Qaralar ölkəsi")
deyirdilər. İndiki Sudan dövləti həmin ərazinin şərq hissəsin-
də, əsasən Nil və onun qolları hövzəsində yerləşir.
1275-
ci ildə Misir məmlüklərinin istilaçı yürüşləri Şima-
li Sudana ərəb təsiri üçün şərait yaratdı. XV əsrdə Sudanda
Dərfur və Sənnar sultanlıqları meydana çıxdı. XIX əsrin
əvvəllərində Dərfur Ağ Nilin qərbində, Sənnar isə Ağ Nil ilə
Mavi Nil arasındakı ərazidə yerləşirdi.
1819-1823-
cü illərdə Şimali Sudan Misir hökmdarı Mə-
həmmədəlinin qoşunları tərəfindən işğal olundu və Donqola,
Sənnar, Kordofan vilayətləri də Məhəmmədəliyə tabe edildi.
1822-ci
ildə Xartumun əsası qoyuldu və bu şəhər Sudanın
pay
taxtı elan edildi. İşğalçılar tədricən Qırmızı dəniz və Hə-
bəşistan hüdudlarına çatdılar və yeni qaydalar tətbiq edildi.
Türk-
Misir məmurları Sudana daxil olduqdan sonra əha-
li
ni amansızcasına istismar etməyə başladılar. Oturaq qəbilə-
lərə, xüsusilə şiddətli zülm edilirdi. Bunlar üzərinə çoxlu ver-
gilər qoyuldu. Bu vergilərin yığılması kəndlərə hərbi yürüş
xarakteri daşıyır, hər cür fırıldaq, zorakılıq və özbaşınalıqla
həyata keçirilirdi. Nəticədə çoxlu sudanlılar qul edildi. Qulla-
rı iri ərəb qəbiləsi baqqarlar və onların hərbi dəstələri əldə
edir
di. İmtiyazlı vəziyyətdə olan baqqarlar nisbətən az vergi
verirdi. Onların şeyxləri ən iri quldar idi.
Təxmini hesablamaya görə artıq 1839-cu ilədək 200
min
sudanlı qul edilmişdi. Qullar Misirə göndərilir, buradan
da
dünya qul bazarlarına, Yaxın Şərqin başqa ölkələrinə satı-
lırdı. Qulun qiyməti çox ucuz idi. Hətta bir qoşa lülə tüfəngə
6-8 qul almaq olurdu.
Bu misilsiz qarət və terror, hüquqsuzluq hər yerdə işğal-
çılara qarşı ümumi nifrət doğururdu, təsərrüfat həyatını po-
zur
du. Qul alverçilərindən xilas olmaq üçün qəbilələr başqa
yerlərə köçüb gedirdilər.
Misir xədivi İsmayılın dövründə Sudana yeni işğalçı
yürüşlər təşkil edildi. Xədivin qulluğunda olan ingilis Bekker
1869-1873-
cü illərdə Cənubi Sudan vilayətlərini işğal etdi.
Bəhr-əl-Qəzəl və Ekvatoriya adlanan iki yeni əyalət təşkil
369
edil
di. Sudanın ən iri qul alverçisi və torpaq sahibi paşa rüt-
bəsi almış Zübeyrin dəstələri 1874-cü ildə Dərfuru işğal etdi.
Avropa müstəmləkəçilərinin Sudana soxulması 70-ci il-
lərdə daha da gücləndi. Onlar Misir məmurları sifətilə, əslin-
də isə xədivdən və onun nazirlərindən asılı olmayaraq müstə-
qil hərəkət edirdilər. Xüsusilə 1876-cı ildə Misir üzərində
Av
ropa dövlətlərinin ikili nəzarəti qoyulduqdan sonra Sudan-
da yüksək vəzifələrin çox hissəsi onların əlinə keçdi. İngilis
Qordon 1877-
ci ildə bütün Sudanın general-qubernatoru oldu.
O, burada qeyri-
məhdud hakimiyyətə və müstəqil büdcəyə
malik idi. Avropalı məmurlar, kapitalistlər və tacirlər gündən-
günə daha çox axışıb Sudana gəlirdi. 1881-ci ildə Sudanda 20
min avropalı var idi və onlar Sudanda məsgunlaşaraq böyük
imtiyaz sahiblərinə çevrilirdilər.
XIX əsrin 70-ci illərin ikinci yarısında yerli qəbilə şeyx-
ləri və qul alverçiləri ilə yeni hökumət orqanları arasında ixti-
laflar
baş verdi. Hökumət orqanları "köləliyə qarşı mübarizə"
bayrağı altında çıxış edib Sudanın istismarını öz əlinə keçir-
məyə çalışırdı. Zübeyr paşa Qahirəyə gəldikdə o, ev həbsinə
alındı və yalnız 1900-cü ildə Sudana qayıtdı. Zübeyrin oğlu
Süleyman 1878-
ci ildə üsyan qaldırdı. Ona qarşı Qordon və
Qordonun köməkçisi Cessi mübarizə aparırdılar. 1879-cu ilin
yayında Qordon istefaya çıxdı. 1880-ci ilin mayında Cessi üs-
yançıları məğlub etdi və Süleymanı ələ keçirib güllələdi.
Ölkədə cəhalət hələ də mövcud olduğu üçün Türkiyə-
Misir və avropalıların hakimiyyətinə qarşı xalq kütlələrinin
narazılığı dini mübarizə forması almaqda idi. Dini təbliğatçı
Məhəmməd Əhməd xalq hərəkatının məfkurəçisi və rəhbəri
oldu. O, 1871-
ci ildə Ağ Nildəki Əbba adasını özü üçün
mərkəz edib Ənsariyyə adlı yeni müsəlman təriqəti yaratdı və
təbliğata başladı. Onun tərəfdarları ənsarlar, buradan bütün
Sudana yayılaraq əhalini üsyana qaldırırdılar.
Misirin siyasi və iqtisadi böhranı nəticəsində 80-ci
illərin əvvəllərində Qahirə hökumətinin Sudanda hakimiyyəti
xeyli
zəifləmişdi. Avropa müstəmləkəçiləri ilə Sudan şeyxləri
və qul alverçiləri arasındakı mübarizə siyasi böhranın dərin-
ləşməsinə səbəb oldu. Bütün bunlar ənsarların işini asanlaş-
dırırdı. Bununla yanaşı Sudanda istilaçıların rəqabəti güclən-
dik
cə ölkədə istismar artırdı ki, bu da milli-azadlıq hərəkatını
sürətləndirməkdə idi.
370
ƏRƏBİSTAN
Ərəbistan aşağıdakı tarixi-coğrafi əyalətlərə bölünürdü:
Hicaz (qərb), Yəmən (cənub-qərb), Həzrəmaut (cənub),
O
man (cənub-şərq), Nəcd (mərkəz) və Həsa (şərq).
XVI əsrdə dağınıq ərəb knyazlıqları türk istilalarının tə-
si
ri altına düşdü. Həşimilər sülaləsindən olan Məkkə şərifi
kö
nüllü olaraq özünü Türkiyənin vassalı elan etdi. 1538-ci il-
də Yəmənə türk donanması gəldi. Osmanlı qarnizonları orada
bir neçə məntəqədə məsgən saldı və yalnız 1642-ci ildə bura-
dan çıxarıldı. Amma Həsa əyaləti rəsmən Türkiyənin haki-
miy
yətini tanıdı. Bundan sonra Həsada türk idarəçilik sistemi
gücləndirildi.
XVIII əsrin ikinci yarısında mərkəzi Məqsət də olmaqla
Omanda müstəqil və güclü sultanlıq yarandı. Oman Şərqi Af-
rikada Z
ənzibar da daxil olmaqla, böyük bir ərazini özünə
tabe etdi. Bu dövrdə Oman geniş dəniz ticarətinə malik idi və
xeyli inkişaf etmişdi.
1744-
cü ildən etibarən Nəcddə digər dini-siyasi cərəyan,
vahabilər dini-siyasi hərəkatı inkişaf etməyə başladı. Hərəka-
tın məfkurəçisi Məhəmməd ibn Əbdülvahab müsəlman dini-
nin inkişafı gedişində dinə əlavə olmuş ehkamları rədd edə-
rək ibtidai islama qayıtmağı təbliğ edir, məişətdə sadəliyə
doğru çağırırdı. Xatırlamaq zəruri olardı ki, 632-ci ildə
Məhəmmədin vəfatından sonra islama dair 66 min hədis
yazılmışdı. Bu hədislər içərisində təhriflər də var. Nəcdin
kiçik feodallarından biri Dariya şəhərinin əmiri Məhəmməd
ibn Səuid, habelə Nəcdin çoxlu azad əkinçiləri, sənətkarları
və tacirləri ona tərəfdar çıxdılar. Vahabilər hərəkatı siyasi
cəhətdən bir neçə mərhələ keçmişdi. Ən əvvəl onlar öz
qarşılarında Nəcdi birləşdirmək vəzifəsini qoymuşdular.
Va
habilər nəzəriyyəsini qəbul etməyən və Türkiyənin vassalı
Həsa əmirləri ilə yaxınlaşan Nəcd feodallarına qarşı şiddətli
mübarizədən sonra 1773-cü ildə Nəcdin birləşdirilməsi
vəzifəsi yerinə yetirildi. Hərəkatın ikinci mərhələsində
Dostları ilə paylaş: |