115
sonra Audun
strateji əhəmiyyəti xüsusilə artdı. Dehli uğrunda
vuruşma qələbə ilə başa çatdıqdan sonra Dehli əməliyyatında
iştirak edən ingilis qoşunları digər vilayətlərə göndərildi.
Əyalətlərdə xalq müqaviməti o qədər güclü idi ki, yeni
göndərilmiş ingilis qoşunları da üsyanı yatıra bilmirdi və
partizan dəstələri 1859-cu ilin axırlarınadək müstəmləkəçilərə
qarşı mübarizəni davam etdirdilər.
Üsyançıların böyük birləşmələrinin toplaşdığı üçüncü
mərkəz olan Kanpurda sipahi alayları 1857-ci il iyunun 4-də
üs
yana başladılar. Üsyanda sipahilərlə yanaşı kəndlilər, sə-
nətkarlar və maratxaların axırıncı peşvəsi II Baci Raonun və-
rəsəsi Nana Sahib başda olmaqla bir qrup feodal da iştirak
edirdi. İngilislər Kanpurdan qovulan kimi burada üsyançılar
başda Nana Sahib olmaqla mərkəzi idarə yaratdılar. Hindu
Na
na Sahib müsəlman imperatoru Bahadır şahın ali hakimiy-
yətini tanıdı. Yerli məhkəmələr yaradıldı. Yeni hökumətin adı
ilə pul kəsilirdi. İdarə işlərinin təşkilini və ingilislərə qarşı
mü
barizə işlərini əməli surətdə Əzimulla xan, Tika Sinq,
Tan
tiya Topi yerinə yetirirdilər.
Əvvəlki dövrlərdə olduğu kimi üsyanın əsas mərkəzləri
Dehli, Aud və Kanpur idi. Bütün Şimali Hindistanda xüsu-
silə, Aqrada, Allahabadda, Cxansidə silahlı çıxışlar davam
edirdi. Keç
miş Cxansi knyazlığında Cxansi knyazının dul qa-
dını Lakşmi Bayın başçılığı altında ingilislərə qarşı mübarizə
son dərəcə şiddətli idi. Knyaz arvadı Lakşmi Bayın Hindista-
nın milli-azadlıq hərəkatı tarixində çox böyük qəhrəmanlıq-
ları olmuşdu. Bu qadın kəndir pilləkənlərlə ingilislərin silah
anba
rına enmiş və orada ingilislərlə əlbəyaxa döyüşlərdə xeyli
düşməni məhv etmişdir. Əməliyyatı uğurla başa çatdırdıqdan
sonra ingilislərin silah-sursat anbarını partlatmağa nail ol-
muşdu. Hindistanda bu qadın "xalqın milli iftixarı" adlandı-
rılmışdı.
Dehli, Aud və Kanpurdan fərqli olaraq təəssüf ki, Pən-
cab
da və Hindistanın cənubunda kütləvi çıxışlar baş vermədi,
onlar döyüşləri yalnız müşahidə edirdilər.
Üsyanın birinci mərhələsi çoxlu hərbi birləşmələrin işti-
rakı ilə fərqləndiyi halda, 1858-ci ilin martında Laknau süqut
116
etdik
dən sonra üsyan partizan dəstələrinin əməliyyatı ilə
məhdudlaşmağa başladı. Ən güclü partizan dəstələrindən biri
Tantiya Topinin komandası altında olan dəstə idi. Bu dəstə
yalnız 1859-cu ilin əvvəllərində məğlub edildi. Müstəmləkə-
çi
lər kiçik partizan dəstələrini yalnız 1859-cu ilin axırlarında
özü də çox çətinliklə dağıda bilmişdilər.
Beləliklə, Britaniya müstəmləkə sisteminə zərbə vurul-
ma
sı baxımından üsyan hind xalqlarının tarixinin şanlı səhifə-
lərindən birini təşkil edir. Bu üsyan əhatə dairəsinə görə Hin-
distanda Britaniya hökmranlığı ərzində ən qüdrətli üsyan idi.
Üsyanda Hindis
tan əhalisinin geniş təbəqələri, kəndlilər, sə-
nətkarlar, sipahilər, feodalların bir hissəsi iştirak edirdi. Ümu-
mi düşmənə qarşı mübarizə gedişində hindularla müsəlman-
lar arasındakı dini ziddiyyətlər aradan qalxmışdı. Üsyan ölkə-
nin bir çox
böyük vilayətlərini bürümüşdü.
Üsyan nəticəsində İngiltərə hökuməti xalqın coşan
qəzəbindən vahiməyə düşərək Ost-Hind kompaniyasını ləğv
etməyə məcbur oldu. Amma ingilislər siyasi hakimiyyətlərini
və strateji mövqelərini daha da möhkəmlətməyə nail oldular.
Kraliça Viktoriyanın intibahnaməsi ilə 1858-ci il noyabrın 1-
də Hindistanda hakimiyyəti Britaniya taxt-tacına verdi.
Əlbəttə, Ost-Hind kompaniyasından idarəçiliyin alınıb
Britaniya krallığına verilməsi o qədər də mütərəqqi hadisə
deyildi.
Sipahilər hərəkatı haqqında K.Marks 1857-1859-cu illər-
dəki böyük üsyanı təhlil edərək yazırdı: "Hind ordusunda əv-
vəllər də üsyanlar baş vermişdir, lakin indiki üsyan öz xüsu-
siy
yətləri və qorxunc əlamətləri ilə fərqlənir. Bu ilk dəfədir
ki, sipahi alayları öz avropalı zabitlərini qırmış, müsəlmanlar
və hindular aralarındakı qərəzi unudaraq öz ümumi ağalarına
qarşı birləşmiş, hindular içərisində başlanan iğtişaşlar doğru-
dan da Dehlidə müsəlman imperatorunun taxta çıxarılmasına
səbəb olmuşdu. Üsyan bir neçə yerlə məhdud qalmamışdır və
nəhayət, ingilis-hind ordusundakı üsyan İngiltərə hökmranlı-
ğına qarşı böyük Asiya xalqlarının ümumi narazılığının təza-
hü
rü ilə bir vaxta təsadüf etmişdir, zira, Benqaliya ordusunun
üsyanı şübhəsiz İran və Çin müharibələri ilə sıx əlaqədardır".
117
Əlbəttə, 1857-1859-cu illərdəki milli-azadlıq müharibəsi-
nin bir sıra çatışmayan cəhətləri də var idi. Belə ki, üsyançılar
ölkənin müxtəlif yerlərində birgə əməliyyat aparmağa müvəf-
fəq olmadılar. Pəncabın, Cənubi Hindistanın xalq kütlələri
müba
rizəyə cəlb edilmədi. Sipahi alayları ümumi plan olma-
dan vuruşurdular, onların əməliyyatı yalnız bölük həcmində
hərbi qüvvədən ibarət idi. Üsyançılar daxilindəki ziddiyyətlər
də məğlubiyyətə zəmin yaratdı. İngilslərin Hindistanı ikinci
dəfə işğal etməsi hələ onun tabe edilməsi demək deyildi. İngi-
lis müstəmləkəçilərini yetişməkdə olan yeni döyüşlər və Hin-
distan xalq
larının milli-azadlıq və milli-müqavimət hərəkatı
gözləyirdi.
Mədəniyyət
Böyük
Moğol dövlətinin yaranması ilə Hindistanın mədə-
niy
yəti yüksəliş dövrünə qədəm qoydu. Bu yüksəlişin əsasını
ölkənin iqtisadiyyatındakı müəyyən tərəqqi və onun müvəqqəti
olaraq
siyasi cəhətdən birləşməsi təşkil edirdi. Moğol hakimlə-
rinin,
xüsusilə Əkbərin və Şah Cahanın elmə, ədəbiyyata və
incəsənətə qayğı göstərməsi, Hindistanın beynəlxalq əlaqələri-
nin, Asiya və Avropa ölkələri ilə mədəni mübadilənin geniş-
lənməsi də mədəniyyətin yüksəlişinə kömək etdi.
Orta əsrlərin son dövrünün ən böyük hind şairi, məşhur
"Ramayana
" poemasının müəllifi Tulsi Das 1532-1623-cü il-
lərdə yaşayıb yaradaraq dünya mədəniyyətinə, poeziyasına
nadir incilər bəxş etmişdir.
Bu dövrdə memarlıq da yüksək səviyyəyə çatmışdı. Ən
görkəmli binalar moğol imperatorlarının Dehlidə, Aqrada və
Fəthpur Siqridəki sarayları, Dehli və Aqradakı məscidlər,
Tac
mahal məqbərəsi dünyanın ən gözəl memarlıq abidələri
sırasında durur.
Tacmahal
türbəsi 1630-1652-ci illərdə Moğol hökmdarı
cahan şah tarafindən həyat yoldaşı Mümtaz Mahal Banu
Bəyimin qəbri üstündə tikdirilmişdi. Təbrizin azəri mənşəli
ustaları əsas işi görənlərdən idilər.
Hindistanın istedadlı xalqları öz mədəniyyətini min illər-
dən gələn ənənələr əsasında inkişaf etdirib zənginləşdirirdi.
Əcnəbilərin saysız-hesabsız basqınlarına baxmayaraq, başqa
ölkələrdən, xüsusilə İrandan və Orta Asiyadan gətirilən
Dostları ilə paylaş: |