133
YAPONİYA
Sakit Okeanın Şərqi Asiya sahilləri yaxınlığında yerlə-
şən Yaponiyanın ərazisi təxminən 4 min adadan ibarətdir. Ən
böyük adaları Hokkaydo, Honsü, Sikoku və Küsu adalarıdır.
Burada məsgunlaşma paleolit dörünə aid edilir. E.ə. təqribən
7500-300-
cü illərdə burada Neolit mədəniyyətinin təşəkkül
tap
ması haqqında məlumatlar vardır. Əhali əkinçilik, balıqçı-
lıq, ovçuluq və heyvandarlıqla məşğul olmuşdur. Yaponiyada
III əsrin ikinci yarısı, IV əsrin ortalarındaYamota tayfa ittifa-
qı yarandı və tədricən Yapon dövləti təşəkkül tapdı. Bu ölkə-
də V əsrin ortalarından etibarən Çin heroqlifi işlənməyə baş-
la
dı və V-VI əsrlərdə ibtidai icma quruluşunun dağılmağa
başlaması ilə sinifli cəmiyyətin yəni feodalizm cəmiyyətinin
ilkin əlamətləri meydana çıxdı. VI əsrin ortalarından buddizm
yayılaraq VII əsrin ikinci yarısında isə artıq mərkəzləşdiril-
miş erkən feodal dövləti meydana gəldi. 1192-ci ildə hərbi-
feodal hakimlərin, yəni syequnların hakimiyyətə keçmələri
nəticəsində hərbi-feodal sistemi yaradıldı. Syequnların dayağı
olan hərbi-feodal təbəqənin (busi) başında şəxsi vassallar
(Qokenin), nisbətən aşağıda isə xırda hərbi zadəganlar –
samuraylar dururdu. XIV-XVI
əsrlərdə orta feodal torpaq
sahib
liyindən iri knyazlıqlara keçildi. XV-XVI əsrlərdə
Yapo
niyada fasiləsiz feodal çəkişmələri və kəndli üsyanları
(yamasiro üsyanı) mərkəzləşdirilmiş vahid hakimiyyətin
yaradılması zərurətini irəli sürdü. Çünki, feodal dağınıqlığı,
hakimiyyətin pərakəndəliyi Yaponiyaya qarşı xarici müdaxi-
ləyə zəmin hazırlayırdı. Ən düzgün siyasət mərkəzləşdirilmiş
dövlət yaratmaq idi.
XVII əsrin əvvəllərində 18 milyonluq Yaponiyada nəha-
yət uzun sürən daxili feodal çəkişmələri XVII əsrin birinci
yarısında sona çatdı. Hələ XVI əsrin son rübündə Oda Nobu-
na
qa və Toyotominin Yaponiyanı birləşdirmək uğrunda baş-
la
dığı işi Tokuqava sülaləsindən olan iri feodallar İyeyasu və
İyemitsu başa çatdırdılar. Ölkənin birləşdirilməsi, kəndli üs-
yan
larını yatıra biləcək güclü dövlət hakimiyyəti yaratmaq
lüzumundan və iqtisadi tələblərdən, yəni vahid daxili bazar
yaratmaq
zərurətindən irəli gəlirdi.
134
Syoqun
1
feodal
mütləqiyyətinin başında şiddətli mübarizədə
öz rəqiblərini məğlub etmiş olan Tokuqava sülaləsi dururdu.
Yaponiyada b
aşqa knyazlar içərisində ən varlısı Tokuqa-
va ailəsi idi. Onun torpaqları Yaponiya ərazisinin dörddə birini
təşkil edərək, ölkənin 68 əyalətindən 47-sində yerləşmişdi.
Feodal mübarizəsinə son qoyulması və ölkənin birləşdi-
ril
məsi məhsuldar qüvvələrin müəyyən dərəcədə artması
üçün şərait yaradırdı. XVII əsr ərzində əkin sahələri geniş-
ləndi. Əkin sahələri XVI əsrin axırındakı 1,5 milyon tyodan
2
XVII əsrin axırlarında təxminən 3 milyon tyoya çatmışdı.
Yenə də bu müddətdə kənd təsərrüfatı bitkiləri məhsulu (baş-
lıca olaraq düyü) 18,5 milyon kokudan
3
təxminən 25,8 mil-
yon
kokuya çatmış, yəni 28,3 faiz artmışdı.
Yaponiya
kəndlilərinin vəziyyəti
Tokuqava ailəsinin hərbi diktaturası dövründə əhalinin
çox hissəsi kəndlərdə yaşayır və kənd təsərrüfatı işləri ilə
məşğul olurdu. Bu zaman kənddə son dərəcə geridə qalmış
na
tural təsərrüfat hakim idi. Yaponiya cəmiyyətinin iqtisadi
əsasını, iri torpaq sahiblərinin əlindəki torpaq üzərində feodal
mülkiyyəti ilə bərabər, kəndlilərin xırda torpaqlardan istifadə
formaları mövcud idi. Marks Yaponiyanın klassik feodal ölkə
nümunəsi olduğunu göstərərək 1867-ci ildə yazırdı: "Torpaq
sahibliyi xalis feodalizim üsulu ilə qurulub xırda kəndli təsər-
rüfatları geniş ölçüdə inkişaf etmiş olan Yaponiya Avropanın
orta əsrlərdəki mənzərəsinin çox qismi yanlış burjua fikirləri
1
Syoqunun hərfi mənası "sərkərdə" deməkdir. İlk dəfə Minamoto Eri-to-
mo tərəfindən 1192-ci ildə tətbiq edilən soyqunat sistemi ən qüdrətli feo-
dal ailəsinin hərbi-feodal diktaturası idi. Əslində Yaponiyanı bu ailə idarə
edirdi. İlk syoqunata Minamoto Xodzyo (1192-1333), ikinci syoqunata
Asikaqa (1335-
1572), üçüncü syoqunata isə Tokuqava (1603-1867)
başçılıq etmişdir.
2
Tyo-
təxminən bir hektardır
3
1 koku = 160 kiloqrama və 180-ə litrə bərabərdir.
135
ilə dolu olan tarix kitablarımızdan daha düzgün məlumat ver-
ir"
1
.
Yaponiyada t
orpağın çox hissəsi feodallar tərəfindən
pay torpağı şəklində kəndlilərə paylanmışdı. Kəndlilərin isti-
fa
dəsinə ən çoxu bir tyo (ildə orta hesabla 10 koku məhsul
ve
rən) torpaq sahəsi nəsli "daimi icarə" hüququ ilə verilirdi.
Y
əni bu torpaqlar onların tam mülküyyətinə keçmirdi. Tor-
paq
dan istifadə etmək hüququ almış kəndlilər bunun müqabi-
li
ndə feodal üçün işləməli idilər və digər mükəlləfiyyətləri də
yerinə yetirirdilər.
Yaponiya feodal cəmiyyətinin xarakterik xüsusiyyəti
təhkimçilik sisteminin olmasında idi ki , bunun da özünə xas
olan bir sıra cəhətləri var idi
2
. Yaponiya kəndlisi sahibkar
feo
daldan şəxsi asılılıqda idi, lakin feodal onu alıb-sata bil-
məzdi. Kəndlilər torpağa təhkim edilmişdilər, onların bir yer-
dən başqa yerə köçməsi qadağan edilmiş, bir feodalın haki-
miy
yətindən başqa bir feodalın hakimiyyətinə keçməsi də qa-
dağan olunmuşdu. Ən varlı kəndlinin başçılıq etdiyi "beşhə-
yətliklər" (qoninqumi) deyilən birləşmələrə bölünməsi bu
vəziyyəti daha da möhkəmləndirirdi.
"Beşhəyətlilik " sisteminin tətbiq edilməsi iqtisadi və si-
ya
si məqsədi ellik zəmanətlə əlaqədar olaraq kəndli həyətlə-
rin
dən müntəzəm surətdə və ən çox vergi alınmasını təmin et-
mək, polis nəzarəti təşkil etmək, kəndli çıxışları və üsyanları-
nın qarşısını almaq idi.
Yaponiyada təhkimçiliyin bir xüsusiyyəti də biyarın az
tətbiq edilməsində idi. Lakin bu cəhət təsərrüfatın təhkimçi
xarakterini dəyişmirdi. Yaponiyada biyar feodal üçün bilava-
sitə kənd təsərrüfatı məhsulları istehsalı forması olmayıb,
yardımçı rol oynayırdı. Qanuna görə kəndlilər feodal knya-
zın nəfinə işləyib ödəmədə (odun hazırlamaq, binaların, mə-
bədlərin təmiri, tikinti və dəmirçi işləri və i.a.) iştirak etməli
və dövlət mükəlləfiyyətlərini yerinə yetirərək, yol çəkməli və
1
1 koku = 160 kiloqrama və 180-ə litrə bərabərdir.
2
Kəndlilərin torpaq sahəsinə təhkim edilməsi Xidoyesi tərəfindən həyata
keçirilmişdir. 1589-1595-ci illərdə onun düzəltdiyi torpaq siyahıları
əslində Yaponiyada təhkimçiliyin bərpa edilməsi tədbiri idi.
Dostları ilə paylaş: |