40
könüllü xalq dəstələri təşkil olundu ki, bu dəstələrin hər birin-
də təxminən 100 minədək adam var idi. Xaricilərə qarşı hü-
cum zamanı bir neçə xarici faktoriya məhv edildi. İngiltərə
məcbur oldu ki, onların Kantona buraxılması tələbindən mü-
vəqqəti əl çəksin. Bütün bunlar xalqda öz qüvvələrinə inamı
möhkəmlədirir və Sin hökumətinin Çini müdafiə etməyə qadir
olmadığını bir daha sübut edirdi.
Kantonun
mübarizə nümunəsi xarici ticarət üçün açılmış
digər limanlarda da ruh yüksəkliyilə qarşılandı. 1846-cı ildə
Fuç
jou və Amoyda ingilislər əleyhinə çıxışlar baş verdi. Hon-
konqda da xalq iğtişaşları oldu.
Bu çıxışlar mancur hakimiyyəti əleyhinə və feodal quruluşuna
qarşı kəndli hərəkatının tədricən inkişaf etməsini göstərirdi.
Odur ki, Çində tədricən antifeodal kəndli müharibəsi
ü
çün ilk şərait yetişməkdə idi. Gizli cəmiyyətlər fəallaşırdı,
ha
kim quruluşa və idarə üsuluna zidd olan müxtəlif ideyalar
yayılırdı. 40-cı illərdə bir neçə əyalətdə kəndli üsyanları baş
vermişdi. Əvvəllər olduğu kimi, indi də qərb və cənub-qərb
əyalətlərinin milli azlıqları, mərkəz və cənub əyalətlərinin, o
cümlədən Xubey, Xunan, Quandun, Futszyan kəndliləri də
üsyanlar
da iştirak edirdilər.
Bu üsyanlar içərisində ən çox əks-sədaya səbəb olmuş və
nəzərə çarpanı Xubey əyalətinin Çunyan qəzasında 1841-ci
ildə baş verən üsyan, 1843-1849-cu illərdə Xunandakı bir sıra
üsyanlar, 1844-
cü ildə Tayvandakı üsyan, 1845-ci ildə Şan-
dun
dakı üsyan, 1846-cı ildə Yunnandakı üsyan, 1847-1849-
cu illərdə Quansi və Quyçjoudakı üsyanlar idi. Quansi əyalə-
tindəki "Tyandixuey" gizli cəmiyyəti çox böyük nüfuza malik
idi, bu cəmiyyətin rəhbərliyi altında bir sıra üsyanlar olmuş-
du. Bu üsyanlar gedişində ən çox yayılmış şüarlar mancurlar
əleyhinə çevrilmiş - "varlıları soyaq, yoxsullara kömək edək"
şüarı geniş yayılmışdı. Çində əzəmətli xalq üsyanları haqqında
"Dunxualu" xronikasında, doqquz il ərzində (1841-1849)
110 üs
yan və iğtişaş baş verdiyi xüsusilə qeyd edilmişdi.
Bir sıra üsyanlar üçün xarakterik cəhət kəndlilərin mül-
kədar torpaqlarını kəndlilər arasında bərabər bölüşdürmək
çağırışı idi.
41
Əlbəttə, Çində baş vermiş bu üsyanların hətta bir-birilə
əlaqəsi olmasa da bütün üsyanlar – XIX əsrin ortalarında baş
vermiş böyük kəndli müharibəsinin, Taypinlər hərəkatının
müjdəçiləri və ilk lokomotivləri idi. Çünki yadellilər bu ölkə-
nin övladları olmağuna görə yerli xalqa yuxarıdan aşağı bax-
maqla xalqın pataloji nifrətini qazanmışdılar. Xalq yadellilərə
qarşı ayağa qalmağa hazır idi.
Bel
əliklə, XIX əsrin 40-50-ci illərindəki kütləvi milli-
azadlıq hərəkatları Çin xalqının mübarizəsində yeni mərhələ-
nin başlanğıcını qoydu. XIX əsrin 40-cı illərinədək xalq hərə-
katları mancur hakimiyyətinə və istismarçı feodal mülkədar-
la
ra qarşı çevrilmişdi. 40-cı illərdən etibarən bu mübarizə xa-
rici
müstəmləkəçi zülmkarlara qarşı hərəkatla sıx birləşməyə
başladı. Daxili irtica və xarici müstəmləkəçi qüvvələrə qarşı
Çin xalqının yüz illik mübarizəsi davam edirdi. Ən başlıcası
isə Çin xalqında əzəmətli qələbəyə böyük inam var idi.
Çində Taypinlər hərəkatı
Ölkənin müxtəlif yerlərində kəndli üsyanları alovlanır,
mü
barizə yeni mərhələyə daxil olmaqda idi. Antifeodal hərə-
ka
tın və mancurlar əleyhinə mübarizənin əsas ağırlıq mərkəzi
ölkənin cənub rayonlarının üzərinə düşürdü.
Salnaməçilərin yazdığına görə, Quandun və Quansi
əyalətləri Çin tarixində ən qüdrətli üsyan mərkəzinə çevril-
məkdə idi. Bu üsyanın təşəbbüsçüsü Çin xalqının öz zülmkar-
la
rına qarşı mübarizəsinin ən görkəmli rəhbərlərindən və qəh-
rəmanlarından biri Xun Sü-tsüan idi. Xun Sü-tsüan 1814-ci
ilin yanvarında Quandun əyalətində, Kanton şəhəri yaxınlı-
ğındakı Xua-syan kəndində kəndli ailəsində doğulmuşdu. El-
mi ad almaq üçün imtahanlarda müvəffəqiyyətsizliyə uğra-
dıqdan sonra o öz kəndində müəllim işləməyə başlamışdı.
Xün-Su-t
süanın imtahan vermək üçün Kantona etdiyi sə-
fərlər ümumiyyətlə şəhər həyatı onun dünya görüşünü geniş-
ləndirdi, onu ölkədəki bütün dərin ziddiyyətlərlə tanış etdi.
Elə həmin vaxt o, xristianlıq ədəbiyyatı ilə tanış oldu. Həssas,
dünyanı dərk edən, asanlıqla gələcəyi görən Xun Sü-tsüan
qısa zamanda xristianlığın bəzi ideyalarını mənimsədi. Bu
42
ideyalar,
həmçinin Çin alimlərinin əsərləri, ədalət və bərabər-
lik haqqında xalqın arzuları Xun Sü-tsüanın görüşlərinin əsa-
sını təşkil etdi. O, öz kəndində yeni nəzəriyyəni təbliğ etməyə
başladı və özünə ilk ardıcıllar tapdı ki, bunların içərisində
müəllim Fen Yun-şan, xüsusilə böyük rol oynadı. Xun Sü-
tsüanın görüşləri himnlərdə, məsəllər formasında ifadə olu-
nurdu. Xun Sü-
tsüanın və Fen Yun-şanın təbliğ etdiyi ümumi
bərabərlik və qardaşlıq haqqındakı ideyaları çoxlarını özünə
cəlb etdi, insanları bir-birinə yaxınlaşdırdı.
Xun Sü-tsüan 1844-
cü ildə Fen Yun-şanla birlikdə Quan-
dundan
Quansiyə gəldi və burada onun tərəfdarlarının və
ardıcıllarının sıraları surətlə artmağa başladı.
Xun Sü-tsüan 1844-
cü ildə "Bay Şandi xuey" ("ilahi ata
cəmiyyəti") adlı cəmiyyəti yaratdı. Cəmiyyət ümumi bərabər-
lik və qardaşlıq ideyalarına əsaslanırdı. Bu ideya, ilahinin bö-
yük səadət dövlətinin – Taypin Tyanqonun (bu nəzəriyyənin
ar
dıcıllarına isə taypinlər deyirdilər) quruluşu haqqında nəzə-
riyyə şəklində ifadə olunurdu.
Hərəkatın dini forması bir çox kəndli üsyanları üçün xa-
rak
terik cəhət idi. Taypinlər hərəkatı feodalizmdən kapitalizmə
keçid dövründə meydana gəlmişdi. Bu hərəkatda həmçinin
kəndlilərin orta əsrlərdə apardığı mübarizənin xarakterik əla-
mətləri var idi. Lakin o biri tərəfdən də yeni şəraitdə baş ver-
miş bu hərəkat özünün proqramı, mütəşəkkilliyi və inadlı ol-
ma
sı ilə əvvəlkilərə nisbətən daha qabaqcıl və dinamikliyi ilə
fərqlənən hərəkat idi. Hərəkatda əsas məqam xristianlıq təbli-
ğatı deyil, mülkədar zülmünə qarşı mübarizə ideyası dururdu.
Xun Sü-
tsüanın və onun ardıcıllarının təbliğ etdiyi ideya
–
varlılar hesabına yoxsulları bərabərləşdirmək ideyası Quan-
si əhalisinin ən məzlum təbəqələri içərisində böyük rəğbət və
ruh yüksəkliyi ilə qarşılandı. Kəndlilər, xüsusən bir parça çö-
rək tapmaq üçün başqa yerlərdən cənuba köçüb gələn və əha-
li
nin ən yoxsul təbəqəsini təşkil edən gəlmələr (getszya), mə-
dən fəhlələri, ağac yandırıb kömür hazırlayan fəhlələr Xun
Sü-
tsüanın və onun ardıcıllarının çağrışlarına ən fəallıqla səs
verən ictimai təbəqələr idi. Taypinlər hərəkatının rəhbərlərin-
dən biri olan Li Sü-çen sonralar yazmışdı: "Varlılar onun ar-
Dostları ilə paylaş: |