Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə1/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
#19276
  1   2   3   4   5   6   7   8   9   ...   70



Şukin  adına  teatr  məktəbində  təhsil  alan  gənc  qızın  aktrisa  kar-
yerası  qurmaq  barədə  düşünməsində  təəccüblü  nə  var  ki?  Onun  əsl 
Məhəbbətlə qarşılaşdıqdan sonra aktyorluq dünyasının cəlbedici dün-
yasını  qurban  verməsi  də  başadüşüləndir.  O  zaman  Moskva  Dövlət 
Beynəlxalq Münasibətlər İnstitutunun tələbəsi, hazırda məşhur “Pos-
kriptum” proqramının aparıcısı olan Aleksey Puşkov onun sevimli hə-
yat yoldaşı oldu.
Nina Puşkova romanında öz həyatından bəhs edir. Müəllifin tale-
yinə bir çox məşhurlar və sadəcə olaraq maraqlı insanlarla görüşlər ya-
zılıbmış. Amma onun üçün ən vacib olan ailəsi, otuz ildən artıq davam 
edən sevgi əsasında qurulmuş ittifaqdır...
aliyevheritage
©  Puşkova.N.V 2014
ISBN 978 9952 - 485 - 22 - 2
1200500001- qrifli nəşr
036-2014


3
Demək olar ki, 35 il sonra yenidən iki günlük Bakıda ol-
duqda, bütün bu əhvalat gözlərim önündə canlandı.
Mənim uzaq və dumanlı xəyallarımda şəhər ərəb nağılla-
rındakı ayrı-ayrı fraqmentlər kimi qalmışdı: Karvansara, Qız 
qalası, təpənin üstündə - o vaxt mənə elə gəlmişdi ki, hündür 
dağın  zirvəsində  -  Şirvanşahlar  sarayı.  Köhnə,  alçaq  binalı 
küçələrlə  gedirsən  və  birdən  qarşına    üzərində  müəmmalı 
yazılar olan oyma darvazalar, onların yuxarısında isə sanki 
havadan asılmış zərif erkerlər və xırda oyma eyvanlarla qar-
şılaşırsan.
Moskvada belə memarlıq yoxdur. Ona görə də “Mosfilm”in 
həm Şərq, həm də Latın Amerikası şəhərlərinin çəkilişlərdə 
təsviri  üçün  bu  şəhəri  seçib,  bəyənməsi  məni  o  qədər  də 
təəccübləndirmirdi. 
Budur, onilliklər sonra, mən yenidən Azərbaycan paytax-
tına  səfər  etməyə  hazırlaşıram.  Bir  çox  tanışlar  Bakıya  get-
məyə hazırlaşdığımı öyrənən kimi, bir ağızdan bildirdilər ki, 
şəhər tamamilə dəyişib.
Kimsə hətta bildirdi ki, neft pulları hesabına Xəzər sahilin-
də yeni Əmirliklər salınıb, hətta az qala yeraltı keçidlərdə də 
büllur çilçıraqlar asılıb. 
Mən  “Əmirliklər  dəbdəbəsi”nin  pərəstişkarı  deyiləm. 
Qərb  üslubunda  tikilmiş  Şərq  aləmində  maraqlı  nə  var  ki? 
Sayrışan  göydələnlər,  saysız-hesabsız  “moll”ar  və  vitrinlər, 
vitrinlər... Elə bil ki, şəhər mağazalardan və dünya brendlə-
rindən ibarətdir. Onlar insanı hər tərəfdə təqib edir, öz parıl-
tısı və cah-cəlalı ilə gerçəkliyi sıxışdırıb yox edir. 
Sanki virtual, xəyali aləmə düşmüsən, hər şey illüziyadır... 
Orada  hətta  dənizdən  də  dəniz  ətri  gəlmir,  yosun  basmış 
suyu və gəbərmiş balıqları ilə atılmış akvariumu xatırladır.
Xeyr, Bakı – qətiyyən Əmirliklərə oxşamır.
Turist və səyahətçiləri çox vaxt mühüm və qeyri-adi olan 
nələrəsə qoşulma hissinin gücləndiyi yerlər cəlb edir.  Afrika-
nın cənubundakı iki okeanın qovuşduğu Ümid burnu; Avro-
panın ən cənub nöqtəsi – Atlantikanı sıldırım qaya kimi kəsən 
AZƏRBAYCAN OXUCUSUNA


4
Portuqaliyadakı Kabo da Roka burnu; oturmuş dəvəyə bən-
zəyən və düz Mərakeşin sahil təpəliklərinə baxan Cəbəllüt-
tariq belə dərk olunur... Burdan, bu diyarlardan cəsur dəniz 
səyyahları yeni aləmlər kəşf etmək üçün yola düşüblər.
Belə sərhəd məntəqələri planetdə çox deyil. Şübhəsiz, Bakı 
da belə “sərhəd”lərdən biridir. Təpəliklərdə yerləşən və ter-
raslarla dənizə düşən bu şəhər üzvi şəkildə iki sivilizasiyanı 
bir-birinə uyğunlaşdırır. 
Məhz burada Avropa qurtarır və Böyük türk və fars məka-
nı – Orta Şərq məkanı, qədim hökmdarların, xanların, əmir-
lərin və sultanların torpaqları başlayır... Yeni tikililərlə bərq 
vuran Əmirliklərdən fərqli olaraq, Bakıda sizi gerçək mədə-
niyyət əhatə edir.  Dubayda balaca, qədim məhəlləni gündüz 
çıraqla tapa bilməzsən, Bakıda isə hər şey qonşuluqdadır.
Qədimlik burada müasir memarlıqla üzvi surətdə bağla-
nıb. Əlbəttə, geniş meydan və bağlar, binaların düşünülmüş 
tərzdə  işıqlandırılması,  şəhər  üzərində  yüksələn  göydələn-
lər müasir  Bakıya kosmopolitiklik gətirir. Bu  dünyanın bir 
çox başqa paytaxtlarında da var. Köhnə Bakıda qonşuluqda 
yerləşən iki kiçik bağçanın  var qüvvələri ilə rəqabət aparan 
sahibləri onların bir-birindən fərqlənməsinə nail olur, hər bi-
rinə təkrarsız aura verirdilər. Hazırda bunlar itib. İndi bütün 
bunların arxasında əlahəzrət Dizayn dayanır.
Amma Şərq məlum olduğu kimi, incə məsələdir. Və dina-
mik üsluba məncə, minillik ənənələr və milli xarakter dirəniş 
göstərir. Şərq çayxanası əhvalı şəhərdə aşkar duyulur.  İnsan-
lar saatlarla balaca masalar arxasında əyləşərək, ətraf aləmi 
seyr  edə  bilirlər.  İmprovizə  edilmiş  kiçik  çayxanalarda,  ka-
felərdə, mağazalarda, sahildə mən çox tez-tez heç yana tələs-
məyən insanlar görürdüm. “Çox dəqiq müşahidədir, - köklü 
bakılı ilə söhbətdə o, mənim fikirlərimi təsdiq etdi. – İndiki 
seyrçilərdə düzdür, dərviş tənhalığı yoxdur, amma medita-
tivlik var”. 
İnsanlar  maşınlarda  söhbət  edir,  telefonla  danışır,  plan-
şetlə onları əhatə edən şəhər mənzərələrini çəkirlər. Hərdən 
adama elə gəlir ki, onlar tələsməmək üçün qanuni imkanları-
nın olmasına şaddırlar. Moskva əsəbiliyi və tələskənliyindən 


5
sonra, Bakıda hökm sürən arxayınçılıq atmosferi mənə müa-
licəvi təsir göstərdi.
- “Nina Vasilyevna, zəhmət olmasa, mənə Bakının görünü-
şü olan maqnitli şəkillər gətirin”, təsərrüfat üzrə köməkçim 
məndən xahiş etdi. O, Bakını çoxdan tərk edib, amma tez-tez 
deyir ki, bu şəhəri yuxuda görür.
- Alla, deyirlər, Bakı tanınmayacaq dərəcədə dəyişib.
- Amma Qız qalası qalıb, mən əminəm, - o gülümsədi.
Alla  haqlı  imiş.  Nəinki  köhnə  qüllə  qalıb,  hətta  yeniləri, 
insan təxəyyülünü heyrətə gətirən Alov Qüllələri peyda olub.
Bakının sürətlə dəyişən simasında isə əsas məsələ - şəhərin 
üslubu qorunub saxlanıb. Onun köçüb gedən bakılıların daim 
yuxularına  girən  füsunkarlığı  itməyib,  daha  da  gözəlləşib: 
Sovet İttifaqının ən uzun sahillərindən biri – yüzillik Dəniz-
kənarı bulvara fantastik fəvvarələr, güllüklər, xırda körpülü 
kanal şəbəkələri, “adacıq”lardakı restoranlarla bəzək-düzək 
vurulub.
Bakı  restoranları  –  ayrıca  söhbətin  mövzusudur.  Bizim 
Azərbaycana səfərimiz mənim səylə çəki atdığım dövrə təsa-
düf etdi. “Nə qədər ki, Bakıdayıq, pəhrizi unut”, - ərim mənə 
məsləhət gördü. Doğrudan da, əgər qarşınızda müxtəlif təam-
lar  gözəl  ətirlər  saçırsa,  dözmək  çətindir.  Göy-göyərtinin, 
tərəvəzin necə rayihəsi gəlir? Bəs Bakı tərəvəzləri?! Bəlkə də 
səadətdir ki, moskvalılar ləkdən yenicə dərilmiş yerli tərəvə-
zin əsil dadını bilmirlər.
Moskvanın  mərkəzində,  Usaçev  bazarında  alver  edən 
azərbaycanlı  İsməti  məşğrur  “duxan  sahibi”  ləqəbindən 
mən məhrum etdim. Kiloqramı 20 dollardan tərəvəz əvəzinə 
mənə saxta mal satanda, o, xəyalpərvərliklə gözlərini yumar, 
yuyulmamış  kimyəvi  mulyajı  gövşəyərək,  səsini  aşağı  salıb 
pıçıldayırdı: “Əsil Bakı tərəvəzidir!”
İsmət, sən hər şeyi yaddan çıxartmısan. Bakı tərəvəzlərinin 
ətrini və dadını, balıq ləvəngisinin dadını, hətta ola bilsin ki, 
lülə-kababın qoyun ətindən, toyuq ətindən, nərə balığından 
və hətta kartofdan hazırlandığını da! Bütün bu qastronomiya 
bolluğuna bizi Azərbaycan torpağında qonaq ediblər.
Helikopterlə şəhərin üzərinə qalxdıqda isə bu torpağı jur-


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə