Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə11/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
#19276
1   ...   7   8   9   10   11   12   13   14   ...   70

45
1975-ci ilin modeli: bu foto məşhur “Çarodeyka”nın 
pəncərəsindən asılmışdı


46
ğumu və onu nə üçün saxladığımı başa düşmədi. – Nə demək 
istəyirsən?
Mən  isə  bu  anda  dayanmışam  və  -  Qolda  Meirlə  olduğu 
kimi  –  nə  demək  istədiyimi,  onu  nə  üçün  çağırdığımı  bil-
mirəm.  Hər  şeydən  çox  ondan  soruşmaq  istəyirdim:  “Niyə 
belə kədərlisiniz?” Amma birdən o, bunu şəxsi həyatına mü-
daxilə, münasibətsizlik kimi qəbul edər? Biz ki, dərsdən sonra 
heç vaxt söhbət etməmişdik.
Amma birtəhər onun əhval-ruhiyyəsini qaldırmaq istəyir-
dim. Bəs necə? Lətifə danışa bilməzdim, əvvəla onlar yadım-
dan çıxır, həm də səfehlikdir. Nəsə tələbəlik həyatından gül-
məli əhvalat? Yenə səfehlikdir. Onda əsas sualımı verdim:
-  Vladimir  Georgiyeviç,  -  səmimiyyətlə  başladım,  -  teatr 
institutunun tələbə qızları sizə tez-tez eşq elan edirlər?
Mən bunu nə iləsə öz hərəkətimi izah etmək üçün dedim. 
Onu güldürə bilməzdim. Məşqdə olanlardan nəyi isə izah et-
məyini  xahiş  etmək?  Yenə  də  gülməli    çıxmayacaq.  “Yaxşısı 
budur, deyim ki, onu sevirəm”, - ani olaraq qərar verdim. 
Bir daha böyük hisslə öz sualımı təkrar etdim:
- Vladimir Georgiyeviç, Şukin adına teatr məktəbinin tələ-
bələri  sizə  tez-tez  eşq  elan  edirlər?  –  Ona  özümün  ən  işıqlı 
baxışlarımın biri ilə baxdım.
- Sən nəyi nəzərdə tutursan? – O, hələ heç nə anlamadan və 
daxilimə nüfuz etmədən soruşdu.   
Mən etirafımın tam səmimiliyini, çox mühümlüyünü, çox 
ciddiliyini nəzərdə tutduğumu sübut etmək üçün...axı bu an 
doğrudan da onu nəhayətsiz dərəcədə sevirdim, ona dedim:
- Vladimir Georgiyeviç, əgər siz... əgər siz bilsəydiniz, sizi 
necə sevirəm!
O isə mənə məntiqlə bildirdi:
-  Amma  sən  məni  doğrudan  da  sevməlisən.  Sən  mənim 
tələbəmsən. Məni bütün tələbələr sevir. Budur, Voloqdin məni 
necə sevir, hə, Yarmolnik də şübhə etmirəm ki, məni sevir!
O, gözlərini gülməli tərzdə süzdürüb və əlini ürəyinin üs-
tünə qoyub, göstərməyə hazırlaşırdı ki, tələbələr onu necə se-
vir. Məsələn, tələbə Yarmolnik.
- Yox, - demək olar ki, çığırdım.


47
Mən etirafımın qeyri-ciddi qiymətləndirilməsini qəbul et-
mirdim. Mən ciddiliyimdə təkid edirdim, o isə mənə inanmır-
dı. Buna görə də qorxurdum ki, bunlar süni görünəcək və o, 
mənim  müəllimim,  aktyorluq  məharəti  kafedrasının  müdiri 
məni  saxtakarlıqda  ittiham  edəcək,  -  bunların  qorxusundan 
gözlərim yaşla doldu.
-  Vladimir  Georgiyeviç,  -  acı  məzəmmətlə  dedim.  –  Mən 
sizi Yarmolnik kimi sevmirəm! Siz necə belə düşünə bilərsi-
niz?! – Hər sözümdən inciklik duyulurdu.
Və göz yaşları! Barmaqlarımın falanqası boyda, ağlasığmaz 
dərəcədə iri göz yaşları yanaqlarım boyu diyirlənirdi. 
Burnum  yalnız  göz  yaşından  tutulmadı.  12  qəpiklik  “Le-
ninqrad” tuşu xəyanətkarcasına islanaraq gözlərimə dolmuş-
du. Əvvəlcədən bilirdim ki, bir neçə saniyədən sonra dodaq-
larım,  burnum  şişəcək,  qorxulu  və  eybəcər  görkəm  alacam. 
Məni  eybəcər  görəcəyinin  qorxusundan,  onun  sinəsinə  söy-
kəndim və özümə tərəf sıxdım. 
Paltosunun saçaqları burnuma girir, nəfəs almağım çətin-
ləşir, yun yaxalığı isə leysana düşmüş kimi get-gedə islanırdı. 
- Nədir, sən ağlayırsan? Sifətini mənə göstər görüm. – O, 
gözlərimin içinə baxmağa çalışdı.
Amma alınmadı. Mən bütün gənclik qüvvəsi ilə onun yaxa-
lığından yapışmışdım. O isə deyir:
-  Nədir,  doğrudan  ağlayırsan?  Bir  buna  bax:  yapışıb  və 
doğrudan  da  ağlayır,  -  özü-özünə  cavab  verdi.  –  Bir  sifətini 
göstər, sifətini göstər. – O, güclə və ehtiyatla məni özündən 
araladı və baxdı. 
Mən doğrudan da hönkürürdüm və bu an onu həddindən 
artıq  sevirdim.  Və  hər  şeyin  yasını  tuturdum.  Hər  şeyin  nə 
olduğu isə mənə eyni zamanda həm aydın idi, həm də anlaşıl-
maz. Ona dedim:
- Siz ən dahi insansınız! Nə Qritsenko, nə Yuri Vasilyeviç 
Yakovlev, nə də Mixail Aleksandroviç Ulyanov oynamamalı-
dır. Yalnız siz! Siz onların hamısından istedadlısınız! Mən sizi 
heç kəsin sevmədiyi kimi sevirəm. Amma siz mənə inanmırsı-
nız, - dramatikliklə sözümü qurtardım. – Buraxın məni. 
O  isə  bu  anda...  İndi  o,  məni  möhkəm  tutmuşdu.  Görür-


48
düm ki, necə dəyişib. Mən görürdüm ki, o, indi necə də teatr-
da asılmış fotolarına bənzəyir. Həmin fotolarda tamam başqa 
Şleza vardı: yaşlı, ola bilsin ki, həm də bizim səfehliklərimiz 
və axmaqlıqlarımızdan, bəlkə də başqa nələrdənsə yorulmuş 
pedaqoq deyil, teatra yenicə gələn, dalğalı saçları, parlaq iri 
gözləri olan, eynəksiz, zərif burunlu, gənc və qüvvəli Şleza. 
Bəlkə də nəsə onun həyatını korlayır, hansısa xəstəlik və ya 
problemlər  mövcudluğunu  zəhərləyirdi...  Amma  bir  anlığa 
onun yorğun siması itdi, gözlərim önünə gənc sima gəldi.
Birdən... biz onunla öpüşdük. Biz Vaxtanqov dalanında, te-
atr  və  məktəb  arasında  öpüşürdük.  O,  gözlənilmədən  mənə 
soyadımla müraciət etdi:
- Çox sağ ol, Kovtun.
Nə üçün belə dediyini o vaxt başa düşmədim. İndi isə dü-
şünürəm ki, o, sadəcə olaraq beləcə məndən aralanırdı.
- “Sevirəm”ə görə, necə sağ ol deyə bilirsiniz? – onu utan-
dırdım. O cavab verdi:
- Bilirsən, əgər kimsə bizi indi görsə, güman edər ki, sevgi-
liyik, axı hamı ətrafımızda gəzişir. Sənə ona görə sağ ol, dedim 
ki, sən məni... Afərin, sən istedadlısan, - indi o, mənə pedaqoq 
kimi qiymət verirdi. – Bir bax, on dəqiqə ərzində məni hansı 
həyəcanlar dünyasına cəlb etdin. Bax, buna görə sağ ol.
Daxilən mən şöhrətli insanları, çoxluğun məhəbbəti ilə əhatə 
olunanları sevmirdim. Nədənsə hər şeyin artıqlamasilə verilən-
ləri heç vaxt sevməmişəm. Əksinə, layiq olduqları verilməyən-
ləri sevirdim. 
Dahiləri bizim qəlblərimiz yaradır. Əlbəttə, elə buna görə də 
onlar bizim kumirlərimiz idi. Lakin onların arxasınca qaçmaq, 
avtoqraf xahiş etmək, şəkil çəkdirmək qəbul edilməmişdi. 
Artıq sonralar, bəzi uşaqlarda indi qiymətsiz arxiv olan foto-
ları gördükdə düşündüm ki, gənclik necə israfçıdır. Biz varlığın 
zərifliyini və tez ötüb keçməsini hiss etmirdik. Hiss etmirdik ki, 
müəllimlərimiz həyatdan köçəcək. Nədənsə o vaxt həyat insa-
na əbədi gəlirdi. 
İnsana elə gəlirdi ki, Vaxtanqov məktəbində həmişə Rixter 
olacaq. Xatırlayıram ki, ona bizim üçün, özümüz üçün çap 
edilmiş gülməli konsert proqramını vermişdim. Onun əsər-


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə