Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə14/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
#19276
1   ...   10   11   12   13   14   15   16   17   ...   70

59
Birinci mühazirəmiz rus ədəbiyyatından idi. Yaza bilmirdim, 
heç cəhd də etmirdim  - uğursuz yıxılmışam, nə var axı bunda... 
Mühazirədən  sonra  müəllimimiz  Vladimir  Abramoviç  Qalpe-
rinə yaxınlaşdım:
- Vladimir Abramoviç, siz gürcü yazıçısı Zviad Qamsaxurdi-
yanı tanımırsınız?
-  Yox,  Ninoçka,  mən  onu  oxumamışam.  Amma  onun  atası 
yaxşı yazıçıdır. Oğlu isə məncə daha çox dissidentdir, nəinki ya-
zıçı. 
Mən dissidentin nə olduğunu o vaxt bilmirdim. Heç soruş-
madım  da. Amma  onların  içərisində  dəlilərin  olmasına  şübhə 
etmirdim. Əlimə baxdıqca.
Qamsaxurdiyanı üç dəfə dəfn etdilər, sonuncu 
dəfə əcdadlarının torpağında


60
ÇİLİ ÜZƏRİNDƏ GECƏ
1976-cı ildə bütün təhsilli adamların Çilidə baş verənlər-
dən xəbəri vardı. Ən acı bibərin adaşı olan bu balaca ölkə 
planetin o biri başında yerləşsə də, Santyaqo, Alyende, Pi-
noçet,  çevriliş  –  bütün  bu  sözləri  dəfələrlə  eşitmək  müm-
kündü.Televizorda Santyaqo şəhərində alovlanan prezident 
sarayını  göstərirdilər.  Görürdük  ki,  prezident  Alyende  – 
çalsaç, ziyalı görkəmli və hərbçiyə oxşamayan adam əlində 
silah hücum edənlərdən müdafiə olunur. Sonra onun həlak 
olduğunu öyrəndik. Qəzetlər yazırdılar ki, silahsız insanla-
rı nəhəng stadiona toplayıblar və orada hətta güllələnənlər 
də var. 
Lakin bizim üçün bu, uzaq ölkə, uzaq tarix idi. Hərçənd 
Çili  musiqisi  –  tütəklər,  neylər,  gitaralar  Moskvada  geniş 
yayılmışdı.  Onlar  bəsit,  amma  çox  təsirli  melodiyaları  ilə 
rusların qəlblərini riqqətə gətirirdi. Bir çox evlərdə bu mu-
siqi  kassetlərdə  səslənirdi.  Moskvadakı  çoxsaylı  Çili  tələ-
bələrinin əksəriyyətinin musiqidən başı çıxırdı. Onlar tez-
tez klublarda, institutlarda, müxtəlif yaradıcılıq gecələrində 
çıxış  edirdilər.  Onların  nəğmələrində  naməlum  küləklər 
eşidilir, And və Kordilyer kimi gözəl adları olan uca dağ-
larda  məğrur  qartallar  görünürdü.  Bir  sözlə,  Mayn  Ridin 
əsərləri - sutkalarla dərələrdə at çapan atlılar, dağların zir-
vələri arasında çəkilmiş kəndir körpülər, el condor pasa.
Gözlənilmədən belə uzaq həyat mənə yaxınlaşdı. 
Məktəbdəki  təhsilimin  son  ilində  “Mosfilm”  kinostu-
diyasında “And üzərində gecə” işçi adı ilə sovet-Çili filmi 
buraxılışa hazırlanırdı. Sonradan ad dəyişdi. Prokatda film 
“Çili üzərində gecə” adlandı. Görünür, dövlət kino idarəsi-
nin məmurları hesab ediblər ki, bununla filmdəki hadisələ-
rin harada baş verməsi dərhal aydın olacaq. 
Filmin  rejissoru  kimi  ÜİDKİ-nin  məzunu  Sebastyan 
Alarkon adlı cavan oğlan idi. Filmin büdcəsi kifayət qədər 


61
“Çili üzərində gecə” filmindəki 
Pamela roluna kino sınaqları


62
böyük olduğundan, çəkilişlərə, maliyyə və yaradıcılıq pro-
seslərinə rəhbərlik “yuxarı”dan Roman Lazareviç Karmenə 
həvalə olundu. 
O vaxtlar Karmenin adı kino dünyasında hamıya məlum 
idi. O, məşhur sənədli filmlər rejissoru idi. Cavan oğlan ikən 
Böyük  Vətən  müharibəsini  çəkmişdi.  “Cəbhənin  qarsdığı 
adam”  adlandırırdılar  onu.  Onun  ön  xətdən,  ölümün  mey-
dan suladığı, qələbənin əldə edildiyi yerlərdən çəkdiyi çox-
saylı kadrları yalnız Sovet İttifaqında deyil, bütün dünyada 
nümayiş etdirirdilər. Bir sözlə, o, zəngin, hakimiyyətin əziz-
lədiyi, çox böyük nüfuz və təsirə malik insan idi. 
Sənədli filmlər rejissoru olsa da, bədii filmə kuratorluq 
etmək vəzifəsi ona tapşırılmışdı.  Elə vəzifəsi də kino dün-
yası üçün qeyri-adi idi – bədii rəhbər. 
Filmdə iki dramatik baş rol vardı – kişi və qadın. Baş rol 
üçün  aktyor  tez  təyin  edildi.  Qaragözlü,  yaraşıqlı  Qriqori 
Qriqoriu Manuel roluna təsdiqləndi. Onun baş rolda oyna-
dığı  - “Tabor səmaya qalxır” filmi hələ də ölkənin kino-te-
atrlarında  gedirdi.  Film  bir  çox  beynəlxalq  festivallarda 
mükafatlar almaqda davam edirdi. Buna görə də populyar 
Qriqoriunun  dəvət  edilməsi  “Mosfilm”in  bədii  şurasında 
etiraz doğurmadı. 
Baş qəhrəmanın sevgilisini isə uzun müddət axtardılar. 
Bir çox populyar aktrisaları sınaqdan keçirdilər. Qaraçı qızı 
Rada rolunda məftunedici olan Svetlana Tomanı “Tabor”-
dakı  tərəfdaşların  eynilə  təkrar  edilməməsi  üçün  təsdiq 
etmədilər.  Sınaqlara  dəvət  olunmuş  Natalya  Varley  bədii 
şuraya həddindən artıq “ulduzlaşmış” göründü, rola sadə-
lövh baxışlı gənc qız tələb olunurdu. 
Məni sınaqlara dəvət edəndə Pamela roluna iddiaçı-akt-
risaların siyahısı elə uzun və ulduzlu idi ki, mən, debütant 
və  Şukin  məktəbinin  heç  kimin  tanımadığı  məzunu  kimi 
heç nəyə ümid etməməli idim.
Ssenarini  birnəfəsə  oxuduqdan  sonra,  artıq  heç  nə 
haqqında düşünə bilmirdim. Mən ancaq bir şey istəyir və 
arzulayırdım – Pamelanı oynamağı.
Sınaq çəkilişləri elə bil duman içərisində aparılırdı. Pa-


63
vilyonda Qriqoriu ilə çox qısa və əhəmiyyətsiz səhnə çəkil-
di. Sonra təmiri başa çatmamış, masalar düzülmüş və işıq-
ların  quraşdırılmadığı  otaqda  Sebastyan  sözsüz  qorxu  və 
dəhşəti oynamağımı xahiş etdi. O, elə belə də dedi:
-  Ssenaridə  sənin  qəhrəmanının  zorlanmadan  sonrakı 
səhnəsi  var.  Göstər  görüm,  o,  bundan  sonra  özünü  necə 
hiss edəcək. Qorxu və dəhşəti oyna...
Ümumiyyətlə, kino çox çətin şeydir. Bu, teatr deyil. Yal-
nız  tək-tük  rejissorlar  aktyorlarla  uzun  müddət  işləyir  və 
məşq  edir.  Bizdə  bunu  ancaq  Nikita  Sergeyeviç  Mixalkov 
edir. Buna görə də onunla işləyən aktyorlar Mixalkova səc-
də edirlər.
“Mosfilm”i  tərk  edəndə  hesab  edirdim  ki,  mənim  heç 
bir  sınağım  olmayıb.  Bu  mənasız  işlərdir.  Heç  belə  də  sı-
naq olar? Pavilyondan kənar, işıqlar quraşdırılmayıb, assis-
tentlər  yoxdur...  Otağa  düzülmüş  köhnə  mebeldən,  tozlu 
masalardan və bir-birilə ispanca danışan iki çililidən başqa 
heç kim yoxdur. Onlardan biri operator, digəri rejissordur. 
ÜİDKİ-nin diplomlarını yenicə alıblar. 
Operatorun  adı  Kristian  idi.  Balacaboy,  tökmə  bədən-
li  oğlan  idi,  ştativdən  istifadə  etmirdi,  hər  şeyi  çiynindən 
çəkirdi. Mənim üçün bu, yeni idi. Ştativ ona heç lazım da 
deyildi, bu enlikürəkli oğlan sanki operator olmaq üçün do-
ğulmuşdu. 
Filmin rejissoru Sebastyan var qüvvəsi ilə mənə kömək 
etməyə  çalışırdı.  Masanın  altına  girdiyimdən,  o  da  başqa 
masanın altında çömələrək, mənə ancaq bir şeyi təkrar söy-
ləyirdi: “Bildiyin kimi et. Bir şeyi xatırla ki, sənin üçün dəh-
şətli və ağırdır”.
Mənim üçün çox çətin idi. Saf sovet kinosunda zorlama 
səhnəsi yoxdu. Psixoloji sarsıntını da necə oynamaq lazım 
gəldiyi aydın deyildi.
İndi  axışıb  gələn  Amerika  filmlərində,  kameralar  hər 
yerə soxulduğundan, zorlama, təhqir, həqarət səhnələri adi 
hadisədir. Müasir dövr ekrana həyatın qaranlıq tərəflərini 
dartıb çıxarıb. O vaxt isə biz məktəbdə rus klassikasını və 
məzhəkəni oynayırdıq. Qısası, istirahətdə olanlar, Soneçka, 


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə