Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə16/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
#19276
1   ...   12   13   14   15   16   17   18   19   ...   70

68
örtdü. Mən dərhal Emil Lotyanunun gözəl “Tabor səmaya 
qalxır”  filmindən  danışılanda  hamının  ilk  növbədə  yada 
saldığı Loyka Zobarla qaraçı qızı Rada arasındakı çox gözəl 
yataq səhnəsini xatırladım.
Biz  ürəkləri  səadət  və  sevinclə  dolu  sevgililərin  yuxu-
dan  oyanmalarını  canlandırmalı  idik.  Faciənin  başlanma-
sından xəbərləri belə olmayan sevgililərin səhəri açılırdı.
Onlar  gülümsəyir,  nəvazişlə  bir-birinə  toxunurlar.  Hə-
yatları ümid və planlarla doludur. Hələ bilmirlər ki, talelə-
ri bir neçə dəqiqədən sonra drama çevriləcək.
Kişini  “həqiqətən”  öpmək  mənim  üçün  necə  də  çətin 
idi.  O  isə  mənim  vəziyyətimi  anlayaraq  fitnəkarlıqla  mə-
nim  saçlarıma  toxunaraq  pıçıldamağa  macal  tapdı:  “Mən 
dişləmirəm, mənə toxun”.
“Amma nə həyasız tipdir”, - düşündüm.
Onun gündən qaralmış dərisi quru və hərarətli idi, sanki 
çimərlikdən gəlmişdi və qətiyyən öz çılpaqlığından, namə-
lum qızla bir yataqda uzanmaqdan utanana oxşamırdı.
Mən isə bu yad kişiyə baxaraq, acizlikdən hönkürməyə 
hazır  idim.  Mən    yanımda  uzanmış  bu  adamı  (doğrudan 
da, onu necə tanış hesab etmək olardı – bir-iki kəlmə kəs-
miş adamlar idik),  nəinki öpməyi və toxunmağı bacarmır-
dım, hətta ona tərəf baxa da bilmirdim.
Sebastyan çəkilişi dayandırmalı oldu. Rejissor assisten-
ti  Lyudmila  mənə  yaxınlaşdı  və  Qriqoriunun  eşitməməsi 
üçün astaca pıçıldadı:
- Onlar deyirlər ki, yalnız ərinin qatili ilə əsir qadın belə 
uzana bilər. Haydı, hazırlaş.
- Unutmayın, siz sevgilisiniz. Bir daha, motor, - Sebast-
yan əmr etdi.
Onun  sözlərindən  mənim  ətraflarım  buzladı.  Qriqoriu 
tərəfə  dönərək,  ölü  kimi  soyuq  ovuclarımla  onun  yanaq-
larına toxundum, yüngülcə başımı yırğaladım ki, saçlarım 
heç olmasa bir azca sifətimi gizləsin. Amma onlar sancaq-
dan çıxaraq, hər ikimizi kameradan ayırdı.
Bir  saniyəlik  yerdə  qalan  dünya,  çarpayının  yanında 
çömələrək oturmuş “şax-şaxlı qızlar”, işıqçıların bir-biri ilə 


69
Ehtiraslı moldovan Qriqoriunun yanında mənim buz 
bədənim uzanmışdı... (filmdən kadr)
Sonra bütün səhnə kəsilib çıxarıldı


70
danışdıqları  jestlər,  işləyən  kameranın  yüngül,  güclə  eşi-
dilən uğultusu ilə aramızda  maneə yarandı. 
Qriqoriunun  qara  gözlərinə  baxaraq,  mən  yenidən  onun 
Svetlana  Toma  ilə  ifa  etdiyi  tonqal  yanındakı  səhnəni  xa-
tırladım.  Mən  onun  bu  səhnədəki  yarımçılpaq  fiqurunu 
yadıma saldım, tamaşaçıların çoxu buna görə təkrar-təkrar 
filmə baxmağa gedirdilər, Qriqoriudan astaca soruşdum: 
- Siz bir-birinizə aşiq olmuşdunuz?
O dərhal sualımı başa düşdü və mənim kimi astaca ca-
vab verdi:
-  O  vaxt  o,  başqasını  sevirdi...  Amma  həmin  böyük 
dəqiqənin xatirinə sənə elə baxa bilirdi ki, sanki ölənədək 
sevir və sən özün sevgidən ölürsən...
Bu anda mənim içimdə elə bir hiss yarandı ki, sanki kim-
sə çılpaq əllərilə ürəyimi tərpətdi. Mən ona baxmaqda da-
vam edirdim və bütün bədənimdən real hisslər keçdi: həm 
özgəsinin  hədiyyəsinə,  həm  məhəbbətinə,  həm  də  canlı, 
həyəcanverici  mövcudluğuna,  özgə  həyatının  və  taleyinin 
yaxınlığına qısqanclıq. 
Mən  saçımı  sifətimdən  geriyə,  Qriqoriunun  çiyinlərinə 
atdım  və  onun  dərisində  gözlənilmədən  peyda  olan  uşaq 
səpgisi kimi iri “qarışqaları” yaxından gördüm. O, konvul-
siyalı hərəkətlə saçlarımın ardınca irəli əyilərək, onları əlin-
də dəstələdi.
Bilmirəm, bu “böyük dəqiqə” idimi, amma bu anda biz 
bir-birimizə  geniş  bəbəklərlə  baxırdıq.  Onun  əlləri  saçımı 
qarışdırır, sifətlərimiz gah bir-birinə yaxınlaşır, gah arala-
nırdı, qəlbimi izahedilməz sevinc bürümüşdü. Canlı, səmi-
mi vəziyyət tapılmış, alınmışdı.
Bu açıq-saçıq səhnədən sonra mənə elə gəlirdi ki, qrupda 
mənə  münasibət  dəyişdi.  Mənə  gənc,  böyük  ümidlər  vəd 
edən  aktrisa  kimi  baxmağa  başladılar.  Bir  neçə  gün  sonra 
Karmen peyda olduqda, çəkiliş meydanında sərbəst şərait 
vardı. Çəkiliş qrupu kollektivə çevrilmişdi. 
Budur, çəkilişə həmin kollektivin rəhbəri gəlib. Bu, ha-
disə idi. O, atasayağı öz şagirdlərini qucaqladı – Sebastyan 
və  Kristian  onun  kursunda  oxumuşdular.  Çilililər  kimi 


71
qıyqacı  baxan  fakturalı  moldav  aktyorları  ilə  salamlaşdı. 
Hamı ilə salamlaşdıqdan sonra soruşdu: “Bəs bizim Pamela 
hardadır?”
Bu anda qrimçilər məni pudralayır və bəzəyirdilər. Onun 
mənim haqqımda məlumatlı olmasından dəhşətli dərəcədə 
həyəcanlandım,  səsinə  tərəf  dönərək  sevinclə  qışqırdım: 
“Salam, Roman Karmenoviç!” Hamı qəhqəhə çəkdi.
Demək lazımdır ki, Roman Lazareviçin yumor hissi güc-
lü idi. O, yüngülcə zarafat etdi:
- Sən ki, adımı dəyişdirmisən, onda hədiyyən də hazır-
dır. Məncə, kastanetlər yarayar. 
Hamı yenidən gülüşdü və axşam çəkiliş qrupu restorana 
dəvət edildi.
“Karvansara, Karvansara”, - o vaxt populyar olan nəğmə 
başımda fırlanırdı.
Şam yeməyi əla keçdi. Elə bütün şərait də buna hazırlan-
mışdı. Milli üslubda ekzotik qurulmuş restoran, ofisiantlar-
dan tutmuş, Karmeni salamlamaq üçün yaxınlaşan və ona 
öz  rəğbətlərini  bildirən  yerli  adamlara  kimi  hər  tərəfdən 
göstərilən hörmət və diqqət.
Qısası, mən şən, çiçəklərlə və Moskvaya aparmaq fikrin-
də olduğum bir böyük səbət meyvə ilə mehmanxanaya qa-
yıdırdım.
Nömrəyə girən kimi meyvələri ayırdım ki, xarab olma-
sın. Bütün otağın gözəl rayihə ilə dolması xoşuma gəlirdi. 
Bu anda telefon zəng etdi və mən Roman Lazaroviçin sə-
sini eşitdim:
- Pamela, hələ yatmırsan? Yanıma gəl, məşq edək. Sənin 
axı sabah çətin səhnən var. 
“Bəxtin gətirməsi belə olur!” – düşündüm və az qala bunu 
bərkdən deyəcəkdim.
- Bəs siz yatmırsınız? – səfehcəsinə narahat oldum. – Sizin 
doğrudan yuxunuz gəlmir?”
- Gəl, gəl! – Dəstək asılmışdı.
Mən ssenarini qoltuğuma vuraraq, məktəbi bitirməyim mü-
nasibətilə aldığım dəbdə olan zamş ətəyi geyindim, öz platforma-
lı yay ayaqqabılarımı ayağıma keçirərərək, dəhlizlə yüyürdüm. 


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə