Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə17/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
#19276
1   ...   13   14   15   16   17   18   19   20   ...   70

72
Onun  nömrəsi  hansıdır?  Axı,  onun  otağının  nömrəsini 
soruşmadım. Aşağıya portyenin yanına qaçmalı oldum. Ro-
man Lazareviç Karmenin hansı nömrədə yaşadığını soruş-
duqda, yaşlı azərbaycanlı qadın sualıma sualla cavab verdi:
- Onun nömrəsində bu gecə vaxtı nə işin var?
“Sənə  nə  dəxli  var  axı,  –  düşündüm.  -  Yaradıcı  həyatı 
başa düşmür!”
- Məşq etməyə! – təzyiqlə, əsəbi tərzdə dedim. Və sübut 
kimi ssenarini onun masasının  üstünə qoydum.
- Mən sənə deyə bilmərəm. Bəlkə o yatır və narahat et-
mək olmaz. Hər halda yaşlı adamdır. 
- Birincisi, mənə “sən” deməyin. Mən aktrisayam. İkinci-
si isə ona zəng edin. O özü indicə mənə zəng etmişdi. Əgər 
mənə inanmırsınızsa, soruşun, məşq təyin edib?
İnandırıcı  dəlillərin  təzyiqi  və  daha  çox  mənim  gənc 
temperamentimin təsiri altında qapıçı qadın təslim oldu və 
dedi:
- Mən ona zəng etməyəcəyəm. Əgər o, yatıbsa, günahkar 
sizsiniz. Budur, onun nömrəsi. O, lüksdə yaşayır. 
Mən qürurla lüks nömrəyə yollandım. 
Qapını  döydüm.  Roman  Lazareviç  dərhal  açdı.  O,  ağ 
mehmanxana xalatında idi. Mən ağ hamam xalatını ilk dəfə 
görürdüm.  Mehmanxanalarda  o  vaxt  yaşamırdım,  öz  evi-
mizdə isə ancaq ağ tibb xalatlarını görmüşdüm.
Karmeni  hansısa  Hollivud  filminin  qəhrəmanına  oxşa-
dırdım: ağ xalatlı, çalsaç centlmen. Bu mənzərə mənə nor-
mal gəldi. 
Açığını deyim ki, o öz otağını tamamlayırdı. Bu lüksdə  
kreslo,  üzərində  meyvələrlə  dolu  gümüşü  vaza  qoyulmuş 
dəyirmi masalı balaca qonaq otağı vardı. Vazanın yanında 
ulduzlu Azərbaycan konyakı şüşəsi və iki qədəh qoyulmuş-
du.  Bir  az  kənarda  səliqə  ilə  yığılmış  çarpayı  görünürdü. 
Mən çarpayıya heç diqqət yetirmədim. Vazanı və qədəhlə-
ri  kənara  itələdim,  şüşəni  isə,  masanın  altına,  döşəmənin 
üstünə qoydum. Masanın üstündə boşalmış yer isə ssenari 
üçün idi. Roman Lazareviç gülümsəyirdi. Görünür, mənim 
hərəkətlərim onu əyləndirirdi. 


73
Çili rejissoru Bakının Santyaqo de Çilini xatırlatdığını 
düşünürdü


74
-  Roman  Lazareviç,  birinci  sizə  demək  istəyirəm  ki,  siz 
unikal  insansınız  –  sadəlövhlüklə  danışmağa  başladım.  – 
Mən dəhşətli dərəcədə sizə minnətdaram ki, mənimlə, heç 
kimin  hədsiz  aktrisa  ilə  işləyəcəksiniz.  Siz  mənimlə  məşq 
edəcəksiniz!!!
- Sən əlbəttə, çox məşhur olacaqsan. Bildiyin kimi, gözəl 
filmdir. Səni filmdən-filmə dəvət edəcəklər. Gəl, bu şərəfə 
içək! – və o, konyakı masanın üstünə qaytardı. 
- İçmək üçün gecdir. Biz axı restoranda içmişik, - yüngül-
cə imtina etməyə çalışdım.
-  Deməli,  yeni  ulduzun  doğulması  şərəfinə  içmək  istə-
mirsən?
- Mən çox istərdim ki, məşqə başlayaq, səhnəni düzəldib, 
söyləyim, - mızıldandım və qədəhdən azca içdim.
- Oho, sən kələkbazlıq edirsən. – Karmenin diqqətindən 
mənim içmək istəməməyim yayınmamışdı. – Onda şirnilər-
dən ye. – O, vazadan iri çiyələyi götürüb, mənə yaxınlaşa-
raq, giləmeyvəni dodaqlarıma apardı. Eyni zamanda onun 
çılpaq ayaqları demək olar ki, mənimkilərinə toxunurdu.
Bir saniyə çaşqınlıq içində qaldım. Necə ola bilər? Axı o, 
bizim bir ay öncə məktəbdə təhsilimizi bitirərək vidalaşdı-
ğımız sevimli müəllimlərimizi xatırladırdı. 
- Ağzını aç... – Karmen mənə çiyələyi  “yedirtməyə” cəhd 
edirdi. 
Mən tələsik qalxdım. O da qalxdı. Həmin andaca özümə 
gəlmədən,  məni  əlləri  üstünə  qaldırdı  və  bir  neçə  addım-
dan sonra yatağa çatdı. 
- Siz nə edirsiniz? – Mən onu itələdim və o, səndirlədi. 
–  Siz  mənim  üçün  əfsanə-insansınız!  Pun  müharibələri  və 
Karfagenin  dağıdılması  dövründən,  -  yerinə  düşməsə  də 
əlavə etdim. Amma sonuncu ifadə onu öldürdü.
- Yaxşı, dovşan – tələsik söylədi. – Səninlə burada başım 
naqqallığa qarışdı. 
Anlayırdım  ki,  o,  çox  möhkəm  inciyib.  Xətrinə  dəy-
mişəm. Mənə elə gəlirdi ki, hələ hər şeyi qaydasına salmaq 
olar, amma vacib nəsə demək lazımdır. Dedim:
- Siz incidiniz? – Uyğun nə isə fikirləşmək çətin idi. 


75
- Mən sənə dedim – get! Sən nə üçün gecə yarısı gəlmisən? 
O demək olar ki, qışqırdı.
İndi mən incidim.
- Siz məni dəvət etdiniz – məşq etməyə. – O, mənim sə-
simdə məzəmmət duydu, bu da onu özündən çıxartdı.
-  Nədir,  balacasan?  Bilmirsən,  nə  üçün  gecə  vaxtı  tənha 
kişinin otağına gedirsən? Bunu hər bir məktəbli qız anlayır. 
Niyə burada dəymədüşər rolu oynayırsan?
O, hirsindən əsirdi. Amma mən də əsirdim. Var qüvvəmlə 
qapını çırpıb, dəhlizə atıldım. 
“Gicbəsər,  axmaq  qız,  -  çılğınlıqla  başımdan  keçirdi.  – 
Amma o da ehtiraslı qocadır! Bir ayağı burdadır, bir ayağı da ... 
O isə dinc durmur. Mən i-sə, mən i-sə! – məşq etmək. Nə qə-
dər gic olmalısan. Kim güman edə bilərdi, kim bilə bilərdi?”
Bunları düşünə-düşünə pilləkənlə aşağı qaçırdım.
Birdən,  gözümü  qaldırdıqda,  qarşımda  Karmenin  hansı 
nömrədə  qaldığını  mənə  deyən  həmin  növbətçini  gördüm. 
O, mənə baxırdı, sifətindən məzəmmət oxunurdu. “O qadın 
bilirdi”, - özüm-özümə hökm çıxardım. Demək olar ki, dəh-
lizə  burulanda,  güclə  eşidiləcək  “fahişə”  sözünü  duydum. 
Dərhal geri döndükdə, bu ağsaç qadının metal çubuqlu he-
sablama taxtasında, səssizcə nəyisə hesabladığını gördüm.
Hardansa  axıb  gəlmiş  utancaqlıq,  hiddət,  inciklik,  həyə-
can və anlaşılmazlıq məni bürümüşdü. Bu vəziyyətdən necə 
çıxmaq barədə düşünə-düşünə, yuxusuz bir gecə keçirdim.
Səhər  tezdən  tez  yeməyimi  yeyib,  holla  çıxdım.  Çəkiliş 
qrupunun balaca avtobusu artıq getmişdi. Mən çəkilişlər cəd-
vəli asılmış divara yaxınlaşdım. Gündüz növbəsində məşğul 
olan  aktyorların  içində  mənim  soyadım  yox  idi.  Mən  yün-
güllük hiss etdim: Karmenin sifətinə baxmaq lazım gəlməyə-
cəkdi, yatmalı və özümə gəlməli idim. Elə dənizə getmək də 
günah olmazdı: Moskva solğunluğu mənə yaraşmırdı.
Növbəti gün – yenidən mənim istirahət günümdür. Həm 
də  öyrəndim  ki,  Roman  Lazareviç  çıxıb  gedib.  Yüngüllük 
hiss  etdiyimi  demək  azdır.  Çiynimdən  dağ  götürülmüşdü! 
Mənəvi ağırlıq götürülmüşdü: izah etməyə ehtiyac yoxdur, 
unutmaq olar, bir də gördün, o da  vaz keçib, bəlkə də unu-


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə