Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə22/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
#19276
1   ...   18   19   20   21   22   23   24   25   ...   70

93
“Tanış olun, Bembi”, - Dvorjetski bayramsayağı bəzənmiş masa-
nın arxasında oturanlara məni belə təqdim etdi


94
Elə bu anda dəhlizdən Dvorjetskinin səsi eşidildi:
- Qızlar, siz elə möhkəm qışqırırsınız, qorxuram ki, milis bu 
səs-küyə gələ. Marina, gəl çıxaq, qıza geyinməyə mane olmayaq. 
Sənin isə ordudakı kimi 45 saniyə vaxtın var, - mənə işarə etdi.
-  Mən  heç  yerə  getmirəm,  -  Vladislav  Vatslavoviçin  hündür 
qamətinin arxasınca çıxan Marina donquldandı.
Mən tək qaldım. Deyəsən, hətta 45 saniyəyə yox, 5 saniyəyə 
geyindim. Cizgi filmindəki kimi hərəkət edirdim. Palto və şarfımı 
götürüb, gedə-gedə geyinərək, qapını örtdüm. Mənim qonaqları-
mı aparan liftin uğultusu yaxınlıqda eşidilirdi. Düşdüyüm əsmə-
cəli vəziyyət liftin qayıtmasını gözləməyə imkan vermədi. Sürətlə 
pilləkənlərlə vestibülə düşdüm. Aşağıda heç kim yox idi. 
Küçəyə  çıxdım.  Şaxta  daha  da  güclənmişdi.  Amma  soyuğu 
hiss  etmirdim. Arxamda  qapı  açıldı  və  astanada  qış  papağının 
qulaqlarını açmış Dvorjetski göründü. Mən onun hündür qamə-
tinə baxdım və qəfildən ürəyim sıxıldı. 
- Saçlarını şarfla bağla, başının üstündə istilik elektrik stansiya-
sı kimi buxar buludu yaranıb, - o, gülə-gülə dedi və mehmanxa-
nadan əks tərəfə getdi.
-  Hə,  mən  axı  saçımı  qurutmamışam,  pilləkənlə  qaçmışam, 
ümumiyyətlə, hə... – nəsə dolaşıq cavab verdim və çalışdım ki, 
onunla ayaqlaşam.
Gəldiyimiz mənzil adamla dolu idi. Hamı məşhur aktyoru öz 
gözlərilə görmək istəyirdi. Öz uzun paltosu ilə astanada peyda 
olan kimi, kimsə astadan fit çaldı: “Həqiqətən Xludovdur”. Mə-
nim  ürəyim  yenidən  sıxıldı  –  o,  mehmanxanadan  çıxanda  bu, 
mənim də gözümə dəymişdi. Bilmirəm, palto, yaxud şinel bu ox-
şarlığı daha da gücləndirirdi. Hətta zarafat edib, güləndə də göz-
lərində elə bir faciəvilik vardı ki... Mən onun dramını duyurdum.
Amma ətrafda hamı şənlənirdi. Mənim yoldaşımı alqışladılar, 
mənə isə maraqla baxırdılar. 
- Bembi, - o, məni belə təqdim etdi.
- Deməli, maral balası,  - həm fizikə, həm də barda oxşayan 
saqqallı gitaraçı  bas səsi ilə dedi.   
- Keçin, xahiş edirəm, əyləşin, - ev sahibəsi dəvət etdi. Camaat 
yol verdi və biz üzərində qızardılmış kartof, salat, iki nimçədə 
duzlu balıq, kolbasa, pendir və araq düzülmüş masanın yanına  


95
keçdik. 
Masanın üstündə o qədər araq şüşəsi var idi ki, mən qorxdum: 
“Doğrudanmı bunların hamısını içəcəklər? Bəs sonra?”
- Çox sağ olun, - Vlad təşəkkür etdi.
Dvorjetski hamıdan xahiş etdi ki, ona Vlad desinlər.
- Qadınlar üçün isə sadəcə olaraq Vladik, - hamını süzdükdən 
sonra bildirdi.
Hamı razı halda özünə yemək qoymağa başladı, masa arxa-
sında yer tapmayanlara nimçələri oturanların çiyinləri üzərindən 
ötürürdülər. Kimsə artıq içməyə macal tapmışdı, kimsə spirtli iç-
kini stəkanlara, fujerlərə, qədəhlərə süzürdü. Hətta bir neçə təmiz 
mayonez bankası da vardı (onlar eynilə indi yoqurt satılan ban-
kalara oxşayırdılar).
- Tost, tost! Vladik, tost deyin.
Vladislav Vatslavoviç ayağa qalxdı və qısaca dedi:
- Məhəbbət naminə. Bir də bizimlə olanların sağlığına.
Məclis təqdiredici tərzdə uğuldadı.
- Məhəbbət naminə, məhəbbət naminə... – müxtəlif tərəflərdən 
eşidilirdi.
Mən öz qədəhimə toxunmadan, ciddi-cəhdlə “olivye” salatına 
girişmişdim.
- Sən niyə içmədin? – ciddi surətdə mənə baxıb, Vlad soruşdu.
- Mən xoşlamıram.
- Xoşlayırsan, xoşlamırsan, insanlara hörmət etmək lazımdır, - 
Vlad sakitcə təkid edirdi. 
O,  özünə  qızardılmış  kartof  qoydu,  yaxınlıqda  əyləşmiş  qa-
dınların kimisi ona turşuya qoyulmuş xiyar, kimisi duzlu balıq, 
kimisi də həvəskar kolbasası təklif etməyə başladı. Qarşıda əy-
ləşmiş və artıq çoxdan “dəmlənmiş” gombul qadın ağlını itirmiş 
gözlərilə həyasızcasına nəzər salaraq, masanın o başından içində 
donuz piyi olan nimçəsini uzatdı:
- Vlad, sarımsaqlı donuz piyi ilə qüvvətlənək? Soyuqdur...
- Nadya, özünü ədəbli apar, - yanında oturmuş kişi onun ipini 
çəkdi.
- Gəlin, sizin istedadınız naminə içək, qoy sizin bütün rolları-
nız baş rollar olsun, sağ olun və hər kəs sizi sevsin! – ev sahibəsi 
təklif etdi.


96
- Həm də lovğalanmasın və belə sadə qalsın, - Nadya hün-
dürdən əlavə etdi.
- Sağ olun, çox sağ olun, - Dvorjetski təşəkkür etdi. Və yeni-
dən məndən soruşdu: - Sən bu sağlığa da içməyəcəksən?
-  Bəs  siz  niyə  donuz  piyi  götürmədiniz?  –  gözlənilmədən, 
özüm də öz kobudluğuma heyrət edərək soruşdum. – Bilirsiniz, 
mən indi gedəcəyəm, ötən gecə pis yatmışam.
- Mən də gedəcəyəm. Bu qədər çox adam olacağını gözləmir-
dim.  Onlar  bizsiz  də  şənlənəcəklər.  Məndən  iki  dəqiqə  sonra 
çıxarsan.
O, ayağa qalxdı və əllərini iki dəfə ciblərinə apardı. Belə təəs-
sürat yaranırdı ki, o, kibrit, yaxud alışqan axtarır. “Bizdə masa 
arxasında çəkirlər”, sözlərinə əhəmiyyət vermədən dəhlizə çıx-
dı. 
İki dəqiqə sonra mən də qalxdım. Astanada o, üç qadının ara-
sında dayanmışdı. Papağını artıq başına qoymuşdu, paltosunu 
isə məlum deyil, haradansa peyda olmuş gombul Nadya möh-
kəmcə tutmuşdu.
- Yox, getməyəcəksiniz! – öz “qarpız”ları ilə ona söykənən, 
Nadya təkrar edirdi.
- Qızlar, sabah bizim çəkilişlərimizdir. Birinci növbədə....
- Nadka, paltonu ver, - ev sahibəsi ciddi əmr etdi. – Görmür-
sən, gedirlər?
Bu anda o, mənə baxdı.
- Hə, aydındır, necə növbə olacaq! – Nadya incikcəsinə mı-
zıldandı və gedərkən Dvorjetskinin paltosunu mənə uzatdı. O, 
asılqandan mənim paltomu götürdü və biz paltarlarımızı bir-bi-
rimizə verdik. 
Dinməzcə küçəyə çıxdıq. Vlad gözlənilmədən söylədi:
- Şarfı boğazından aç, başını bürü. Çox soyuqdur.
- Yox, saçım çoxdur, mənə istidir.
- Sənin şarfın çox gözəldir və toxunuşu maraqlıdır. Kim bunu 
sənə toxuyub?
- Özüm, - cavab verdim. – Uşaqlıqda dayəm öyrədib toxuma-
ğı, indi vaxtım olanda və ya maraqlı saplar əlimə düşəndə, tez 
toxuyuram.
- Başa düşmədim, nənən öyrədib?


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə