Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.

səhifə3/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   70

di ki? Mən batmağa başlayanda, sahildə anamın yanında masa 
qonşularımız vardı – həkim və onun tibb institutunun yuxarı 
kursunda oxuyan oğlu. Lakin suyun üzünə çıxan saçlarım ol-
masaydı, heç kim məni tapa bilməyəcəkdi. 
Bəli, məni saçlarım və iki savadlı həkim xilas etdi. Anam he-
sabdan deyil: onun özünə o vaxt kömək edən lazımdı. 
Özümə gələn kimi birinci fikrim bu oldu: “Buranın havası 
necə də çirklidir!” Halbuki “bura” şəhərkənarı, yaşıllıq, büllur 
havalı bir yer idi. Amma mənim yenicə qayıtdığım su altında 
hava mənə daha təmiz gəlirdi...
Həkim Vladimir İvanoviç qızğınlıqla anama söyləyirdi: “Sən 
bunu gördün? Yox, sən başa düşürsən, nə baş verdi? Heç kim 
inanmaz! Onun altı dəqiqə nəbzi vurmurdu, ürəyi döyünmür-
dü, bəbəkləri işığa reaksiya vermirdi... Başa düşürsən, biz onu 
klinik ölümdən qaytardıq!”
Mən eşidirdim ki, o, hipotermiya sözünü təkrarlayaraq, ana-
ma nəsə izah edir, amma bütün bunların mənim haqqımda ol-
masını anlaya bilmirdim. 
Ancaq onu başa düşürdüm ki, yaşayacağam. Həm də dəqiq 
bilirdim ki, necə yaşayacağam. Su sınağından keçdikdən sonra 
özümdə yeni keyfiyyətlər aşkarlamışdım. 
Birincisi, mən pataloji olaraq iyləri mərhələ-mərhələ hiss et-
məyə başladım. Uzun müddət ərzində getdiyim hər yerdə pən-
cərələri taybatay açırdım. “Bağlayıblar! Burada hər yeri necə də 
qapayıblar!”- deyərək, hər yerdə və hər bir havada pəncərələri 
açırdım. Bu həm mənim üçün əsil cəza idi (insan fəaliyyətinin 
bütün qoxularını duyduğuma görə),   həm də başqaları üçün 
(donduqlarına  görə).  Lakin  şükür  tanrıya  ki,  mən  yalnız  ağır 
metalların  qoxusunu  deyil,  həm  də  göbələk  tellərinin,  gizlən-
miş inciçiçəyinin, qarlı qışdan oyanmış torpağın da ətrini du-
yurdum.
İkincisi və ən əsası isə indi mən əmin idim ki, sənədlərimi tibb 
institutundan götürərək Moskvaya gedəcəyəm və teatr məktə-
binə daxil olacağam. Ərimin adı isə Alyoşa olacaq. Orada, o biri 
dünyada mən nədənsə bir neçə dəfə bu kişi adını eşitmişdim.


12
SEVGİ KÜÇƏSİ
Həmin  aprel  elə  isti  idi  ki,  sonralar  beləsi  yadıma  gəl-
mir.  Ad  günüm  aprelə  təsadüf  etdiyindən,  duyğularımı 
coşduran və yorğunluğu canımdan çıxmayan, bütün aprel-
ləri  xatırlayıram.  Həmin  apreldə  yaşadığım  baharın  hök-
mən məni gələcək ömür-gün yoldaşımla qovuşduracağına 
əmin idim. Belə də oldu.
Onunla  teatrda  qarşılaşdım.  Həmin  axşam  Satira  Teat-
rında “Adi möcüzə” tamaşası gedirdi. O vaxtlar populyar 
teatrlara bilet tapmaq çox çətin idi. Biletləri “mestkom” və 
“profkom” vasitəsilə, ya da  tanışların köməyilə tapırdılar. 
Belə əlaqələri olmayanlar isə möhtəkirlərə əlavə pul ödə-
yirdilər. 
Mən Şukin adına məktəbin ikinci kursunda oxuyur, Sati-
ra Teatrında işləməyə hazırlaşırdım. Bütün repertuarı əzbər 
bilsəm də, quruluşlara təkrar-təkrar baxmaq fürsətini əldən 
vermirdim.  Teatr  seçimim  əvvəlcədən  müəyyənləşmişdi: 
kursumuzun  qızlarının  hamısı  və  Moskvanın  yarısı  kimi, 
mən də müəllimlərimizdən birinə, Aleksandr Şirvindtə vu-
rulmuşdum. Bütün bunlarla yanaşı, “Adi möcüzə” tamaşa-
sında  şahzadə  xanım  rolunu  oynayan  Tatyana  İtsıkoviçin 
öz roluna qətiyyən uyğun gəlmədiyini düşünürdüm. Özü-
mü isə təbii ki, bu rola tamamilə uyğun sayırdım. Mən te-
atra tez-tez tələbə bileti ilə, deməli, həm də yerim olmadan 
gedirdim.  Səhnə mizanlarını, mətni yadda saxlayır, bir söz-
lə, tamaşaya qoşulmağa hazırlaşırdım. Həmişə də özbaşına 
ilk sıralarda otururdum, bir dəfə də olsun qeyri-qanuni ələ 
keçirdiyim yeri boşaltmağımı tələb etməmişdilər. 
Həmin gecə də belə oldu. İşıqlar sönməmişdən bir neçə 
saniyə  əvvəl,  beşinci  sıradakı  qabaqcadan  bələdlədiyim  
boş kresloya çökdüm. Sağ tərəfdə məni maraqla süzən iki 
cavan oğlan oturmuşdu. 


13
“Adi möcüzə” 
tamaşasından səhnə. 
Mixail Derjavin və 
Tatyana İtsıkoviç (həm də 
Vasilyeva)
Şukin məktəbinin 
ikinci kursunda. Mənə 
elə gəlirdi ki, şahzadə 
rolu mənə Tatyana 
İtsıkoviçdən daha çox 
yaraşır


14
- Yaxşısı budur, səhnəyə baxın, - ciddi tərzdə onlara de-
dim.
Lakin onlar yenə də pıçıldamağa başladılar. 
Onlara  tərəf  dönərək  növbəti  xəbərdarlığımı  edəndə, 
oğlanlardan  birinin  mənə  gülümsədiyini  gördüm.  Cavan 
oğlanın iri dodaqları və böyük dişləri var idi. 
Antraktda zalı tez tərk etdim ki, qonşularım mənimlə ta-
nış  olmağa  cəhd  göstərməsinlər.  Bütün  ikinci  pərdə  boyu 
oğlanların  nəyisə sakitcə müzakirə etdiyini eşidirdim. Hiss 
edirdim  ki,  söhbət  məndən  gedir,  bilirdim  ki,  tamaşadan 
sonra mənimlə tanış olmağa çalışacaqlar. “Yox” deyəcəyimə 
möhkəm  qərar  verdim.  Artıq  foyedə  arxadan  “Xanım  qız, 
sizi ötürmək olar?” sözlərini eşidəndə, mənim hazır “yox” 
sözüm arxaya dönməmiş dodaqlarımdan qopdu. 
- Yox! – bu dəfə gənc, gülümsəyən simaya baxaraq təkrar 
etdim.
“Mən uşaqlarla tanış olmuram. Bu mənim üçün maraqlı 
deyil”, - demək istədim. Amma bu simada elə bir ifadə var 
idi ki, mən izahat verməyə məcbur oldum:
-  Mən  teatr  institutunun  tələbəsiyəm  və  vurulmuşam... 
yaşlı  adama...  –  lazım  olduğundan  da  artıq  ziddiyyətlə  və 
çoxmənalı tərzdə (mənə elə gəldi) dedim.
Lakin qarşımdakı elə bil ki, bunları eşitmədi.
- Bunlar məni maraqlandırmır, - sakitcə cavab verdi. – Nə 
vaxt sizi görmək olar?
Elə  bilirdim  ki,  o,  “bağışlayın”,  “başa  düşürəm”  sözləri 
ilə kənara çəkiləcək. Bu baş vermədiyindən, bir neçə saniyə 
ona qəti və birmənalı şəkildə nə demək lazım olduğu barədə 
düşündüm. Bu anda döşəməyə baxırdım və birdən gördüm 
ki, cavan oğlanın ayağında eynilə mənim kumirimin geyin-
diyi  çəkmələrdən  var.  O,  qəşəng,  zərif,  tozlanmayan  zamş 
çəkmələr geyinmişdi – Şirvindtin çəkmələrindən! Ümumiy-
yətlə, bu hündürboylu cavan oğlanın “sovet adamı”na mən-
sub olmayan siması var idi. 
Dedim:
- Bilirsiniz, cavan oğlan, mən Şukin məktəbində oxuyu-
ram, sabah məşqlər arasında mənim azacıq vaxtım olacaq. 




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə