Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.

səhifə5/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   70

20
BALACA OĞLANI NECƏ KİŞİYƏ ÇEVİRMƏK OLAR? 
Biz tanış olanda Aleksey sovet diplomatları ailəsinin ər-
köyün  övladı,  MDBMİ-nin  tələbəsi  idi.  Teatr  institutlarının 
tələbələri  özlərini gələcəyin xalq artistləri kimi, Beynəlxalq 
münasibətlər institutunun üçüncü kurs tələbələri də özlərini 
ən azı səfir kimi görürlər. Aleksey səfir  təyinatı almış kimi 
təşəxxüslə gəzir, kostyum geyinir və qalstuk taxırdı. O, dip-
lomatik karyeraya və xəyalında qurduğu gələcək həyata ha-
zırlaşırdı.
Ona  zəng  edirdim:  “Məndə  “Yunona  və  Avos”a  kontra-
marka var”. Mənim bütün dostlarım, kurs yoldaşlarım Len-
komda  tamaşanın  premyerasında  iştirak  etmək,  bütöv  bir 
dövrü müəyyənləşdirən hadisənin iştirakçısı olmaq üçün hət-
ta dekorasiya tirlərindən asılı qalmağa hazır idilər. O isə imti-
na edirdi: yox-yox, mən indi gələ bilmərəm, sabah “zaçotum” 
var.  Özüm-özümdən  soruşurdum:  “Nina,  doğrudanmı  sən 
quru, hissiyyatsız iyirmi yaşlı təqaüdçüyə vurulmusan?” Bu 
xüsusiyyətlər  məni  heyrətləndirir,  hissiyyatıma  toxunurdu, 
başa düşürdüm ki, bununla barışmaq mümkün deyil, məmur-
la yaşaya bilmərəm – o, mütləq yaradıcı şəxsiyyət olmalıdır.
Bununla  belə, Aleksey  xarici  işlər  nazirliyinin  işçisi,  hə-
min nazirlikdə çalışan şəxsin oğlu kimi ilk qeyri-adi addımı-
nı mənim üçün atdı.
Bir  dəfə  onlara  qonaq  gələndə,  o  məni  qarşılamaq  üçün 
mənzildən çıxdı və elə həmin anda qapı çırpılıb bağlandı. Biz 
ya onun valideynlərinin gəlməyini gözləməli, ya da başqa bir 
yol tapmalı idik. Mən isə təcili olaraq ondan hansısa kitabı 
götürməliydim.
Yay idi. Biz küçəyə çıxdıq və gördüm ki, eyvanın qapısı 
açıqdır, altıncı və yeddinci mərtəbələrin eyvanları arasında-
kı  məsafə  isə  cavan  oğlan  üçün  böyük  deyil.  O,  özünün  1 
metr 82 santimetrlik boyuna güvənib, yuxarı eyvandan iplə 
sallana bilərdi. Mən ona bu yolla öz mənzillərinin eyvanına 


21
19 yaşında 
olanda 
mənə belə 
yaxınlaşdı...
...biz evlənəndə 
isə belə qartala 
çevrildi


tullanmağı təklif etdim. 
Gəncliyin  öz  üstünlükləri  var  –  təcrübəli  yaşa  dolmuş 
adamın heç vaxt ağlına gəlmədiyini qərar kimi qəbul eləmək 
və bunu gerçəkləşdirmək. 
Mənim planımın hazırlanmasına bir saniyə lazım oldu:
- Gəl ip alaq və qonşuların eyvanından sizinkinə enək. 
- Yox, mən bunu etməyəcəyəm, - Aleksey imtina etdi. 
Bu  artıq  çağırış  idi.  Mən  ekzistensial  seçim  qarşısında 
idim  –  gələcək  ərim  qeyri-adi  hərəkət  etməyə  qadirdir,  ya 
yox? Dedim ki, özüm tullanaram. 
- Mənim çəkim yüngüldür, sən mənə sadəcə kömək edər-
sən. 
“Əgər o razılaşarsa, enərəm, qapını onun üçün açaram və 
bundan sonra həmişəlik gedərəm”, - özüm üçün qərar ver-
dim.
Evin  yaxınlığındakı  təsərrüfat  malları  mağazasında 
məqsədim  üçün  yararlı  qalın  paltar  ipi  tapıldı.  Gərgin  sü-
kut içində geri qayıtdıq. Bloka girəndə Alekseyin simasında 
fikir tufanı sezilirdi: özü, mən, həyat haqqında, necə olmaq 
haqqında  təsəvvürlər...  Qorxudan  başqa  hər  şey  vardı.  Ən 
pisi kişinin qorxaqlığıdır. O, qeyri-adi hərəkət edəndə, hət-
ta sərsəm hərəkət olsa belə, əmin ola bilərsiniz, özününkü-
nü həmişə müdafiə edəcək – öz qadınını, uşağını, evini. Biz 
yeddinci mərtəbəyə qalxanda, Aleksey iplə özünün enməsi 
barədə qərar verdi. Sevincimin həddi-hüdudu yox idi:
-  Mən  səni  çox  güclü  sığortalayacam,  açılmayan  ilgək 
bağlayacam!  –  deyə  onu  inandırırdım.  Başa  düşürdüm  ki, 
bu an onu inandırmaq lazımdır ki, mənasız təsadüf baş ver-
məyəcək. Çünki yöndəmsiz hərəkət nəticəsində çıxıntılara 
ilişmək riski az deyildi. 
Sığorta  doğrudan  da  alpinistlərdə  olduğu  kimi  alındı. 
Aleksey  öz  eyvanlarının  nazik  məhəccərində  dayandı  və 
içəri  tullandı.  Qapını  mənə  artıq  başqa  adam  açdı.  Ona 
kimi mən balaca oğlanı tanıyırdım. İndi qarşımda kişi da-
yanmışdı.


23
ŞUKİN ADINA MƏKTƏBƏ GEDƏN YOL
Uşaqlıq ecazkar dövrdür. Uşaqlığın ən maraqlı məkan-
larından biri... qumluqdur. Oğlan uşaqları orada həvəslə 
özüboşaldan  maşınlara  qum  doldurur,  qızlar  isə  qumlu-
ğun  künclərində  “sirlərini”  dəfn  edirlər.  Yəni  müxtəlif 
muncuqları, rəngbərəng daşları və bəzən də xırda pulları.  
Orada  həmçinin,  yaxınlıqda  tapılmış  ölü  böcəklər, 
kəpənəklər,  parabüzənlər  dəfn  olunur.  Əgər  kimsə  ölü 
quş, yaxud yuvadan düşmüş quş balası tapırsa, kiçik mə-
zarın  üzərinə  bir-birinə  bağlanmış  xırdaca  budaqlardan 
xaç da qoyurlar.
Ola bilsin ki, televizor, kompüter və digər qacetlərlə bö-
yüyən  indiki  balacalar  üçün  qumluq  uşaq  ehtiraslarının, 
sirlərinin, iş birliklərinin episentri deyil. Amma bizim nəsil 
yetkin həyata məhz belə qumluqlardan atılıb. Bizim qum sa-
atından keçib gedən zamanımızın hesablanması oradan baş-
layır. Sonra isə saat dönür. Yeni sikl, yeni mərhələ başlayır, 
dekorasiyalar  surətlə  dəyişir  və  hər  kəsin  qarşısında  onun 
əsas yolu açılır. 
Mənim üçün belə bir yol Şukin adına məktəbə gedən yol 
oldu.
Məktəbin binası Köhnə və Yeni Arbat arasındakı dalanda 
yerləşir. Qarış-qarış gəzdiyim bu rayonu yaxşı tanıyıram.
Gənclik təkəbbürlü olur. Əksər hallarda. Məsələn, tələsə-
tələsə keçib getdiyin küçənin beş yüz il əvvəl salınması xü-
susi  ehtiram  doğurmur.  Elə  çox  sevdiyim  Vaxtanqov  teat-
rının knyaz Qolitsinlərin keçmiş malikanəsində yerləşməsi, 
53-cü evdə vaxtilə böyük Puşkinin yaşaması, Şukin məktə-
bindən  bir neçə metrlik məsafədə isə bəstəkar Skryabinin 
çalışması da. 
Yesenin,  Mayakovski,  Belıy  gecələrini  “Arbatskiy  pod-
val” kafesində keçirirlərmiş. Bir neçə il sonra isə buradaca 
yerləşən taxta mülkə Bulqakov köçüb. 




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə