Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə6/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
#19276
1   2   3   4   5   6   7   8   9   ...   70

24
Bizim  üçün  isə  öz  başımıza  gələnlər  maraqlı  idi:  bax, 
burada  ilk  dəfə  öpüşmüsən,  ora  ən  yaxşı    dondurmanın 
satıldığı yerdir. Bu da ətirli kəsmik aldığımız “Dieta” ma-
ğazası. O evin yanında isə hansısa ədəbsizə həyatımda ilk 
silləni vurmuşam.
“Ustad  və  Marqarita”  işıq  üzü  görəndə  küçəyə  maraq 
kəskin surətdə artdı. 
Xüsusilə, Marqarita cadugərə çevrilib sonra süpürgənin 
tərkinə minərək “küncdəki doğma teatr binasının göz qa-
maşdıran işıqlarının yanından”  uçub keçdikdən sonra.
Xatırlayırsınızsa, Marqarita daha sonra məktəbin bina-
sı üzərindən Povarskaya küçəsinə, məşhur Moskva Ədib-
lər evinə, romanda cəhənnəm zəbanı ilə alovlanan binaya 
tərəf uçur.
Marqarita  indi  Yeni Arbat  adlanan  küçənin  üzərindən 
də  keçib  gedir.  Mənim  tələbəlik  dövrümdə  bura  Kalinin 
prospekti idi. Bulqakovun dövründə isə şəhərin tarixi his-
səsi  olub,  dalanları,  meydanları,  meydançaları  ilə  Köhnə 
Arbata çox bənzəyirdi.
Lakin 1963-cü ildə, ölkəni Nikita Xruşov idarə edərkən 
məhz burada şüşə və betondan möcüzə yaratmaq – Kali-
nin prospektini salmaq qərara alındı. 
Altı hündürmərtəbəli binadan ibarət prospektin  mema-
rı  Mixail  Posoxin  idi.  Bütün  bu  işlərin  təşəbbüskarı  kimi 
Sovet  İttifaqı  Kommunist  Partiyasının  Baş  katibi  Nikita 
Xruşov çıxış edirdi. O vaxta kimi Xruşov iki dəfə Amerika-
da olmuşdu. Onu Amerika dəbdəbəsi ilə qəbul etmişdilər 
və baş katib xoş təəssüratlarla qayıtmışdı. 
SSRİ-yə  o  vaxt  hədsiz  hörmət  edirdilər  (axı  məşhur 
peyk  yerətrafı  orbitə  buraxılmışdı)  və  çox  qorxurdular. 
Yeri gəlmişkən, Xruşov özü də ABŞ-a ikinci səfəri zamanı 
BMT Baş Məclisində çıxışı zamanı “hay-küy” qaldırmışdı. 
Onda Xruşov ABŞ nümayəndəsinin çıxışına etiraz edərək, 
çəkmələri ilə tribunanı döyəcləmişdi. Yəni biz sizə Kuzka-
nın  anasını  göstərərik!  Biz  axı  burun  deşiyimizlə  milçək 
öldürmürük  və  kələm  şorbasını  çarıqla  içmirik.  Xruşov 


25
“Gözləri fara kimi iki metr qabaqdakı yolu işıqlandırır”, – 
qəbul komissiyasında haqqımda belə demişdilər


26
belə  danışmağı  sevirdi.  Tərcüməçilər  bu  sözlərdə  adətən 
çaşıb qalırdılar: əvvəla heç bir dildə nə Kuzka, nə də onun 
anası yoxdur. Olmayan adamı necə göstərmək olar? O ki, 
qaldı  çarıq  və  milçəklərə,  xaricilər  bu  məsələni  də  anla-
ya bilmirdilər. Qayınatam həmin vaxt öz ailəsi ilə Parisdə 
yaşayır, YUNESKO-da işləyirdi. Bir çox dünya ölkələrinin 
diplomatları onlardan “Kuzkanın anasının” nə demək ol-
duğunu soruşurlarmış.
Bu, sonralar olmuşdu. O vaxt, birinci dəfə isə Nyu-York 
Nikita  Xruşovu  gülərüzlə  qarşılayaraq,  kapitalizmin  bü-
tün üstünlükləri ilə heyrətləndirməyə çalışmışdı. 
ABŞ prezidenti Duayt Eyzenhauer ali qonağın şərəfinə 
Manhettenin  ən  yüksək  nöqtəsində,  məşhur  Empire  Sta-
te  Building-in  damında  dəbdəbəli  ziyafət  təşkil  etmişdi. 
Qəbulda  Hollivud  ulduzları,  məşhur  yazıçı  və  rəssamlar 
iştirak edirdi. Nur saçaraq səmaya yüksələn Amerika göy-
dələnlərini isə məşhur Merilin Monro göstərirmiş. Xruşo-
vun  nəfəsi  tutulmuşdu,  lakin  o  bunu  biruzə  vermirdi. 
Moskvaya qayıtdıqda isə dərhal sosialist paytaxtında “öz 
göydələnlərimiz” üçün yer tapılmasını əmr edir. “Ameri-
kaya  çataq  və  onu  ötək!”  –  uzun  illər  ərzində  onun  SSRİ 
üçün şüarı idi. Bunun üçün qədim şəhərin Köhnə Arbata 
oxşar bir hissəsini dağıtmaq lazım gəldi. Hər yeri qazdılar, 
şumladılar və xalq arasında “Mişkanın kitabları” (memar 
Mixail  Posoxinin  adı  ilə)  kimi  tanınan  indi  gördüyünüz 
açıq kitaba oxşayan Yeni Arbatın, o vaxt isə Kalinin pros-
pektinin hündürmərtəbəli binalarını tikdilər. Gənclər çox 
sevinirdi.
Kalinin  prospektinin  göydələnləri  təzəliyi  və  şüşə  iş-
ləmələri ilə parıldayaraq, paytaxtın azsaylı işıqlarını, na-
dir maşınları, B və 2 saylı trolleybusları əks etdirərək, pay-
taxtın özünü belə Qərb sayan SSRİ sakinlərində əsil qərb 
dünyasının  heyrətamiz təəssüratını doğururdu. Prospek-
tin mərkəzində iki “məbəd”, iki “gözəllik möcüzəsi” açıl-
mışdı. Onlardan biri “Çarodeyka” bərbər salonu, ikincisi 
isə  Gözəllik  institutu  idi.  Nə  az,  nə  çox.  Sovetcəsinə  bir-


başa və səmimi. Yəni ünvanı bilirsiniz, çalışın ki, buraya 
düşəsiniz və gözəlləşib çıxasınız. 
Biz,  Şukin  məktəbinin  tələbələri,  institutun  yanından 
keçərək elə buradaca, bir meydançada olan “Çarodeyka”-
ya  gedəndə  çox  vaxt  zarafatlaşırdıq:  “Qızlar,  içəri  girək? 
Gözəlləşərik!”
“Çarodeyka”nın birinci mərtəbəsində kişi salonu vardı. 
İkinci mərtəbədə isə Sovet İttifaqının ən yaxşı ustalarının 
işlədiyi  qadın  zalı  və  kafe  yerləşirdi.  Biz  orada  saçımızı 
düzəltdirə bilmirdik, çünki qiymətlər yüksək idi, bizim 30 
rubulluq təqaüdümüzə uyğun deyildi. Əsasən kafedə otu-
rurduq.  Burada  mayonezli  yumurta,  yaşıl  banka  noxudu 
ilə sosis və limon, yaxud südlə qəhvə verilirdi. 
Moskvanın məşhur valyuta fahişələri saçlarına burada 
sığal  verirdilər.  Bərbərlər  adətləri  üzrə  qeybət  qırırdılar: 
“Nəyə  görə  buna...valyuta  ödəyirlər?  Axı,  nəyə  oxşayır-
lar?  Əgər  saç  düzümü  olmasaydı,  onu  da  mən  etmişəm, 
ümumiyyətlə, baxmalı heç nəyi olmazdı”.
Biz  gənc,  qayğısız  idik  və  korlanmamışdıq.  “Çaro-
deyka”da  işləyənlərin  hamısı  bizə  rəğbətlə  yanaşırdılar. 
Məsələn,    Taneçka,  qəhvə  süzərkən  mayonezli  yumurta 
üçün pul götürməyə bilərdi. Bilirdi ki, borcumuzu qayta-
racağıq. Manikürçü İnnoçka isə pulsuz dırnaqlarımı rəng-
ləyə bilərdi: “Yaxşı, get! Səndən nə alacam? Gedək, qəhvə 
içək”.  Onlar  hətta  gələcəyin  məşhurları  ilə  qəhvə  içmək-
dən qürur duyurdular. Məhz orada bir qurtum qəhvə ilə 
bir damla kübarlıq udmaq mümkün idi. Hər kəs öz qrupu 
ilə  otururdu.  Biz  maraqla  yüngüləxlaqlı  qadınların  dav-
ranışını izləyirdik – birdən haradasa onların birinin rolu-
nu oynamaq lazım gələr. “Məhəbbət aşiqləri” bizə, “teatr 
aşiqlərinə” həsədlə baxırdılar. Teatr institutunun tələbələ-
ri olmaq necə də yaxşıdır.


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə