Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə62/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
#19276
1   ...   58   59   60   61   62   63   64   65   ...   70

261
kişi idi. Qadınlar onun uğrunda mübarizə aparırdılar. Görü-
nür, onlardan biri hesab edib ki, o, gəlmə rus müğənnisinə 
deyil, ona məxsus olmalıdır. Qalanları isə artıq sadəcə tex-
nikadır: bədrlənmiş ay, gecə, bir neçə yanan şam, əsən qara 
saçlar, anlaşılmaz ovsun və teatr afişasındakı fotoya sancıl-
mış qaynar iynələr. Və bütün bunlar çox güman ki, Sloboda-
nın sevimli çorbasının bişirilmə qaydasını ətraflı təsvir edən 
kulinariya kitablarının yanındakı mətbəxdə baş vermişdi...
Amma bu hadisələrdən çox əvvəl, Belqradda bu əhvalat 
mənə  serblərin  sevimli  şəhərlərinin  gələcək  bombalanması 
qədər uzaq idi. 
O vaxt 1993-cü ildə serblər qalib gəlirdilər və “Böyük Ser-
biya”  naminə  tostlar  hər  bir  restoranda  səslənirdi.  Dunay 
körpüləri hələ NATO aviasiyası tərəfindən bombalanmamış-
dı. Miloşeviç ölkəni inamla idarə edirdi. Heç kəs güman edə 
bilməzdi ki, bu şəxs 10 il sonra qürbətdə, həbsxanada öləcək, 
Karaciç isə Haaqa tribunalı qarşısında durmalı olacaq. 
Embarqo da restoran həyatını dondura bilməmişdi. Resto-
ranlar şəhərdə də çoxdu, sahilə yan almış çoxsaylı gəmilərdə 
də. Bütün bu üzən restoranlar tipik Balkan üslubunda işlən-
mişdi. Məlum deyil, Avropa üslubu, yoxsa şərq koloriti çox 
idi. Hər birində dörd-beş musiqiçidən ibarət orkestr var idi, 
onlar serb xalq mahnılarını ifa edirdilər. Serb melodiyaların-
da bir qayda olaraq, güclü türk motivləri var. Mahnıların sü-
jetləri isə bəsitdir: kişilər müharibəyə gedirlər, ölüm, həyat 
yoldaşının sədaqəti, döyüş meydanlarındakı qəhrəmanlıq. 
Məsələn, Monteneqroda kişinin evdə, öz yatağında qoca-
lıqdan ölməsi ayıb hesab olunurdu. O hökmən döyüşçü kimi 
ölməli idi. 
“Bütün bunların ancaq mahnılarda, əfsanələrdə və əsatir-
lərdə olması yaxşıdır, - mən düşünürdüm. – Amma bunlara 
gündəlik həyatda rast gəlmək çox dəhşətlidir!”
Mən cəbhə xəttinə səfərimizi və terrasda oturaraq əli ilə 
təpələrin  arxasındakı  döyüş  yerlərini  göstərən  nümayəndə 
heyətimizin üzvlərindən biri ilə söhbəti xatırlayırdım. 
- O iki qəbirstanlığa bax, - o deyirdi. – Biri – dağın başın-
dakı, sahibsiz, bosniyalılarındır. O birisi – dağın ətəyindəki, 


262
təzə salınmış serb qəbristanlığıdır. Bax: bizdə şəhərcik ovu-
cun içindəki kimidir, bir tərəfdə hər şey bombaların düşmə-
sindən yanıb, digər tərəfdə - uşaqlar velosiped sürür, ipdən 
yelləncək asırlar...
* * *
P.S. Artıq 12 ildir, Serbiya və serblər döyüşmürlər. Elə gö-
rünür ki, yaxşıdır! Amma bu illər ərzində onları prezidentlə-
rini xarici məhkəməyə verməyə məcbur etdilər, elə orada da 
öldü. Serbləri onlar üçün müqəddəs torpaq olan Kosovanın 
itkisi  ilə  barışmağa  vadar  etdilər.  Qədim  mədəniyyət  əvə-
zinə onlara koka-kola və hamburgerlər sırıdılar, xəyallarının 
üfüqlərini isə göz önündəcə dağılan Avropa Birliyinə daxil 
olmaq  haqqında  zəhlətökən  ideya  ilə  məhdudlaşdırdılar... 
Öz döyüşçüləri və tarixləri ilə iftixar etmələri serbləri həmişə 
fərqləndirirdi.  Bəs  bu  gün,  devrilmiş  və  zorlanmış  ölkədə 
onlar nə ilə fəxr etsinlər? 


263
Qəddafi Tripolidə. Əzablı ölümdən bir il əvvəl. Əli buz kimi 
soyuq idi, sifəti isə ölüm maskasını xatırladırdı. Qəddafi öz 
sonunu hiss edirdimi?


264
GEYŞA NEÇƏYƏDİR?
BƏS KİMONO?
Səhər saat 4.30 idi. “Nyu-Otani” mehmanxanasının on bi-
rinci mərtəsindəki otağımda yatağı kiminsə möhkəm tərpət-
diyini  hiss  edib  oyandım.  Gözlərimi  açanda  yaxınlıqda  heç 
kəsin  olmadığını,  amma  təkcə  yatağın  yox,  bütün  otağın 
silkələndiyini  gördüm.  “Alyoşa!”  –  hündürdən  ərimi  çağır-
dım. “Nina! – o, vanna otağından qışqırdı. – Bu, zəlzələdir! 
Tez ol!!”
Qorxmuş  halda,  yataq  ağına  bürünərək  Alekseyin  ardın-
ca  mehmanxananın  dəhlizinə  yüyürdüm.  Döşəmə  tərpənir, 
divarlar  silkələnirdi.  Qonşu  nömrədən  pijama  tumanında 
və  Mikki  Mauslu  maykada  vəhşicəsinə  “What’s  the  hell?!”, 
“What’s the fuck?!” deyə bağıraraq, dünən barda tanış oldu-
ğumuz, nəhəng, həyəcandan, ya da qan təzyiqindən qızarmış 
amerikalı bizə tərəf qaçırdı. 
Yeri gəlmişkən, qaçmağa yer yox idi: zəlzələ vaxtı liftə min-
mək olmaz, pilləkənlə də qaçmaq mümkün deyil. 
Bu anda başında mehmanxana papağı və xrizantema rən-
gində uniforma geyinmiş yapon qızı göründü:
-  Everyrhing’s  all  right?  Everything’s  all  right,  -  melodik 
səsli qız bizə tərəf gəldi. 
- Hara qaçaq? Necə yəni ol rayt? Bu ki, zəlzələdir!!! – Biz 
çaşqın halda və dəhşətlə ona baxırdıq.
Ürəyimiz  şiddətlə  döyünürdü,  qapılar  şaqqıldayır,  yuxu-
lu,  qorxmuş  adamlar  dəhlizə  çıxırdılar.  İndi  artıq  iki  gənc 
yapon  qız  –  mehmanxananın  əməkdaşları  –  hamımızı  sakit-
ləşdirməyə çalışır, yorulmadan təkrar edirdilər: “Hər şey qay-
dasındadır. Bu normaldır. Güclü deyildi. Heç nə olmayacaq. 
Qorxmayın. İndi hər şey sakitləşəcək”. Və onlar bütün bunları 
psixoterapevtlərin seans vaxtında danışdığı kimi, sakit səslə 
deyirdilər. Əlbəttə, cani-dildən gülümsəmək şərtilə. Əgər tə-


265
kanlar qəfildən kəsilməsəydi, bu adamlar nə edəcəkdilər? 
Sakitləşmiş insanlar mənasız, əsəbi hərəkətlərinə ara ver-
dilər, ətrafda baş verənlərə qulaq asdılar, boylandılar. Bir neçə 
saniyə də sakit yapon-ingilis dilində eşidildi: “Hər şey qayda-
sındadır. Hər şey arxada qaldı. Hər şey qaydasındadır...”
Daha bir neçə andan sonra isə ətrafdakıların hamısı danış-
mağa başladı. İnsanlar həyəcanlarını, təəssüratlarını bölüşür-
dülər,  hərdən  bir-birinin  gülməli  görkəmlərinə    baxanların 
ümumi  qəhqəhəsi  səslənirdi.  Həppi-end  hiss  olunurdu.  Hər 
şeyin başa çatdığına və təkrar olunmayacağına sonadək inan-
masalar da, insanlar özlərini qaydaya salmaq üçün otaqlarına 
dağılışdılar. 
Nəm saçlı, dəsmala bürünmüş Aleksey vaxt fərqi üzündən 
yata  bilmədiyini  həyəcanla  mənə  danışırdı.  Bürkü  olduğun-
dan və artıq hava işıqlanmağa başladığından, o, duş qəbul et-
mək qərarına gəlib.
- Təsəvvür edirsən, mən yuxarı bərkidilmiş duşun düz al-
tında  dayanmışam,  su  isə  birdən  əyilərək  mənim  yanımdan 
yerə tökülməyə başladı. Nə baş verdiyini dərk etməyə başla-
yırdım ki, sən qışqırdın. İndi onların dolabçalarının üstündəki 
lampaların vintlə bərkidilməsinin səbəbini anladım. Mən gecə 
lampanı özümə yaxın çəkmək istəyirdim ki, bir az oxuyum, 
görürəm, bərkidilib, - o, izah edirdi. – Nə o yana, nə bu yana. 
Ona görə belə ediblər ki, zəlzələ vaxtı kiminsə başına düşmə-
sin.
- İlahi, necə qorxuludur! Doğrudanmı, bu, bir dəqiqədən az 
çəkdi? – mən heyrətləndim.
- Hə, onlar deyirlər ki, bu qısa təkan idi, 55 saniyəlik, - ərim 
mənə cavab verdi.
- Gedək aşağı – öyrənərik.
Biz geyinib, holla düşdük. Saatın erkən olmasına rəğmən, 
orada xeyli adam var idi. Çay, gül və daha nəyinsə çox zərif və 
təmiz ətri gəlirdi. Ofisiantlar cəldliklə masalara səhər yemə-
yi düzürdülər. Belə erkən və bu qədər sayda onlar haradan 
peyda olmuşdular? Biz yemək istəmirdik və mehmanxananın 
yanındakı bağa çıxdıq.
Sübh  günəşində  hər  şey  ecazkar  görünürdü.  Ortasında 


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə