Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə63/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
#19276
1   ...   59   60   61   62   63   64   65   66   ...   70

266
qırmızı körpü olan göl. Artıq açılmış ağ suzanbağı. Lotoslar. 
Çiçəklər.  Gölə  tökülən  bulaqların  şırıltısı.  Ağac  parçın  yek-
nəsək  səsi:  su  onun  ağzına  kimi  dolanda,  çevrilir,  bütün  su 
tökülür və yenidən metronom kimi – tıp – tıp – şırr.
Bu müalicəvi gözəllik içərisində inanmaq çətin idi ki, hələ 
bir saat bundan əvvəl bütün bunlar əbədi olaraq yox ola bilər-
dilər. Bizim ilk dəfə yaşadığımız zəlzələ bütün günün möv-
zusu oldu. Buna görə də səhər yeməyindən sonra arxamızca 
gələn  müşayiətçimiz,  rus  dilində  maraqlı  yapon  ləhcəsi  ilə 
danışan  Eriko-sana  ilk  sualımız  əlbəttə  ki,  belə  oldu:  “Əgər  
yenidən zəlzələ baş versə, hara qaçmaq lazımdır?” 
-  Yaponlar  zəlzələ  zamanı  heç  vaxt  qaçmırlar,  -  yüngülcə 
gülümsəyərək, Eriko-san cavab verdi. – Onlar olduğu yerdəcə 
yerə oturur və hər şeyin başa çatmasını gözləyirlər. Ən yaxşısı 
masanın altında gizlənməkdir, - mənim gözlərimdəki şübhəni 
görüb, Eriko əlavə etdi. – Düşən əşyaların xətər yetirməməsi 
üçün. 
- Sizdə tez-tez belə hallar baş verir? – Alyoşa soruşdu.
-  Bəli,  tez-tez.  Bəlkə  bu  gün  yenə  olacaq. Amma  o  qədər 
güclüsü gözlənilmir. Səhərki kimi. Demək olar ki, bütün Toki-
onu dağıdan ən güclü zəlzələ 1923-cü ildə baş verib. Növbəti 
belə güclü zəlzələ 100 il sonra olmalıdır. Amma hələ olmayıb. 
Gözləyirik. 
- Bəs növbəti zəlzələnin baş verəcəyi ilə bağlı sizə xəbərdar-
lıq edilmir?  -biz sakitləşmirdik.
- Bəs necə, xəbərdarlıq ediblər. Yüz il sonra başqası, sunami 
ilə olacaq. 
- Amma o hələ olmayıb? Elədir?
- Elədir, elədir, - Erika sakitcə cavab verdi. – Olacaq. – Onun 
səsində məni qorxudan əminlik var idi.
- Bəs nə vaxt olacaq? Bəlkə bu gün, yaxud sabah? Bəlkə elə 
biz burda olanda?
- Bəli, ola bilər. 
-  Onlar  heç  olmasa  insanları  xəbərdar  edirlər?  Hər  halda 
sunamidir...
- Onlar artıq xəbərdarlıq ediblər – yüz ildən bir... – Erika 
yenidən mənə izah etdi.


267
Kiotoda, İkenobo İnstitutunun tələbəsi kimi məni mərasimlə 
qarşıladılar. Orada təhsil kursu 10 illikdir
Mənim institutda müəllimim (sensey) çiçək kompozisiyamı
qəbul etdi


268
-  Nə  etmək  lazımdır,  Eriko-san?  –  düz  gözlərinin  içinə 
baxaraq, ondan hansısa məsləhət almaqa, ya da ki ümumiy-
yətlə, nəsə sakitləşdirici bir söz eşitmək istəyirdim.
- Nina-san, heç nə etmək lazım deyil, - Eriko mənə cavab 
verdi. – Bütün bunlar tez baş verir. Heç yerə qaçmaq lazım 
deyil. Daha pis ola bilər. Yaponiyalı oturub, taleyini gözləyir 
və dua edir. 
Mən  özümü  aldadılmış  kimi  hiss  etdim.  Necə  ola  bilər? 
Axı hər şey necə də yaxşı başlamışdı...
Biz Tokioya Yaponiya hökumətinin dəvətilə iyulda gəlmiş-
dik. Aeroportda bizi qara, uzun “Toyota-Sençuri” gözləyirdi. 
Onun güzgü kimi parlaq, qara laklı səthinə bizim, baqajımı-
zın, əşyalarımızı maşına yükləməkdə yardım edən ciddi qara 
qalstuklu sürücünün, qara papaqlı incə Erikanın əksi düşür-
dü.
- Bu nə maşındır belə? – mənim hər şey xoşuma gəlirdi!
-  Bu,  hökumət  “Toyota”sıdır.  Baş  nazir  Koedzuminin  də 
eynilə belə maşını var. Bu yapon maşını “Çençuri”dir,  - bizi 
qarşılayan  müşayiətçi  gülməli  tərzdə  ifadə  etdi.  Biz  yapon 
milli qüruru olan maşının sərinliyinə daldıq. 
Salonda bizi sərinləşdirici içkilər, zərif çaydan, üsgüyə ox-
şayan  balaca  fincanlar,  içində  qaynar  su  olan  termos  gözlə-
yirdi.  Sakit, həzin musiqi səslənirdi və adamı dərhal başqa 
dünyaya aparırdı. 
Eriko-san qabaq oturacaqdan “buyurun”, deyərək, qapa-
ğının altından par çıxan kiçik səbəti bizə uzatdı. Mən elə bil-
dim ki, orada hansısa yemək var və qonaqpərvərlik qaydala-
rına görə, onu dərhal yeməlisən. 
Amma Alyoşa hörmə qapağı qaldıranda yüngül parfümer 
ətrindən aydın oldu ki, bunlar əl-üz silmək üçün qar kimi ağ 
nəm  salfetlərdir.  Onlar  ağ  əməköməci  kimi  qoyulmuşdular 
və  lotosun  ağ-çəhrayı  qönçəsi  ətrafında  yerləşdirilmişdilər. 
Biz  dərhal  xoş  rayihə  saçan  salfetləri  öz  sifətimizin  üstünə 
qoyduq,  oturacağın  arxasına  söykənərək,  yumulu  gözlərlə 
bir-birimizin əlini sıxdıq. “Bu ki, cənnətdir!” – bu əlsıxmanın 
yeganə mənası bu idi.
Nəzakətlə pauza verərək, Eriko-san çay dəmləməyi təklif 


269
etdi. “Biz bu üsküklərdən qaynar çayı necə içəcəyik – bəs tö-
külməyəcək?”  –  fikirləşdim.  Elə  bu  anda  bizim  mindiyimiz 
nəqliyyat möcüzəsi yerindən tərpəndi.
- O gəmi kimi üzür, ancaq ləngər vurmurdu. Mən burda 
yaşamaq istəyirəm, - ağzımdan çıxdı.
Alyoşa və Erika gülüşdülər. O, mənim sözlərimi sürücüyə 
tərcümə etdi. Sürücü qürurla cavab verdi:
-  Cəmi  min  belə  maşın  var.  Yaponiyada  onları  heç  kimə 
satmırlar.
Çay suda dəmlənmiş  samanla yoncaya oxşayırdı, marme-
lad şirin deyildi, görünür, bitki tərkibli idi. Maşın çalxalan-
madan gedirdi – hər şey bayram və gözəgörünməz möcüzə 
vəd edirdi. 
- Aleksey-san,  -  Erika  yenidən  çağırdı,  -  zəhmət  olmasa, 
proqramı  götürün.  Əvvəlcə  sizin  çıxışınızdır.  Bir  saat  çəkə-
cək. Daha yarım saat suallar və cavablar olacaq. Sonra sizin 
XİN-də görüşünüz olacaq, görüşdən sonra yapon televiziyası 
sizdən müsahibə götürəcək. 20.15-də isə sizin bizim XİN-in 
rus şöbəsinin rəhbərliyi ilə görüşünüz olacaq. Nina-sanı mən 
şam  yeməyinə  gətirəcəyəm.  İndi  sizin  istirahət  üçün  iyirmi 
beş dəqiqəniz var. Mən aşağıda, hollda gözləyəcəm. 
Biz “Nyu-Otani” mehmanxanasına yaxınlaşdıq. Nə vaxtsa, 
on  beş  il  öncə  Yeltsin  Yaponiyaya  ilk  səfəri  zamanı  burada 
qalmışdı. 
- Bu, çox yaxşıdır, köhnə Tokio, Akasuka rayonu yaxınlıq-
dadır, - Eriko-san izah etdi. – Və zəlzələyə davamlıdır.
Pəncərənin  o  biri  üzündə  mənzərələr  tez-tez  dəyişirdi: 
sürətli  şosseni  yaşıl  təpələr,  qarmaqşəkilli,  əyri-üyrü  şam-
lar, qırmızı-sarı-yaşıl, sanki qəsdən doğranmış ağcaqayınlar, 
çiçəkli çəmənliklər, bunların ardınca isə sırsıra kimi parılda-
yan  göydələnlər  əvəzləyirdi.  Bunlar  adamın  nəzərlərini  çə-
kir, pəncərədən ayrılmağa qoymurdu. Kino. Yaponiya. Tokio. 
Amma  görünür,  bu  gözəllikdən  ancaq  mən  həzz  alacağam. 
Mənim  yazıq  ərim  isə  həmişəki  kimi,  işləyəcək,  işləyəcək, 
yalnız  fasilələrdə  çay  mərasimləri  (urasanke),  Kabuki  teatrı 
və yapon mətbəxilə tanış olacaq. Yeri gəlmişkən, ərim yapon 
mətbəxini çox sevirdi. 


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə