Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə66/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
#19276
1   ...   62   63   64   65   66   67   68   69   70

279
Nikolay Tsiskeridze ilə. Məğlubedilməz. Həmin gecə Böyük 
Teatrda onu təqib edənlər olmayacağını öyrəndim
“Ey, səma, şlyapanı çıxart!” – dünyada ilk qadın-kosmonavt 
Valentina Tereşkova qışqırdı


280
İttifaqı  ondan,  məşhur  mahnı  və  operalar  müəllifindən  xa-
hiş edib ki, Latın Amerikasından gələn yaşlı qadın-bəstəkarı 
evinə nahara dəvət etsin. Məqsəd qərbdən olan həmkarlara 
sovet  bəstəkarlarının  necə  yaşadıqlarını  nümayiş  etdirmək 
imiş.  Jurbinlər  Moskvanın  ən  yaxşı  mənzillərindən  birində 
yaşayırlarmış. Əlbəttə ki, onlarda nəhəng royal da vardı.
Russayağı yeyib-içəndən sonra, qonaqpərvər ev sahibi royal 
arxasında oturaraq öz əsərlərini ifa etməyə başlayıb. Demək olar 
ki, hər birindən sonra deyib: “Bu 80-ci illərin xiti idi”, “bunu isə 
üç il öncə yazmışam”, “bu, mənim indi teatrlarda gedən “Orfey 
və Evridika” operamdan fraqmentdir”.
İrina coşmuş ərinə işarə edib:
- Jurbin, qoy qonaq da ifa etsin.
-  Nə  danışırsınız,  nə  danışırsınız,  -  meksikalı  qadın  imtina 
edib. – Mən bacarmaram, mənim heç repertuarım da yoxdur. 
Siz elə gözəl ifa edirisini ki! Davam edin!
- Yox, yox, siz də bəstəkarsınız, həmkarsınız, - Saşa onu ruh-
landırıb. – Buyurun, biz sizin əsərlərdən heç olmasa birini din-
ləmək istəyirik!..
Yaşlı qadın royal arxasında əyləşdikdən sonra günahkarcası-
na deyib:
- Əslində mən yalnız bir dənə məşhur mahnı yazmışam. O 
da – on altı yaşımda.
Bir neçə akkord götürüb. İra və Saşa dərhal bütün dünyada 
məşhur olan “Besame muco”nu tanıyıblar. Konsuelo Velaskes 
Torres onların evində idi...
“Tusovka”larda Zurab Konstantinoviç Seretelini də görmək 
olar. Onun əsərlərini hər yerdə görmək mümkündür. Marbelyi-
adan, Qaqradan, Amerikaya kimi, hər yerdədir. Həm də orada 
onun əsərlərinin ölçüləri heç kimi təşvişə salmır.
Mən  Zurab  Konstantinoviçlə  İtaliyada  skripkalar  haqqında 
film çəkərkən tanış olmuşam. Mən “Stradivarinin əbədi müəm-
ması”nın çəkilişlərini yenicə bitirmişdim və dahi italiyalını az 
qala öz müasirim kimi dərk edirdim. Hətta indi, Stradivarinin 
ölümündən iki yüz il sonra, ustanın həyatı boyu (o doxsan üç 
il yaşayıb) yaratdığı min yüz alətin bir nəfər tərəfindən hazır-
lanmasının mümkünsüzlüyünü sübut etməyə çalışan adam-


281
lara rast gəlmək mümkündür. 
İnsan üçün mümkün deyil, amma dahinin gücü çatar!
Seretelinin  də  olduqca  çox  sayda  peyzajları,  portretləri, 
heykəlləri, mayolikaları, mozaikaları var. Onun məhsuldar-
lığı inanılmazdır, amma heç nədən başı çıxmayanlar üçün əla 
dedi-qodu mövzusudur: “Bütün bunları sizin Sereteli etmə-
yib! Ona həm burda, həm də Gürcüstanda bütöv artellər işlə-
yir. Bir nəfər bunu edə bilməz”.
Amma  şəxsən  mən  şahidi  olmuşam,  birlikdə  Avstriyada 
olarkən Zurab Konstantinoviç yalnız bir şam yeməyi ərzində 
öz stulunun söykənəcəyinə bütöv qovluq dolusu eskiz qoy-
du. Biz söhbət edirdik, Sereteli isə çəkirdi...
Erkən yaşlardan, hələ Gürcüstanda olarkən, o işləməyə baş-
layıb və bir sıra peşələrə yiyələnib. Uşaq marağı onu müxtəlif 
ustaların  yanına,  müxtəlif  artellərə  aparıb.  Gürcüstanda  isə 
metal üzərində döymələr, mozaikada, gildə, smaltada işləyən 
istedadlı adamlar həmişə olub. Bütün bunlar cəmləşib – onun 
istedadı Gürcüstan təbiəti kimi səxavətlidir.
O, əmindir ki, istedadı yetişdirmək olar. Onun hətta uşaq 
rəsm məktəbi var. Rəssamlıq Akademiyasında o, balaca uşaq-
lar üçün ustad dərsləri verir. Həm də bunu gənc həmkarla-
rının əksəriyyətindən fərqli olaraq pulsuz edir. O, inanır ki, 
uşaqlarda  hətta  sadə  müşahidə  nəticəsində  istedadı  cücərt-
mək olar. Hesab edir ki, əgər uşaqlar rəssamın işini müşahidə 
etdikdən sonra molbert və fırçaya yaxınlaşırlarsa, bu, istedadı 
ortaya çıxara bilər. Uşaqlara verdiyi yeganə sual isə belədir: 
“Hə, bu gün nə çəkəcəyik?”
Onun  palitrasında  rus  peyzajına  xas  olmayan  rənglərin 
uyğunluğu  var.  Sereteli  onlarla  intim  səviyyədə  qarşılıqlı 
əlaqəyə girir. Onun üçün incəsənət – şəhvani mühitdir, onun 
yaratdıqlarının şəxsən iştirakçısı olanda istənilən şübhən da-
ğılır. Onun əlləri daim nəsə çəkir. Daim.
Deyilənə görə, bir çox rəssamlar belə edirlər. Salvador Dali 
hətta kafedə salfetlərin üzərində çəkir və elə həmin rəsmlərlə 
də  yeməyin  pulunu  ödəyirmiş.  Heç  demə,  onun  rus  arvadı 
Yelena  Dmitriyevna  Dyakova  –  Qala,  rəssamın  əskinaslarla 
davrana bilmədiyini kəsdirib, ona çox vaxt pul vermirmiş.  


282
Sereteli  böyüdüyü  torpağın  rənglərini  səxavətlə  rənglərə 
hopdurur.  Görünür,  balaca  Gürcüstanda  onun  qabiliyyəti 
üçün miqyas qıtlığı olub. Rusiya isə - genişdir, Sereteli bura 
həm rəng, həm miqyaslılıq, həm parlaqlıq, həm də fantaziya 
gətirib. Bura, həmçinin, doğma torpağı kimi qəbul etdiyi Ru-
siyaya, Moskvaya. 
Mən onun nəhəng gül dəstələri olan lövhələrini sevirəm. 
Onlar bizim evdə asılıb. Hətta küçədə yağmur və cansız qış 
peyzajı olanda, onun gülləri sayəsində bizdə yayın ortası olur. 
Zurab Konstantinoviçdə əsil rəssam yaddaşı var. O, öz ba-
şında hər xırdalığı, hər kiçik detalı saxlayır. Bir dəfə hansı-
sa  söhbət  zamanı,  mən  ev  tikdiyimi  və  inşaat  işləri  zamanı 
qabiliyyətsiz  inşaatçılara  nifrət  etməyə  başladığımı,  evimə 
dizayner və memarları buraxmadığımı söylədim. Çünki on-
ların istedadları ancaq bir şeydən ibarətdir: səni mağazalara 
aparsınlar və sənin hesabına öz faizlərini qopartsınlar.  
Mən artıq bu söhbəti unutmuşdum, amma Zurab Konstanti-
noviç bir dəfə mənə dedi:
- Sənin tezliklə ad günündür – çiçək içində üzəcəksən.
Mən elə bildim ki, o, qonaqların gətirəcəkləri gül dəstəsindən 
danışır.  Zurab  Konstantinoviçin  köməkçisi  növbəti  gün  zəng 
edərək, mənə cəfəng görünən sual verəndə, çox təəccübləndim:
- Nina, sizin evdəki vanna otağı standart ölçüdə olacaq?
- Sandro, nəyə görə soruşursunuz?
Xatırlamıram,  o,  cavabdan  necə  yayındı,  amma  mən 
həqiqətən nəhəng gül dəstəsi hədiyyə aldım – mənim vanna 
otağıma qoyulmuş pannonu. Zurab Konstantinoviç özü onu 
çəkmiş və kafel təbəqələrinə keçirmişdi. Deməli, nə qədər ki, 
bu  ev  var,  Seretelinin  güllərində  yuyunacağam.  “Dünyanın 
heç bir yerində belə panno yoxdur, - sonralar o, zarafat edir-
di. – Mən heç kimin vanna otağına tərtibat verməmişəm!”
Amma yalnız Gürcüstan torpağı belə istedadlar yetişdir-
mir.  Hələ  sosializm  dövründə  Ulyanov-Leninin  vətənindən 
– keçmiş Simbirskdən – paytaxta gənc Nikas Safronov gəldi.
Otuz il öncə, mənə, gənc anaya, o, az qala küçədə yaxınlaş-
dı. Biz onda küçədə tanış olmurduq – bu pis qəbul olunurdu. 
Deyəsən,  o,  hansısa  Arbat  döngəsini  tanıyıb-tanımadığımı 


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə