Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə67/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
#19276
1   ...   62   63   64   65   66   67   68   69   70

283
Monako şahzadəsi – Albert. Avropanın əsas pleyboyu yalnız 53 
yaşında evləndi


284
soruşdu.  Əlbəttə,  mən  həmin  döngəni  tanıyırdım.  Buralar 
tələbəlik dövründən qarış-qarış gəzdiyim yerlər idi. Mən ona 
ən qısa yolu göstərsəm də o, getmədi. Bildirdi ki, rəssamdır 
və tezliklə çox məşhur insanlar onun ad gününə yığışacaqlar. 
Onun ad günü mənim ad günümlə az qala üst-üstə düşür-
dü,  amma  onda  mən  hələ  onun  bir  sözünə  də  inanmırdım. 
Mənə elə gəlirdi ki, o vaxtın bütün rəssamlarını üzdən tanı-
yıram. Trifonov küçəsi, 456 ünvanında yataqxana yerləşirdi, 
Şukin,  Şepkin,  Surikov  adına  məktəblərin  və  Dövlət  Teatr 
Sənəti  İnstitutunun  (QİTİS)  tələbələri  burada  yaşayırdılar. 
Buna görə də rəssamlar dəstə ilə orada yığışırdılar. Onlar çox 
vaxt bizdən, teatr məktəbinin tələbələrindən onlar üçün poza 
verməyi xahiş edirdilər. Onlar yuyunmur, daranmır, çox vaxt 
uzun saçlı, kobud üst geyimi və çəkmələr geyinirdilər, əlləri-
ni və fırçalarını da geyimlərinə sürtə bilərdilər. Onlar içində 
yaraşıqlılar yox idi. Bütün yaraşıqlılar başqa ünvanlara yolla-
nırdılar – teatr məktəblərinə və Kinematoqrafiya İnstitutuna. 
Mən heç vaxt kişi gözəlliyinə xüsusi dəyər verməmişəm. 
Gözəl kişi sifətində mənim üçün həmişə hansısa çatışmamaz-
lıq olurdu. Çox vaxt bu, aydın şəkildə meydana çıxırdı. Kişi-
nin öz yaraşıqlılığını dərk etməsi bir qayda olaraq, digər əsil 
kişi keyfiyyətlərini: igidliyi, fədakarlığı, sadiqliyi sıxışdırır. 
Bəs bu qəşəng sifətlə necə seçdiyinə sadiq qalacaqsan?
Buna  görə  də  Nikasın  incə  gözəlliyi  mənim  üçün  onun 
sənəti ilə ziddiyyət təşkil etdi. “O, necə rəssamdır? – deyə 
düşündüm.  –  Mən  ki,  onların  hamısını  tanıyıram.  Onlar 
başqadır. Bu isə yəqin ki, sadəcə olaraq tanış olmaq istəyir 
özünə ona elə gəlir ki, “gözəl” sənət seçib”. 
Amma Nikas artıq telefon nömrəsi və adı – Nikas yazılan 
vərəqi mənə uzadır. 
- Siz Baltikyanı ölkələrdən gəlmisiniz? 
Amma o, Baltikyanından ola bilməzdi: Biz ləhcələrlə bağ-
lı səhnə danışığından “zaçot” vermişdik. Əgər o, litvalı ol-
duğunu desəydi, əmin olacaqdım ki, qarşımda yalançı du-
rub. Amma o, dedi ki, anası Litvadandır və ona ruslar üçün 
nadir sayılan ad verib.
- Mən ərimlə gələcəm, - deyə cavab verdim və onun düz-


285
gün, kinematoqrafik cizgiləri olan üzünə baxdım. Amma bu, 
onu pərt etmədi. 
-  İkilikdə  gəlin,  mən  şad  olacağam,  -  Nikas  cavab  verdi. 
– Mənim artıq bir çox şəkillərim var və bəlkə nə vaxtsa mən 
sizin də şəklinizi çəkəcəyəm. 
O vaxt biz gedə bilmədik. Amma qısa vaxtdan sonra biz 
Alekseylə  birlikdə  Manejdə  olanda  onunla  qarşılaşdıq.  Gü-
lümsəyən Nikas mənə tərəf yönəldikdə, mən Alekseyin göz-
lərinə düz baxaraq, dedim:
- Tanış olun: bu rəssam Nikasdır, bu isə mənim ərimdir.
Həmin axşam biz Nikasın Malaya Qruzinskayadakı ba-
laca,  dar  otağında  olduq.  O,  həqiqətən  rəssam  imiş.  Hər 
yerdə şəkillər var idi: yatağın üstündə, divarlar boyu, qa-
pının  üstündə.  Amma  ən  təəccüblüsü  odur  ki,  bu  rəsm 
dünyasına aparan qapının üstündə Nikasın bir çox tanın-
mışlarla – həm sovet, həm də xarici ulduzlarla, Oleq Yan-
kovskidən tutmuş Sofi Lorenədək çəkdirdiyi həvəskar fo-
tolar asılmışdı. 
Onda bu bizə qəribə gəlmişdi. Bizim yaşadığımız aləmdə 
belə fotoların çəkdirilməsi qəbul edilmirdi. Yeri gəlmişkən, 
indiyə  kimi  heyfslənirəm  ki,  bizim  məktəbə  tez-tez  gələn 
və “özününkü”lər üçün ifa edən Svyatoslav Rixterin mən-
də şəkli yoxdur. Hərdən görüşdüyümüz yüksək səviyyəli 
ulduzlarla şəkil çəkdirmək heç birimizin ağlına gəlmirdi.
Nikas  yəqin  ki,  “tusovka”  dövrünün  təntənəsini  öncə-
dən görənlərdən idi, başa düşürdü ki, uğurluluğun sənədli 
sübutu öz-özlüyündə ayrıca dəyərdir. O, 30 il öncə darısqal 
mənzilinin qapısında asılan fotolara bənzər şəkillərlə dolu 
“OK”,  “Hello”  kimi  jurnalların  gələcəyini  də  qabaqcadan 
görmüşdü.  O,  həm  də  hiss  etmişdi  ki,  ölkəyə  əlahəzrət 
“piar” gələcək. 
Nikas-rəssamın  həm  də  öz  arzularının  reallaşdırılması 
sahəsində  istedad  nümayiş  etdirə  bildi.  Moskvanın  tarixi 
mərkəzində,  Tverskaya  yaxınlığında  o,  Avropa  qəsri  üs-
lubunda  gözəl    mənzil-muzey  yaratdı,  burada  zənginlik, 
şöhrət və uğur haqqındakı təsəvvürlərini reallaşdıra bildi. 
O, var-dövlətə etinasız qalıb, hələ də hansısa kommunal 


286
mənzillərdə,  monastırda,  zirzəmilərdə  məskunlaşan  rəs-
samlara qətiyyən oxşamır. 
Amma pul və şöhrət onu korlamayıb. O, istedadını hiss 
etdiyi adamlara çox kömək edir. Xeyirxah ürəyi isə  məh-
rumiyyət çəkənlərə dərhal reaksiya verir.
Belə ki, “tusovka” ancaq saxta insanlardan ibarət deyil. 
Buraya orijinallar da düşür. Zurab Sereteli, Aleksandr Jur-
bin, Nikas Safronov, Nastya Voloçkova, Vladimir Xotinen-
ko, Yuri Razum belə misallardandır.
Nastya  Voloçkova  haqqında  nələr  danışmırlar!  Bəli  o, 
“tusovka”nın bir hissəsidir, amma şöhrətini orada iştirakı 
ilə deyil, uşaq yaşlarından çəkdiyi zəhmətlə qazanıb. 
Tamara  Nastyanın  səhərlər  yarıyuxulu,  qaranlıq,  buz 
kimi Leninqrad küçələri ilə dərslərə özünün necə getdiyini 
danışır. O, deyirdi ki, öz qızının üstünə qan çıxan gipsdən 
uşaq puantlarını indiyə kimi saxlayır. 
Voloçkovanı  çoxları  sevmir:  gah  zövqsüz  geyindiyini, 
gah  utanmazcasına  soyunduğunu,  gah  çiyinlərinin  üzgü-
çü  çiyinlərinə  oxşadığını  deyirlər...  Amma  heç  kim  əsas 
məsələni təkzib edə bilməz: o rəqs edə bilir və Böyük Teat-
rın səhnəsinə layiqdir. 
Bir də ideoloji “tusovka” var. Buraya ictimai nüfuz sahi-
bi olmağa iddia edənlər, hamıya və hər kəsə əxlaqi qiymət 
vermək hüququnu mənimsəyənlər  daxildir. 
Sadə  bir  misal  çəkək.  “Exo  Moskvı”da  “Tam  albats” 
proqramı vardı. Bu soyadda qadın bir çox illər öncə, “Mos-
kovskiye novosti”nin redaksiyasında jurnalist kimi işə baş-
lamışdı.  O,  mənim  ərimi  “redaksiyadakı  yeganə  ləyaqətli 
adam” adlandırırdı. 
Aleksey o anda ən uyğun adam kimi, “Moskovskiye no-
vosti”  QSC-nin  direktorlar  şurasının  sədri  seçildiyindən, 
Albats tez-tez onun yanına qaçaraq, onun xəbəri olmadan 
və  kollektivin  burnunun  önündən  mülkiyyət  və  pulların 
aparıldığını  sübut  etməyə  çalışırdı.  Həmin  vaxt  o,  qəzet 
rəhbərliyi ilə müqəddəs müharibə aparır və “Moskovskiye 
novosti”  qəzeti  baş  redaktorunun  müavini  Viktor  Loşakı 
əsas cani hesab edirdi.


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə