Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə69/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
#19276
1   ...   62   63   64   65   66   67   68   69   70

291
vaxtsa evimizdə həm liberallar, həm vətənpərvərlər, həm 
satiriklər, həm də islahatçılar yığışardı
“Yapon xromosomu”: İrina Xakamada cəsarətli xizəkçi idi, hə-
yatda isə hər şey daha mürəkkəb alındı


292
Budur, o danışır ki, əri daşınmaz əmlak satışı biznesi ilə 
məşğul olub, sonra daşınmaz əmlak bazarı iflas edib və o, 
maliyyə konsaltinqi ilə pul qazanmalı olub. 
Müxbir qız uyğunsuzluğu hiss edərək dərhal sual edir:
- Yəni, öz biznesində iflasa uğrayanlar, konsaltinqlə məş-
ğul olur və başqalarına məsləhət verir? 
Xakamada pərt olmadan soyuqqanlılıqla cavab verir:
- Əgər bu mənə aiddirsə, yaxşı fitnəkarlıqdır, amma gəlin 
işdən danışaq. 
Onun işi necə yaşamaq haqqında ustad dərsləri oldu. O, 
qadınlara  necə  yaşamağı,  necə  ailə  qurmağı,  kişilərlə  necə 
münasibət qurmağı öyrədir. 
Müxbir qızın sualı:
- Sizin həyatınızda kişi hansı yeri tutur?
Cavab verir:
- İkinci.
Müsahibədən fraqmenti tam vermək istəyirəm.
Müxbir: - Sonra?
İ.:  -  Mənim  özümü  reallaşdırmamdan  sonra.  Mən  özüm, 
kişi, uşaqlar və s. Axı kişilərdə də belədir. Qadın bütün hal-
larda ikinci yerdədir. Məndə də həmin sirrdir – özünü daha 
artıq sevmək, nəinki karyeranı, şəxsi uğuru, kişiləri və s. 
Müxbir: - Bəs neçə əriniz olub:
İ.: - Bu dördüncüdür.
Bununla bağlı yadıma Brejnev dövründə çox tez-tez danı-
şılan bir əhvalat düşdü. Olmuş əhvalatdır.
Leonid  İliçin  çox  gözəl  saçları  tökülməyə  başlayanda, 
dazlaşmaqdan  qorxduğundan,  bu  məsələ  ilə  bağlı  ən  yaxşı 
mütəxəssisləri tapmağı əmr edir. 
Sovet İttifaqından bütün başbilənlər gəlirlər. O, mütəxəs-
sislərin  gözlədiyi  istirahət  otağına  girir  və  birdən  görür  ki, 
onların hamısı ya keçəldir, ya da seyrək saçları var. O, çaşqın 
halda  deyir  -  “Bə-ə-ə-li”.  “Yoldaşları  çaya  qonaq  edin”,  - 
köməkçilərinə deyir və otaqdan çıxır. 
Müasirlərinin qocalıq marazmı ilə ittiham etdikləri əziz 
Leonid İliç keçəlin başda saç saxlamağı öyrədə bilməyəcə-


293
yini tez başa düşür. 
Bizim İrina ilə tanışlığımız o, Sağ Qüvvələr Birliyinin həm-
sədrlərindən biri olduqdan sonra başa çatdı. Ərim öz “Post-
skriptum”  proqramında  bu  partiyanı  həmişə  kəskin  tənqid 
edirdi. Aleksey onların siyasi proqramlarına şübhə ilə yana-
şırdı və heç vaxt bunu gizləmirdi. 
Bir  dəfə  İrina  onu  ittiham  etdi:  “Sağ  Qüvvələr  Birliyinin 
məzarqazanı sənsən!” Aleksey isə onun cavabında dedi: “Yox, 
siz özünüz-özünüzü dəfn etdiniz. Öz reklam rolikinizdə ağ 
təyyarəyə minəndə – siz Rusiyadan ayrıldınız. Siz özünüzü 
gettoya, dar dəhlizə itələdiniz, orada özünüz üçün mövcud 
oldunuz və özünüz-özünüzü məhv etdiniz. Siz ölkəni hiss et-
mədiniz və ölkə sizi rədd etdi”. Çox vaxt Rusiyada olan kimi, 
biz “siyasi səbəblər üzündən” aralandıq.
Axı, vaxt var idi, bizim evimizdəki adamlar birbaşa deyir-
dilər: “Puşkovlar, siz öz mənzilinizdə necə atmosfer yaradır-
sınız ki, hamı ilə, hətta nifrət etdiklərinlə də ünsiyyət xoşdur? 
Axı, Dumada biz bir-birimizdən yan gəzirik, bir-birimizdən 
zəhləmiz gedir. Sizdə isə görüşürük və hətta dərdləşə bilirik”.
O vaxt mənə elə gəlirdi ki, meydana çıxan dostluq məhz 
ziddiyyətlər  və  əksliklər  üzərində  qurulub,  əgər  adamda 
ümumi insani mədəniyyət və ümumi əxlaq qanunlarına ehti-
ram varsa, bunlar uzlaşacaq.
Həmin vaxtdan on il keçib, ölkə isə əvvəlki kimi “özünün-
kü-özgə” prinsipi ilə yaşayır.


294
KİŞİ VƏ QADIN: MƏHƏBBƏT, YOXSA MÜQAVİLƏ 
ƏSASINDA?
Bir dəfə məni “Qovorit Moskva” radiostansiyasına dəvət et-
dilər. Verilişin mövzusu belə idi: “Nikahı necə qorumaq olar?”. 
İki kişi – psixoloq, “İfritəşünaslıq və cazibə məktəbi” mərkəzi-
nin direktoru və veriliş müəllifi ilə polemikaya girməli oldum.
Söhbət maraqlı alındı, amma İnternetdə nədənsə tam yer-
ləşdirilməyib. 
Əvvəlcə  elə  bildim  ki,  bu,  sadəcə  təsadüfdür,  amma  son-
ra  anladım  ki,  hər  bir  təsadüf  qanunauyğunluğu  əks  etdirir. 
Mənə göründüyü kimi, sonuncu passajın (aşağıda onu tama-
milə verəcəyəm) olmaması çox şeyi izah edir. Beləliklə, “Qo-
vorit Moskva”.
- Bizim bugünkü verilişimizin mövzusu belədir: “Ər-evdar 
qadın, arvad – üçü birində: ev qulluqçusu, dayə və seks maşı-
nı. Nigahı necə qorumalı?”
İqor  İqorevin  qonağı  aktrisa,  ssenarist,  prodüser, Aleksey 
Puşkovun  (TV-Sentr)  həyat  yoldaşı  Nina  Puşkova;  psixoloq, 
“Rakovski psixoloji mərkəzinin” direktoru Vladimir Rakovski.
İqor İvanov: - Ev təsərrüfatı, uşaqların tərbiyəsi ilə istisnasız 
olaraq qadınların məşğul olmasına hamı adət edib. Belə qəbul 
edilib,  bizim  nənələrimiz,  analarımız  belə  yaşayıblar.  İndiki 
dövrdə də ailələrin əksəriyyəti belə yaşayır. Amma həyat şəra-
iti tamamilə müxtəlif ola bilər. Elə ailələr var ki, əsas “mamont 
ovçusu” qadındır. Bu ailələrdə evin, əgər varsa, uşaqların qay-
ğısını  kişi  öz  üzərinə  götürür.  Bəziləri  hiddətlənirlər:  “Necə 
ola  bilər?  Nə  üçün  kişi  evdə  oturur,  borş  bişirir,  ah,  dəhşət, 
televizora baxır?!” Amma bəzi cəmiyyətlərdə müəyyən sayda 
insanlar var ki, belə vəziyyət onları qane edir. Kişi evdə uşaq-
larla  oturur,  ev  təsərrüfatı  ilə  məşğul  olur,  qadın  isə  işləyir. 
Bu, müqavilə əsasındadır. Bu gün elə bu barədə danışacağıq: 
“Evdar  kişi,  qadın  isə  üçü  birində:  ev  qulluqçusu,  dayə  və 
seks-maşın nə deməkdir?” Necə bilirsiniz, bizim belə ənənəvi-


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə