Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə7/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
#19276
1   2   3   4   5   6   7   8   9   10   ...   70

28
ZAXAVA VƏ SİQARET ÇƏKƏN MARALLAR 
Bilmirəm, kim necə düşünür, amma mənim üçün tələbəlik 
– xoşbəxtlik, başqa bir hava, başqa rənglərdir. Yaşlıların dikta-
tından,  nəzarətindən  və  hətta  dəyərli  məsləhətlərindən  uzaq 
yer, tamamilə başqa bir həyatdır. Bu yaşda həmin məsləhətlə-
rin gərəkliliyi adama şübhəli görünür.
Bu, tam “fridom”dur . Təkcə azad olduğunu dərk etməyin 
özü artıq başını dumanlandırır. Mənim üçün tələbəlik şampan 
zərrələri və parlaq möcüzələrin vəd olunması kimidir.  Şair de-
yir: “Mənə parlaq gün vəd edilmişdi”. Mən isə hiss edirdim ki, 
mənə parlaq həyat vəd olunub. 
Tələbə biletini və bir neçə il sonra “Kino və dram aktrisa-
sı” yazılmış diplomu mənə Boris Yevgenyeviç Zaxava təqdim 
etdi.  Sergey  Bondarçukun  “Hərb  və  sülh”  filmində  o,  Kutu-
zov rolunu oynayır. Həmin filmi görənlər Zaxavanın simasını 
xatırlaya bilərlər. Vaxtanqovun tələbəsi olan Zaxava o dövrdə 
artıq SSRİ-nin xalq artisti, Dövlət mükafatları laureatı və Şukin 
adına məktəbin rektoru idi. Biz tələbələr həm də ona görə onu 
canlı əfsanə hesab edirdik ki, Paj korpusunun məzunu idi. 
Şəxsən mənə Paj korpusu ümumiyyətlə, nağıl kimi gəlirdi: 
şah-şahzadə, kral-kral oğlu.
Poeziya  aşiqi  olduğumdan,  o  vaxt  Severyaninin  şeirlərini 
oxumaqdan yorulmurdum.
Bu, dəniz kənarında, zərif köpüklər olan yerdə baş vermişdi,
Nadir halda burda şəhər ekipajına rast gəlmək olar...
Qəsrin qülləsində kraliça ifa edirdi Şopeni,
Diqqətlə Şopeni dinləyən paj onu sevmişdi.
Hər şey sadə, hər şey çox xoş idi:
Kraliça narı kəsməyi xahiş etdi,
Yarısını ona verdi və taqətdən saldı pajı,
Paja aşiq oldu, sonata motivində.


29
Sonra ona özünü təslim etdi ehtirasla,
Sübhə qədər qul kimi, uyudu həmin xanım...
Bu dəniz kənarında, firuzə dalğalarla,
Zərif köpüklərin və paj sonatasının olduğu yerlər idi.
Bax, həmin paj bizim müəllimimiz idi. 
Balaca boyuna rəğmən, xırda görünmürdü, əksinə, şəxsiy-
yətinin miqyası nəhəng olduğundan, ucaboy adam təsiri ba-
ğışlayırdı. Hələ Paj korpusunda ona qamətini düz saxlamağı 
öyrətdiklərindən, ömrünün sonuna kimi şux qamətli idi. 
Bu balacaboy adam bizim uzundraz tələbələrə elə baxırdı 
ki.. Kənardan baxan adam Zaxavanı sərv qamətli şəxs kimi 
görə bilərdi. Tələbələri isə yerdə çömbəlib oturmuş uşaqlar 
kimi. 
Mən onu çox vaxt gülümsəyən görürdüm. Aydın deyildi, 
mənə  gülümsəyir,  yoxsa  öz  düşüncələrinə.  Safqəlbli  və  xe-
yirxah insan idi. Amma özündən çıxanda və kimi isə danla-
yanda buna dözmək çətin idi. Yeri gəlmişkən, “danlayırdı” 
feili ona uyğun gəlmirdi. Onun haqqında belə demək olardı: 
qeyzlənirdi. Bəli, Boris Yevgenyeviç qeyzlənirdi.
Nədən  qeyzlənə  bilərdi?  Səbəblər  kifayət  qədərdir. 
Məsələn, biz qızları siqaret çəkən gördükdə dayanır, sakitcə 
bizi süzürdü. Bir dəqiqə, iki dəqiqə keçirdi. Çəkilmiş siqaret-
ləri  arxamızda  gizlətməyə,  bəzilərimiz  isə  hətta  əllərimizlə 
söndürməyə  çalışırdıq.  Boris  Yevgenyeviç  baxırdı  və  sifəti 
dəyişməyə başlayırdı. Ağarırdı, pörtürdü. Hamımıza elə gə-
lirdi  ki,  ən  qorxulu  hadisə    yaxınlaşır.  İndicə  o  qışqıracaq, 
bizi məktəbdən – öz cənnətimizdən qovacaq, hardansa pey-
da olmuş dəyənəklə zərbələr vuracaq... Səhv etmirəmsə, ya-
man ruhları belə qovurlar. Bəlkə Adəmlə Həvva da cənnət-
dən belə qovulublar?
Amma  yenidən  dəyişiklik  baş  verir.  Gözləntilərimiz  baş 
vermir. Onun səsi güclə eşidilir. Və dodaqlarından oxumağa 
çalışdığımız belə bir səslə mənə, sonra da başqalarına baxa-
raq bir dəfə soruşdu:
-  Siz  nə  vaxtsa  maralın  necə  siqaret  çəkdiyini  görmüsü-
nüz?


30
Boris Zaxava əbəs yerə “Hərb və sülh”də Kutuzovu canlandır-
mırdı: bu rolu heç kim ondan yaxşı oynaya bilməmişdi
“Üç muşketyor” tamaşasında “siqaret çəkən marallar”.
Bizim kursun bütün tələbə qızları


-  Kimin-kimin,  Boris  Yevgenyeviç?  –  kəkələyərək  yeni-
dən soruşduq.
- Siz onu siqaretlə təsəvvür edə bilərsiniz?
Biz əlbəttə hər şeyi təsəvvür edə bilərdik. Axı, teatr insti-
tutunun tələbələri idik! Amma birlikdə cavab verdik:
- Xeyr, Boris Yevgenyeviç, xeyr!
O isə yenə də güclə eşidiləcək tərzdə, bütünlüklə gəril-
məlisən ki, eşidəsən, dedi:
- Bax, gənc qızların, xüsusilə də tələbələrin siqaret çək-
məsi o dərəcədə mənasız və qeyri-təbiidir. Həm də təsəv-
vürünüzə  gətirə  bilirsinizmi,  siqaret  qoxuyan  dodaqları-
nızı öpən sevgililərinizi nə qədər məyus edirsiniz... Çirkli 
külqabını yalayanda adamda belə hisslər yaranır.
Beləcə o, bizim şüuraltımıza metafora buraxırdı və  on-
dan qurtulmaq çox çətin idi. Çoxumuz siqaret çəkməyi tər-
gitdik. Çünki özümüzü qeyri-təbii və ya cinayətlə məşğul 
olan əxlaqsızlar kimi hiss edirdik. Artıq sonralar, bərkimiş, 
özünü dərk etmiş xalq artistləri kimi siqareti-siqaretə cala-
yaraq rolun məğzini müzakirə edirdik. Lakin “siqaret çəkən 
marallar” obrazı biz birinci kurs tələbələrinin başı üzərində 
hələ uzun müddət fırlandı. 


32
MƏBƏD VƏ MƏBƏDDƏ YAŞAYANLAR
Şukin adına məktəbin o vaxtkı həyatı indikindən çox se-
çilirdi. Həmin həyat, tamamilə fərqliydi. Bu fərqlilik Vax-
tanqov məktəbinin yazılmamış qayda-qanunlarından qay-
naqlanırdı.
O zamanlar bu məktəbdə hansısa xüsusi ayinlərə önəm 
verildiyini  söyləyə  bilmərəm.   Amma  elə  şeylər  vardı  ki, 
onları  etmək  olmazdı.  Mən  bunun  haradan  gəldiyini  bi-
lirdim. Müəllimlərimiz bizə xüsusi qaydalar, davranış ko-
deksi aşılamışdılar. Sonralar bunları məktəbin üslubu ad-
landırdılar.
Məsələn,  məktəbə  salamlaşmadan  girmək  olmazdı  – 
bunu vaxtanqovçu deyil, ancaq vəhşi özünə rəva görərdi.  
Başqa sözlə, məktəbə daxil olanda hökmən hamı ilə sa-
lamlaşmalısan! Kontuziya aldığından kəkələyən, pırtlaşıq 
saçlı, qulyabanıya oxşayan  qarovulçu  Fedya dayıya. Qar-
derobda  işləyən  gombul  Lena  xalaya  (hamı  üçün  o  Lena 
nənə idi). Biz ondan hərdən bir manat, yaxud 3 manat borc 
alırdıq, gödəkcələrimizi necə gəldi atardıq, o isə bizim əvə-
zimizdən onları asardı. O bizi əzizləyirdi, biz də onu özü-
müzəməxsus tərzdə sevirdik. Qısası, biz doğma məktəbdə 
olan hər bir adamla hökmən salamlaşmalı idik. 
Bizim “alma mater” məbəd, biz isə rahibələr idik. Çünki 
Vaxtanqov  təkrarlamağı  sevərmiş:  Teatr  incəsənət  məbə-
didir (biz bunu müəllimlərimizdən eşitmişdik). Buna görə 
də o, teatra, studiyaya və studiyadakıların yanına təntənə 
ilə gəlirmiş. Onun teatra hər gəlişi məhz hadisə sayılırmış. 
Halbuki  vətəndaş  müharibəsini,  inqilabı  yaşamış  ölkədə 
soyuq, aclıq hökm sürürdü. Sobalar bumbuz idi. Çörək və 
sabun  kart  sistemi  ilə  verilirdi,  küçələrdə  xaos  hökm  sü-
rürdü. 
Lakin  Yevgeni  Baqrationoviç  natəmizliyə  və  məişət 


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə