Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.

səhifə8/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   70

33
Bizim müəllimimiz 
Y.V.Katin-Yartsev bütün ölkəyə 
“Buratinonun macəraları” filmindən 
tanış idi
Nina Tuxaçevskaya 
rolunda


34
sahmansızlığına  yol  vermirmiş.  Bu,  pedaqoqların,  əsil 
vaxtanqovçuların  bizə  aşıladıqları  idi:  səliqəsizlik  və 
diqqətsizlik  yolverilməzdir.  Xırdaçılıq  yox  idi.  Hətta  necə 
geyinməyində,  dərslərə  necə  hazırlaşmağında  belə.  Tələbə 
məşq  başlanmazdan  xeyli  əvvəl  gəlməli  idi.  Məşqə  bir  neçə 
dəqiqə qalmış özünü yetirən tələbə  intizamsızlıq simvoluna 
çevrilə  bilərdi.  Gecikməkdənsə  danışmağa  belə  dəyməz. 
Gecikən tələbə müdhiş repressiyalara məruz qalırdı.
Şukin  adına  məktəbdə  beynimizə  doldururdular:  “İstədi-
yin yerdə istədiyin işlə başını qatandan sonra dərsə hazırlıqsız 
gəlmək olmaz. Məsələn, gəlib deyirsən: “Burada sizdə harda 
dahilik etmək olar? Budur, mən dahiyəm! Sizdə harada yara-
dıcılıqla məşğul olmaq olar?”
Hazırlıqsızlığı  müəllimlərimiz  ani  olaraq  hiss  edirdilər. 
Heç  vaxt  unutmaram,  bir  dəfə  məşqdə,  saat  yarımlıq  çalış-
madan  sonra,  bədii  rəhbər  Yuri  Vasilyeviç  Katin-Yartsevin 
məzəmmətinə cavab olaraq tələbələrdən biri vəd etdi:
-  Yuri  Vasilyeviç,  biz  indi  əl-ayağımızın  keyini  açaq, 
göstərərik.
Yuri Vasiyeviç az qaldı hamımızı döysün. 
- Tənbəllər! Avaralar! Məşqin ancaq saat yarımı keçib, onlar 
hələ  əl-ayaqlarının  keyini  açırlar!  Saat  yarım  ərzində  baletlə 
məşğul olanlar beş kilo çəki itirirlər! Üç dəfə məşq kostyumla-
rını dəyişirlər! Siz isə burda hoppanaraq əl-ayağınızın keyini 
açmağa hazırlaşırsınız. Qovacam, hamınızı qovacağam! Ava-
ralar!  Gedin,  sizi  başqa  ali  məktəblər  gözləyir,  orada  bütün 
günü özünüzü ovuşdurarsınız. Sizi zavodlar gözləyir – ölkə 
sənayesini  dirçəltmək  lazımdır.  Orduya  gedin!  –  oğlanların 
üstünə qışqırırdı.
Biz həqiqəti dərk edirdik, onu həyata açar kimi birinci əl-
dən alırdıq.
Bu  xarici  dil  kimidir:  əgər  yaxşı  öyrənmək  istəyirsənsə, 
yaxşısı budur, dil daşıyıcısı ilə ünsiyyətdə olasan. Burada da 
elədir.  Nəyisə  öyrənmək  istəyirsənsə,  ən  yaxşısı  ilkin  mən-
bəyə müraciət et.
Xristianlıqda ilk bilgini İsa peyğəmbərdən alan insanlar hə-
vari oldular. Çünki onlar ilk təlimi almışdılar.


35
İlkin verilişlər də mövcuddur – biliyin verilməsi, qanunun 
verilməsi, nəsihətin verilməsi. Belə nəsihətlər bizim pedaqoq-
larda da vardı.
Deyirdilər ki, Yuliya Konstantinovna Borisova rəqs dəzga-
hının yanında gündə iki saat yarım məşğul olur.  Bizim onun 
dəzgahın yanında məşğul olmasını görməyimizə ehtiyacımız 
yox idi. Biz sadəcə olaraq görürdük ki, o, 47 yaşında “Antoni 
və  Kleopatra”  tamaşasında  səhnədə  necə  oynayır.  Bu  tama-
şada o, necə cəlbedici, necə seksual idi! Antoni – Mixail Alek-
sandroviç Ulyanov döşəmədə yumbalanaraq, “Misirə! Misirə 
istəyirəm” deyə qışqıranda, Sovet İttifaqında seksin olmama-
sına baxmayaraq, Vaxtanqov teatrının bütün zalı bu səhnənin 
seksual yaxınlığını duyurdu. Bu səhnədə Borisova və Ulyanov 
arasında elə ehtiras, elə həsrət vardı ki,  onların flüidləri ha-
mıya  sirayət  edir,  yalnız  bizim,  bu  böyük  artistlik  məktəbi-
nin tələbələrinin deyil, həm də dahi vaxtanqovçuların əbədi 
pərəstişkarları olan tamaşaçıların coşqun heyranlığına səbəb 
olurdu.
Deyirdilər ki, Vera Konstantinovna Lvova – bizim aktyor-
luq  sənəti  professorumuz  da  hər  səhər  balet  çalışmalarını 
yerinə yetirir. Onun qəşəng qaməti, düz beli Köhnə Arbatda 
həmişə ora-bura gəzişən insan kütləsinin içərisindən seçilirdi. 
Veroçkanın (kənarda 75 yaşlı müəllimimizi tələbələr belə ad-
landırırdılar) yanında hamı etibarsız vücudunu ora-bura da-
şıyan yöndəmsiz maşaya oxşayırdı. Əlbəttə, Veroçkanın balet 
dəzgahında məşğul olmasına heç kəsin şübhəsi yox idi. İnan-
mırsansa, yoxla,  həyatın boyu belini elə saxlaya bilərsənmi ki, 
arxadan qıza oxşayasan.
Teatr praktikası həyatımıza çox tez girdi. Üçüncü kursdan 
bizi teatr tamaşalarına daxil edirdilər. Əlbəttə, biz kütləvi səh-
nələrdə çıxış edirdik. Amma kütlə deyildik. Bizim hər birimiz 
səhnəyə  xırda,  mənasız  da  olsa,  öz  aktyor  ifadəmizi  gətir-
məyə çalışırdıq. Səhnə arxasına və dahi aktyorların həyatına 
bu yaxınlıq da bir növ məktəb idi. Eyni zamanda təhsilimizin 
əvvəlindən öz məktəbimizin səhnə arxasında buraxılış kursla-
rının teatr tamaşalarında işləyirdik. Bu tamaşaya xidmət edil-
məsi adlanırdı.


36
Qızlar nəsə tikir, gətirir, aparırdılar. Oğlanlar isə əlbəsəni 
daşıyır,  səhnə  mizanlarının  əvəz  olunması  zamanı  mebelləri 
dəyişirdilər. Biz hər kəs idik – kostyum tikən, köməkçi, səh-
nə fəhləsi. Tamaşa zamanı səhnə arxasında olmaqla biz teatrın 
daxili həyatına bələd olur, problemləri həll etməyi öyrənirdik. 
Problemlərsizsə heç bir həyat, xüsusilə də səhnə həyatı ola bil-
məz.
Tamaşaların əksəriyyətini çoxumuz əzbər bilirdik. Ən iddi-
alılar isə zalda gizli tapşırıqla otururdular: istənilən anda göz-
lənilmədən tamaşaya daxil olmağa hazır olmalı – mətni, səhnə 
mizanlarını və s. bilməli idilər.
Teatr bizim üçün həm ev idi, həm də məktəb. Görkəmli akt-
yorların yanımızda olması təbii qəbul olunurdu. Dahi Nikolay 
Olimpiyeviç Qritsenko ilə məşqlərdə iştirak adi hal hesab edi-
lirdi. Biz sanki dahi valideynlərin ailəsindəki uşaqlar idik. Axı 
onlar valideynin qeyri-adiliyini dərk etmir, gündəlik həyatın 
müqəddəs  həyəcanını  hiss  etmirdilər.  Eksklüziv  həyat  yaşa-
mağını isə ancaq həmin həyat başa çatdırdan sonra dərk edir-
sən. Nikolay Olimpiyeviç hərdən mətnə baxmağa başlayırdı, 
teatrın  baş  rejissoru  Yevgeni  Rubenoviç  Simonov  isə  qəsdən 
ciddi səslə ona irad tuturdu: “Necə ola bilər axı? Bax, siz yenə 
də mətnə baxırsınız!” – “Mən? Mətnə? Hanı mətn? Siz hara-
da  o  mətni  görürsünüz?  Bu  mətn  deyil,  sadəcə  olaraq  kağız 
parçasıdır”. Və o, virtuozluqla fokusçu kimi, bu mətn kağızı 
ilə  jonqlyorluq  etməyə  başlayırdı.  Yəni  bu  mətn  deyil,  sadə-
cə olaraq kağızdır, çiçəkdir (onu iyləyirdi), bu tualet kağızının 
parçasıdır, alın tərini silmək üçün kağız dəsmaldır. O, fokusçu 
kimi mətn yazılmış kağızı ayrıca tamaşaya çevirirdi. Rejissor, 
aktyorlar, tələbələr yıxılana kimi gülürdülər. Bu, dahinin etü-
dü idi.
Heç  bir  televiziya  bunu  çəkmir,  göstərmir,  amma  gözlərin 
bunu - dahilik məktəbini, insan istedadının nümayişini görüb-
sə, yaddaşından heç vaxt, heç bir vəchlə çıxara bilməzsən.
Vaxtanqov  məktəbinin  başlıca  prinsipi  tələbəyə  özünü  təs-
diqləmək,  azad  olmaq  imkanı  verirdi.  Bununla  ən  müxtəlif 
insanlar  məşğul  olurdu.  Tələbələrlə  demək  olar  ki,  məktəbin 
bütün  pedaqoqları  işləyirdi.  Hərəsinin  bir  xasiyyəti,  ünsiyyət 




Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   70


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə