Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə4/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
#19276
1   2   3   4   5   6   7   8   9   ...   70

Siz sabah gündüz saat birdə Vaxtanqov küçəsi 12a ünvanına 
gəlin, bizim məktəbimiz oradadır. Mən bayıra çıxaram.
Bütün səhərisi günü xatırlayırdım ki, görüşüm var. Gö-
rüş  yox,  -  belə  deyək,  -  tanışlığın  davamı.  Bununla  belə, 
naməlum oğlanın gözəl olmayan siması (mənə belə gəlirdi) 
başımdan çıxmırdı. 
Saat birdə yerə kimi uzanan məşq ətəyində Şukin mək-
təbinin geniş uzunsov artırmasına çıxdım. Mən özümü səh-
nədəki  kimi  hiss  edirdim.  Bahar  küləyi  saçlarımı  və  geniş 
qaraçı ətəyimi yelləyirdi. “Xalq artisti pərəstişkarına güzəş-
tə  gedir”  –  yağlı  boya  ilə  şəklim  çəkilsəydi,  belə  adlanar-
dı. Amma “pərəstişkar”ın  nədənsə əlində çiçəklər yox idi. 
Məyusluğumu gizləməyə çalışdım və buna görə də birinci 
dilləndim:
- Cavan oğlan, yanıma gəlin.
O gülümsədi:
-  Doğrudan  da,  biz  axı  teatrda  tanış  olmadıq.  Mənim 
adım Alekseydir.
Donub qaldım.
Hələ  uşaqlıqdan,  altı  yaşımdan  Alyoşa  kişi  adını  sevir-
dim. O vaxtlar ata-Çuxrayın “Əsgər haqqında ballada” filmi 
çıxmışdı.  Filmdə Alyoşa  Skvartsov  rolunu  yaraşıqlı  Vladi-
mir İvaşov oynayırdı. Sonralar Peçorin rolunu da oynayan 
İvaşov  Svetlana  Svetliçnayanın  əri  idi.  Zərif  Alyoşa  adına 
vurğunluğum  uşaq  andıma  çevrilmişdi:  böyüyəndə  ərim 
hökmən Alyoşa olacaq. İşə bax, o vaxta kimi həyatımda bir 
nəfər də Alyoşa olmamışdı. Və birdən – birə bu, gözəl olma-
yan, çiçəklərsiz Alyoşa qarşıma çıxmışdı.
Biz  “Çarodeyka”ya  qəhvə  içməyə  yollandıq  və  vaxtın 
necə keçdiyini duymadıq. Həm o, həm də mən dərsə qayıt-
malı idik. Danışdıq ki, saat 19-da Qoqolun heykəli yaxınlı-
ğında görüşək.


16
TALEYÜKLÜ 45 SANİYƏ
Tərslikdən bu axşam işim çox idi. “Mosfilm”ə gedərək 
fotolarımı verməli idim. Mən nəhayət, aktyor kimi qeydə 
alınmışdım.
Bir sözlə, vaxtında çatmalı olduğum görüşə yaman ge-
cikirdim. Köhnə Arbatla mənə doğru gələn insanların ara-
sından sivişib keçir, maşın və trolleybusların sədlərini dəf 
edirdim. Arbat o vaxt piyada zonası deyildi, kifayət qədər 
gur, ikitərəfli hərəkətin olduğu küçə idi. 
Qoqolun heykəlinin yaxınlığına çatanda saatın əqrəblə-
ri səkkizə on beş dəqiqə qaldığını göstərirdi. 
Uzun,  açıq  qəhvəyi  rəngli  plaşda,  amma  əllərində  bu 
dəfə çiçək tutan Aleksey arxası mənə dayanmışdı və saa-
tına baxırdı. Mən əks tərəfdən ona yaxınlaşmışdım. Artıq 
getməyə hazırlaşdığını gördüm. 
Sonra mənə danışdığı kimi, böyük, dəyirmi şəhər saatı-
nın əqrəbləri səkkizə on beş dəqiqə qaldığını göstərdikdə 
getməyə söz veribmiş. Mən məhz bu son saniyələrdə onun 
yanına qaçdım. 
- Mən getməyə hazırlaşırdım, - tam səmimi dedi.
- Bağışla, mən gecikdim, amma gecikmək istəmirdim, - 
mən də səmimi etiraf etdim.
- Sən mənə bir öpüş borclusan.
- Ola bilsin, nə vaxtsa borcumu qaytardım.
Mən  artıq  şıltaqlıq  edirdim  və  anlayırdım  ki,  o,  in-
ciməyəcək.
- Bilirsən, bizim məktəbdə tezliklə tamaşa olacaq. Fran-
sız gecəsi. Səni dəvət edirəm. Mən Rasinin “Horasi” faciə-
sində Sabinanın monoloqunu deyəcəyəm. “Je suis romai-
ne, helas, puisque Horace est romain, J’en ai reçu ce titre 
En recevant sa main”. “Romada vətənimi unutsaydım, iz-
divac  mənim  üçün  sərt  qul  həyatı  olardı”,  -  deyə  davam 
etdim.


17
Tallin. Köhnə şəhər. 1973-cü il. O, hələ hiss etməyib
mən isə bilirəm ki, biz tezliklə evlənəcəyik. 
Öz taleyimlə teatrda qarşılaşdım. Bu başqa harada ola bilərdi ki?


18
-  Fransızca  daha  nə  bilirsən?-gülümsəyərək  Alyoşa 
məndən soruşdu.
- Al, daha sadə:
 
    Adele est malade.
 
    Sa mere est la,
 
    Elle est triste,
 
    Elle aime Adele.
Bu uşaq şeiri tərcümədə belə səslənir: “ Adel xəstədir, 
anası  yanındadır,  o,  qəmlidir, Adeli  sevir”.  Ola  bilsin  ki, 
bu şeir sadə olardı, əgər onu mən – teatr institutunun tələ-
bəsi deməsəydim. Mən təntənə və kədərlə dedim. Elə çıxdı 
ki,  Adel  ölümcül  xəstədir.  Anası  da  ona  görə  kədərlidir 
ki, qızının ölüm ayağında olduğunu bilir. Və qızını bütün 
hüznlü qəlbi ilə sevir.
Bununla belə, gələcək ərim mənə qulaq asaraq əylənir-
di.  Nə  qəmlənir,  nə  kədərlənirdi,  mənim  fransızcam  da  
onu heyran etmirdi!
- Yaxşı, - sevincək dilləndi. – Mən də sənə fransızca şeir 
və öz tərcümələrimi oxuyum.
Və Pol Elyuardan başladı.
Dərhal anladım ki, onun fransızcası bizimkindən fərq-
lidir.  Musiqi  məktəbinin  şagirdi  peşəkarın  ifasını  bu  cür 
duyur. Oğlan uşaqları futbol meydançasına bir dəqiqəliyə 
ustad futbolçu çıxanda heyranlıqdan belə donub qalırlar. 
Mən  dərhal  vuruldum.  Əsası  odur  ki,  o,  məni  əhatə 
edən bütün gənclərdən fərqli idi. Mənim əsas vəzifəm öz 
ani vurğunluğumu göstərməmək, gizləmək oldu. 
Amma  mənə  meydan  oxunurdu.  Onun  altı  il  ərzində 
valideynlərilə birgə yaşadığı Parisdən gətirdiyi qüsursuz 
fransızcasına mən mahnı ilə cavab verməyi qərara aldım. 
-  Bəli,  mənim  fransızcam  pisdir,  -  dedim.  – Amma  bi-
rincisi, mən onun ideal olduğunu iddia etmirəm. Elə sən 
də onu dinləmək üçün birinci sırada oturmağa pul ödəmə-
misən. Gəl, sənə qədim rus toy mahnısı oxuyum. 


Mahnı onu heyran etdi. Az öncə, onun fransızcası məni 
belə heyran etmişdi. Həmin görüşdə biz artıq teatrdan Pol 
Elyuarın  şeirlərinə  kimi  hər  şeydən  danışdıq.  Ayrılmaz-
dan öncə isə özüm üçün də gözlənilmədən dedim:
- Alyoşa... siz təəssüf ki, mənim ərim olacaqsınız...
- Nə danışırsan, ağlın çaşıb? – mənə, romantik qıza ca-
vabı belə oldu.
- Bəs nə üçün dərhal “sən” deyə müraciət edirsiniz? – 
özümdən çıxdım.
- Bəs sən? Nəyə görə təəssüflə?
- Çünki siz qətiyyən yaraşıqlı deyilsiniz. Mən elə bilir-
dim ki, ərim çox qəşəng olacaq, - qəsdən onu acıqlandırır-
dım.
Amma o, acıqlanmadı. Sanki hər ikimiz  bütün bu mə-
nasız öcəşmələrdən həzz alırdıq.
Nikahlar doğrudan da göylərdə kəsilir. Həmin isti ap-
rel  gecəsində,  iyirmi  yaşımın  tamam  olmasına  bir  neçə 
gün qalmış yuxarıda, səmada bizim də ittifaqımız baş tut-
du. Hərçənd yer üzündə bizim toyumuza hələ çətin iki il 
yarım qalırdı. Nağılvari Tallində, payızda, köhnə şəhərdə 
biz necəsə təsadüfən bizim küçəmizə - məhəbbət küçəsinə 
çıxdıq... Yayda dənizin, yağışdan sonra iynəyarpaqlı şam-
ların ətri gələn  Yurmalaya səfərlərimiz oldu... Mübahisə 
və  ayrılıqlar  da  oldu.  Həmişəlik  ayrılıqlar,  boşluqla  dol-
durulmuş tənhalıq ayları, sonra isə bizim və yalnız bizim 
Məhəbbət Küçəmizdə elə o cür yenidən əbədi birləşmələr.


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə