253
- Bu maşın hansı markadandır? – Mən həvəslə qapının
laklanmış oxrasına, qızılı dekorativ elementlərinə, oturacaq-
ların zərif süd rəngli dərisinə baxırdım.
- Bu, “Maserati”dir, - sürücü təmkin və məğrurluqla ca-
vab verdi və yüngülcə qızılı düyməciyə toxundu. “Sən mə-
nim yatmış ağcaqayınımsan” səsləndi.
Hətta indi, demək olar ki, iyirmi ildən sonra da bu maşın-
ları əksəriyyət heyranlıqla süzür. O vaxt, uzaq 1993-cü ildə
isə qərb dövlətlərinin iqtisadi sanksiyaları altındakı ölkədə
demək olar ki, benzin tapılmırdı, sərhəddə isə ərzaq, yuyu-
cu toz, corab, uşaq paltarı, tualet kağızı, oyuncaqlarla dolu
nəhəng furqonlar böyük növbələrdə dayanmışdılar. Buna
görə də boş yolda italyan avtosənayesinin fəxrini görmək –
qəribə hadisə, mistika və xəyal idi.
Maraq məni didib-parçalayırdı: bu kimdir? Hardandır?
Necə olub?
- Axı sizdə müharibə, embarqodur?.. – ehtiyatla, Sergey
Yesenin şeiri və Nikolay Sliçenkonun səsi altında başla-
dım. Belə avtomobil hardandır – birbaşa soruşmaq istəyir-
dim. Amma həmsöhbətim mənim sözlərimi özünəməxsus
tərzdə yozdu. Onun gözləri parıldayırdı.
- Bizi boğmaq istəyirlər. Onlarda heç nə alınmayacaq.
Onlar pravoslav dünyasını didirlər, parçalayırlar, bomba-
layacaqlar da , - naməlum şəxs inamla təkid edirdi.
- Siz nə danışırsınız! – hündürdən etiraz etdim. – Bizim
zamənəmizdə heç kəs heç kimi bombalamayacaq. Siz bunu
necə təsəvvür edirsiniz? Sivilizasiyalı Avropa təyyarələr-
dən Avropa ölkəsini bombalayacaq? Avropa paytaxtını?
Deməli, həm də öz mərkəzini?
Bombalayacaqlar, bombalayacaqlar, mənim əzizim, -
mənə “sən” deyə müraciət edən müsahibim cavab verdi.
– Amma biz təslim olmayacağıq. NATO-nin bir AVAKS –
ını (pilotsuz kəşfiyyat təyyarəsi – N.P.) artıq vurmuşuq,
yenə vuracağıq. Əgər Rusiya bizə S-300 satsa, yalnız onda
bombalamayacaqlar. Amma Yeltsin onlarla əlbirdir. Bizim-
kilər nahaq ona ümid edirlər. Sizin Yeltsin lazım gələrsə,
öz ölkəsini də bombalada bilər. Siz hələ onunla çox acılar
254
dadacaqsınız. Görərsən.
Biz artıq çatırdıq. Mən çantamdan on dollar çıxartdım. O
baxdı, ağ dişlərilə güldü.
- Zarafat edirsən? Gəl tanış olaq, mən hələ sənin adının
nə olduğunu bilmirəm. Mən Draqanam. Gəlin, axşam şam-
da görüşək, danışaq, - Draqan təklif etdi. – Qızını da götür,
gör nə gözəl və ağıllıdır, dərhal görünür. Mən oğlumu gə-
tirərəm, o da məktəblidir. Qoy bir-birinə həyatları, adətləri
haqqında danışsınlar, maraqlıdır. Düzdür, onun görünü-
şü, - Draqan başını buladı, - başını daz qırxdırıb. Mən ona
deyirəm: “Səfeh, niyə daz qırxdırmısan? Sənə tez-tez sata-
şacaqlar, dalaşmalı olacaqsan”, o, isə cavab verir: “Atacan,
mən cəbhəyə gedəcəyəm, heç nədən qorxmamalıyam”. Hə,
gəl, bizim həyatımız haqqında öz konfransındakından daha
çox şey öyrənərsən.
Biz vidalaşdıq.
Bilirdim ki, getməyəcəyəm. O, qəribədir. Həm də ki, ax-
şam yekun şam yeməyi planlaşdırılmışdı. Rumyantsev təcili
Moskvaya uçmalı idi: Rusiya parlamenti Yeltsinə etimadsız-
lıq bildirmişdi. Embarqo üzündən Belqrada təyyarələr uç-
madığından, onu maşınla Budapeştə kimi aparmalı idilər.
Həmin axşam biz Oleqi yola salanda, heç kəs güman edə
bilməzdi ki, cəmi bir neçə saatdan, bir neçə gündən sonra,
o, artıq deputat olmayacaq və üstəlik onu döyəcəklər də.
Moskvada aeroportdan birbaşa mühasirə edilmiş Ağ evə
yollandığından, elə Belqraddan getdiyi geyimdəcə yarımac
saxlayacaqlar. Həmin evdə, Ali Sovetin binasında, demokra-
tik Rusiya paytaxtının mərkəzində tanklar atəş atacaq. Yara
kimi, qara ləkələr kimi gah bu, gah da digər mərtəbə yanğı-
na bürünəcək.
Bu mənzərəni dünyanın bütün telekanalları göstərdilər.
Mən bütün bunları Belqraddan sonra gəldiyim Afinada gör-
düm. Yunan həmkarım hündürdən qışqıraraq məni ofisdən
televizor qoyulan holla çağırırdı: “Nina! Nina! Moskva ya-
nır! Ali Sovetin Moskvadakı evi yanır!” Mən əvvəlcə onun
nə üçün danışır Moskva dediyini anlamadım (“yanır” əvə-
zinə, “danışır” kimi eşitmişdim). Amma televizora yaxınla-
255
Gözəl müğənni Tamara Qverdtseteli. Təsadüf olub-olmadığını deyə
bilmərəm, amma biz Abxaziya Gürcüstandan ayrıldıqdan sonra
ünsiyyəti dayandırdıq
256
şanda, yanan parlament binasını gördüm, Bi-Bi-Sinin xəbər-
lərini eşidəndə, prezidentimiz Yeltsinin hələ bizə sürprizlər
edəcəyinə dair öncədən xəbər verən bığlı serbin sifəti gözlə-
rimin önünə gəldi.
Amma hələ buna bir neçə gün qalırdı...
Hələlik isə gələcəkdən xəbərsiz bizlər coşqun fəaliyyətə
girişmişdik. Çox sayda güllərlə bəzənmiş “İnterkontinental”
mehmanxanasında bizim konfransın birinci və əsas forumu
keçirilirdi. Hollda və xırda fəvvarələrdə su sakitləşdirici
tərzdə şırıldayır, içində ekzotik bitkilər, qızıl balıqlar, liana-
lar olan gözəl rezervuarlara yığılırdı. Bir sözlə, qızmar Belq-
radda – əsl vadi.
Çoxlu xarici nümayəndələr var idi. Hər yanda ingilis,
fransız, italyan, yunan dillərində sözlər eşidilirdi. Bütün
dünyadan pravoslav icmaları öz nümayəndələrini foruma
göndərmişdilər. Onlar arasında serb qadınları təzadlı gözəl-
likləri ilə çox seçilirdilər. Onların saçları adi qara deyildi,
göyümtül qara idi, həm də süni tük kimi parıldayırdı. Qarğa
qanadına oxşayırdı. Onlar qaraçı qızlarına bənzəyirdilər, yal-
nız rəngbərəng şallar və güllü ətək geyinməmişdilər, qaraçı
qızlarının adət etmədikləri ofis kostyumlarında idilər. Bir
cadugər başqasını əvəz edirdi. Onlar nümayəndələri harasa
aparır, oturdur, beyclər paylayır, qəhvəyə və sərin içkilərə
qonaq edirdilər. Məni yanımdakıların katibə-köməkçilər və
tərcüməçilər deyil, falçılar olması hissi bir saniyə də dinc bu-
raxmırdı. Elə bilirdim ki, onlar indicə kartları çıxararaq, fala
baxacaq, qonaqlara talelərini əvvəlcədən xəbər verəcəklər.
Çox sonralar başa düşdüm ki, intuisiyam məni aldatma-
yıb. Sən demə, bir çox serb qadını üçün cadugərlik və magiya
haqqında kitablar az qala stolüstü kitab imiş. Onlar ovsun
nüsxələri, otların xüsusiyyətlərini, ay təqvimi və qoroskop-
ları bilir, fal kartlarına isə sağlamlıq və kulinariya kitabla-
rından daha tez-tez müraciət edirlər. Serbiyada cadugərlik
– yemək hazırlanması kimi, adi haldır.
Mənim tanışım Karreras, Dominqo, Pavarotti və Xvoros-
tovski ilə oxumuş məşhur opera müğənnisi bir dəfə mənə
inanılması çətin olan bir əhvalat danışmışdı. Bir dəfə şam
Dostları ilə paylaş: |