249
tərəfindədir, çünki Tanrı-serbdir”. Belə oxuyaq: əgər dünya
bizə qarşıdırsa, biz bütün dünya ilə vuruşacağıq. Vəssalam.
Düstur belədir. Şüurlara nüfuz edən, şüurları gücləndirən
şüar hazırdır. Məhz bu şüar altında oğlanlar, atalar, ərlər
döyüşə, ölümə gedirlər. Bundan sonra isə qızlar nişanlısız,
ailələrdə uşaqlar yetim qalır, dul qadınlar ordusu formalaşır.
Yerdə qalanları yalnız boş sözlərdir: “Əgər mən hətta sülh
planını imzalamaq istəsəm, parlament bunu bəyənməyəcək”.
Bu uzun, həyəcanlı söhbət-danışıqların lap sonunda, ba-
yırda hava qaralanda və biz getməyə hazırlaşanda, mən Ra-
dovan Karaciçə onun öz şeirini xatırlatdım:
İnanma, gecəyarısının qaranlığına,
Bunu dəyişməyin mümkünsüzlüyünə,
Tanrı iradəsinin sabitliyinə.
Bir də öz iradənlə baş verir nəsə.
Onun gözləri və görkəmi dəyişdi. Az qala çiyninə düşən
sıx saçlarını külək oynatdı. Qarşımda yenidən şair dayandı.
O, mənə çoxlarının proqram xarakterli hesab etdiyi özünün
“Küldən törəyən insan” şeirini oxudu. Serb-xorvat dilində
oxusa da, mən demək olar ki, hamısını başa düşürdüm.
Ölür mart,
Gözdən itir pop-art,
Ölüm görür məqsədi
Yenə başlayır start.
Amma hər şeydən qorxan insan – canlı
Halbuki bütün dünya ona çevirib arxasını.
Mən onu dinləyirdim və başa düşürdüm ki, “küldən
törəyən insan” mövzusu onun üçün əsasdır:
Bax, küldən törəyən insan ürəyini batırıbdır mürəkkəbə.
Ətrafda hər şey məhv olur, iblis, cavab ver, görmürəm
burdan.
Deyilmi, bu böyük həqiqətin məşum bir parçası?
250
İblis görünür, nə bürüşmüş “küldən törəyən adam”a”, nə
də müəllifə cavab vermir.
Lakin onun şeirlərindəki iblis motivləri bu gün kiminsə
tərəfindən bu psixiatr-şair-siyasətçinin daha öncədən hə-
kimə aparılmasının vacibliyini sübut etməyə cəhd göstər-
mək üçün istifadə edə bilər. Guya, o, qocaların, qadınların
və uşaqların kütləvi məhv olunması üçün əmrlər verərkən,
manyak kimi hərəkət edib.
Haaqa tribunalı onu bəşəriyyətə qarşı cinayətdə ittiham
etdi. Yeri gəlmişkən, hər şeyi səmimiyyətlə etiraf etdiyi mis-
ralar budur:
Çoxdan imtina ediblər məndən
Bütün altruistlər.
İltihabllı dodaqda siqaret kimi çürüyürəm:
Axtarırlar hər yerdə məni -
Mənsə şehli pusquda,
Böyük şansı gözləyirəm
Əyilərək aşağı enmək,
Öz hüququnu rədd etmək
Və səhər bombasını atmaq
Gülüş –
Mən, tənha insanam,
Tünd xasiyyətli.
Onu hər halda həbs etdilər, bizim qısa görüşümüzdən on
altı il sonra. Onu parçalanmanı və Avropanın mərkəzindəki
paytaxtlarını NATO-nun bombalamasını unudulmaz dəhşət
kimi xatırlayan adamlar gizlətmişdilər.
O, arxasınca gələnlərə müqavimət göstərmədi. Qəzetlər-
də uzun çal saçlarını boynunun arxasında toplamış adamın
fotoları dərc edildi. Bu adamda Serb Krainasının keçmiş pre-
zidentini, döyüşçü və şairi, dəqiq sözlə, çağırışla, öz iştirakı
ilə ürəklərdə atəş yandıran şəxsi tanımaq çətin idi. O, daha
çox hind qurusuna oxşayırdı. Tanrı qurban gətirən və özü
qurbana çevrilən insana hansı yeni sınağı hazırlamışdı?
251
Yevgeni Primakov – baş nazir, xarici işlər naziri, Serbiyada mü-
haribə üzündən məşhur “Atlantika üzərindən dönüş”ün müəllifi-
dir. Alekseyi Rusiya XİN-də rəhbər vəzifəyə dəvət edirdi
252
O vaxt mən Karaciçdən öz suallarımın heç birinə cavab
ala bilmədim. Növbəti gün isə biz Belqrada qayıtdıq. Əsas
tədbirlər orada keçirilməli idi. Bizi qızmar şəhər qarşıladı.
Serb-xorvat dilindən tərcümədə “ağ şəhər” mənasını verən
Belqrad sıx tüstü dumanına bürünmüşdü. Şəhər sanki isti-
dən əriyirdi. Hətta səhər tezdən termometr yuxarı şkalanı
göstərirdi, gecəki şərti sərinlik isə bircə saatın içində uçub
getmişdi. Orada yəqin ki, yalnız suda yaşamaq olardı.
Mehmanxanada tələsik duş qəbul edərək, qızımla birlikdə
küçəyə çıxmağa tələsdik. Balaca avtobus nümayəndələri ar-
tıq aparmışdı. Biz taksi tutmaq ümidi ilə şosseyə çıxdıq. Ma-
şın az idi. On dəqiqə ərzində yanımızdan Sovet İttifaqı döv-
ründən qalma iki köhnə “Lada”dan başqa maşın keçmədi.
Biz şosse boyunca getmək və yol gedən maşınlardan birini
saxlatmaq qərarına gəldik. Birdən arxada biz hətta mühərrik
səsi də deyil, xışıltı, güclə hiss edilən hərəkət duyduq. Əsən
ilğımdan, təpədən bizə doğru gələn kabus kimi heyrətamiz
maşın göründü. Qızmar günəş bu hərəkət edən möcüzəli
texnikanın ətrafında zərrələrdən, parıltılardan, göyqurşağın-
dan ibarət bütöv halə yaratmışdı.
Səkidən keçən piyadaların hamısı şosse ilə gedən bu gözəl
maşının arxasınca boylanırdılar. Superavtomobil qızımla
mənim yanımda dayandı. Qapı qonaqpərvərliklə açıldı.
- Kuda idete?
Sürücü oturacağından bizə sevinclə qarabığlı yaraşıqlı
kişi baxırdı.
- Treba li vas odvesti?
Tərcüməçisiz də hər şey aydın idi. Cavabında biz sevinclə
başımızı tərpətdik. Mən serb-xorvat dilində ləhcəsiz yeganə
sözü dedim:
- Molim, - “xahiş edirəm” mənasını verirdi. – Bizi “İnter-
kontinentala”a kimi aparın.
- Kto ste?
- Biz rusuq, Moskvadan.
- A! Srdce moe! Rusca danış! Mən hər şeyi başa düşürəm,
- sürücü şövqlə qışqırdı.
Biz böyük məmnuniyyətlə sərin cənnətdə əyləşdik.
Dostları ilə paylaş: |