Şükür Əlizadə adpunun professoru VI sinifdə kurikulum üzrə fizikadan “Ölçü cihazları” mövzusunun tədrisi



Yüklə 74,21 Kb.

tarix06.02.2018
ölçüsü74,21 Kb.


Şükür Əlizadə 

ADPUnun professoru 

VI sinifdə kurikulum üzrə fizikadan “Ölçü cihazları” mövzusunun tədrisi 

Kurikulum  üzrə  təlim  əzbərçiliyə  deyil,  həyati  bacarıqlara,  başlıca  nəticəyə 

aparan  yoldur.  Kurikulum  təlim  nəticələri,  məzmun  standartları,  təşkili  və 

qiymətləndirilməsinin əsas məsələlərini özündə əks etdirir. 

Bu  yolda  müəllim  və  şagirdlərin  fəaliyyət  mexanizmi  dəyişir.  Müəllim  də, 

şagird  də  axtarır,  tədqiq  edir.  Müəllim  şagirdləri  müstəqil,  yaradıcı  fəaliyyətə 

istiqamətləndirməklə  onun  öz  fəaliyyətinin  nəticələrini  qiymətləndirməyi  bacaran 

şəxsiyyət kimi formalaşmasına bələdçilik edir. O, “Öyrənməyi öyrətmək”lə  biliyi 

müstəqil əldə etmə bacarığı formalaşdırır. 

Kurikulum  üzrə  təlim  prosesində  müəllim  dərsin  mövzusunu  elan  etmir. 

Motivasiyanı elə qurur ki, dərsin mövzusu şagirdlərdən alınır. 

Kurikulum üzrə təlim prosesində təfəkkürün fəallaşdırılması nəticəsində: 

·biliklər daha müstəqil, sərbəst qavranılır və mənimsənilir; 

·məntiqi,  tənqidi və  yaradıcı təfəkkür,  habelə problemlərin həlli və qərar qəbul 

edilməsi üzrə vərdişlər formalaşdırılır; 

· elmitədqiqat aparmaq bacarığı formalaşdırılır; 

· qarşılıqlı hörmət hissi və əməkdaşlıq vərdişləri aşılanır; 

· təlimin səmərəliliyi xeyli artır. 

Əgər şagird öz istəyinə və öz fəaliyyətinə əsasən yeni biliklər kəşf  edirsə, onda 

o, dərsə yaradıcı və maraqla yanaşır, əldə etdiyi bilikləri uzun müddətə və möhkəm 

mənimsəyir. 

Buradan  görünür  ki,  kurikulum  üzrə  dərslərin  quruluşu  taksonomiyanın 

mərhələləri üzrə aşağıdakı kimi təşkil olunmalıdır: 

· motivasiyanın yaradılması və problemin qoyuluşu; 

· tədqiqatın aparılması; 

· informasiya mübadiləsi; 

· informasiya müzakirəsi və təşkili; 

· müqayisə, ümumiləşdirmə və nəticə; 




· yaradıcı tətbiqetmə; 

· qiymətləndirmə və refleksiya; 

· evə tapşırıq. 

3.Mövzu: Ölçü cihazları. 

Standart: 3.1.5, 3.1.2, 3.2.1. 



Dərsin məqsədləri: Həyatda müxtəlif fiziki kəmiyyətləri ölçmək üçün: 

 



Ölçü cihazları ilə tanış olmaq; 

 



bu cihazların ölçü həddini müəyyən etmək; 

 



bu cihazların bir bölgüsünün qiymətini müəyyən etmək; 

 



alınan ərzağın kütləsini təyin etmək; 

 



avtomobilin sürətini təyin etmək; 

 



yolun uzunluğu, sinfin uzunluğu və enini təyin etmək; 

 



keçən vaxtı təyin etmək; 

 



temperatur, təzyiq və suyun həcmini ölçmək. 

Resurslar:  ruletka,  tərəzi,  kurvimetr,  odometr,  menzurka,  ştangenpərgar, 

təzyiqölçən,  termometr,  xətkeş,  saniyəölçən,  elektron  tərəzisi,  saat,  su,  kurə  və 

daşlar, sap, karandaş, işçi vərəqləri. 

İş formaları: Əməkdaşlıq, kiçik qruplarla iş, cütlərlə iş. 

Üsul: Əqli hücum, müsahibə, nümayiş, tədqiqat, yaradıcı tətbiq etmə, BİBÖ. 

 

Dərsin gedişi

 

1.Sinfin təşkili  2 dəq. 

Sinfə  daxil  olub,  salamlaşdıqdan  sonra  davamiyyəti  yoxlayıb,  dərsdə  iştirak 

etməyənləri  qeyd  edir,  sinfi  nəzərdən  keçirib  və  lazım  gələrsə  tərbiyəvi  təsir 

göstərirəm. Sinfi 4 qrupa bölür, işçi vərəqləri, fizika dərsliyi, elektron və mexaniki 

tərəzi,  çəki  daşı  dəsti,  kütləsi  təyin  ediləcək  cisimlər,  içərisində  su  olan  qab, 

menzurka, ruletka,  xətkeş, termometr, saat, təzyiqölçən, kurvimetr, stangenpərgar, 

odometr, saniyəölçən, bölgülü qab kiçik qruplara paylayır. 

2.Motivasiyanın yaradılması və problemin qoyuluşu  5 dəq. 



Həyatda fiziki kəmiyyətləri ölçmək üçün nə etməliyik? 

Hansı ölçü cihazlarından istifadə etməliyik? 

Bu suallara cavab vermək üçün lövhədə bir tablo asılmışdır. Bu tabloda göstərilmiş 

böyük sual işarəsinin altında bir anlayış  gizlənib. Bu anlayışı müəyyən etməkdən 

ötrü əvvəl bir neçə kiçik suala cavab verməliyik (şəkil 1). 

 

 



 

 

M: Sinfin uzunluğu hansı cihazla ölçülür? 



Ş: Ruletka ilə. 

M: Qüvvə hansı cihazla ölçülür? 

Ş: Dinamometrlə ölçülür. 

Sinfin 


uzunluğu 

hansı cihazla 

ölçülür? 

Qüvvə hansı 

cihazla 

ölçülür? 

Vaxt hansı 

cihazla 


ölçülür? 





Ötən vaxt 

hansı cihazla 

ölçülür? 

Təkərin 

fırlanmasına 

görə yolun 

uzunluğu 

hansı cihazla 

ölçülür? 

Təzyiq hansı 

cihazla 


ölçülür? 



?  


?  

Həcm hansı 



cihazla 

ölçülür? 

Əyri xətlərin 

uzunluğu 

hansı cihazla 

ölçülür? 

Cisimlərin 

daxili və 

xarici ölçüləri 

hansı cihazla 

ölçülür? 

Şəkərin 


kütləsi hansı 

cihazla 


ölçülür? 

Dəftərin 

uzunluğu 

hansı cihazla 

ölçülür? 

Temperatur 

hansı cihazla 

ölçülür? 



Şəkil 1 


M: Vaxt hansı cihazla ölçülür? 

Ş: Saatla ölçülür. 

M: Həcm hansı cihazla ölçülür? 

Ş: Həcm menzurka ilə ölçülür. 

M: Əyri xəttlərin uzunluğu hansı cihazla ölçülür? 

Ş: Kurvimetrlə. 

M: Cisimlərin daxili və xarici ölçüləri hansı cihazla ölçülür? 

Ş: Ştangenpərgarla ölçülür. 

M: Təzyiq hansı cihazla ölçülür? 

Ş: Təzyiqölçənlə ölçülür. 

M: Təkərin fırlanmasına görə gedilən yolun uzunluğu hansı cihazla ölçülür? 

Ş: Odometrlə ölçülür. 

M: Ötən ən qısa vaxt hansı cihazla ölçülür? 

Ş: Saniyəölçənlə ölçülür. 

M: Temperatur hansı cihazla ölçülür? 

Ş: Termometrlə ölçülür. 

M: Dəftərin uzunluğu hansı cihazla ölçülür? 

Ş: Dəftərin uzunluğu xətkeşlə ölçülür. 

M: Şəkərin kütləsi hansı cihazla ölçülür? 

Ş: Şəkərin kütləsi tərəzi ilə ölçülür. 

M: Maşının hərəkət sürəti hansı cihazla ölçülür? 

Ş: Maşının hərəkət sürəti spidometrlə ölçülür. 

M: Tərəzinin hansı növləri var? 

Ş: Tərəzinin mexaniki və elektron növləri var. Elektron tərəzi daha dəqiq olur. 

M: Bu cihazların hamısının üzərində bir hissə vardır. O nədir? 

Ş: Bu cihazların hamısının üstündə bir hissə  şkala vardır. 

M: Fiziki kəmiyyətin ölçülməsində cihazların şkalasında nələri bilmək lazımdır? 

Ş: Şkalanın ölçü həddini və bir bölgüsünün qiymətini bilmək lazımdır. 

M: Xətkeşin bir bölgüsünün qiyməti necə təyin edilir? 

Ş: Bunun üçün xətkeşin şkalasında ixtiyarı iki ən yaxın a və b cizgiləri qeyd edib, 

onların fərqini hesablayıb həmin cizgilər arasındakı bölgülərin n sayına bölür: 



 

     


 

 

M: Kitabınızda səh.30da menzurka, termometr və üç xətkeş təsvir olunmuşdur. Bu 



cihazların ölçü həddi və bir bölgüsünün qiyməti nə qədərdir? 

Ş:  Bu  cihazların ölçmə  həddi:menzurka  250  ml,  termometrdə  50°C,  I  xətkeşdə  4 

sm, II xətkeçdə 40 sm, III xətkeşdə 25 smdir; bir bölgüsünün qiyməti: menzurkada 

5 ml, termometrdə 5°C, I xətkeşdə 0,1 sm, II xətkeşdə 2 sm, III xətkeşdə 1 smdir. 

M: Cihaz xətası nəyə deyilir? 

Ş: Cihazın şkalasının bir bölgüsünün qiymətinin yarısına cihaz xətası deyilir. 

Noutbukdan istifadə edib ölçü cihazları nümayiş edir. 

İndi də gəlin kiçik sualların yerində cavabları yazaq (şəkil.2). 

 

M: Bütün bunlar birlikdə nə adlanırlar? 



Ş: Bütün bunlar birlikdə “Ölçü cihazları” adlanır. 

Şəkil 2 

Sinfin 


uzunluğu 

hansı cihazla 

ölçülür? 

Qüvvə hansı 

cihazla 

ölçülür? 

Vaxt hansı 

cihazla 


ölçülür? 

Ruletka 


Dinamometr 

Saat 


Saniyəölçən 

Odometr  

Təzyiqölçən 

Ötən vaxt 

hansı cihazla 

ölçülür? 

Təkərin 

fırlanmasına 

görə yolun 

uzunluğu 

hansı cihazla 

ölçülür? 

Təzyiq hansı 

cihazla 


ölçülür? 

Tərəzi 


Xətkeş 

Termometr 

Menzurka  

Kurvimetr  

Ştangenpərgar 

Həcm hansı 

cihazla 

ölçülür? 

Əyri xətlərin 

uzunluğu 

hansı cihazla 

ölçülür? 

Cisimlərin 

daxili və 

xarici ölçüləri 

hansı cihazla 

ölçülür? 

Şəkərin 


kütləsi hansı 

cihazla 


ölçülür? 

Dəftərin 

uzunluğu 

hansı cihazla 

ölçülür? 

Temperatur 

hansı cihazla 

ölçülür? 




M:  Demək,  bugünkü  dərsimiz  “Ölçü  cihazları”  olur.  Onda,  böyük  sual  işarəsinin 

altında “Ölçü cihazları” olmalıdır (şək.3). 

 

 

 



 

Tədqiqat sualı:  

 



Biz ölçü cihazları nə üçün öyrənirik? 

 



Bu cihazlardan istifadə edərkən nəyi bilmək lazımdır? 

 



Cihazın ölçmə həddini necə təyin edirik? 

 



Cihazın şkalasındakı bir bölgüsünün qiyməti necə təyin olunur? 

3. Tədqiqatın aparılması – 10 dəq. 

      Şəkil 3 

Sinfin 


uzunluğu 

hansı cihazla 

ölçülür? 

Qüvvə hansı 

cihazla 

ölçülür? 

Vaxt hansı 

cihazla 


ölçülür? 

Ölçü 

cihazları 

Ruletka 


Dinamometr 

Saat 


Saniyəölçən 

Odometr  

Təzyiqölçən 

Ötən vaxt 

hansı cihazla 

ölçülür? 

Təkərin 

fırlanmasına 

görə yolun 

uzunluğu 

hansı cihazla 

ölçülür? 

Təzyiq hansı 

cihazla 


ölçülür? 

Tərəzi 


Xətkeş 

Termometr 

Menzurka  

Kurvimetr  

Ştangenpərgar 

Həcm hansı 

cihazla 

ölçülür? 

Əyri xətlərin 

uzunluğu 

hansı cihazla 

ölçülür? 

Cisimlərin 

daxili və 

xarici ölçüləri 

hansı cihazla 

ölçülür? 

Şəkərin 


kütləsi hansı 

cihazla 


ölçülür? 

Dəftərin 

uzunluğu 

hansı cihazla 

ölçülür? 

Temperatur 

hansı cihazla 

ölçülür? 




Şagirdlər 4 kiçik qruplara  (“İstilik”, “Elektrik”, “Maqnit”  və “İşıq”) bölünür.  Hər 

qrupun  şagirdləri  tədqiqat  sualı  əsasında  axtarış  aparır,  fikirləşir,  verilmiş 

tapşırıqlar icra edilir və iş vərəqlərində müvafiq qeydlər aparılır. 

1.  “İstilik”  qrupu:  Cisim,  elektron  və  mexaniki  tərəzi  ilə  çəki  daşı  dəstindən 

istifadə edib, cismin kütləsini təyin edin. 

2.  “Elektrik”  qrupu:  İçərisində  su  olan  qab,  termometrdən  istifadə  edib,  verilmiş 

suyun temperaturunu ölçün. 

3.  “Maqnit”  qrupu:  Su  və  menzurka  verilir.  Verilmiş  menzurkadan  istifadə  edib 

suyun həcmini təyin edin. 

4.  “İşıq”  qrupu:  Ruletka  və  xətkeş  verilmişdir.  Onlardan  istifadə  edib  fizika 

kitabının və sinif otağının uzunluğunu təyin edin. 

4.İnformasiya mübadiləsi – 5 dəq. 

Kiçik  qrupun  üzvləri  öz  aralarında  informasiya  mübadiləsi  aparır  və  gəldikləri 

nəticəni işçi vərəqlərində qeyd edirlər. 

5.İnformasiya müzakirəsi – 5 dəq. 

İnformasiya müzakirəsi zamanı aşağıdakı suallar verilir: 

M: Temperatur hansı cihazla ölçülür? 

Ş: Temperatur termometrlə ölçülür. 

M: Cismin kütləsi hansı cihazla ölçülür? 

Ş: Cismin kütləsi tərəzi adlanan cihazla ölçülür. 

M: Təzyiqi ölçmək üçün hansı cihazdan istifadə edilir? 

Ş: Təzyiqi ölçmək üçün təzyiqölçəndən istifadə edilir. 

M: Xəritədə olan əyri xətlərin (yolların, çayların) uzunluğu hansı cihazla ölçülür? 

Ş: Xəritədə olan əyri xətlərin uzunluğu kurvimetrlə ölçülür. 

M: Təkərlərin fırlanması nəticəsində gedilən yolun uzunluğu hansı cihazla ölçülür? 

Ş: Təkərlərin fırlanması nəticəsində gedilən yolun uzunluğu odometrlə ölçülür. 

M: Mayelərin həcmləri hansı cihazla ölçülür? 

Ş: Mayelərin həcmləri menzurka ilə ölçülür. 

M: Kitab və ya dəftərin uzunluğu hansı cihazla ölçülür? 

Ş: Kitab və ya dəftərin uzunluğu xətkeşlə ölçülür. 




Şəkil 4 

M: Sinfin uzunluğu və eni hansı cihazla ölçülür? 

Ş: Sinfin uzunluğu və eni ruletka ilə ölçülür. 

M: Maşının hərəkət sürəti hansı cihazla ölçülür? 

Ş: Maşının hərəkət sürəti spidometrlə ölçülür. 

M: Qüvvəni ölçmək üçün hansı cihazdan istifadə edilir? 

Ş: Qüvvəni ölçmək üçün dinamometrdən istifadə edilir. 

M: I xətkeşin bir bölgüsünün qiyməti nə qədərdir? 

Ş: I xətkeşin bir bölgüsünün qiyməti 1 mm və ya 0,1 smdir. 

M: II xətkeşin bir bölgüsünün qiyməti neçə smdir? 

Ş: II xətkeşin bir bölgüsünün qiyməti 2 smdir. 

M: III xətkeşin bir bölgüsünün qiyməti neçə smdir? 

Ş: III xətkeşin bir bölgüsünün qiyməti 1 smdir. 

6. Müqayisə, ümumiləşdirmə və nəticə  5 dəq. 

Bu məqsədlə aşağıdakı sualları verirəm: 

M: Bu günkü dərsimiz nə oldu? 

Ş: Bu günkü dərsimiz “Ölçü cihazları” oldu. 

M: Hansı ölçü cihazları tanıyırsınız ? 

Ş:  Xətkeş,  ruletka,  menzurka,  tərəzi,  saat,  termometr,  təzyiqölçən,  kurvimetr, 

ştangenpərgar, odometr, saniyəölçən, ölçü lenti, bölgülü qab (şəkil 4)  

M: Müasir dövrdə fiziki kəmiyyətlərin ölçülməsində dəqiqliyi artırmaq  məqsədilə 

hansı cihazlardan istifadə edilir? 

 

 



 

 

 



Ş:  Müasir 

dövrdə 


 


şkalaları rəqəmlə əvəz edilən elektron cihazlardan istifadə edilir. 

Beləliklə, nə öyrəndiniz? 

Fiziki  kəmiyyətlərin  qiymətləri  ölçü  cihazları  vasitəsilə  təyin  edilir.  Bütün  ölçü 

cihazların şkalası vardır. Ölçü cihazlarından istifadə edərkən onun bir bölgüsünün 

qiymətini  təyin  etmək  vacibdir.  Cisimlərin  həcmi  menzurka,  temperaturu 

termometrlə, uzunluğu xətkeşlə, kütləsi tərəzi vasitəsilə ölçülür. 

Səhifə  29da  iki  termometr  şəkli  verilmişdir.  Birinci  termometrdə  ölçmə  həddi 

50°C, ikinci termometrin ölçmə həddi 80°Cdir. Ölçü nəticəsində birinci termometr 

26°C, ikinci termometr 23°C göstərir. Birinci termometrin bir bölgüsünün qiyməti 

1°C, ikinci termometrin bir bölgüsünün qiyməti 2°Cdir. Karandaşın uzunluğu 13,7 

smlə 13,8 sm arasında olur. Yəni: 13,7 sm<l<13,8 sm. 

Səhifə  32də  iki  müxtəlif  xətkeşlə  tirciklərin  ölçülməsi  təsvir  olunmuşdur.  Məlum 

olur ki, a cisminin uzunluğu 42 mm, b cisminin uzunluğu 42,5 mmdir. 

7. Yaradıcı tətbiqetmə  6 dəq. 

Sizə aşağıdakı məqsədlər üçün cihazlar almaq lazımdır. Hansını seçərdiniz? 

-

 

Otağınızın temperaturunu ölçmək üçün: 



A) saat, B) termometr, C) xətkeş, D) tərəzi, E) menzurka. 

-

 



Cismin uzunluğunu ölçmək üçün: 

A) saat, B) termometr, C) xətkeş, D) tərəzi, E) menzurka. 

-

 

Zamanı ölçmək üçün: 



A) saat, B) termometr, C) xətkeş, D) tərəzi, E) menzurka. 

-

 



Həcmi ölçmək üçün: 

A) saat, B) termometr, C) xətkeş, D) tərəzi, E) menzurka. 



8. Qiymətləndirmə və refleksiya – 5 dəq

İş vərəqləri toplayıb, təhlil edir və qrupları aşağıdakı kimi qiymətləndirirəm: 

                              Kiçik qruplar 

  Meyarlar

 

“İstilik” 



qrupu 

“Elektrik” 

qrupu 

“Maqnit” 



qrupu 

“İşıq” 


qrupu 

Ölçü cihazları tanıyır 

***** 

 

***** 



 

***** 


 

**** 


Ölçü  cihazlarından  istifadə 

etməyi bacarır

 

***** 


 

***** 


 

***** 


 

**** 


 


Ölçü  cihazların  bir  bölgüsünün 

qiymətini təyin etməyi bacarır

 

***** 


 

***** 


 

**** 


 

*** 


 

Ölçü  cihazlarını  tətbiq  etməyi 

bacarırlar

 

***** 



 

***** 


 

**** 


 

**** 


 

 

9. Evə tapşırıq – 2 dəq. 



Fizika  6da  “Ölçü  cihazları”  öyrənmək,  xətkeşdən  istifadə  edib  iş  stolunun 

uzunluğu  və  enini,  evdə  işlədiyiniz  otağın  ölçülərini  təyin  edin  və  keçilənləri 

təkrar edin. 

 

Ədəbiyyat 

1.

 



Abbasov Ə. Yeni kurikulumların səciyyəvi xüsusiyyətləri. “Kurikulum” 

jurnalı, 2008, N1 

2.

 

Əhmədov A., Abbasov Ə. Kurikulumların hazırlanması və tətbiqi 



məsələləri. Bakı, “Kövsər” nəşriyyatı, 2008 

3.

 



Murquzov M., Abdurazaqov R., Əliyev R. Fizika-6, B.2013 

 

Shukur Alizada 

Professsor of ASPU 

Teaching of “Measurement instruments” subject from Physics on curriculum in 

the 6

th

 grade. 



The  article  deals  with  the  method  of  teaching  of    “Measurement  instruments” 

subject from Physics on curriculum. 

 

Шукюр Ализаде 

Проф. АГПУ 

Преподавание темы «Измерительные приборы» по физике в 6-ом классе 

посредством курикулума. 

В  статье  изложена  методика  преподавания  по  теме    «Измерительные 



приборы» посредством курикулума.  



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə