Sükut zonası Şahin Böyükağa oğlu Əlibəyli Zone of silence



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə3/22
tarix21.07.2018
ölçüsü3,31 Mb.
#57515
1   2   3   4   5   6   7   8   9   ...   22

 

xarakterikdir. Belə ləngimə əyilmiş şüanın düz yolla müqayisədə səth boyunca daha uzun 



məsafə qət etməsinə və soyuq havada səsin sürətinin kiçik olmasına əsaslanır.  

 

 



 

 

 



Şəkil 10. Səth dalğası və «sükut zonası»

 



10 

 

Atmosferdə  temperatur  inversiyası  qatının  əmələ  gəlməsi  nəticəsində  həddən 



ziyadə  uzaq  olan  səs  siqnallarının  qəbulu  mümkündür.  Maraqlı  cəhət  uzaqdakı  nöqtədə 

səsin qəbulunun keyfiyyətcə heç də pis olmaması, hətta yaxından gələn səslə müqayisədə 

onu  üstələyə  bilməsidir.  Həddən  ziyadə  uzaq  məsafədən  səsin  qəbuluna  dair  tarixin 

yaddaşında çoxlu sayda nümunə saxlanmışdır. Məsələn, Birinci dünya müharibəsi zamanı 

səsin  refraksiyasına  müvafiq  atmosfer  şəraiti  olduğundan  fransız  cəbhəsindəki  kanonada 

(top atəşinin açılması nəticəsində yaranan güclü gurultu) İngiltərədə çox yaxşı eşidilirdi. 

 

Şəkil 11. «Sükut zonası»nın əmələ gəlməsinin sxematik təsviri 



 

Səs küləyə doğru yayıldıqda yuxarıya, külək istiqamətində yayıldıqda isə Yerə 

doğru əyilir və belə bir hal onun eşidilməsini yaxşılaşdırır. Külək səs şüalarının və bununla 

əlaqədar  «sükut  zonası»nın  formasını  təhrif  edir.  Belə  ki,  külək  səsin  yayıldığı  şəraitdə 

simmetriyanı məhv edərək, onu büsbütün aradan qaldıraraq şüaların formasını dəyişdirir və 

«sükut  zonası»nın  halqavarı  formasının  əhəmiyyətli  dərəcədə  təhrif  olunmasına  gətirib 

çıxara,  hətta  bəzi  sektorları  hesabına  anomal  eşidilmə  zonasını  məhdudlaşdırmaqla 

halqanın qapanmasına (qapalı olmasına) səbəb ola bilir. 

Səsin  anomal  yayılmasından  istifadə  edərək  atmosferin  orta  qatlarının 

temperaturu  təyin  edilir.  Həqiqətən  səsin  anomal  yayılmasının  tədqiq  edilməsi  orta 

atmosferdə  temperaturun  müəyyənləşdirilməsi  metodlarından  biridir  [2].  «Sükut 

zonası»nın  öyrənilməsi  39–40  kilometr  civarında  olan  bir  hündürlükdə  havanın 

temperaturunun  yüksəldiyi  təbəqənin  olması  haqqında  fikirlərin  irəli  sürülməsinə  gətirib 

çıxarmışdır.  

Akustikada «sükut zonası» uzaqdakı güclü mənbədən gələn səsin eşidilmədiyi 

bir sahədir, halbuki həmin səs daha uzaq məsafədə yenidən meydana çıxır və aydın eşidilir. 

Sonuncu  zona  anomal  eşidilmə  zonasıdır.  Beləliklə,  «sükut  zonası»  Yer  səthinin 

yaxınlığında olan elə bir sahədir ki, uzaqdakı güclü mənbədən çıxan səs burada eşidilmir, 

halbuki belə mənbələrdən yayılan səsin çox böyük məsafədən eşidilməsi mümkündür.  

«Sükut  zonası»na  analoji  olan  hadisə  həmçinin  dəniz  və  okeanda  səsin 

(ultrasəsin) yayılması zamanı da müşahidə edilir. Həqiqətən səs (ultrasəs) dəniz və okeanda 

yayılarkən çox vaxt analoji mənzərə yaranır. Belə hallarda «sükut zonası» adətən «kölgə 

zonası»  adlandırılır  [17].  Dəryalarda səsin  refraksiyası suyun  temperaturu,  duzluluğu və 

hidrostatik təzyiqlə əlaqədardır (şəkil 12).  




11 

 

 



Şəkil 12. Okeanda səs dalğalarının yayılması sxemi 

 

Hadisənin  mahiyyətini  düzgün  anlamaq  üçün  atmosferin  strukturu  haqqında 



biliklərə  malik  olmaq  lazımdır.  Bildiyimiz  kimi,  strukturuna  görə  atmosfer  müxtəlif 

təbəqələrə bölünür (şəkil 13).  

 

 

Şəkil 13. Atmosfer konsentrik təbəqələrin məcmusu kimi 



 

 

Atmosferin  alt  təbəqəsi  troposfer  adlanır.  Ona  başqa  sözlə  dönüş  təbəqəsi  də 



deyilir. Yunanca tropos – dəyişilmə, dönmə deməkdir. Troposfer atmosferin Yer səthinin 

təsirinə daha çox məruz qalan təbəqəsidir. Troposferin yuxarı sərhədi ekvator üzərində 16–

18  kilometr,  Azərbaycan  Respublikasının  ərazisi  üzərində  12–14  kilometr,  mülayim  en 

dairələrində  (enliklərdə)  10–12  kilometr,  qütblər  üzərində  8–10  kilometr  hündürlükdən 

keçir. Troposferin qalınlığının az olmasına baxmayaraq atmosfer kütləsinin xeyli hissəsi, 

təxminən  dörddə  üçündən  çoxu  (80  %-i)  məhz  buradadır.  Atmosferdəki  su  buxarının 

demək  olar  ki,  hamısı  (99  %-dən  çoxu)  troposferdədir.  Bütün  meteoroloji  proses  və 

hadisələr  (su  buxarının  kondensasiyası,  buludların  əmələ  gəlməsi,  yağıntıların  olması) 

əsasən troposferdə baş verir. Troposferin 30–50 metr hündürlükdəki təbəqəsi Yerlə daha 

çox təmasda olur. Həmin təbəqədə mikroiqlim və yerli iqlim xüsusiyyətləri aydın nəzərə 




12 

 

çarpır. Troposferdə hava kütlələrinin müxtəlif coğrafi tipləri formalaşır, atmosfer cəbhələri 



yaranır,  siklon,  antisiklon  və  digər  proseslər  inkişaf  edir.  Troposfer  hündürlükdən  asılı 

olaraq  temperaturun  orta  hesabla  hər  100  metrdə  0,65  °C  düşməsi,  buludlarla  əlaqədar 

güclü  turbulent  axınlarının  baş  verməsi  və  konveksiyanın  inkişaf  etməsilə  səciyyələnir. 

Troposferdə havanın temperaturu yüksəklikdən asılı olaraq hər bir kilometrdə orta hesabla 

6,5 °C düşür. Troposferin yuxarı sərhədində havanın temperaturu ekvator üzərində –70–80 

°C, mülayim qurşaqda (en dairələrində) –55–60 °C, Azərbaycan Respublikasının ərazisi 

üzərində –55–56 °C olur. Hündürlük artdıqca troposferin hər kilometrində küləyin sürəti 

saniyədə iki metr güclənir. Troposferin yuxarı sərhədində küləyin sürəti orta hesabla 15–20 

metr/saniyə olur. Bəzən burada sürəti 500–600 kilometr/saata çatan hava axınları müşahidə 

edilir. Troposferin yuxarı sərhədini stratosferdən ayıran keçid təbəqəsi tropopauza adlanır. 

Tropopauzanın qalınlığı 1–2 kilometr olur [1]. 

 

Şəkil  14.  Atmosferdə  səsin  yayılması  zamanı  «sükut  zonası»nın  yaranması 



sxemi.  Hündürlük  artdıqca  atmosfer  havasının  temperaturu  düşərkən  səs  şüalarının 

gedişinin dəyişməsi oxlarla göstərilmişdir. 

 

Elektrik  cəhətdən  bircinsli  olmayan  troposferdə  dalğalar  yayılarkən 



elektromaqnit  enerjisinin  yenidən  şüalanması  hadisəsindən  istifadə  edilən  uzaq  radio 

rabitəsinə  troposfer  radio  rabitəsi  deyilir.  Troposfer  radio  rabitəsi  desimetrlik  və 

santimetrlik dalğalar diapazonunda həyata keçirilir. Enerjinin yenidən şüalanması hadisəsi 

verici  və  qəbuledici  antennaların  istiqamətlənmə  diaqramlarının  kəsişmə  sahəsində  baş 

verir. Troposfer radio rabitəsində verici və qəbuledici məntəqələr arasındakı məsafə min 

kilometrə çata bilər.  

Növbəti təbəqəyə stratosfer, yaxud döşəmə təbəqəsi deyilir. Yunanca stratum – 

qat,  lay,  təbəqə  və  sphaira  –  kürə  deməkdir.  Stratosfer  8–16  kilometrdən  45–55 

kilometrədək  yüksəklikdə  yerləşir.  Stratosferin  hündürlüyü  orta  hesabla  təxminən  39–40 

kilometr götürülür. Stratosferdə havanın seyrək, su buxarının xeyli az olması burada istilik 

mübadiləsinin  əsasən  şüa-istilik  mübadiləsi  şəklində  getməsinə  imkan  yaradır.  Stratosfer 

üçün buludların olmaması, böyük sürətə malik (saniyədə 60–100 metr sürətilə) küləklərin 

əsməsi və  şırnaqlı  axınların  qeydə  alınması (havanın  troposfer  və  stratosferdə  uzunluğu 

min kilometrə çatan ensiz axın şəklində bir yerdən başqa yerə köçürülməsi) xarakterikdir. 

Stratosfer havanın temperaturunun hündürlükdən asılı olaraq aşağı təbəqədə az dəyişməsi 

(–40 °C-dən –80 °C-dək), yuxarı təbəqədə artması (0 °C-dək) ilə səciyyələnir. Onun yuxarı 

hissəsində çox böyük miqdarda ozon olur. Odur ki, həmin qata ozon qatı deyilir. Yunanca 



Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə