Sükut zonası Şahin Böyükağa oğlu Əlibəyli Zone of silence



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə4/22
tarix21.07.2018
ölçüsü3,31 Mb.
#57515
1   2   3   4   5   6   7   8   9   ...   22

13 

 

ozo  -  ətir  saçıram  deməkdir.  Ozonosfer  atmosferin  10–50  kilometr  hündürlükdə  olan 



qatıdır. Hündürlük artdıqca ozonun miqdarı çoxalır. Ozonun çox hissəsi 20–35 kilometr 

hündürlükdə  olur.  Hesablamalar  göstərir  ki,  25–28  kilometr  hündürlükdə  ozonun 

maksimal  hissəsi  toplanır,  onun  ən  yüksək  konsentrasiyası  qeydə  alınır.  Burada  ozonun 

sıxlığı Yer səthindəkindən düz on dəfə çoxdur. Bəzən məhz bu təbəqə ozonosfer kimi ifadə 

edilir. Ozon qatı canlı orqanizmlərin həyatı üçün çox ciddi təhlükə törədən ultrabənövşəyi 

şüaları intensiv udaraq çox mühüm əhəmiyyət kəsb edir. Buna görə də ozonosferi «Yerin 

qoruyucu örtüyü», «Yerin tacı», «Yerin zirehi» də adlandırırlar. Ultrabənövşəyi şüaların 

intensiv udulması burada temperaturun yüksəlkməsinə səbəb olur.  

Stratosferin  yuxarı  sərhədində  yerləşən  keçid  təbəqəsinə  stratopauza  deyilir. 

Stratopauza  atmosferin  stratosferlə  mezosfer  arasındakı  keçid  təbəqəsidir.  Onun  başlıca 

xüsusiyyəti 50–55 kilometr hündürlükdə yerləşməsidir. 

Stratopauzadan  sonra  gələn  təbəqə  mezosfer  adlanır.  Ona  başqa  sözlə  aralıq 

təbəqə də deyilir. Mezosfer qalınlığı 55–80 kilometr olan bir təbəqədir. Bu təbəqəninaşağı 

qatlarında  əvvəlcə  havanın  temperaturu  artır  (hətta  25–30  °C  qeydə  alınır),  sonra 

temperaturun  azalması  müşahidə  olunur.  Mezosferin  yuxarı  sərhədində  havanın 

temperaturu –75–90 °C təşkil edir. Aralıq təbəqənin aşağı və orta qatlarında qərb, yuxarı 

qatlarında isə şərq küləkləri daha çox əsir. Onun hüdudunu təşkil edən keçid təbəqəsinə 

mezopauza  deyilir.  Mezopauzadan  sonra  gələn  təbəqə  termosfer,  yaxud  istilik  təbəqəsi 

adlanır.  Termosferin  yuxarı  sərhədi  təqribən    800–810  kilometr  hündürlükdə  yerləşir. 

Qazın  seyrək  olması  burada  molekulların  yüksək  temperatur  şəraitində  böyük  sürətlə 

hərəkət  etməsinə  imkan  yaradır.  Nəticədə  baş  verən  hadisə  ionlaşma,  yaxud  ionizasiya 

adlanır. Buna sərf olunan enerjiyə ionlaşma enerjisi deyilir. Nəticədə əmələ gələn yüklü 

zərrəciklər  ionlar  adlanır.  Elektrik  xüsusiyyətinə  görə  termosferə  bəzən  başqa  sözlə 

ionosfer də deyilir. Yunanca ion – hərəkət edən, gedən və spaira – dairə, kürə deməkdir.  

Cərəyan buraxıldıqda məhlulda mənfi qütbə (katoda) tərəf hərəkət edən müsbət 

yüklü iona kation, müsbət qütbə (anoda) tərəf hərəkət edən mənfi yüklü iona anion deyilir.  

Baş verən kimyəvi prosesin təbiətindən asılı olaraq ionlaşma iki növə ayrılır: 1) 

itirilmə ionlaşması; 2) tapılma ionlaşması. 

Atomdan, yaxud atom qruplarından (molekuldan, radikaldan) bir və yaxud bir 

neçə  elektronun (yaxud  yüklü  zərrəciyin) qopması hadisəsinə  itirilmə  ionlaşması deyilir. 

Atoma,  yaxud  atom  qruplarına  (molekula,  radikala)  bir  və  yaxud  bir  neçə  elektronun 

(yaxud  yüklü  zərrəciyin)  birləşməsi  hadisəsi  tapılma  ionlaşması  adlanır.  İonlaşma 

nəticəsində sərbəst elektronlar, müsbət və mənfi ionlar əmələ gəlir.  

Prosesin  ardıcıllığından  asılı  olaraq  ionlaşma  daha  iki  növə  ayrılır:  1)  pilləsiz 

ionlaşma; 2) pilləli ionlaşma. 

Əgər ionlaşma elə toqquşma anındaca baş verirsə, buna pilləsiz ionlaşma deyilir. 

Atomun  ionlaşması  üçün  toqquşan  elektronun  və  yaxud  işıq  kvantının  enerjisi  atomun 

özünün enerjisindən kiçik olmamalıdır. Enerjisi atomun ionlaşma enerjisindən böyük olan 

elektronun  həddən  ziyadə  «səxavətliliklə»,  «əliaçıqlıqla»  davrandığını  düşünmək 

sadəlövlük olardı. Belə ki, elektron özünün artıq enerjisindən atoma onun ancaq ionlaşması 

üçün  lazım  olan  qədər  enerji  verir,  qalanını  «özünün  dar  günü  üçün  saxlayır».  Ağır 

zərrəciklərin (ionların, neytral atomların) ionlaşma yaratması üçün onların enerjisi atomun 




14 

 

ionlaşma enerjisindən azı iki dəfə çox olmalıdır. Böyük sürət müşahidə olunan hallarda 



ionlaşmanın baş verməsi ehtimalı azalır. Çünki yüksək sürətlə hərəkət edən elektron atomu 

ionlaşdırmadan onun yanından keçib gedir.  

  İonlaşma prosesi həmçinin ardıcıl gedən dəyişikliklərlə mümkün ola bilər. Belə 

hallarda  ona  pilləli  ionlaşma  deyilir.  Pilləsiz  ionlaşmanın  baş  verməsi  üçün  cəmi  bir 

toqquşma  kifayət  etdiyi  halda,  pilləli  ionlaşma  barəsində  bunu  söyləmək  olmur.  Çünki 

ondan fərqli olaraq pilləli ionlaşmanın baş verməsindən ötrü bir neçə dəfə toqquşma lazım 

gəlir.  Birinci  toqquşma  zamanı  atom  əvvəlcə  həyəcanlanır,  yalnız  sonrakı  toqquşmada 

onun ionlaşması baş verir.  

 

Şəkil 15. İonosferin qayıdan-maili zondlanması zamanı «sükut zonası»nın 



müəyyən edilməsi sxemi 

 

Bu  gün  ionosferin  dörd  qatdan  ibarət  olması  mütləq  dərəcədə  etibarlı  şəkildə 



öyrənilmişdir.  

İonlaşmış  qatlardan  ən  aşağıdakı  olan  D  qatı  60–80  kilometr  hündürlükdə 

yerləşir  və  yalnız  gündüz  saatlarında  mövcud  olur.  Gecə  ion  rekombinasiyası 

mexanizminin təsiri altında D qatı itir. D qatı qısa diapazona malik radio dalğalarını udan 

yeganə  qatdır.  Gecə  D  qatı  itərkən  uzaqda  yerləşən  və  zəif  olan  radio  stansiyalarından 

siqnalların qəbulu mümkündür.  




15 

 

Aşağıdan ikinci qat olan E qatı 100–150 kilometr hündürlükdə yerləşir, aşağı 



konsentrasiyada ionlara malik olur, birinci qat kimi gecələr praktik olaraq tamamilə itir. E 

qatı Günəş aktivliyinə daha az məruz qalan əksetdirici qatdır.  

Həmçinin «E

s

» qatı da mövcuddur. E qatı üçün səciyyəvi olan əlamətlər burada 



da  müşahidə  edilir.  E

s

  qatı  zəif  ionlaşmış  qazların  əmələ  gətirdiyi  ara  yerlərlə  bölünən 



güclü  ionlaşmış  buludların  yığıntısından  ibarətdir.  Şərti  olaraq  onu  «sporadik  qat» 

adlandırırlar.  Ümumiyyətlə,  belə  bir  törəmənin  ayrıca  qat  hesab  edilməsi  çox  çətindir, 

çünki sporadik qat qeyri-müntəzəm olaraq nadir hallarda, çox vaxt yayda meydana gəlir.  

İonosferin ən yuxarı qatı «F» hərfi ilə işarə edilir. Həmin qat «Eplton qatı» adını 

daşıyır.  Eplton  qatı  gündüz  saatlarında  iki  qata  (F

1

  və  F



2

)  parçalanır.  Daha  böyük  ion 

konsentrasiyasının  qeydə  alınması  ilə  səciyyələnən  F  qatı  yay  fəslində  300–450,  qış 

fəslində isə 250–350  kilometr hündürlükdə  yerləşir.  F

1

  qatı  yalnız gündüz  mövcud olur. 



Həmin  qat  gecə  F

2

  qatı  ilə  qovuşur,  ona  qatışır.  F



2

  qatı  ionlaşmış  qatlardan  ən  yuxarıda 

olanıdır. Bu qatın konsentrasiyası gündüz yüksəlir, yayda qışdakına nisbətən daha yuxarı 

olur.  F


2

  qatının  konsentrasiyası  nə  qədər  yüksək  olarsa,  daha  artıq  tezlikdə  dalğanın 

ionosferdən  əks  edilməsi  mümkün  olur.  Sübut  olunmuşdur  ki,  məhz  F

2

  qatı  radio 



dalğalarının yayılmasına əsas təsir göstərir.  

 

Şəkil 16. İonosferin quruluşunu göstərən sxem 



 

İonosfer  atmosferin  50–80  kilometrdən  yuxarıda  yerləşən  ionlaşmış  qatıdır. 

İonosferin  yuxarı  sərhədi  şərti  olaraq  15000–20000  kilometr  götürülür.  İonlaşma 

qısadalğalı Günəş şüalarının, korpuskulyar sellərin, kosmik şüaların təsiri nəticəsində baş 

verir.  İon  və  elektronların  atmosferdə  konsentrasiyası  hündürlükdən,  gecə  və  gündüzün 

dəyişilməsindən,  həmçinin  digər  amillərdən  asılıdır.  Maksimal  ionlaşma  gecə  300–400 

kilometr, gündüz isə 160–320 kilometr yüksəkliyədək müşahidə edilir. İonosferin ayrı-ayrı 

təbəqələrində ionlaşdırıcı şüaların təsiri müxtəlif olur. Məsələn, qısadalğalı Günəş şüaları  

ionların  çox  hissəsini  ionosferin  120–200  kilometr  hündürlükdəki  qatında  əmələ  gətirir. 

Günəşin hansı yüksəklikdə olmasından və fəallığından asılı olaraq ionosfer dəyişilir. Belə 

dəyişilmə xüsusilə 100–200 kilometr hündürlükdə daha çox qeydə alınır. Bəzən ionosferdə 



Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə