Sükut zonası Şahin Böyükağa oğlu Əlibəyli Zone of silence



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə5/22
tarix21.07.2018
ölçüsü3,31 Mb.
#57515
1   2   3   4   5   6   7   8   9   ...   22

16 

 

bir  «təlatüm»  müşahidə  olunur.  Maqnit  qasırğaları  ilə  əlaqədar  olan  həmin  hadisə 



ionosferin  həyəcanlanması  adlanır.  İonlaşmış  kütlələrin  hərəkəti  və  turbulentliyi  radio 

dalğalarının  yayılmasına  təsir  göstərir,  bəzən  onların  əks  olunmasına  maneçilik  törədir, 

radio rabitəsinin tamamilə kəsilməsinə səbəb olur.  

Günəşin  buraxdığı  korpuskulyar,  ultrabənövşəyi  və  kosmik  şüalar  burada 

molekulların ionlaşmasına səbəb olur. Müəyyən edilmişdir ki, ionlaşma prosesi havasının 

sıxlığı nisbətən  çox  və  enerjisi kifayət qədər yüksək olan  80–120 və  200–240  kilometr 

hündürlükdəki  qatlarda  daha  intensiv  gedir.  Yüksək  dərəcədə  ionlaşmış  qatlar  güclü 

elektrikkeçirmə xassəsinə malikdir. Bu qatlarda radio dalğalarının yayılma, udulma, sınma, 

qayıtma  və  polyarlaşması  kimi  hadisələr  baş  verir.  Qütb  parıltıları  və  maqnit  fırtınaları 

termosfer üçün xarakterikdir. Termosferdə havanın temperaturu hündürlükdən asılı olaraq 

artır,  yüzlərlə,  hətta  minlərlə  dərəcəyə  çatır.  Təbəqənin  «termosfer»  adlandırılmasının 

səbəbi məhz bundadır. Termosferdə temperaturun artması Günəşdən gələn ultrabənövşəyi 

şüaların  udulması  ilə  əlaqədardır.  Təqribən  200–210  kilometr  hündürlükdə  temperatur 

525–725  °C  olur.  Termosferin  yuxarı  hüdudunu  təşkil  edən  keçid  təbəqəsi  termopauza 

adlanır. Termopauzada havanın temperaturu 1725–2725 °C-yə çatır.  

 

Şəkil 17. Əksetdirici ionlaşmış qat 



 

Yerdən çox yüksəkdə ionlaşmış atmosfer qatının olması haqqında ilk fərziyyələr 

planetimizin maqnit sahəsinin və onu əhatə edən atmosferdə elektrik hadisələrinin tədqiq 

edilməsilə  əlaqədar  olaraq  söylənilmişdir.  1839-cu  ildə  alman  riyaziyyatçısı,  fizik, 

astronom  və  geodezist  İohann  Karl  Fridrix  Qauss  (Johann  Carl  Friedrich  Gauβ;  1777–

1855),  1860-cı  ildə  britaniyalı  fizik  Uilyam  Tomson  (William  Thomson;  1824–1907), 

1878-ci  ildə  şotland  fiziki  Balfur  Stüart  (Balfour  Stewart;  1828–1887)  ilk  dəfə 

mülahizələrini irəli sürmüşlər. XX əsrin 20-ci illərindən etibarən ionosferin elmi tədqiqinə 

başlanılmışdır.  



17 

 

 



Şəkil 18. Qulyelmo Markoni (Guglielmo Marchese Marconi; 1874–1937) 

 

Raket  və  peyk  texnikasının  inkişafı  ionosferin  tədqiqinə  böyük  kömək 



göstərmişdir.  İonosferin  hərtərəfli  öyrənilməsində  sovet  alimləri  fizik  Dmitri 

Apollinariyeviç Rojanski (1882–1936), Rusiyada radiolampa sənayesinin əsasını qoymuş 

radiotexnik  Mixail  Aleksandroviç  Bonç-Bruyeviç  (1888–1940),  radiotexnika  və 

radiofizika  sahəsində  mütəxəssis,  qısadalğalı  uzaq  rabitənin  hesablanma  metodları  və 

nəzəriyyəsi  üzrə  əsərlərin  müəllifi,  radiosiqnalların  sualtı  qəbulu  nəzəriyyəsinin  banisi 

Aleksandr  Nikolayeviç  Şukin  (1900–1990),  ingilis  fiziki  Eduard  Viktor  Eplton  (Sir 

Edward Victor Appleton; 1892–1965) və başqalarının mühüm xidmətləri olmuşdur. 

 

Şəkil 19. Oliver Hevisayd (Oliver Heaviside; 1850–1925) 



 

 

İtalyan  radiotexniki  və  sahibkarı,  markiz  Qulyelmo  Markoni  (Guglielmo 



Marchese  Marconi;  1874–1937)  bir  sıra  ölkələrdə  dünyada  radionun  köməyilə 

informasiyaların  müvəffəqiyyətlə  ötürülməsinə  imkan  verən  mükəmməl  sistemin  ilk 

yaradıcısı  kimi  hörmət  qazanmış  və  məşhurlaşmışdır.  Qulyelmo  Markoni  1901-ci  ildə 



18 

 

hazırda  Kanada  ərazisi  olan  Nyufaundlend  adasında  Sent-Cons  şəhərində  152  metrlik 



antennanın köməyilə transatlantik radiosiqnal qəbul etmişdir. Qulyelmo Markoni 1909-cu 

ildə fizika üzrə Nobel mükafatı laureatı olmuşdur.  

 

Şəkil 20. Artur Edvin Kennelli (Arthur Edwin Kennelly; 1861–1939) 



 

 

Şəkil 21. Ser Robert Aleksandr Uotson-Uott (Sir Robert Alexander Watson-



Watt; 1892–1973) 

 

Heç bir yerdə təhsil almamış, lakin özü öyrənə-öyrənə mühəndis, riyaziyyatçı və 



fizik  kimi  məşhurlaşan  ingilis  alimi  Oliver  Hevisayd  (Oliver  Heaviside;  1850–1925) 

ionosferin  öyrənilməsi  sahəsində  müstəsna  xidmətlər  göstərmişdir.  Uşaqlıqda  keçirdiyi 

skarlatina  xəstəliyi  nəticəsində  eşitmə  qabiliyyəti  ciddi  şəkildə  pozulmuş  və  bütün  ömrü 

boyu  zəif  eşitmişdir.  Hevisaydın  yaxşı  eşitməməsi  həmyaşıdları  ilə  normal  ünsiyyət 

qurmağı  bacarmaması  səbəbindən  onun  uşaqlıq  illərinin  gərgin  keçməsinə  səbəb 



19 

 

olmuşdur. Dərsləri mənimsəmə qabiliyyəti yüksək olmuş, 500 şagird arasında beşinci yeri 



tutmuşdur.  Buna  baxmayaraq  16  yaşında  ikən  Oliver  məktəbi  atmış,  Morze  əlifbasını, 

elektriklənmə  və  elektrotexnika  nəzəriyyəsini  müstəqil  şəkildə  öyrənmiş,  alman  və 

Danimarka  dillərini  öyrənməklə  məşğul  olmuşdur.  1902-ci  ildə  Oliver  Hevisayd 

atmosferdə  ionlaşmış  qatın  olmasını  güman  etmişdir.  Onun  irəli  sürdüyü  nəzəriyyə  Yer 

kürəsinin  kürə  şəklində  olmasına  baxmayaraq  onun  ətrafında  radiosiqnalın  yayılmasının 

mümkünlüyü kimi mühüm bir müddəanı özündə birləşdirmişdir.  

 

 

Şəkil 22. Eduard Viktor Eplton (Sir Edward Victor Appleton; 1892–1965) 



 

Hevisayddan  asılı  olmadan,  ondan  xəbərsiz  amerikan  elektrotexniki  və 

mühəndisi  Artur  Edvin  Kennelli  (Arthur  Edwin  Kennelly;  1861–1939)  Atlantikadan 

keçməklə  Avropa  və  Amerika  arasında  qısa  dalğaların  uzaq  məsafədən  qəbulu  üzrə 

eksperimentlər  aparmışdır.  Hevisayd  və  Kennelli  güman  etmişlər  ki,  Yer  kürəsinin 

ətrafında haradasa radio dalğalarını əks etdirməyə qabil olan ionlaşmış təbəqə mövcuddur. 

Həmin  təbəqə  ilk  vaxtlar  «Hevisayd  –  Kennelli  təbəqəsi»,  sonralar  isə  «ionosfer» 

adlandırılmışdır. 1926-cı ildə radarı ixtira etməsinə görə məşhurluq qazanmış şotland fiziki 

ser  Robert  Aleksandr Uotson-Uott  (Sir Robert  Alexander  Watson-Watt; 1892–1973)  bir 

məktubda «ionosfer» terminini işlətməklə onu elmi dövriyyəyə daxil etmişdir. Mənbələrin 

bir  çoxunda  Uotson-Vatt  kimi  tanınan  həmin  fizikin  məktubu  yalnız  1969-cu  ildə 

«Nature» jurnalında dərc olunmuşdur. Gəlin, məktubdan bir fraqmentə nəzər yetirək: Son 

zamanlar «stratosfer» və «troposfer» kimi terminlər atmosferin ayrı-ayrı təbəqələrini təsvir 

etmək  üçün  elmi  cəmiyyətlərin  leksikonuna  daha  möhkəm  şəkildə  daxil  olmuşdur. 

Atmosferin  yüksək  ionizasiya  və  yüklü  hissəciklərin  böyük  uzunluqda  sərbəst  hərəkəti 

müşahidə olunan sahəsinə münasibətdə «ionosfer» terminin çox uyğun gəldiyi, bu sırada 

yer tutmaq üçün yaxşı yaradığı aydın görünür». 

İngilis fiziki Eduard Viktor Eplton (Sir Edward Victor Appleton) 1927-ci ildə 

ionosferin  mövcudluğunu  təsdiqləmişdir.  E.  V.  Eplton  1947-ci  ildə  «atmosferin  yuxarı 

qatlarının fizikasını öyrənməsinə, xüsusən Eplton qatlarını kəşf etməsinə görə» fizika üzrə 

Nobel mükafatı laureatı olmuşdur. 



Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə