Sükut zonası Şahin Böyükağa oğlu Əlibəyli Zone of silence



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə6/22
tarix21.07.2018
ölçüsü3,31 Mb.
#57515
1   2   3   4   5   6   7   8   9   ...   22

20 

 

Amerikan fiziki və mühəndisi Lloyd Viel Berkner (Lloyd Viel Berkner) ilk dəfə 



ionosferin  hündürlük  və  sıxlığını  ölçmüşdür.  Şübhəsiz  ki,  onun  bu  nailiyyəti  qısa  radio 

dalğalarının yayılması nəzəriyyəsinin irəli sürülməsinə səbəb olmuşdur. 

 

 

Şəkil 23. Lloyd Viel Berkner (Lloyd Viel Berkner; 1905–1967) 



 

İngilis alimləri Moris Vinsent Uilks (Maurice Vincent Wilkes) və Con Retkliff 

(John Ratcliffe) çox uzun radio dalğalarının ionosferdə yayılmasını tədqiq etmişlər.  

 

 



Şəkil 24. Vitali Lazareviç Ginzburq (1916–2009) 

 



21 

 

Rus  alimi,  nəzəriyyəçi  fizik,  fizika-riyaziyyat  elmləri  doktoru,  professor  Vitali 



Lazareviç  Ginzburq  elektromaqnit  dalğalarının  plazmada,  xüsusən  ionosferdə  yayılması 

nəzəriyyəsini işləyib hazırlamışdır. 

 1962-ci ildə ionosferi tədqiq etmək üçün Kanada tərəfindən «Alouette-1» peyki 

buraxılmışdır.  Onun  müvəffəqiyyət  qazanmasının  ardınca  ionosferdə  tədqiqat  işlərini 

davam etdirmək və orada ölçmə aparmaq üçün 1965-ci ildə «Alouette-2», həmçinin 1969-

cu və 1971-ci illərdə iki ISIS peyki göndərilmişdir. 

Radio dalğalarının maraqlı xüsusiyyəti vardır. Onlar yekcins olmayan mühitdə 

düz  xətt  üzrə  yayılmır,  bir  qədər  əyilirlər.  Mühitin  müxtəliftərkibliliyi  nə  qədər  böyük 

olarsa, radio dalğalarının əyilməsi daha artıq dərəcədə müşahidə edilir. Daim ionosferdə 

sınan elektromaqnit dalğası Yer səthinə paralel olan bir mövqe tuta, hətta planetə qayıda 

bilər.  Əgər  ionosferin  əksetdirmə  qabiliyyəti  kifayət  qədər  olmazsa,  onda  dalğa  kosmik 

boşluğa  gedir.  Radio  dalğasının  uzunluğu  nə  qədər  böyük  olarsa,  onun  normal  əks 

olunmasını təmin etmək üçün daha aşağı dərəcədə ionlaşma tələb edilir. Həmçinin əksinə, 

dalğanın tezliyi yüksək olduğu təqdirdə onun ionosferdə sınması daha çətin başa gəlir.  

 

 

Şəkil 25. Tomas Yunq (Thomas Young; 1773–1829) 



 

Elektromaqnit dalğasının maneə yanından keçib getmə qabiliyyəinə difraksiya 

deyilir. Difraksiya dalğa yayıldıqda onun həndəsi optika qanunlarından kənara çıxmasıdır. 

Latınca  diffractus  –  sındırılmış  deməkdir.  Dalğanın  difraksiyasını  ilk  dəfə  1800-cü  ildə 

ingilis fiziki, astronom, həkim və şərqşünası, işığın dalğa nəzəriyyəsinin yaradıcılarından 

biri  Tomas  Yunq  (Thomas  Young)  izah  etmişdir.  Bundan  düz  15  il  sonra  1815-ci  ildə 

işığın  dalğa  nəzəriyyəsinin  yaradıcılarından  daha  biri,  fransız  fiziki  Ogüsten-Jan  Frenel 

(Augustin-Jean  Fresnel)  yenidən  dalğanın  difraksiyası  məsələsinə  qayıtmış  və  onun 

mükəmməl izahını vermişdir. 

 

 




22 

 

 

Şəkil 26. Ogüsten-Jan Frenel (Augustin-Jean Fresnel; 1788–1827) 

 

 



Tədqiqatlar  göstərmişdir  ki,  difraksiya  xassəsi  istənilən  uzunluqda  radio 

dalğalarına  xasdır.  Hərçənd  dalğanın  uzunluğu  qısaldıqca  onun  difraksiya  qabiliyyəti 

kəskin surətdə zəifləyir. 

 

Şəkil 27. Radio dalğasının difraksiyasının sxemi 



 

Beləliklə,  real  şəraitdə  istənilən  elektromaqnit  dalğası  şüalanma  nöqtəsindən 

qəbul  nöqtəsinə  iki  yolla  düşə  bilər:  1)  atmosferin  müxtəliftərkibliliyi  nəticəsində  Yer 

kürəsi  səthinin  yanından  keçməklə,  onun  ətrafına  dolanmaqla;  2)  ionosferdən  əks 

olunmaqla. 

Atmosferin müxtəliftərkibliliyi nəticəsində Yer kürəsi səthinin yanından keçən 

dalğaya səth dalğası, ionosferdən əks olunan dalğaya isə həcm dalğası deyilir. 

Doğrusu, Yer səthi elektrik cərəyanını kifayət qədər yaxşı keçirmir. Bu zaman 

dalğa  enerjisinin  yalnız  bir  hissəsi  udulur.  Dalğanın  tezliyi  artdıqca  enerjinin  udulması 

kəskin surətdə  çoxalır.  Buna görə daha  yüksək tezlikdə  olan dalğalara nisbətən uzun  və 

orta dalğalar səthi yolla xeyli artıq məsafəyə yayılırlar. Dalğa nə qədər qısa olarsa, fəza 

şüası bir o qədər çox, həcm şüası isə əksinə az sönür. 

Uzun diapazona malik elektromaqnit dalğaları 3000 kilometrdən artıq olmayan 

məsafədə  yayıldığı  təqdirdə  Yer  səthinin  yanından  keçib  gedə  bilər.  Uzun  dalğaların 

ionosferdən əks edilməsi başlıca olaraq gecə saatlarında müşahidə edilir. Çünki həmin vaxt 



23 

 

ion konsentrasiyası zəif olur və elə böyük olmayan udulma nəzərə çarpır. Buna görə uzun 



dalğaların yayıldığı məsafə gecəyə nisbətən gündüz daha kiçik olur. 

 

 



Şəkil 28. Səth və həcm dalğalarının yayılması sxemi 

 

Orta  diapazona  malik  elektromaqnit  dalğaları  ionosferin  daha  yüksək 



qatlarından  (E  qatının  yuxarı  sahəsindən  və  F

1

  qatından)  əks  olunur.  Gündüz  ion 



konsentrasiyası yüksək olduğundan həcm şüası ionosfer tərəfindən çox güclü udulur və 

Yer  səthinə  elə  zəif  qayıdır  ki,  onun  iştirakı  praktik  olaraq  qəbulun  uzaqlığında  əksini 

tapmır.  Həmçinin  Yerdəki  itkiləri  ucbatından  səth  dalğası  da  qüvvətli  dərəcədə  sönür. 

Buna  görə  orta  dalğalar  diapazonu  gündüz  stansiyalarla  az  doyur.  Gecə  E  qatının 

konsentrasiyası  birdən-birə  azaldığından  orta  dalğaların  yayılma  uzaqlığı  əhəmiyyətli 

dərəcədə artır. Belə bir asılılıq praktik olaraq onu bildirir ki, orta dalğalı qəbuledici gündüz 

yalnız yerli stansiyaların siqnallarını «tuta bildiyi» halda, axşam və gecə belə qəbuledici 

vasitəsilə həmçinin Avropa «səslərini» eşitmək olar. 

 

 

Şəkil 29. İonosferin olmasına müxtəlif dalğaların bir-birindən fərqli şəkildə 



reaksiya vermələrinin sxemi 

 

Qısa diapazona malik elektromaqnit dalğaları daha maraqlı hesab edilir. Çünki 



onların yayılması qanunauyğunluğu tamamilə fərqlidir. Qısa diapazonlu səth dalğası çox 

tez sönür, ancaq bunun əvəzində həcm dalğasının olduqca yavaş sönməsi müşahidə edilir. 

Buna  görə  gah  Yer  səthindən,  gah  da  ionosferin  F  qatından  dəfələrlə  əks  olunan  dalğa 

ümumiyyətlə,  dünyanın  ətrafında  «qaçaraq»  şüalanma  nöqtəsinə  qayıda  bilər.  Məhz 

bununla  əlaqədar  olaraq  məşhur  sovet  qütbçüsü  və  peşəkar  radisti  Ernst  Teodoroviç 

Krenkel Şimal qütbündə olduğu vaxt Cənub qütbü ilə qısadalğalı rabitə yarada bilirdi. 




Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə