Sükut zonası Şahin Böyükağa oğlu Əlibəyli Zone of silence



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə7/22
tarix21.07.2018
ölçüsü3,31 Mb.
#57515
1   2   3   4   5   6   7   8   9   10   ...   22

24 

 

 



Şəkil 30. Ernst Teodoroviç Krenkel (1903–1971) 

 

 



Şəkil 31. Qısa diapazona malik elektromaqnit dalğalarının dəfələrlə əks 

olunmasının sxemi 

 

Qısa  dalğalar  tezliyi  3  meqaherslə  (dalğa  uzunluğu  100  metr)  30  meqaherslə 



(dalğa uzunluğu 10 metr) arasında olan diapazona malik radio dalğalarıdır. Onlara başqa 

sözlə  dekametr  dalğaları  da  deyilir.  Qısa  dalğalar  ionosferdən  kiçik,  cüzi  itkilərlə  əks 

olunur.  Buna  görə  ionosferdən  və  Yer  səthindən  dəfələrlə  əks  olunma  yolu  üzrə  onlar 

böyük məsafəyə yayıla bilər.  




25 

 

 



 

Şəkil 32. Radio qəbulunun «ölü zonası». Dekametr diapazonlu fəza dalğalarının 

əks etdirilməsinin sxemi 

 

Qısa  dalğalar  radioveriliş,  həmçinin  həvəskar  və  peşəkar  radio  rabitəsi  üçün 



istifadə  edilir.  Bu  zaman  qəbulun  keyfiyyəti  Günəş  aktivliyinin  səviyyəsi,  ilin  fəsli  və 

sutkanın  çağı  ilə  əlaqədar  ionosferdəki  müxtəlif  proseslərdən  asılıdır.  Aşağı  uzunluqlu 

dalğalar gündüz gecəyə nisbətən daha yaxşı yayılır. Uzunluğu çox olan dalğaların əksinə, 

gecə gündüzə nisbətən daha yaxşı yayılması müşahidə edilir.  

Lakin  qısa  dalğalar  özlərində  bir  sıra  «sualtı  daşlar»  gizlədirlər,  yəni  onların 

yaratdığı əngəl, çətinlik və narahatlıqlar vardır. Birincisi, Yer atmosferi tərəfindən diktə, 

tələb  edilən  yayılma  şəraitinin  dəyişkənliyi  qısa  dalğaların  əlverişli  olmadığını  göstərir. 

İkincisi, «sükut zonası» mövcud ola bilir.  

 

 

Şəkil 33. Qısa diapazona malik elektromaqnit dalğalarının şüalanması zamanı 



«kölgə zonası»nın yaranması sxemi 

 



26 

 

Yerdəki  stansiyalar  və  kosmik  aparatlar  arasında  rabitə  yaradılması  üçün  qısa 



dalğalar  yararlı  deyil,  çünki  onlar  ionosferin  içindən  keçmirlər.  Qısa  dalğalarda  donma 

(«susma») müşahidə olunur.  

«Sükut zonası» onunla səciyyələnir ki, səth dalğası artıq yoxdur, həcm dalğası 

isə bu yeri «hoppanmaqla», «tullanmaqla» keçir (şəkil 33). 

«Sükut  zonası»  səs  dalğaları  qeydiyyatının  mümkün  olmadığı  fəza  sahəsidir. 

Dalğa nə qədər qısa olarsa, «sükut zonası» bir o qədər geniş olur. Çünki həcm şüası zəif 

dərəcədə sınır və ötürücüdən xeyli aralıda Yer səthinə qayıdır. 

Termopauzadan  yuxarıdakı  təbəqə  ekzosfer,  yaxud  kənar  təbəqə  adlanır. 

Yunanca  exo  –  xaricdən,  kənardan,  qıraqdan  deməkdir.  Ekzosferdə  qazlar  çox  seyrək 

olduğundan şaquli istiqamətdə hərəkət edən zərrəciklərin toqquşma ehtimalı olduqca azdır. 

Buna görə də ekzosferə bəzən səpələnmə təbəqəsi də deyilir. Ümumiyyətlə, ekzosfer üçün 

yüngül qaz molekulları və atomlarının Yerin cazibə təsirindən çıxıb planetlərarası fəzaya 

keçməsi xarakterikdir. 

 

 



§ 1.2. Radiofizikada «sükut zonası» 

 

Fizikanın  radio  rabitəsindən  bəhs  edən  bölməsində  (radiofizikada)  «sükut 

zonası»  elə  bir  məkan  sahəsidir  ki,  onun  hüdudları  daxilində  qısa  dalğa  ötürücülərinin 

göndərdiyi  siqnalların  qəbulu  mümkün  olmur,  yaxud  həmin  sahədən  yaxında,  eləcə  də 

uzaqda  qəbul  edilən  siqnallarla  müqayisədə  bunların  əhəmiyyətli  dərəcədə  zəifləməsi 

nəzərə çarpır. Elmi ədəbiyyatların bir çoxunda radiofizika nöqteyi-nəzərindən təhlil edilən 

«sükut zonası»nı fərqləndirmək üçün «radiosükut zonası» termini işlənir [19]. 

 

Şəkil 34. «Sükut zonası»nın eşidilmə zonaları arasında olan bir sahə kimi təsviri 



 

Radiofizikada «sükut zonası» dedikdə elə bir fəza oblastı başa düşülür ki, həmin 

oblastda  radioaparatın verdiyi siqnallar qəbulediciyə  çatmır,  yaxud oraya  yaxın və uzaq 

olan siqnallardan xeyli zəif olur. «Sükut zonası» radio qəbulunun mümkün olmadığı fəza 




27 

 

sahəsidir.  Başqa  sözlə  desək,  «sükut  zonası»  Yer  səthində  radio  dalğalarının  qəbul 



edilmədiyi bir ərazidir. 

 

 



 

 

Şəkil 35. Radio dalğalarının yolu və «radiosükut zonası» 



 

«Sükut  zonası»  eşidilmə  zonaları  arasında  olan  bir  sahədir  (şəkil  1).  Onun 

hüdudları  daxilində  radiostansiyadan  ötürülən  hər  hansı  qısa  dalğanın  qəbulunun  tam 

olmaması müşahidə edilir. «Sükut zonası»nın meydana gəlməsi qısa dalğaların yayılması 

xüsusiyyətlərilə izah olunur.  

Həqiqətən  dekametrli  dalğalar  göndərən  radiostansiyaların  işi  zamanı  bu 

tezlikdə  səthi  və  məkani  dalğaların  sahələrinin  müxtəlif  yayılma  xassələri  səbəbindən 

«sükut  zonası»  müşahidə  edilir.  Adətən  «sükut  zonası»nın  olması  atmosferdə  radio 

dalğalarının yayılması xarakteri ilə əlaqədardır. İnamlı qəbulun iki zonası mövcuddur ki, 

bunlardan birincisi birbaşa görünmə hüdudunda olur, ikincisi isə Yerin ionosferindən əks 

olunan  dalğalar  üçün  səciyyəvidir.  Onların  arasındakı  zaman  fasiləsində  radio  dalğaları 

mənbədən qəbul edilmir. «Sükut zonası» dedikdə məhz bunu nəzərdə tuturlar.  

 



28 

 

 



Şəkil 36. İonlaşmış qat, «sükut zonası» və böhran bucağı 

 

Həqiqətən Yerin yaxınlığında yayılan səth dalğası planetimizin səthi tərəfindən 



qüvvətli  şəkildə  udulur  və  ötürücüdən  nisbətən  böyük  olmayan  məsafədə  (təxminən  bir 

neçə on kilometr aralıda) praktik olaraq tamamilə sönür. Yer kürəsinin üzərini örtən, onu 

altına alan səthdəki itkilərin artması sahə enerjisinin tez tükənməsinə və sönməsinə səbəb 

olur.  Buna  görə  də  radiostansiyanın  fəaliyyət  göstərə  bildiyi  məsafənin  uzaqlığı  səthi 

dalğalar  hesabına  məhdudlaşır. Fəzadan  göndərilən  radio dalğaları radiostansiyadan  çox 

uzaq məsafədə ötürücü təbəqə olan ionosfer tərəfindən əks etdirilməklə Yer kürəsinə doğru 

istiqamətləndirilir.  İonosferdən  əks  olunan  fəza  dalğası  Yer  səthinə  adətən  kifayət  qədər 

böyük  yol  –  yüz  və  hətta  min  kilometrlərlə  məsafə  qət  etməklə  qayıdır.  Nəticədə  səth 

dalğasının artıq çatmadığı və fəza dalğasının heç vaxt keçə bilmədiyi sahələrdə bir «sükut 

zonası»  əmələ  gəlir.  «Sükut  zonası»nın  sahəsi  dalğaların  uzunluğu  qısaldıqca  əksinə, 

çoxalmağa başlayır (şəkil 38). 

 

 



Şəkil 37. İonosfer dalğası, Yer səthinin dalğası və «sükut zonası»  

 

Beləliklə,  radiorabiətədə  «sükut  zonası»  qısadalğalı  ötürücü  radiostansiyanı 



əhatə edən elə bir sahədir ki, orada siqnallar qəbul edilmir, yaxud həmin zonadan yaxında 

və uzaqda yerləşən ərazilərlə müqayisədə əhəmiyyətli dərəcədə zəifləyir. 

 



Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə