Sükut zonası Şahin Böyükağa oğlu Əlibəyli Zone of silence



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə9/22
tarix21.07.2018
ölçüsü3,31 Mb.
#57515
1   ...   5   6   7   8   9   10   11   12   ...   22

34 

 

 



 

 

Şəkil 45. Qrin Benk radioteleskopu yüksək dəqiqliklə işləyən nəhəng qurğudur. 



 

Radioteleskopun topladığı məlumatlar astronomiya elmində dönüş yaratmış, bir 

sıra elmi kəşflər edilməsinə öz töhfəsini vermiş, xüsusən Süd yolunun 500 milyon işıq ili 

diametrinə malik qalaktikalar hiperyığını olan Laniakeyada yerləşməsi haqqında hipotezi 

təsdiqləməyə  imkan  vermişdir.  Qrin  Benk  radioteleskopunun  və  digər  teleskopların 

köməyilə  2014-cü  ilin  sentyabrında  Laniakeyanın  ilk  üçölçülü  xəritəsi  yaradılmışdır. 

Xatırladaq  ki,  Laniakeyanın  ilk  tədqiqatının  müəllifi  Manoadakı  Havay  Universitetinin 

struktur  bölməsi  olan  və  ölkənin  Havayi  ştatının  Honolulu  şəhərində  yerləşən  Havay 

Astronomiya İnstitutunun  əməkdaşı Riçard Brent Talli (Richard Brent Tully) olmuşdur. 

«Laniakeya» adı Honolulu kolleclərindən birində müəllim işləyən, daha doğrusu Havay 

Universitetinin bir hissəsi kimi fəaliyyət göstərən Kapiolani kollecində Dillər, Linqvistika 



35 

 

və Ədəbiyyat Departamentinin professoru Navaa Napoleon (Nava’a Napoleon) tərəfindən 



təklif  edilmişdir.  «Laniakeya»  adı  Sakit  okean  boyunca  naviqasiyada  ulduzlu  səma 

haqqındakı  öz  biliklərindən  məharətlə  istifadə  etmiş  Polineziya  dənizçilərinin  (dəniz 

səyyahlarının)  şərəfinə  olaraq,  onlara  hörmət  əlaməti kimi  məhz  belə  seçilmişdir.  İngilis 

dilində  «Laniakea»  kimi  yazılan  həmin  söz  havay  dilindən  hərfi  tərcümədə  «hədsiz-

hüdudsuz asiman», «geniş göy», «ucsuz-bucaqsız səma» deməkdir.  

 

 



Şəkil 46. Riçard Brent Talli (Richard Brent Tully). 1943-cü ildə doğulmuşdur. 

 

Simsiz  şəbəkələr  radioteleskopun  unikal  avadanlıq  və  ləvazimatlarının 



funksional halı üçün təhlükəli hesab edilir. Buna görə qurğunun tam ölçüdə fəaliyyətini 

təmin etmək məqsədilə şəhərcikdə hər növ mobil cihazdan istifadə olunması qəti surətdə 

qadağan edilmişdir.  

 

Şəkil 47. Qrin Benk radioteleskopunun sxematik təsviri 




36 

 

 



 

    


 

 

Şəkil 48. Qrin Benk parabolik radioteleskopu mükəmməl qurğudur  



 

Elmi  və  hərbi  teleskopların  tam  ölçüdə  rahat  işləməsi  üçün  müvafiq  şəraiti 

yaratmaqdan  ötrü  1958-ci  ildə  ABŞ  Federal  Agentliyi  tərəfindən  «radiosükut  zonası» 

ayrılmışdır.  Qrin  Benk  şəhərciyi  ərazisində  elektromaqnit  dalğaları  şüalandıran  istənilən 

texniki  vasitənin  saxlanması  və  gəzdirilməsi  qanunla  qəti  surətdə  qadağan  edilmişdir. 

Məsələ burasındadır ki, nəhəng qurğu kosmik cisimlərdən və uzaq qalaktikalardan gələn 

elektromaqnit  dalğalarını  qəbul  etmək  üçün  quraşdırılmışdır.  Misilsiz  dəqiqliklə  işləyən 

cihazın  qəbul  etdiyi  siqnallar  elə  bir  dərəcədə  zəif  olur  ki,  bunların  qəbul  edilməsinin 

mümkünlüyünə inanmaq çətindir, hətta elm adamları belə təəccüblərini gizlədə bilmirlər. 

Teleskopun  radiusunda  istənilən  digər  rabitə  vasitəsinin  cüzi  müdaxiləsi  siqnalları 

keyfiyyətli  qəbul  etməkdən  onu  tamamilə  məhrum  edə  bilər.  Ərazidə  nəinki  televizor, 

radio,  mobil  telefon,  simsiz  internet,  digər  əlaqə  cihazları  və  rabitə  vasitələrinin,  hətta 

mikrodalğalı sobanın və benzinlə işləyən mühərrikə malik avtomobillərin istifadəsinə icazə 

verilmir. Mütəxəssislər bunu belə əsaslandırırlar ki, daxili yanma mühərriki elektromaqnit 

dalğaları  mənbəyi  olur,  alışdırma  şamlarının  qığılcımları  elektromaqnit  dalğaları 

şüalandırır  və  cihazın  fəaliyyətinə  əngəl  yaradır.  «Sakitlik  zonası»  burada  paytaxt 

Vaşinqtondan qərbə doğru 33000 kvadrat kilometrdən artıq bir sahəyə yayılır. Təmizliyə 

riayət etməkdən ötrü observatoriya əməkdaşları xüsusi avadanlıq və lavizimatlarla təchiz 

edilmiş  furqonda  hər  gün    Qrin  Benkdə  və  onun  ətrafında  patrul  keşiyi  çəkirlər.  Yerli 

sakinlər zarafatla həmişəlik keçmişdə qaldıqlarını deyirlər. Aydındır ki, Qrin Benkdə bir 

çox  texniki  vasitələrin  istifadəsinin  qadağan  edilməsi  heç  də  inkişafca  geridə  qalma  və 

baxımsızlıq əlaməti kimi deyil, radioteleskopun fəaliyyətinin təmin edilməsi üçün labüdən 

atılmış bir addım olaraq qiymətləndirilir. 

 



37 

 

 



 

 

 



 

 

Şəkil 49. Qrin Benk radioteleskopunun uzaqdan görünüşü 



 

          

 

 

Şəkil 50. «Radiosükut zonası» 




38 

 

Radioteleskop  ətrafında  simsiz  şəbəkələrdən  istifadə  olunması  rəsmi  şəkildə 



qadağan edildikdən sonra Qrin Benk şəhərciyi elektromaqnit hipersensitivliyindən əziyyət 

çəkən insanlar üçün populyar bir yerə, sığınacağa çevrilmişdir. 

Balaca  şəhərə  üz  tutan  insanlar  özlərindəki  bir  çox  xəstəlik  əlamətlərinin 

tamamilə aradan qalxdığını qeyd edirlər. Onların hamısı şəhərciyə gəldikdən sonra özlərini 

daha  yaxşı  hiss  etdiklərini  bildirirlər.  Məsələn,  Ayova  ştatındakı  fermadan  Qrin  Benk 

şəhərciyinə gələn biologiya doktoru Diana Şu (Diane Shur) buraya gəlməzdən qabaq tez-

tez baş ağrılarından, dəri qaşınmasından, əzələlərin qeyri-iradi yığılma və dartılmalarından, 

görmə  qabiliyyətinin  pisləşməsindən  və  sinə  nahiyəsində  ağrılardan  əziyyət  çəkdiyini, 

ancaq indi onların hamısının keçib getdiyini bildirmişdir. Bəzi mənbələrdə Dayan Şu kimi 

təqdim  edilən  həmin  insan  özündəki  naxoşluqların  hamısının  səbəbini  şan  baza 

stansiyalarında görmüş, buna əmin olmuşdur. Şüalanma təsirinə həddən ziyadə həssas olan 

qadın səhhətinin çox pisləşdiyi vaxtda bir müddət hətta «Faradey qəfəsi»ndə yaşamışdır. 

«Radiosükut  zonası»  haqqında  təssüratlarını  bölüşən  qadının  dediklərini  elə  öz  dilindən 

eşidək:  Bu  yer  mənə  normal  həyat  sürmək  imkanı  verir.  Mən  artıq  evdən  rahat  çıxa 

bilirəm. Mənə daha «Faradey qəfəsində» gizlənmək lazım gəlmir.  

Əlbəttə, insan onu elektrik sahəsindən müdafiə edən bir «qəfəsdə» daim yaşaya 

bilməz. Şəhərciyə köçüb gələn «vay fay qaçqınlarının» sayının artıq yüzlərlə olduğu qeyd 

edilir. Hətta bir «qarışıq» nikahın qeydə alınması haqqında məlumat vardır. Tom Qrayms 

adlı bir fermer Florida ştatındakı öz işini buraxan və texnologiyadan uzaq durmaq üçün 

sığınacaq axtara-axtara bura gəlib çıxan Monika adında qızla evlənmişdir. 

Dünyanın ən sakit şəhərinin yerli sakinlərindən Linda və Çarlz Ramsden haqlı 

olaraq deyirlər: «Burada adamların bir-birindən telefon nömrələrini, internet parolunu və 

yaxud  tvitterdəki  adlarını  soruşmamaları  bizim  çox  xoşumuza  gəlir.  Dünyadakı  çoxlu 

sayda başqa yerdən fərqli olaraq Qrin Benkdə adamlar qonşuluqda kimlərin yaşadığını və 

onların adlarını bilirlər. Burada adamlar arasındakı ünsiyyət hələ saxlanılmışdır». 

Maraqlıdır  ki,  şəbəkədən  uzaq  olmaq  üçün  şəhərciyə  pənah  gətirənlər  burada 

quraşdırılmış  və  dünyada  ən  güclü  sayılan  radioteleskopun  maqnit  sahəsindən  əsla 

qorxmurlar.  Halbuki  radioteleskopun  maqnit  sahəsi  insan  sağlamlığına  «vay  fay»  ilə 

müqayisədə daha artıq dərəcədə neqativ (mənfi) təsir edə bilər. 

 

§ 2.2. Radio rabitəsinin mümkün olmadığı «sükut zonası» 



 

Dünyada  əsrarəngiz  və  anlaşılmaz  çox  yer  vardır.  Belə  yerlərdə  hələ  qədim 

zamanlardan çətinliklə izah edilən, hərdən heç bir vəchlə anladıla bilməyən hadisələr baş 

verir.  Sirr  və  qəribəliklərlə  dolu  olan,  müəmmalı  cəhətlərilə  tədqiqatçıların  nəzərlərini 

özünə  cəlb  edən  yerlərdən  biri  Meksikada  «sükut  zonası»  kimi  tanınan  ərazidir.  Həmin 

ərazi  ilk  baxışda  planetimizin  üzərində  heç  də  az  sayda  olmayan  adi  səhralardan  biri 

olduğu  güman  edilə  bilər.  Lakin  ərazidə  radio  rabitəsinin  olmaması,  elektromaqnit 

dalğaları  buraxan  cihazların  sıradan  çıxması,  qeyri-adi  canlılar  aləminin,  müəmmalı 

xarabalığın və «səmavi qonaqların» aşkar olunması oranı başqa səhralardan kəskin surətdə 

fərqləndirir.  Bir  çoxları  inanmaq  istəməsə  də,  ancaq  həqiqətdə  belədir.  Radio  rabitəsinin 

heç vaxt alınmaması daha çox heyrət doğurur. Əlbəttə, müəyyən bir yerdə radio əlaqəsinin 



Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə