66
görmədən gecənin zülmət qaranlığı içərisində elə çətin şəraitdə piyada getmələri qətiyyən
inandırıcı deyildir. Heyvanlara gəldikdə əlbəttə ki, orada heç bir qoyun və yaxud keçi ola
bilməz. Çünki heyvanlara baxmaq üçün burada heç bir şərait yoxdur. Səhrada heyvanın
yemək üçün bir qida tapa bilməsi ağlabatan deyildir. Bundan başqa, jurnalistin
«görüşdüyü» və «söhbət etdiyi» adamları hökmən fotoqraf da görməliydi.
Növbəti günlərdə qəribə yerin aparılmış müayinəsi səhranın bir neçə on milə
bərabər (16 kilometrdən çox) ərazisində tam adamsızlıq olduğuna inanmağa, insanların
gediş-gəlişinin mümkünsüzlüyünə əmin olmağa imkan vermişdir. Bütün bunları özü ilə
heç bir lazımi ləvazimat götürməyən yorğun jurnalistin qorxunc səhrada gecənin zəhmli
aurasının əlavə olaraq vəziyyəti qəlizləşdirdiyi bir şəraitdə duyğu orqanlarının
funksiyasında baş vermiş müvəqqəti pozğunluğun əlaməti kimi qiymətləndirmək olardı.
Bundan əlavə, söylənilmiş müəmmalı və dolaşıq hekayə kifayət qədər qarışıq və
anlaşılmaz olduğundan fantastik uydurma kimi görünə, elə jurnalist təxəyyülünün məhsulu
olaraq qarşılana bilərdi.
Fəqət başqa adamların şəhadətlərində oxşar hadisələr təsdiqini tapmışdı.
Xüsusən «sükut zonası»nın lap qırağında yerləşən kiçik ranço sahiblərinin humanoid tipli
qəribə məxluqlarla görüşlərinin olmaları haqqında verdikləri məlumatlar hər kəsdə heyrət
doğurmuşdu. Onlar ağlı başında olan, sağlam düşüncəli və tamamilə anlaqlı adamlar idilər.
Bu ayıq adamların danışdıqlarına görə, üç qəribə insan bir neçə dəfə qonaq kimi onlara baş
çəkiblər. Uzun tükləri və açıq rəngdə dərisi olan, qəşəng görünüşlü sarışın adam təsiri
bağışlayan, lakin qəribə stildə geyinib-keçinən qonaqlar ispan dilində əla, nöqsansız
danışırlar, lakin onların səsində nəsə bir musiqi tembri (cingilti), nitqində bir qədər qəribə
təsir bağışlayan «mexaniki» aksent duyulur (özgə dildə danışanlara xas tərzdə qeyri-adi
tələffüz xüsusiyyəti hiss olunur). Özlərini həddən ziyadə qanacaqlı, ədəbli, nəzakətli və
səmimi aparan qonaqlardan ikisinin kişi, birinin isə qadın cinsli olması qeyd edilir. Verilən
məlumata görə, onların mehriban, gülərüz, nəvazişkar və xeyirxah olduqları dərhal sezilir.
Çağrılmamış qonaqların kifayət qədər tərbiyəli, üzügülər, xoşrəftar və iltifatlı olmaları
onların bir kimsəyə zərər yetirə biləcəkləri qənaətinə gəlməyə imkan verməmişdir.
Sarıyağız qonaqlar həmişə quyudan su götürməyə, özlərilə gətirdikləri qabı doldurmağa
icazə verilməsini xahiş etmişlər. Maraqlıdır ki, onlar yalnız suya görə ağız açmış, heç vaxt
proviziya (ərzaq) haqqında söz salmamış, heç bir qidanın adını çəkməmişlər. Ranço
sahibləri bir neçə dəfə onların kim olduğunu və haradan gəldiklərini soruşublar. Tanış
olmayan məxluqlar kim olmaları sualından yayınmış, ona heç vaxt cavab verməmişlər.
Ancaq mərifətli və xoşüzlü qonaqlar ikinci suala münasibət bildirərək yalnız anlaşılmaz
surətdə, müəmmalı şəkildə gülümsəmiş və göyü göstərmiş, «yuxarıdan» gəldiklərinə işarə
etmişlər. Yeri gəlmişkən qeyd edək ki, onlara oxşar olan uzun saçlı sarışınları
Kaliforniyada Syerra-Nevada yaxınlığında və Pireneidə görmüşlər. Şayələrə görə, onlar
yerli sakinlərə müraciət edərək verdikləri qızıl külçələri süd və çörəklə dəyişdirirmişlər.
Ranço sahibləri gecə səmada müəmmalı işıqlar və üzən boşqablar görmüşlər.
Şahidlər həmin obyektlərin səhraya sanki vertikal istiqamətdə endiklərini qeyd etmişlər.
Tanınmamış uçan obyektlərin məhz həmin yerə enmələri və yerli insanlarla
yadplanetlilərin görüşünün olması haqqında əhali arasında yayılmış rəvayət və əfsanələrə
67
gəldikdə burada bir vaqonun və kiçik ölçüdə arabanın tapılması artıq lazımsız söz-
söhbətlərə son qoyulmasını və dərin tədqiqatlar aparılmasını labüd etmişdir.
Boyu cəmi bir neçə on santimetr olan və qəribə tərzdə geyinən cırtdanlarla
görüşlər olmasına dair çoxsaylı xəbərlər vardır. Bir dəfə yerli biznesmen Ruben Lopes
gecə «zonadan» keçməklə Sebalyos şəhərinə gedirdi. Səhrada getdiyi vaxt birdən onun
avtomobilinin mühərrikində qeyri-müntəzəmlik şəklində pozğunluq başlayır, onun
işləməsində fasilələr olur. R. Lopes buna çox möhkəm təəccüblənir. Çünki onun maşını lap
yaxın günlərdə tam texniki xidmətdən keçirilmişdir. Lopes qabaqda təxminən otuz metr
məsafədə alçaqboylu beş fiqurun yol qırağında dayandığını görür. Ağlına gələn ilk fikir
onların azmış uşaqlar olması ehtimalını ortaya qoyur. Lopes lap yaxına gələndə fiqurların
əyinlərinə gümüşü kombinezonlar geyindiklərini və motosiklet şlemini xatırladan bir
dəbilqə ilə başlarını örtdüklərini görür. Təxminən 50 santimetr boyu olan cırtdanlar
avtomobilə yaxınlaşır, sanki onu hər tərəfdən əhatə edirlər. Bərk qorxmuş Lopes sürət
ötürücüsünün neytral vəziyyətdə olmasına baxmayaraq qaz pedalını birdən möhkəm basır.
Mühərrik bərkdən uğuldayır, uca küy qopanda gəlmə fiqurlar dağınıq, pərakəndə halda
qaranlıq olan tərəfə atılırlar. Qəribə fiqurlar gözdən itdikdən sonra avtomobilin mühərriki
yenidən normal işləməyə başlayır və biznesmen yoluna davam edir. Yolun sonrakı
hissəsində heç bir macəra olmur.
Bakirə qızın yadplanetlilər tərəfindən süni mayalanmaya məruz qoyulması
haqqında XX əsrin axırlarında yayılmış bir xəbər Meksikadakı «sükut zonası» ilə əlaqədar
olduğundan güclü rezonans doğurmuşdu. 1993-cü ildə meksikalı bir qızın hibrid uşaq
doğması haqqında xəbər onu eşidən hər kəsi həyəcanlandırmışdı. Hər şeylə maraqlanan,
qeyri-adi hadisələri bilmək istəyən, onlar barəsində çoxlu məlumat əldə etməyə çalışan
insanlar üçün meksikalı qızın hibrid uşaq dünyaya gətirməsi kifayət qədər cəlbedici fakt
sayılırdı. Hadisə internet ixtira olunana qədər baş verdiyindən onun barəsində xəbər bütün
dünyaya yayıla bilməzdi. Meksikada olmuş qəribə hadisədən çoxlarının bixəbər qalması
məhz buradan qaynaqlanırdı. Rus dilində nəşr olunmuş ufoloji mənbələrin yalnız cüzi bir
qismində ona toxunulmuşdu. Çox nadir hallarda xatırladılan hadisə haqqında televiziyada
yayımlanan verilişlərdən birində meksikalı jurnalist Luis Ramires Rayes özü danışmışdı.
Jurnalist barəsində danışdığı qıza qarşı yüksək maraq doğurmamaq, hamının nəzərlərini
ona ünvanlamamaq və yaranmış xoşagəlməz vəziyyəti yenidən qəlizləşdirməmək üçün
qəsdən onun adını çəkmir.
Kosmetik vasitələrin satıcısı işləyən bir gənc qız Mexiko, Verakruz və Poza-
Rika şəhərləri arasında dəfələrlə səfərdə olmuş, oraları çox gəzmişdir. Günlərin birində qız
asteklərin qədim şəhəri olan Teotiuakanın yanından maşınla ötüb keçərkən birdən göydə
qeyri-adi, qəribə obyekt görür. Bundan dərhal sonra qız getdiyi şəhərin yaxınlığındakı
yolda maşındaca qəflətən diksinib ayılır, özünə gələndə nəyin baş verdiyini başa düşməkdə
çətinlik çəkir. Dəhşət içərisində olan qız özünü toparlayıb saata baxanda əqrəblərin
Teotiuakanda gördüyü yerdəcə donub qaldığına əmin olur. Yoldan ötüb keçənlərdən saatın
neçə olduğunu soruşur. Qız əsl vaxtı bildikdə saatının düz üç saata bərabər müddətdə dala
qaldığını özü üçün aydınlaşdırır. Həmin müddət ərzində qız 300 kilometrə yaxın bir
məsafə qət etmiş, ancaq bunu necə etdiyini heç cür yadına sala bilməmişdir. Fəqət qeyri-
adilik bununla bitməmişdir. Bir neçə həftə keçdikdən sonra qız özündə yorğunluq hiss