Süleyman Hüseyn oğlu Rəhimov 1900-cü IL mart ayının 22-də Zəngəzur mahalının Qubadlı rayonunun Əyin kəndində anadan olmuşdur. S. Rəhimov kənd mollasından əlifbanı öyrənmiş, sonra Qubadlıda beşillik rus məktəbində oxumuşdur



Yüklə 22,71 Kb.
tarix08.01.2018
ölçüsü22,71 Kb.

Süleyman Hüseyn oğlu Rəhimov 1900-cü il mart ayının 22-də Zəngəzur mahalının Qubadlı rayonunun Əyin kəndində anadan olmuşdur.S.Rəhimov kənd mollasından əlifbanı öyrənmiş, sonra Qubadlıda beşillik rus məktəbində oxumuşdur.1921-ci ildə Şuşada açılmış pedaqoji kursa göndərilmiş və burada təhsilini başa vurduqdan sonra Qubadlı, Laçın, Zəngəzur  rayonlarında bir müddət müəllimlik etmişdir.S.Rəhimov 1928-1931-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində oxumuşdur, həm də fəhlə rayonlarında savadsızlığı ləğv edən kurslarda dərs demişdir. Universiteti bitirdikdən sonra Rayon partiya komitəsinin katibi, Bakı partiya komitəsində təbliğat işləri üzrə katib, Azərbaycan partiya komitəsində Təbliğat-təşviqat şöbəsinin müdir müavini vəzifələrində çalışmışdır. S.Rəhimov ədəbiyyata romanla gəlmiş və roman bütün çoxillik yaradıcılıq fəaliyyəti dövründə onun nəsrinin əsas janrı olaraq qalmışdır.Ədəbi fəaliyyətə 1930-cu ildən başlayan Süleyman Rəhimovun ilk əsəri “Şamo”dur.Bununla belə o, 50 il bu əsərin üzərində işləmiş və ona əlavələr etmişdir. “Şamo”, “Saçlı”, “Ata və oğul”, “Mehman”, “Ana və abidəsi”, “Ağbulaq dağlarında”, “Aynalı” və bir çox irihəcmli roman və povestlərin müəllifidir.Yazıçının “Mehman” povestinin motivləri əsasında “Qanun naminə” bədii filmi ekranlaşdırılmışdır.O, 1941-1945-ci illər müharibəsi dövründə Sovet qoşun hissələri ilə Təbrizə gedir, Cənubi Azərbaycanın bir çox şəhər və kəndlərini gəzir, “Vətən yolu” qəzetində “Səngərli” imzası ilə çıxış edir.Təbriz uşaqlarının ağır həyatını təsvir edən “Nənənin ölümü” hekayəsini çap etdirir. Süleyman Rəhimov 1939-1940, 1944-1946 və1954-1958-ci illərdə Azərbaycan Yazıçılar Birliyinin sədri olmuşdur. Azərbaycan K(b)P Bakı şəhər komitəsində təbliğat üzrə katib (1940-1941), Azərbaycan K(b)P MK-da Təbliğat və təşviqat şöbəsininmüdir müavini (1941-1944), Azərbaycan Nazirlər Soveti yanında Mədəni-Maarif İşləri Komitəsinin sədri (1945-1958) vəzifələrində işləmişdir.Azərbaycan Jurnalistlər İttifaqının “Qızıl qələm” mükafatına (1972) layiq görülmüşdür.Üç dəfə Lenin ordeni (1946-1970, 1975), “Qırmızı Əmək Bayrağı” (1959), “Şərəf nişanı”(1942) ordenləri və medallarla təltif edilmişdir.1960-cı ildə “Xalq yazıçısı”, 1975-ci ildə “Sosialist Əməyi Qəhrəmanı” fəxi adlarına layiq görülmüşdür. 1983-cü il oktyabr ayının 11-də vəfat etmiş, Bakıda Fəxri Xiyabanda dəfn edilmişdir.

Keçiriləcək tədbirlər

Bu il mart ayının 22-də yazıçı Süleyman Rəhimovun anadan olmasının 115 illik yubileyi  tamam olur. Bu əlamətdar ildönümü münasibətilə kitabxanalar birinci növbədə, ədib haqqında çap olunmuş ədəbiyyatın düzgün komplektləşdirilməsinə, özlərinin kataloqlarında, biblioqrafik kartotekalarında yeni rubrikaların açılmasına və yubiley materiallarının orada vaxtında əks etdirilməsinə nail olmalıdırlar.Kitabxana və onun  filialları yubiley ilində Süleyman Rəhimov bədii irsinin oxuculara çatdırılması üçün əyani və şifahi təbliğatın: kitab sərgiləri, kitabxana plakatları, stend, albom, ədəbi-bədii əsərlərin müzakirəsi, söhbətlər və disputların aparılması, oxucu konfranslarının , biblioqrafik icmalların keçirilməsini təmin etməlidir.Bunlardan əlavə S.Rəhimovun geniş yaradıcılıq irsinin təbliğində kitabxanada ədəbi-bədii gecənin keçirilməsi olduqca vacibdir.Ədəbi-bədii gecənin köməyi vasitəsilə oxuculara S.Rəhimov haqqında geniş məlumat verilir. Süleyman Rəhimovun yubileyi ilə əlaqədar kitabxanada kitab sərgisi də təşkil edilməlidir. Aşağıda Süleyman Rəhimov yaradıcılığına həsr olunmuş bir kitab sərgisinin nümunəsini veririk:

1.Başlıq: “Süleyman Rəhimov-115”.

2.Süleyman Rəhimovun şəkli.

3.Kitablarının nümayişi.

4.Seçilmiş əsərləri.

5.Ötən günlər dəftərindən.

6.Torpağın səsi.

7.Aynalı.

8.Şamo.

9.Gülsabah.



10.Gülən balıq.

11.Qafqaz qartalı.

12.Ana abidəsi.

13.Ağbulaq dağlarında.\

Ədəbiyyat siyahısı.

1.Rəhimov, Süleyman.Şamo.I cild / S.Rəhimov.-B.:Azərnəşr,1931.-118 s. ;3.000 nüs.

2.Rəhimov, Süleyman.Şamo.II cild / S.Rəhimov.-B.:Azərnəşr,1940.-502 s. ;8.000 nüs.

3.Rəhimov, Süleyman.Aynalı / S.Rəhimov.-B.:Azərnəşr,1942.-52 s. ; 4.000 nüs.

4.Rəhimov, Süleyman.Medalyon (povest) / S.Rəhimov.-B.:Uşaqgəncnəşr,1942.-100 s. ;4.000 nüs.

5.Rəhimov, Süleyman.Torpağın səsi / S.Rəhimov.-B.:Azərnəşr,1943.-22 s. ; 8.000 nüs.

6.Rəhimov, Süleyman.Ötən günlər dəftərindən / S.Rəhimov.-B.:Azərnəşr,1946.-212 s. ; 5.000 nüs.

7.Rəhimov, Süleyman.Saçlı (Ihissə) / S.Rəhimov.-B.:Azərnəşr,1948.-444 s. ;10.000nüs.

8.Rəhimov, Süleyman.Saçlı (Ihissə) / S.Rəhimov.-B.:Azərnəşr,1949.-520s. ;10.000nüs.

9.Rəhimov, Süleyman.Ata və oğul / S.Rəhimov.-B.:Uşaqgəncnəşr,1949.-220 s. ;15.000 nüs.

10.Rəhimov, Süleyman.Mehman (povest) / S.Rəhimov.-B.:Uşaqgəncnəşr,1953.-268 s. ; 15.000 nüs.

11.Rəhimov, Süleyman.Ağbulaq dağlarında (roman) I kitab / S.Rəhimov.-B.:Uşaqgəncnəşr,1954.-276 s. ;15.000 nüs.

12. Rəhimov.Süleyman.Ağbulaq dağlarında (roman) II kitab / S.Rəhimov.-B.:Uşaqgəncnəşr,1955.-288 s. ;15.000 nüs.

13.Rəhimov, Süleyman.Şamo (roman) I cild / S.Rəhimov.-B.:Azərnəşr,1955.-748 s. ;20.000 nüs.

14.Rəhimov, Süleyman.Şamo (roman) II cild / S.Rəhimov.-B.:Azərnəşr,1956.-852 s. ;10.000 nüs.

15.Rəhimov, Süleyman.Pəri çınqılı (hekayələr) / S.Rəhimov.-B.:Uşaqgəncnəşr,1959.-100 s. ; 10.000 nüs.

16.Rəhimov, Süleyman.Seçilmiş əsərləri / S.Rəhimov.-B.:Azərnəşr,1959.-588 s. ; 20.000 nüs.

17.Rəhimov, Süleyman.Şamo(roman)III cild / S.Rəhimov.-B.:Azərnəşr,1964.-827 s. ;15.000 nüs.

18.Rəhimov, Süleyman.Gülən balıq / S.Rəhimov.-B.:Azərnəşr,1964.-96 s. ;12.000 nüs.

19.Rəhimov, Süleyman.Mehman (roman) / S.Rəhimov.-B.:Azərnəşr,1965.-352 s. ;10.000 nüs.

20.Rəhimov, Süleyman.Anaabidəsi (roman) I kitab / S.Rəhimov.-B.:Azərnəşr,1967.- 500 s. ;15.000nüs.

21.Rəhimov, Süleyman.Gülsabah / S.Rəhimov.-B.:Gənclik,1968.-88 s. ;20.000 nüs.

22.Rəhimov, Süleyman.Qafqazqartalı (roman) I kitab / S.Rəhimov.-B.:Gənclik,1971.-418 s. ; 20.000 nüs.

23.Rəhimov, Süleyman.Qafqazqartalı (roman) II kitab / S.Rəhimov.-B.:Gənclik,1973.-322 s. ; 20.000 nüs.

24.Rəhimov, Süleyman.Qafqazqartalı (roman) III kitab / S.Rəhimov.-B.:Gənclik,1975.- 473 s. ; 20.000 nüs.

25.Rəhimov, Süleyman.Bülbüləfsanəsi / S.Rəhimov.-B.:Gənclik,1981.-12 s. ;50.000 nüs.



26.Rəhimov, Süleyman.Əfsanələr / S.Rəhimov.-B.:Gənclik,1981.-160 s. ; 30.000 nüs.

27.Rəhimov, Süleyman.Mehman / S.Rəhimov.-B.:Maarif,1981.-316 s. ; 50.000 nüs.


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə